Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə44/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   55
DERSL-K-1501-1736

 
 


191 
IX FƏSİL 
 
XVI-XVII ƏSRLƏRDƏ
AZƏRBAYCAN MƏDƏNİYYƏTİ 
 
§ 9.1. Maarif və elm 
Azərbaycan Səfəvi dövlətinin yaranması, habelə mərkəz-
ləşmiş siyasi qurumun möhkəmlənməsi ölkənin iqtisadi və 
sosial həyatında baş vermiş irəliləyiş mədəniyyətin inkişafına 
müsbət təsir göstərdi. Gəncə, Təbriz, Şamaxı, Marağa, Ərdəbil 
şəhərləri bu dövrün mühüm mədəniyyət mərkəzlərinə çevrildi. 
Şəhərlərdə məktəb və mədrəsə şəbəkəsi yaradılmışdı. 
Məktəblərin çoxu vəqf hesabına idarə olunsa da bəzi məktəb-
lərin xərcini isə şah ödəyirdi. Pullu özəl məktəblər də mövcud 
idi. Şagirdlər ibtidai təhsil məktəbini bitirdikdən sonra orta 
təhsil verən mədrəsəyə daxil olurdular. Evliya Çələbi 1647-ci 
ildə Təbrizdə 600 məktəb və 47 mədrəsə, Şamaxıda isə 40 
məktəb və 7 mədrəsə olduğunu bildirmişdir. Mədrəsədə ila-
hiyyat, hesab, cəbr, həndəsə, astronomiya, coğrafiya, tibb, 
fəlsəfə, tarix, ədəbiyyat fənləri öyrədilirdi. 
Bu dövrdə yaşamış bir çox alimlər əsasən dini (şiə) təli-
min nümayəndələri kimi çıxış etsələr də məntiqin, fəlsəfənin, 
ədəbiyyatın, təbabətin, riyaziyyatın, astronomiyanın bir çox 
məsələləri ilə məşğul olurdular. 
Bu dövrdə astronomiya elminin inkişafına diqqət göstə-
rilirdi. XVI əsrin əvvəllərində I Şah İsmayılın göstərişi ilə 
Marağa rəsədxanasını bərpa etmək məqsədi ilə məşhur riya-
ziyyatçı və astronom Qiyasəddin Mənsur İbn Əmir Sədrəddin 
Məhəmmədi (1463-1542) Marağaya göndərilmişdi. 
Dövrünün məşhur alimləri Şeyx Abdulla Şəbustərizadə 
riyaziyyata aid bir sıra əsərlərin, təbrizli Seyid Əhməd Laləvi 
(1436-1507) məntiq, qrammatika, riyaziyyat və ədəbiyyat 
sahəsi, Təbrizli Mirzə İbrahim riyaziyyat və fəlsəfə üzrə 


192 
əsərlərin müəllifi idilər. Məşhur münəccim Mövlana Məhəm-
məd Ərdəbili, Mahmud bəy Füsuni riyaziyyat, astronomiya 
sahəsində tanınmışdılar. 
XVII əsrdə yaşamış Şükrüllah Şirvani yazdığı “Riya zül-
ülum” əsərinin bir neçə fəslini təsəvvüf, məntiq, nücum, 
astranomiya, hesab fənlərinə həsr etmişdi. 
Şirvanlı Mövlan Mirzə Məhəmməd humanitar və dəqiq 
elmlər sahəsində böyük nüfuz qazanmışdı. Filosof Qarabağlı 
Yusif Məhəmmədcan oğlu fəlsəfə və hüquq elmlərinə aid bir 
sıra əsərlərin müəllifi idi. XVII əsrin görkəmli alimlərindən 
Mirzə Əbdülbaqi fəlsəfə və riyaziyyat elmləri sahəsində 
tanınmışdı.
Təbabət mühüm elm sahəsindən biri idi. Əlaəddin Təb-
rizi, Mirzə Məhəmməd, Əbülfəth Təbrizi, Əbu Talib Təbrizi
Naxçıvanlı İbrahim, Məhəmmədtağı Tufarqanlı, İmadəddin 
Mahmud dövrünün məşhur təbibləri idilər. 
XVI-XVII yüzillərdə xalqın mədəni-tarixi irsinin öyrənil-
məsinə maraq xeyli artmışdı. Bu dövrdə Azərbaycan tarixinin 
öyrənilməsi sahəsində çox işlər görülmüş, qiymətli tarixi 
əsərlər yazılmışdı. XVI əsrin məşhur Azərbaycan tarixçisi 
Həsən bəy Rumlu I Şah Təhmasibin sarayında qulluq etmiş, 
onun yürüşlərinin iştirakçısı olmuşdu. Onun Əhsən ət-təvarix” 
(Tarixlərin ən yaxşısı) əsərinin IX-X cildləri dövrümüzə qədər 
gəlib çatmışdır. Əsər Azərbaycanın və qonşu ölkələrin XV-XVI 
əsrlər tarixinə həsr olunmuşdur. 
Həyatının əsas hissəsini Gəncə və Qarabağda yaşamış, 
1524-cü ildən sonrakı hadisələri qələmə almış Fəzli Zey-
nalabdin oğlu İsfahaninin Səfəvilər tarixinə aid yazdığı 3 cildlik 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin