195
sultanı Süleyman Qanuni 1534-cü ildə Bağdada daxil olanda
dünya ədəbiyyatı
incilərindən biri olan “Leyli və Məcnun
”
poemasını ona təqdim etmişdir. Sultan Süleyman tərəfindən
təyin edilmiş ayda 9 ağça təqaüdü ala bilməyən şair
“Şika-
yətnamə
” əsərini yazdı. Onun yaradıcılığında divanlar, poema-
lar və nəsr əsərləri mühüm yer tutur.
XVII yüzillikdə yaşamış şairlərdən Saib Təbrizinin, Qovsi
Təbrizinin yaradıcılığı ədəbi
irsimizin zənginləşməsində
müəyyən rol oynamışdır. Bu dövr Azərbaycan ədəbiyyatı yazılı
poeziya ilə yanaşı, folklorun müxtəlif forma və janrlarının geniş
inkişafı ilə səciyyəvidir. I Şah İsmayılın hakimiyyəti illərində
Azərbaycan dilində yazan aşıq və şairlər sarayın himayəsindən
bəhrələnirdilər. I Şah Abbasın sərəncamı ilə Azərbaycan
məsəlləri və atalar sözləri toplanmışdı.
XVI əsrin sonu XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı
müharibələri xalqın mədəni inkişafı prosesinə sarsıdıcı
zərbə
vursa da dəyərli qəhrəmanlıq və məhəbbət dastanlarının tam
şəkildə təşəkkülü XVI əsrin sonu XVII əsrin başlanğıcına
təsadüf edir. Xalq yaradıcılığının qüdrətli məhsulu hesab edilən
Dostları ilə paylaş: