§ 8.4. Vergi və mükəlləfiyyətlər
XV əsrdə olduğu kimi XVI-XVII əsrlərdə də vergi,
müxtəlif rüsumlar dövlət xəzinəsinin əsas gəlir qaynaqlarından
birini təşkil edirdi. Səfəvilər dövründə dövlətin əsas gəlir
mənbələrindən birini təşkil edən vergi və mükəlləfiyyətlərin
sayı Ağqoyunlu dövlətinkindən heç də az deyildi. Ağqoyunlu
Qasımın 1498-ci ildə imzaladığı soyurqal bəxşisi haqqında fər-
manda müxtəlif qanuni və qeyri-qanuni rüsumlardan əlavə 31
növ vergi və mükəlləfiyyətlərin adı çəkilmiş dir. I Şah İsmayılın
hakimiyyətinin ilk dövründə, yanvar 1502-ci ildə imzaladığı
fərmanda 32 növ vergi və mükəlləfiyyət göstərilmişdir. Fər-
manda malucəhət, ixracat, xariciyyət, ələfə, ulafə, qonalqa,
ulağ, ulam, bigar, şikar, tərh, dəstəndaz, eydi-novruzi, rərpa-
reyi-pişkəş, savari, çerik, ona yarım, malıkanə, mühəssilanə,
yüzədörd, sədrlik haqqı, vəzirlik haqqı, amillərin çalışma haqqı,
verilmiş vədi yerinə yetirmək haqqı, darğalıq haqları, yetişdi-
rilmiş məhsulun qiymətini müəyyənləşdirmək və torpaq
sahəsini müəyyən etmək haqqı, qala və keşikçıxana ixracatı,
yüzə bir, yüzə iki və maluxaricə aid oluna biləsi digər divan
186
mükəlləfiyyətləri və şahlıq tələbatı adlı vergi və mükəl-
ləfiyyətlərin adı çəkilmişdir.
Dövlət vergilərinin əhalidən düzgün şəkildə toplanmasına
ciddi nəzarət edilirdi. Vilayət və mahallarda vergi yığılmasına
məsul olan dövlət məmuru təhsildar adlanırdı. Təhsildarlar
mərkəzi maliyyə idarəsinə tabe olub, bu orqanın qarşısında
məsuliyyət daşıyırdılar.
I Şah Təhmasib 1555/56-cı ildə ölkənin idarə edilməsi,
ordu, hər bir bölgədən və usuldan alınacaq malcəhət və vücu-
hat, tiyulun miqdarı, ehdas (hadisə) haqqı və müttəhimlərdən
alınacaq cərimələrin miqdarı haqqında qanun verdi. Dəstur-ül-
əməl adlanan bu qanun Uzun Həsənin “Qanunnaməsi” əsasında
hazırlanmışdı. Dəstur-ül-əməl qəbul edildikdən sonra şərti əsası
olmayan vergilər, o cümlədən bazar, qaramal, otlaq sahələri
üzrə vergilər ölkənin əsas bölgələrində ləğv edilmişdi. Həmin
vergilər arasında yollarda ticarəıt karvanından hər il alınan, ümi
miqdarı 1000 tümən olan tamğa vergisi də ləğv olunmuşdu.
Ölkənin əsas bölgələrindən, xüsusilə əhalisi şiə olan
bölgələrindən mal-i möhtərifə (sənətkarlardan alınan vergi),
məvaşi (malqara), mərai (otlaq) üçün alınan vergilər də ləğv
edilmişdi. Rəiyyətdən, o cümlədən kəndli və əkinçilərdən
alınan vergilərin miqdarı da azaldılmış və vilayət hakimlərinin
özbaşına olaraq normadan artıq vergi alması yasaq edilmişdi.
Qeyd olunan dövrdə malcəhət (xərac) əsas vergi olub,
torpağın münbitliyindən asılı olaraq məhsulun 1/5, yaxud 1/3
hissəsini təşkil edirdi. Bağlardan yığılan məhsulun 1/10 həc-
mində bağbaşı, otlaqlardan istifadə əvəzində çobanbəyi, ordu-
nun ərzağı və atlarına verilən yem üçün ələfə və ülafə, nəq-
liyyat mülkiyyəti adı ilə ulaq, yol gedən elçi, qasid, məmura
verilən yer və ərzaq üçün qonalgə vergiləri və bir sıra rüsumlar
alınırdı.
Səfəvi dövlətində divan və xassə torpaqları şahın sərən-
camında idi. Dövlət (divan) torpaqları ayrı-ayrı vilayətlərə
bölünmüşdü və xan titulu daşıyan hakimlər tərəfindən idarə
187
olunurdu. Dövlət və xassə torpaqlarının bir hissəsi şərti
xarakterli tiyul və soyurqal şəklində müxtəlif rütbəli məmurla-
rın və yerli hakimlərin istifadəsində idi. Xassə torpaqları əsasən
şah tərəfindən təyin olunan darğalar tərəfindən idarə olunurdu.
Dövlət torpaqlarını idarə edən xanlardan və sultanlardan fərqli
olaraq darğalar qoşun saxlamadıqlarına görə daha çox vergi
ödəyirdilər. I Şah Abbasın həyata keçirdiyi aqrar siyasətində
mərkəzə tabe olmayan feodalların bütün əmlakı müsadirə
edilərək xassə əmlakına çevrilirdi. I Şah Abbas bu yolla xassə
əmlakını genişləndirərək dövlətin gəlir qaynağını artırırdı. Bu
siyasət Şah Səfi və II Şah Abbasın hakimiyyəti dövründə də
davam etdirilmişdi.
Xassə əmlakına daxil olan bəzi bölgələrdə becərilən
buğda və arpa məhsullarının üçdə biri kəndliyə, üçdə iki hissəsi
isə xəzinəyə çatırdı. Xassə əmlakında onu becərən kəndliyə
toxum verilir, su kanalları və arxlar şəkilib suvarma aparıl-
masına icazə verilirdi. Lakin başqaları öz əkin sahələrini suvar-
maq üçün əlavə xərc çəkməli idi. Kəndli isə öz əmək alətləri
ilə torpağı şumlamalı və gübrə verməli idi. Şah toxumdan əlavə
öküz, cüt və s. verib kəndliləri biyardan azad edirdisə, məh-
sulun dörddə biri kəndliyə, dörddə üç hissəsi isə şaha çatırdı.
Əgər kəndliyə torpağın becərilməsində əlavə işçi qüvvəsi də
verilirdisə belə halda kəndliyə məhsulun səkkizdə bir hissəsi
çatırdı. Kəndli öz qüvvəsi ilə düyü, darı, pambıq, mərci, yonca,
qarpız, yemiş yetişdirirdisə məhsulun beşdə iki hissəsi kənd-
liyə, beşdə üç hissəsi isə şaha çatırdı. Kəndlilər torpağı şah və
mülkədarlardan icarəyə götürürdülər. Sahibkar ilə kəndli
arasında müzəraə adlanan becərmə üsulu da mövcud idi. Bu
sahibkarla kəndli arasında işçi, torpaq, su, toxum və öküzdən
ibarət beş amil əsasında qarşılıqlı razılaşmaya görə bölgü idi.
Belə bölgü suvarılan torpaqlarda həyata keçirilirdi. Bütün
bunlar göstərir ki, dövlət və xassə torpaqlarının gəlirlərinin
iqtisadi cəhətdən
mənimsənilməsində
yardarlıq-paydarlıq
sistemi mövcud olmuşdur.
188
Xassə ərazilərindəki meyvə bağlarının barı toplanan
zaman məhsula nağd qiymət qoyulandan sonra ona 15 faiz də
əlvə olunurdu. Dənli bitkilərin barı toplandıqda isə onun hər
yüz batmanına əlavə olaraq beşdə dörd mahmudi əlavə alınırdı.
Hər il vergilərin yığılması ərəfəsində xassə dəftərxanasında
hesablamalar aparılır və alınacaq məhsulun nağd qiyməti
müəyyən olunurdu.
Xassə əmlakı olmayan əyalətlərdən də bir hissəsi məh-
sulla, digər hissəsi malla ödənilən müxtəlif vergilər (rüsum)
alınırdı.
Səfəvi hökmdarları bəzi vergiləri ləğv etməklə əhalinin
vəziyyətini yüngülləşdirməyə çalışırdılar. Hələ I Şah İsmayıl
1514-cü ildə əvvəllər mövcud olmuş baş pulu vergisini ləğv
etmək haqqında fərman vermişdi. Vergilərin əhalidən düzgün
şəkildə toplanmasına dövlət tərəfindən ciddi nəzarət olunurdu.
Səfəvi dövlətində islam qanunlarına əsasən xristian əha-
linin hər nəfərindən bir misqal (4,69 qram) qızıl alınırdı.
Ölkədə ipək istehsalı və ticarəti dövlət büdcəsinin əsas gəlir
mənbələrindən birini təşkil edirdi. İpəyin hər tayına görə beşdə
bir tümən və yaxud bir abbası rüsum ödənilirdi. Tənbəki vergisi
də dövlət büdcəsinin əsas gəlir qaynaqlarından hesab olunurdu.
Məsələn, İsfahan şəhəri ildə tənbəkinin hesabına 40 min tümən,
Təbriz şəhəri 20 min tümən, Şiraz şəhəri isə 12 min tümən
vergi ödəyirdi. Digər şəhərlər də böyüklüyünə və əhalisinin
sayına görə xəzinəyə tənbəki vergisi ödəyirdi.
Ölkədə qoyunçuluq geniş inkişaf etmişdi. Qoyunçuluq
təsərrüfatı da dövlətə böyük gəlir gətirirdi. Qoyun saxlayanlar
çobanbəyi adlanan otlaq haqqı verirdilər. Qoyunların yun və
balasına görə xüsusi mənfəət norması, yəni altıda bir mizan
vergi ödənilirdi. Qoyun sürülərini otaran və baxan çoban
qoyunun yunu və quzusundan götürülən məvfəətin üçdə birini
sürünün sahibinə verirdi.
Səfəvi dövlətində bəzi su mənbələrinin bölüşdürülməsin-
dən və suvarma şəbəkələrinin icarəyə verilməsindən xəzinəyə
189
vergi ödənirdi. Çay sularının bölüşdürülməsi divan dəftərində
qeydə alınır və şahın möhürü ilə təsdiq edilirdi. Çayın suyu
əsasən dövlətə və sülaləyə məxsus kəndlər arasında bölünürdü.
Bəzi kəndlər suyun əvəzini məhsulla, bəziləri pulla ödəyirdilər.
Dövlət Abşerondakı neft yataqlarının icarəyə verilmə-
sindən və balıqtutma hövzələrindən vergilər toplayırdı.
Vergi yığılması işi dövlət orqanlarının ciddi nəzarəti
altında idi. Vilayət və mahallarda vergi yığılmasına məsul olan
dövlət məmuru təhsildar adlanırdı. Təhsildarlar mərkəzi
maliyyə idarəsinə tabe idilər. Şəhər idarəsinin başçısı kələntər
birbaşa vergi yığmasa da şəhər əhalisindən verginin yığılıb,
xəzinəyə təhvil verilməsinə nəzarət edirdi. Təhsildar vəzifəyə
təyin olunarkən hansı vilayətdən və mahaldan vergi toplamaq
hüququ olması müəyyənləşir və ona rəsmi vəsiqə verilirdi. Ona
toplayacağı verginin miqdarını əks etdirən həvalə baratı
adlanan sənəd də təqdim olunurdu. Təhsildarların yığdıqları
verginin dəyərinin on faizi onlara çatırdı.
Səfəvi dövlətinin başlıca gəlir mənbələrindən biri də
ticarət idi. Xəzinəyə gəlir gətirən bu sahənin inkişafı daim
nəzarətdə saxlanılır, daxili və xarici ticarət Səfəvi şahları tərə-
findən himayə edilirdi. Karvan yollarının dövlət səviyyəsində
qorunması işini maliyyələşdirmək üçün rəhdarı adlı rüsum
alınırdı. Ölkənin iqtisadi bölgələri arasında sərbəst ticarət
əlaqələrini qurmaq məqsədi ilə karvan yolları çəkilir və karvan
yollarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür-
dü. Karvan yollarında hər mənzilin qurtaracağında karvan-
saralar, anbarlar, tövlələr inşa edilirdi. Tacirlər, burada yaşayış
mənzilləri, ərzaq və su ilə təmin edilirdi. Karvansaralar ticarət
məntəqəsi funksiyasnı yerinə yetirirdi. İri şəhərlərdə və ticarət
yollarında inşa edilən karvansaralar dövlətin sabit gəlir
mənbəyinə çevrilmişdi.
Səfəvi dövləti ilə xarici ölkələr arasında bağlanan ticarət
müqavilələrinin həyata keçirilməsi xəzinəyə xeyli gəlir gəti-
rirdi. Xarici ölkələrə mal ixracından xəzinəyə gəlir gəlirdi.
190
Şaqren, tumac dərilər, meyvə qurusu əsasən Avropa bazar-
larına, Hindistana, ən çox Rüştə raunas adlanan qırmızı boyaq
bitkisi, tütünün çox hissəsi, Bağdad və Diyarbəkirə meyvə
qurusu, Osmanlı dövlətinə daha çox dəvə və qoyun satılırdı.
Şəhərlərdə fəaliyyət göstərən bazarlar daxili ticarət mər-
kəzi kimi dövlət büdcəsinin qaynaqlarından birini təşkil edirdi.
Bazarlarda aparılan ticarət əməliyyatlarından əldə edilən gəlirin
bir hissəsi xəzinəyə daxil olurdu. Tacir və sənətkarlardan
alınan xüsusi vergilər dövlət mədaxilinin bir hissəsini təşkil
edirdi. Ölkənin sərhədlərində və şəhərlərdə fəaliyyət göstərən
gömrük məntəqələrində tacirlərin ödədiyi gömrük rüsumu və
karvan yollarında tacirlərdən alınan rəhdari adlı yol rüsumu da
dövlət büdcəsinin gəlir qaynaqlarından idi.
Beləliklə, Səfəvilər dövründə dövlət xəzinənin gəlir qay-
naqlarından biri olan ipək və tütün istehsalından daha çox gəlir
əldə edirdi. Bütün vilayətlərdən toplanan vergilər də xəzinənin
əsas gəlir qaynağı idi.
Dostları ilə paylaş: |