193
fəsində işləmişdir. Onun yazdığı
“Tarixi
aləmara-yi Abbasi”
(“Abbasın dünyanı bəzəyən tarixi”) əsəri XVI əsrin sonu XVII
əsrin əvvəllərində Səfəvilər dövlətinin siyasi, ictimai, iqtisadi
və mədəni həyatı haqqında məlumat
verən ən qiymətli mə-
xəzdir.
O dövrün Azərbaycan tarixinin öyrənilməsində Xondəmir
ləqəbli Q iyasəddin Hüseyn (1475-1536) və Mir Yəhya Qəzvini
(1482-1555) kimi İran tarixçilərinin də əsərləri çox qiymətlidir.
XVI əsrdə xalqın mədəni-tarixi irsinin öyrənilməsi üçün
“Təzkirə” adlanan əsərlər yazılırdı. I Şah İsmayılın
oğlu Sam
Mirzə “Töhfeyi-Sami” (“Samın töhfəsi”), Şah İsmayılın nəvəsi
İbrahim Mirzə “Fərhəngi İbrahimi” (“İbrahimin lüğəti”), I Şah
Təhmasib “Təzkireyi Şah Təhmasib” adlı əsərlərini yaz-
mışdılar.
Azərbaycan Səfəvi dövlətinin
tarixinin öyrənilməsində
Xondəmirin (Qiyasəddin Hüseyn (1475-1536)), Mir Yəhya
Qəzvininin (1481-1555) “Hədid üs-siyər”, “Lübbət-təvarix (Ta-
rixlərin qəlbi) adlı əsərləri, I Şah İsmayıl
və I Şah Təhmasib
dövrünün siyasi tarix məsələlərinə geniş yer verən Hindistanın I
Təhmasib dövründə Təbrizdə elçisi olmuş Xurşah ibn Qubad
Əl-Hüseynin “Tarixi elçiye Nizamşah”, XVI əsrdə Osmanlı-
Səfəvi tarixinə və münasibətlərinə geniş yer vermiş Şərəfxan
Bidlisinin (1543-1598) iki cildlik “Şərəfnamə”,
I Şah Təh-
masibin hakimiyyəti dövrünün hadisələrinə həsr olunmuş Xacə
Zeynəlabdin Əli Əbdi bəyin 1570-ci ildə yazdığı “Təkmilətül
əxbar” (Xəbərlərin təkmili), I Şah Təhmasib, II Şah İsmayıl,
Şah Məhəmməd Xudabəndə və Şah Abbasın 1612-ci ilə
qədərki hakimiyyət dövrünü qələmə almış Cəlaləddin Məhəm-
məd Yəzdinin “Tarix- i Abbasi”, Məhəmməd
Yusif Qəzvininin
Səfəvi şahlarının hakimiyyətinə həsr olunmuş 8 cildlik “Xolde
bərin” (Daimi cənnət), XVII yüzillikdə yaşamış Seyid Hüseyn
ibn Murtuza Hüseyni Astrabadinin “Əz Şeyx Səfi ta Şah Səfi”
əsərləri Səfəvi dövlətinin tarixinin öyrənilməsində əvəzsiz
mənbələrdir.