Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə48/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   55
DERSL-K-1501-1736

Xəmsəəlyazması Azərbaycan miniatürçülərinin böyük nai-
liyyəti olub şərqdə kitab sənətinin şah əsəri adlandırılır. Ə lyaz-
manın ən yaxşı miniatürləri Sultan Məhəmməd tərəfindən 
çəkilmişdir. Sultan Məhəmməd I Şah İsmayılın saray kitab-
xanasında işləmiş, sonralar bu sənətə rəhbərlik etmişdir. O, 
Təbriz miniatür sənətində yeni istiqamətin əsasını qoymuş və 
bir sıra rəssamlar yetişdirmişdir. Tarixçi İsgəndər bəy Münşi 
haqlı olaraq Sultan Məhəmmədi Kəmaləddin Behzadla bir 
səviyyədə miniatür rəssamı hesab edirdi. Təbriz rəssamları 
kitab miniatürləri çəkməklə kifayətlənməyib divar rəssamlığı, 
süjetli xalçalar, müxtəlif ölçülü bədii parçalar, kaşıkarlıq, 
metalın bədii emalı sahələrinin bədii forma və təsvir üsullarını 
da müəyyən edirdilər. 
I Şah Təhmasib rəssamlıq və xəttatlıq sənətini sevməsinə 
və himayə etməsinə baxmayaraq 1557-ci ildə tövbə fərmanı 
verərək şərab evlərini, qumarxanalarla bərabər Təbriz saray 
kitabxanasını bağlatdı. Burada çalışan miniatür ustaları dövlət 
qulluğundan çıxarılaraq işsiz qaldılar. Bu tədbir Təbriz miniatür 


198 
məktəbinin inkişafına mənfi təsir göstərsə də bu məktəbin 
ənənəsi yox olmadı. Dövlətin paytaxtına çevrilmiş Qəzvin 
şəhərində saray kitabxanasının açılması ilə rəssam və xəttatların 
çoxu Qəzvinə getdi. I Şah Təhmasibin fərmanı ilə 1575-ci ildə 
Mövlana Həsən Müzəhhibin Təbriz xəttatlarına, rəssamlarına 
kələntər təyin edilməsi Təbriz miniatür məktəbi ənənəsinin hələ 
yaşadığını göstərir. Təbriz miniatür məktəbinin təsiri ilə XVI 
əsrin birinci yarısında Şiraz məktəbi, 70-ci illərində Məşhəd 
miniatür məktəbi, əsrin son rübündə isə İsfahanın paytaxt 
olması ilə əlaqədar İsfahan məktəbi yarandı. Təbriz məktəbinin 
təsiri ilə miniatür sənəti Şirvanda da inkişaf etmişdi. Sədi 
Şirazinin Bustanəsəri 1539-cu ildə Müzəffərəli Şirvani və 
Əbdüllətif Şirvani tərəfindən tərtib edilmişdi. 
Təbriz miniatür məktəbinin dağılmasında XVI əsrin 
sonunda Osmanlı işğallarının təsiri olmuşdur. Təbriz rəssamları 
Osmanlı sarayına aparılmış və Türkiyə miniatür sənətinin 
inkişafında mühüm rol oynamışlar. 
I Şah Abbas təsviri sənətin inkişafına diqqət göstərirdi. O, 
təsviri sənəti öyrənmək üçün İtaliyaya tələbələr göndərir və 
təqaüdləri şah tərəfindən ödənilirdi. II Şah Abbas da rəssamlıq 
sənətini Hollandiya rəssamlarından öyrənmiş və bu sənətin 
inkişafı qayğısına qalırdı. 
Təbriz miniatür məktəbi ölkənin müxtəlif bölgələrində 
rəssamlıq məktəblərinin inkişafına təsir göstərməklə yanaşı 
Yaxın və Orta Şərqdə rəssamlıq mərkəzlərinin inkişaf etməsin-
də mühüm rol oynayırdı. 
XVI-XVII əsrlərdə Azərbaycanda memarlıq keçmiş 
ənənələri əsasında davam edirdi. Dini təyinatlı binalar əsasən 
şəhərin mərkəzi hissəsində tikilirdi. Həmin dövrdə karvansa-
ralar daxili və xarici ticarətin inkişafından irəli gələn memarlıq 
kompleksi idi.Qeyd olunan dövrdə saray kompleksləri, müdafiə 
qurğuları, körpülər və s. memarlığın tərkib hissəsi olmuşdur. 
XVI əsrdə Azərbaycanın cənubunda tikinti işləri daha 
intensiv olmuşdur. Səfəvilər sülaləsinin vətəni kimi Ərdəbil 


199 
şəhərinin inkişafı, 1555-ci ildə Qəzvin şəhərinin paytaxta 
çevrilməsi nəticəsində burada şəhər salma tədbirləri sayəsində 
aparılan tikinti işləri memarlığın inkişafında bir sıra yeni 
cəhətlərin meydana gəlməsinə səbəb olurdu. 
XVI əsrdə Aəzrbaycanda memarlıq bədii yaradıcılığın 
başqa sahələri ilə sıx əlaqədə idi. Memar-xəttat, şair-rəssam, 
şair-musiqiçi kimi fəaliyyət sahələri yaranmışdı. Miniatürçü 
rəssam, nəqqaş, həkkak, xəttat memarlıq abidələrinin inşasında 
memarların yardımçısı kimi fəaliyyət göstərirdilər. Bu dövrdə 
Azərbaycanda İmamzadəadlanan memarlıq növü yaran-
mışdı. Bu memarlıq növü xanəgah komplekslərini əvəz edirdi. 
Dövrün ən iri dini-xatirə kompleksi Ərdəbildə yerləşirdi. 
Şeyx Səfiəddinin Ərdəbil kompleksinin əsası XIV əsrdə 
qoyulmuş, XV əsrdə qübbəvari məqbərə görkəmini almışdı. 
XVI əsrdə Şeyx Səfi məqbərəsi iri memarlıq kompleksinə 
çevrilmişdi. Kompleksə məqbərənin yanında tikilmiş məscid, 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin