156
VII FƏSİL
DÖVLƏT QURULUŞU
§ 7.1. İdarə sistemi
Səfəvi dövlətinin idarə sistemi Qaraqoyunlu və Ağqo-
yunluların dövlətçilik ənənələri əsasında yaradılmışdı. I İsmayıl
Lahicanı tərk etdikdən bir qədər sonra Şamlı Hüseyn bəylərin
təklifi ilə siyasi məram və məqsədlərini planlı şəkildə həyata
keçirmək məqsədi ilə saray təşkilatı yaratmışdılar. İsmayıl
hakimiyyətə keçənə qədər yüksək hərbi zümrənin sayəsində
yeni dövlət aparatının əsasını qoymuş, ələ keçirilmiş ərazilərdə
yerli idarəçilik forması yaradılmışdı.
I Şah İsmayıl Azərbaycanda hakimiyyətini bərqərar
etdikdən sonra bir sıra qonşu ölkələri də ələ keçirərək güclü
imperatorluq yaratdı. Bu imperiyanın ərazisində yaşayan
xalqları ortaq siyasi və ideoloji əqidə birliyinə qovuşdurdu.
Türk tayfa əsilzadələrini mərkəzi və yerli idarə orqanlarında
yerləşdirib onlara geniş səlahiyyətlər verdi.
Səfəvi sülaləsinin hakimiyyəti ilə formalaşmış dövlət
əslində dini hakimiyyətlə dünyəvi hakimiyyətin birləşmiş
forması idi. I Şah İsmayıl dünyəvi başçı olmaqla yanaşı ruhani-
mənəvi təşkilatlara da nəzarətçi və həm də mürşid- i kamil
vəzifəsini özündə saxlayırdı. Şah qeyri- məhdud hakimiyyətə
malik olmaqla ölkənin dini idarələrinin başçısı hesab olunurdu.
Azərbaycan Səfəvi dövləti mütləq monarxiya idi.
Mərkəzi idarə sistemində on iki nəfərdən ibarət məşvə-
rətçi hüquqa malik ali məclis də fəaliyyət göstərirdi. Lakin son
sözü Şah deyir və onun rəyi əsasında qərar qəbul olunurdu.
I Şah İsmayıl imperatorluğun bütün bölgələrində türk-
qızılbaş tayfalarını yerləşdirir və dövlətin hərbi-siyasi dayaq-
larını onların hesabına möhkəmləndirirdi. Şiraz vilayətinə
Zülqədər, Diyarbəkir vilayətinə Ustaclı, Herat vilayətinə Şamlı,
157
Bəlx vilayətinə Rumlu, İsfahan, Həmədan və Əcəm İraqına
Təkəli, Bağdada Türkman tayfaları köçürülərək, həmin böl-
gələrin idarə edilməsi onlara tapşırılmışdı. I Şah Təhmasibin, I
Şah İsmayılın və Məhəmməd Xudabəndənin hakimiyyətləri
dövründə də ölkənin digər etnoslar yaşadığı ərazilərdə qızılbaş
tayfalarının hesabına yerli dayaqların möhkəmləndirilməsinə
xüsusi diqqət yetirilir və həmin bölgələrə qızılbaş əyanlarından
bəylərbəyi təyin edilirdi. Lakin I Şah Abbasın dövründə ölkədə
baş verən seperatizmin qarşısını almaq, mərkəzi hökuməti
möhkəmləndirmək üçün qeyri-türk tayfa nümayəndələrindən
dövlət idarəetmə orqanlarında müxtəlif vəzifələrə təyinatlar
olmuşdur. Bu siyasət söz yox ki, dövlətin mahiyyətinin dəyiş-
məsi deyil, bəzi qızılbaş tayfalarının hərbi- iqtisadi qüdrətini
zəiflətmək və mərkəzi hakimiyyəti möhkəmləndirmək məqsədi
daşıyırdı. I Şah Abbas Mazandaran və Fars bölgələrində
dövlətin dayaqlarını türk etnoslarının hesabına möhkəmlən-
dirmək üçün Qarabağdan və Azərbaycanın digər ərazilərindən
əhalinin bir hissəsini ora köçürmüşdü.
Səfəvi nəslinin nümayəndələri Azərbaycan Səfəvi dövləti
yaranana qədər səfəviyyə cəmiyyətinə pir, yaxud mürşid-i
kamil ünvanı ilə rəhbərlik edərək şeyx titulu daşıyırdılar.
1501 ci ildə hakimiyyətə gələn Şah İsmayıl və sonrakı
Səfəvi şahları mürşid- i kamillik titulunu özlərində saxlayıdılar.
Xəlifət əl- xüləfa isə dini məsələlər üzrə onların müavini idi.
Sufi, dərviş, mürid, qazi və abdallar qızılbaş döyüşçüləri kimi
cəmiyyətin sosial- hərbi dayağını təşkil edirdilər. Xəlifət əl-
xüləfanın əsas fəaliyyəti cəmiyyətin tərəfdarlarının sayını
artırmaq və möhkəmləndirmək idi. Ona görö də cəmiyyətin
müridlərinin sayını artırmaq və onlara rəhbərlik etmək üçün
cəmiyətin ideologiyasını öyrətməkdə xüsusi təlim keçmiş,
inanılmış sufilərdən vilayətlərə vəkil, yaxud xəlifələr də təyin
edilirdi.
Xəlifət əl- xüləfa birbaşa şaha tabe idi və səfəviyyə cə-
miyyətinin başçısı kimi çox yüksık statusa malik idi. O, vaxtlı-
158
vaxtında dini yığıncaqların keçirilməsinə, məscidlərin, müqəd-
dəs məzarların və mədrəsələrin təmir edilməsinə, dini məra-
simlərin icrasına nəzarət edirdi. Beləliklə, Xəlifət əl-xüləfa
vəzifəsi səfəvilərin hakimiyyəti dövründə mürşid- i kamillə
müridlər arasında əlaqə yaratmaqla dövləti möhkəmləndirmək
işinə yönəlmişdi.
Dövlət quruluşunda baş vəzir şahdan sonra ikinci şəxs
hesab olunurdu. I Şah İsmayılın dövründə baş vəzir və digər
dövlət məmurlarına əlavə mənsəb kimi vəkillik verilirdi. Vəkil
şahın dünyəvi və dini işlər üzrə müavini olub böyük nüfuza
malik olurdu. Şah Təmasibin hakimiyyətinin ilk illərində
qızılbaş tayfa başçıları arasında vəkillik vəzifəsi uğrunda qanlı
mübarizə vəkillik mənsəbinin ləğv olunması ilə nəticələndi.
Baş vəzir mülki və maliyyə işlərinə rəhbərlik edirdi.
Mərkəzi dövlət aparatı strukturuna daxil olan bütün idarələrin
və əyalət orqanlarının fəaliyyətinə başçılıq və nəzarət edən baş
vəzir həm də xarici ölkələrlə diplomatik danışıqlar aparıb
müqavilə bağlamaq səlahiyyətinə malik idi. Bütün dövlət ver-
gilərinin yığılması, xəzinənin mədaxili, xəzinə üçün alınan
vəsaitlərin haqq-hesabı ilə bağlı bütün məsələlər baş vəzirin
əmr və təliqəsi (şərhnaməsi) olmadan icra edilə bilməzdi.
Yüksək vəzifələrə məmurlar təyin edilməsinə, tiyul və soyur-
qalların verilməsinə dair sənədlər baş vəzirin möhürü olmadan
etibarsız hesab olunurdu.
Amillərin (vergi işinə baxan məmur) mühasibat he-
sablarının nüsxələri və bütün vilayətlərin divan hesabını apa-
ranların, yəni bəylərbəyilərin, hakimlərin, sultanların, vəzirlərin
(əyalət
vəzirləri),
kiçik və böyük vergi təhvildar-
larının, xırda iş sahiblərinin, zabitlərin və başqalarının haqq-
hesab nüsxələri baş vəzirin yazılı təliqəsindən sonra baş musto-
filər (maliyyə məmuru) tərfindən hesablanıb mərkəzi maliyyə
dəftərinə köçürülürdü. Dövlətin maliyyə strukturunda baş
vəzirin tabeçiliyi altında altı vəzirdən ibarət vəzarət divanı
fəaliyyət göstərirdi.
159
Səfəvilər dövründə yığma qoşunların başçısı əmir- ül-
üməra adlanırdı. Hərbi iş bütünlüklə qızılbaşların əlində oldu-
ğuna görə bu vəzifəyə Azərbaycan tayfa başçılarından təyin
olunurdu. Şahın xüsusi hərbi hissəsinə isə qorçubaşı rəhbərlik
edirdi. Bu hərbi hissənin də döyüşçüləri Azərbaycan tayfaların-
dan təşkil olunurdu.
Dini təsisatların, yəni dini müəssisələrin idarə edilmə sinə
sədr rəhbərlik edirdi. O, ali dini idarənin başçısı idi. Sədr
şiəliyin yayılmasına çalışmalı, şəriət və dünyəvi qanunları
mükəmməl bilməli idi. Çünki dövlətin adından verilən hökm və
qərarlar sədr tərəfindən şəriət qanunlarına müvafiq olaraq
əsaslandırılmalı idi. Yalnız din xadimlərinin deyil, dövlətdə hər
bir şəxs çətinə düşərkən sədrə müraciət etdikdə, ona doğru-
düzgün cavab verməli idi. Sədr şəriət qanunlarına nəzarət
edirdi. Ölkənin idarə edilməsi, ordu, vergi, mükəl ləfiyyət və
cərimələrin miqdarını müəyyənləşdirmək üçün 1555-1556-cı
illərdə 96 maddədən ibarət hazırlanmış Dəstür- ül-əməl (qanun)
sədr vəzifəsində çalışan Mir Zeynəddin Seyidəli tərəfindən
tərtib olunmuşdu.
Səfəvilər dövründə bəzən vəzir və sədr vəzifəsini eyni
zamanda iki şəxs idarə edirdi. Onlardan biri divan ərazisinə, o
biri xassə mülklərinə nəzarət edirdi. Ə yalət vəzirləri şah tərə-
findən təyin olunsa da bəylərbəyinə tabe idi.
Baş vəzirin maliyyə məsələləri üzrə müavini mustoufi əl-
məmalik adlanıb, böyük əmirlər sırasına daxil idi. O, maliyyə
idarəsinin rəisi hesab edilirdi. O, vergi toplanmasına nəzarət
edir, vergi siyalıılarını, hərbi və mülki şəxslərin maaşlarını
təsdiq edirdi. Hakimlərin, yəni bəylərbəyilərin, xanların, sul-
tanların tiyulları, həmsaleləri, vəzirlərin, mustoufilərin, kələn-
tərlərin, hərbiçilərin maaşları, soyurqalları da mustoufi-əl- mə-
malik dəftərxanasında qeydiyyata alınır, onun möhürü ilə təsdiq
olunurdu.
Saray dəftərxanasının darğası da maliyyə məsələləri üzrə
maddi məsul dövlət məmuru olub, nazirlə birlikdə maliyyə
160
məmurlarının haqq-hesablarına nəzarət etmək funksiyasına
malik idi. Ancaq vergilərin toplanması, mədaxilə aid bütün
sənədlər mustoufi-əl- məmalik tərəfindən möhürlənib təsdiq
edilməli idi.
Naziri-buyutat saray təsərrüfatı rəhbəri olub şah və hakim
sülalə üzvlərinin, saray əyanlarının mənzil, paltar, zi-nət
əşyalarına tələbatının ödənilməsinə nəzarət edirdi. O, həmçinin
şah karxanalarının işinə rəhbərlik edirdi. Xəlifət əl-xüləfa
Ərdəbil ordeni müridlərinin başçısı idi. Şaha tabe olmaqla
Səfəviyyə cəmiyyətinin rəhbəri kimi çox geniş hərbi statusa
malik idi. Xəlifət əl- xüləfa dini yığıncaqlar keçirməli, məscid
binalarını, mədrəsələri, müqəddəs məzarları təmir etdirməli və
müsəlmanları dini vəzifələri yerinə yetirməyə yönəltməli idi.
Kələntər şəhərlərdə şəhər idarəçiliyinə, maliyyə işlərinə,
vergilərin toplanmasına rəhbərlik edirdi. Bəzi böyük şəhərlərdə
kələntərlər bəylərbəyilərə deyil, bilavasitə şaha tabe idilər və
şah tərəfindən təyin olunurdular.
Dövlət aparatında eşikağası – yavərlər, yasavullar, qapıçı-
lar, carçıların rəhbəri, mir-şikərbaş – şahın ov tədbirlərinin
başçısı, mühtəsib əl-məmalik-şəhər bazarlarını nəzarətdə sax-
layan, əmtəələrə qiyməti təsdiq edən dövlət məmuru, münşi əl-
məmalik – dövlət katibi, müəyyer əl- məmalik – pul işinə rəh-
bərlik edən, möhrdar – şahın möhürünü saxlayan, minaxur başı
– mehtərlərin rəisi, mehmandar başı – xarici səfirlərin və
qonaqların qəbuluna baxan şəxs, münəccim başı və s. vəzifə
sahibləri çalışırdılar.
Geniş ərazini əhatə edən bu ölkə İnzibati-ərazi prinsipi
əsasında 4 valilik və 13 vilayətə (bəylərbəyliyə) bölünmüşdü.
Şah mərkəzi hakimiyyəti və vilayətləri xan, sultan, kələntər,
darğa, vəzir ünvanı ilə məlum olub hakimiyyət funksiyasını
yerinə yetirən şəxslərlə idarə edirdi. Şah igidliyi və şücaəti ilə
fərqlənən adamlara xan titulu verib vilayətlərə onları hakim
təyin edirdi.
161
XVI-XVII əsrlərdə bəylərbəyliklərin ərazisi sabit qalma-
mış, ayrı-ayrı inzibati vahidlərin ərazisi dəfələrlə dəyişmişdir.
Vilayətləri şah tərəfindən təyin olunan hakimlər idarə
edirdilər. Vilayətə hakim xan, sultan titulu ilə əmir əl-üməra,
yaxud bəylərbəyi rütbəsi ilə təyin olunurdu. Təhmasibin haki-
miyyətinin əvvəlki illərinə qədər vilayət hakimləri ən çox əmir
əl-üməra adlanırdılar. I Şah İsmayılın hakimiyyəti illərində
əmir əl-üməra hərbi rütbə kimi də verilirdi. Ancaq əsilzadə hər
hansı vilayətə əmir əl-üməra rütbəsi ilə hakim təyin edildikdə,
burada əmir əl- üməra rütbəsi bəylərbəyi ünvanına sinonim
olub, mülki inzibati və hərbi mahiyyət kəsb edirdi. Vilayətə
təyin olunan şəxsin həmin vilayətdə yaşayan türk tayfalarından
birinin ağsaqqalı olması vacib idi. XVI əsrin 30-cu illərinə
qədər vilayət hakimləri sultan, sonralar isə xan adlandırıldı.
Bəylərbəyi şah tərəfindən müəyyən edilmiş sayda hərbi
hissə saxlamalı və həmin qoşun hissəsinin saxlanma xərcini
ödəməli idi. Nüfuzlu qızılbaş əyanları çox vaxt bəylərbəyi kimi
vilayətləri irsi olaraq idarə edirdilər. Məsələn, mərkəzi Gəncə
olan Qarabağ bəylərbəyliyini kiçik fasilələrlə Qacarlar
tayfasının ziyadoğlular nəsli XVI əsrin 40-cı illərindən XIX
əsrin əvvəlinə qədər idarə etmişlər.
Bəylərbəyliklər mahallara bölünürdü. Mahal hakim- ləri
də şah tərəfindən təyin olunurdu. Mahal hakimləri (sultan və
məliklər) vergi və mükəlləfiyyətləri yığmalı, mahal daxilində
sabitliyi qorumalı və müharibə şəraitində öhdəsinə düşən hərbi
hissə ilə tabe olduğu bəylərbəyinin sərəncamına getməli idi.
Mərkəzi dövlət aparatındakı vəzarət divanı ilə yanaşı,
əyalətlərə bəzən şah tərəfindən vəzirlər təyin edilirdi. Əyalət-
lərə təyin olunan vəzirlər əyalətin maliyyə məsələlərinə, xüsusi
ilə vergilərin vaxtında yığılması və aidiyyatı üzrə sərf olun-
masına nəzarət edirdilər. Onlar bəylərbəylərə tabe idilər, lakin
mərkəzi maliyyə idarəsinə hesabat verirdilər.
Dostları ilə paylaş: |