Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə24/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   55
DERSL-K-1501-1736

 
 


68 
§ 4.2. 1578-1590-cı illərdə Səfəvi-Osmanlı müharibəsi 
Məhəmməd Xudabəndənin dövründə baş verən kəskin 
daxili ziddiyyətlər, mərkəzi hakimiyyətin zəifləməsi, qızılbaş 
əmirləri arasında çəkişmələr, dövlət xəzinəsinin boşaldılması, 
ölkədə yaranmış qeyri-sabitlik osmanlı hakimlərini Azərbaycan 
torpaqlarına işğalçı yürüşə cəsarətləndirdi. Osmanlı Sultanı III 
Murad (1574-1596) Xəzər dənizinə kimi Azərbaycan ərazilərini 
ələ keçirmək, Orta Asiya xanlıqları ilə birbaşa əlaqə yaratmaq, 
Asiyanın mühüm ticarət yollarına nəzarət etmək, xüsusilə 
Təbrizə sahib olmaq, Cənubi Qafqazda möhkəmlənmək, 
şimaldan gələn müstəmləkə təhlükəsinin qarşısını almaq 
niyyətində idi. 
Osmanlı imperiyası Səfəvi dövlətində yaranmış ağır daxili 
vəziyyətdən istifadə edərək Van hakimi Xosrov paşaya sərhəd 
ərazilərdə yaşayan kürd tayfalarının Səfəvi dövləti əleyhinə 
üsyan qaldırmalarını təşkil etməyi tapşırdı. 1577-ci il noyabrın 
25-də Anadolu, Rum, Qaraman və Zülqədər bəylərbəylərinə 
Səfəvilərlə döyüşə ciddi hazırlaşmaları haqqında göstəriş 
verildi. 1578-ci il yanvarın 2-də III Sultan Murad Səfəvi dövləti 
üzərinə yürüş etmək haqqında qərar verdi. Osmanlı Sultanı III 
Murad Osmanlıdan vassal asılılığında olan Krım xanı I 
Məhəmməd Gəraya (1577-1584), Dağıstanın K umik və Qaytaq 
hakiminə, Tabasaran və Avar hakimlərinə Səfəvilərə qarşı 
yürüşdə iştirak etmələrinə göstəriş verdi.
1578-ci ildə Mustafa Lələ paşanın rəhbərliyi ilə yüz 
minlik Osmanlı ordusu Qarsdan Gürcüstan istiqamətində yürü-
şə başladı. Çuxursəd bəylərbəyi Məhəmməd xan Toxmaq 
Ustaclı Qarabağ bəylərbəyi İmamqulu xan Qacarı və Azərbay-
canın cənub hissəsinin hakimi Əmir xanTürkmanı köməyə 
çağırdı. Məhəmməd xan Toxmaq Ustaclı və İmamqulu xan 
Qacarın 15 minlik qoşunu Çıldır gölü yaxınlığında Əmir xan 
Türkmanıın qoşununu gözlədilər. Lakin, ustaclı və türkman tay-
faları arasında düşmənçilik olduğuna görə Əmir xan köməyə 


69 
getmədi. Məqsəd Osmanlı ordusunun Gürcüstana yürüşünün 
qarşısını almaq idi. 
Çıldır gölü sahilində Osmanlı ordusu ilə ilk döyüşdə 
qızılbaşlar üstünlük qazansa da osmanlıların əlavə qüvvələrinin 
gəlməsi qızılbaşların məğlubiyyəti ilə nəticələndi. 1578-ci il 
avqustun 9-da Qarsın şimal-şərqində yerləşən Çıldır gölü sahi-
lində baş vermiş döyşdə osmanlıların qələbəsi onların Gür-
cüstana daxil olmalarına şərait yaratdı. Osmanlılar Axaltsıxı ələ 
keçirib Kaxetə daxil oldular. Avqustun 24-də Tiflisi, sonra 
Qorini və Zəyəmi tutdular. Bu vaxt gürcü feodalları arasında 
birlik yox idi. Bəzi gürcü feodalları öz mülk lərini qorumaq 
naminə osmanlıların tərəfinə keçirdilər. Mesxi vəliəhdi Mənu-
çöhr və qardaşı Kvarkvare osmanlı tərəfinə keçdilər. Kartli çarı 
osmanlılara tabe olmadığına görə Tiflis osmanlıların hücumuna 
məruz qaldı, Tiflis və Qori işğal edildi. Kaxetiya çarı Aleksandr 
isə Mustafa paşanın təslim olma tələbini qəbul etdi. 
1578-ci il sentyabrın əvvəllərində Osmanlı ordusu Qanıq 
(Alazan) çayına çatdı. Sentyabrın 9-da Qoyun ölümü keçidi 
döyüşündə qızılbaşlar bir neçə dəfə düşmənə zərbə vurub 
tələfat versə də məğlubiyyətə uğradılar. Sentyabr ayının 16-da 
Mustafa paşa Ərəşi ələ keçirdi. Şirvan bəylərbəyi Araz xan 
Rumlu Mustafa paşanın çoxlu sayda qoşunu qarşısında Kür 
çayının cənub sahilinə çəkilməyə məcbur oldu. Bu vaxt Əbu-
bəkir Mirzə ləzgi və şirvanlılardan ibarət dəstə ilə Şirvana 
yürüş etdi. Osmanlı ordusu Şamaxı, Qəbələ, Bakı, Şabran, 
Mahmudabad və Salyanı işğal etdi. 
Şirvan ələ keçirildikdən sonra Azərbaycanın cənu-bunda 
yaşayan bir sıra kürd tayfaları və Şimali Azərbaycan əyan-
larının bir hissəsi osmanlılar tərəfinə keçdilər. Şirvan ələ 
keçirildikdən sonra yeni hərbi-inzibati sistem yaradıldı. Şirvan 
Şamaxı və Dərbənd bəylərbəyliyinə bölündü. Hər iki vilayətə 
osmanlı hakimi təyin edildi. Mustafa paşa Şirvanda Osmanlı 
qoşunlarına komandanlıq etmək vəzifəsini Osman paşaya 
həvalə edərək Ərzuruma qayıtdı. Osman paşa Gəncə üzərinə 


70 
yürüş edərək qarət və talanlar törətdi. O, Salyanda hazırlıq işləri
ilə məşğul olan Araz xan Rumlunun üzərinə hərbi hissə 
göndərdi. Araz xan müqavimət göstərərək Osman paşanı geri 
çəkilməyə məcbur etdı. Bu vaxt İmamqulu xan Qacar Ərəş 
üzərinə hücuma keçərək Osmanlı qoşununu darmadağın etdi.
1578-ci il sentyabrın axırlarında Həmzə Mirzə otuz 
minlik qoşunla Ərdəbildən Qarabağa gəldi. Araz xan qızılbaşlar 
ordusunun gəlməsi xəbərini aldıqda K ür çayını keçərək 
Şamaxıya doğru hərəkət etdi. Şamaxını ələ keçirmək uğrunda 
mübarizədə Araz xanın üstünlük qazandığı vaxt Krım xanının 
qardaşı Məhəmməd Çirey və varisi Adil Çirey iyirmi minlik 
qoşunla Dağıstandan keçərək osmanlılara köməyə gəldi. 
Osmanlı qoşunu, Krım tatarları, ləzgilər və Əbubəkirin üsyançı 
dəstələrinin birləşməsi Araz xanın məğlubiyyəti ilə nəticələndi. 
Araz xan ələ keçirilərək edam olundu.
Bu vaxt Qarabağa gəlmiş Qızılbaş qoşunu vəzir Mirzə 
Salmanın rəhbərliyi ilə Şirvana doğru irəliləyərək Şamaxı qala-
sını mühasirəyə aldı. Osman paşa Salyanda olan Adil Çireyə 
xəbər göndərərək köməyə çağırdı. Qızılbaş əmirləri Şimal isti-
qamətində Şamaxıya Osman paşaya köməyə gələn Krım tatar-
larından ibarət qoşunu qarşılamaq üçün böyük hərbi hissə ilə 
cənuba doğru hərəkət etdilər. 1578-ci il noyabrın 28-də Ağsu 
çayı sahilində, Mollahəsən adlı yerdə Adil Çireyin qoşunu ilə 
qarşılaşdılar. Səhər tezdən axşama kimi davam edən döyüşdə 
tatarlar darmadağın edildi. Adil Çirey və Ərəş hakimi təyin 
edilmiş Piyalə bəy əsir alındılar. Tatarların ələ keçirdikləri 
qənimət geri alındı. Ə lavə köməkdən məhrum olan Osman paşa 
Şamaxı qalasının mühasirəsindən geri çəkilərək Dərbəndə doğ-
ru hərəkət etdi. Qızılbaşlar osmanlıları Şabrana qədər təqib edib 
geri qayıtdılar. Osmanlı qoşunu böyük itkilər verərək Dərbəndə 
daxil oldu. Lakin Qızılbaş əmirləri Osman paşanı təqib etməyib 
Qarabağa qayıtdılar. Mollahəsən döyüşündə böyük şücaət 
göstərmiş Həmzə xan Ustaclının Şirvan hakimi vəzifəsinə 
namizədliyi əmirlər arasında, xüsusilə Məhdi Ülyanın narazı-


71 
lığına səbəb oldu. Şah Məhəmməd Xudabəndənin arvadı Məhdi 
Ülya da oğlu Həmzə Mirzə ilə Qarabağa gəlmişdi. Onun 
göstərişi ilə Mirzə Salman və əmirlər Mollahəsən döyüşündəki 
qələbədəln sonra Qarabağa qayıtdılar. Şah qərargahının 
Dərbəndin tutulması haqqında göstərişinin əksinə olaraq Məhdi 
Ülya Qızılbaş qoşununa Şirvandan Qarabağa qayıtması 
haqqında əmir verdi və əsir alınmış Adil Çireylə Qarabağdan 
Qəzvinə qayıtdı. 
Beləliklə, Mollahəsən qələbəsinə baxmayaraq, Səfəvi- lər 
Şirvanda möhkəmlənə bilmədilər. Osman paşanın Dər- bənddə 
möhkəmlənməsi ilə Şirvan üzərinə yeni yürüş təhlükəsi 
yaranırdı. Onun göndərdiyi hərbi hıssələr bir neçə dəfə Şirvan 
ərazisinə soxulsa da, Şirvan hakimi Məhəmməd Xəlifə Zül-
qədər tərəfindən məğlub edildilər. 1579-cu ilin yayında Krım 
xanı Məhəmməd Çirey Osmanlı Sultanın təhriki və qənimət 
əldə etmək məqsədilə Şimali Qafqazdan keçib 100 min nəfərlik 
qoşunla Dərbənddə Osman paşanın qüvvələri ilə birləşdi. Tatar 
qoşunları oktyabrın 23-də Şamaxını ələ keçirdilər. Şamaxı və 
Bakı yürüşündən sonra Ərəş, Gəncə, Qarabağ və Muğana 
hücum edərək Qızılağaca qədər ərazilərdə dağıntılar və qarətlər 
törətdilər. Samur çayı sahilində Şirvan hakimi Məhəmməd 
Xəlifə qeyri-bərabər qüvvə ilə tatar qoşunları ilə döyüşə girərək 
həlak oldu. 
Qızılbaş ordusunun Şirvana çatması xəbərini eşidən 
Məhəmməd Çirey Şirvan ərazisindən geri çəkildi. Onlar çoxlu 
qənimət və əsir edilmiş insanlar apardılar. Qazi Çireyin baş-
çılığı ilə Osman paşaya kömək məqsədi ilə Dərbənddə bir dəstə 
saxlayıb Krıma qayıtdılar.
Qızılbaşlar Şamaxıya çataraq şəhəri mühasirəyə aldılar. 
Bir neçə gün müqavimətdən sonra şəhər alındı. Əmir xanın 
rəhbərliyi ilə qızılbaşlar Xaçmazda yerləşmiş şirvanlı və 
dağıstanlılardan ibarət dəstəyə qarşı döyüşdə müqavimətlə 
rastlaşaraq geri qayıtdılar. Əmir xanın bu uğursuzluğu şamlı və 
ustaclı əmirlərinin narazılığı ilə qarşılandı. Tərəflər arasında 


72 
düşmənə qarşı birləşərək mübarizə aparmaq əvəzinə bir-birləri 
ilə çəkişmə və didişməyə səbəb olan qarşıdurma yarandı. 
Qızılbaş əmirləri iki düşmən cəbhəyə bölündülər. 
1578-1579-cu illərdə Osmanlı və Krım tatarlarının yürüşü 
Azərbaycanda çoxlu dağıntılara, talan və qarətlərə səbəb 
olmuşdu. Ölkəni aclıq və xəstəlik bürümüşdü. Ölənlərin sayı-
hesabı yox idi. Ac insanlar köhnə sümükləri bişirir, dəri, yırtıq 
ayaqqabı yeyirdilər. Səlnaməçinin verdiyi məlumata görə 
dilənçilər çöllərə səpələndilər, keçi və qoyun sürüləri kimi 
yabanı tərəvəz və göy ot yeməyə başladılar. 
Belə bir şəraitdə ustaclı və şamlı tayfaları ilə türkman 
tayfası arasında qarşıdurma yaranmış, Xorasanda əmirlərin bir-
biri ilə düşmənçilik edən Herat və Məşhəd dəstəsi yaranmış, bu 
dəstələr bir-birinə qarşı qanlı toqquşmalar aparırdılar. Bütün 
bunlar Xorasanın bir hissəsinin dövlətin tərkibindən çıxmasına 
və 1581-ci ildə şahzadə Abbasın Xorasanda şah elan edilməsi 
ilə nəticələndi. 
1580 və 1581-ci illərdə Krım tatarları Şirvan ərazisinə 
dağıdıcı yürüşlər edərək əhalini soyub taladılar. Dördüncü 
yürüş zamanı tatar ordusu Peykər xan Qacarın rəhbərliyi ilə 
Şabranla Şamaxı arasında məğlub edildi. Qazi Çirey əsir alındı. 
Sağ qalan tatar və türk döyüşçüləri və Əbubəkir Mirzə qaçdılar. 
Qızılbaşlar Şirvan ərazisindən gedəndən sonra Dərbənddən 
Osman paşa hücum edərək həmin əraziləri ələ keçirdi. 
1583-cü ilin yazında Gəncə hakimi İmamqulu xan Qacar 
Şirvan ərazisinə daxil olaraq Şamaxıya çatdı. Osmanlı 
ordusunun Niyazabadda olması haqqında məlumat aldıqda 
Rüstəm xanın başçılığı ilə ora qoşun göndərdi. Tərəflər arasın-
da baş verən döyüşdə osmanlılar məğlub edildi və türk 
sərkərdələri öldürüldü. Qızılbaşlar Dərbəndə qədər irəlilədi.- lər. 
Osman paşanın Dərbənddən gələn dəstəsi ilə Samur çayı 
sahilində Baştəpə adlanan döyüş bir neçə gün davam etdi. 
Gecələr də davam edən bu döyüş “Məşəl savaşı” kimi tarixə 
düşdü. Döyüşün dördüncü günü osmanlılar üstünlük qazandılar. 


73 
Qızılbaş döyüşçüləri geri çəkildi. “Məşəl döyüşündə” Əbubəkir 
Mirzə Qızılbaşlar tərəfindən Osmanlılara qarşı vuruşmuşdu. Bu 
Şirvan dövlət müstəqilliyini bərpa etmək uğrunda mübarizədə 
Əbubəkir Mirzənin ümidinin sona çatması ilə əlaqədar idi. 
1583-cü ilin yayında Fərhad paşanın komandanlığı ilə 
Osmanlı ordusu Qarsdan Çuxursədə hücuma keçərək oranı tut-
dular. Çuxursəd hakimi Məhəmməd xan Toxmaq Naxçıvana 
çəkildi. Xorasan əmirlərinin separatizm hərəkətlərinə qarşı 
şahın əsas qüvvələrinin Xorasanda olması, Qarabağ və Azər-
baycanın cənub hissəsinin hakimlərinin kömək etməmələri 
Çuxursədin asanlıqla tutulmasına səbəb oldu. 
Azərbaycanı ələ keçirmək məqsədilə Osmanlı sultanı 
Özdəmir oğlu Osman paşanı Dərbənddən geri çağıraraq Şərq 
yürüşünün komandanı təyin etdi. Osman paşa 1585-ci il 
avqustun 12-də Ərzurumdan Pasinabad-Çıldıran-Xoy-Mərənd- 
Sufiyan-Təbriz istiqamətində yürüş etdi: Bu zaman şah və 
Həmzə Mirzə Qarabağda dincəlirdilər. Şah Qarabağdan Nax-
çıvana getdi. Həmzə Mirzəni 20-min nəfərlik qoşunla Mərənd-
dən Təbrizə doğru gələn Osman paşaya qarşı göndərdi. Sufiyan 
ərazisində Məhəmməd xan Toxmağın başçılığı ilə qızılbaşların 
qabaqda gedən dəstəsi Sufiyan ərazisində Osmanlı hissələri ilə 
qarşılaşdı. 1585-ci il sentyabrın 18-də baş vermiş döyüşün 
başlanğıcında qızılbaşlar üstünlüyü ələ alsalar da çoxsaylı 
Osmanlı ordusu qarşısında tab gətirə bilməyib geri çəkildilər.
Osmanlılar Təbrizə yaxınlaşdılar, 1585-ci il sentyabrın 
20-də Təbrizə qarşı hərbi əməliyyata başladılar. Osman paşanın 
təslim olma tələbi Təbriz əhalisinin inadlı müqaviməti ilə 
qarşılandı. Osmanlılar şiddətli artıleriya atəşi ilə təbrizlilərin 
müqavimətini qıraraq şəhərə daxil ola bildilər. Şəhər əyanları 
şəhəri talan və qarətdən xilas etmək üçün Osman paşanın 
yanına öz nümayəndələrini göndərdilər. Şəhər əhalisi müqavi-
məti dayandırmadıqlarına görə Osman paşa talan və qarət 
əmrini verdi. Təbrizdə gözəl binalar, məscidlər dağıdıldı. 


74 
“Qeysəriyyə” bazarı yandırıldı. “Həştbehişt” sarayının yerində 
qala ucaldıldı. 
Qorçıbaşı Qulu bəy Ə fşarın başçılığı ilə qızılbaşlar Os-
manlı qoşununa ağır zərbə vurdular. Həmzə Mirzənin hücumu 
ilə Qaraman hakimi Murad paşa və Diyarbəkir hakimi Məhəm-
məd paşa əsir alındı, Trabzon paşası və bir sıra Osmanlı sərkər-
dələri öldürüldü. Osmanlılarla bu döyüş də Oruc bəy Bayat 
(Don Juan) da iştirak etmişdi. Osmanlı qoşunu bir aydan sonra 
tikdikləri qalada 7 min nəfərlik hərbi hissə saxlamaqla Təb-
rizdən geri çəkildilər. Həmzə Mirzə onları təqib edərək Şənbi-
Qazanda onlara ağır zərbə vurdu. Həmzə Mirzə osmanlıların 
Təbrizdə qaldıqları qalanı dəfələrlə almağa cəhd etsə də bu baş 
tutmadı. 
Belə bir vaxtda Azərbaycanın hakimi Ə mir xan Türk-
manın Həmzə Mirzə tərəfindən Qəhqəhə qalasına salınaraq 
öldürülməsi nəticəsində üsyan qaldırmış türkman və təkəli 
əmirlərinin Təbrizə yaxınlaşması ilə əlaqədar Osmanlı qala 
qarnizonuna qarşı mübarizə dayandırıldı. 
Qiyamçılarla danışıqlar heç bir nəticə vermədi, ustaclı və 
şamlı tayfası ilə türkman və təkəli tayfaları arasında qarşıdurma 
daha da dərinləşdi. Q iyamçılar Həmzə Mirzənin on yaşlı 
qardaşı Təhmasibi oğurlayaraq Qəzvinə aparıb şah elan etdilər. 
1586-cı ilin yayında Həmzə Mirzə türkman və təkəli tay-
falarının qiyamını çox çətinliklə yatıraraq Təbrizə qayıtdı. 
Lakin, Təbrizdə türk qarnizonuna qarşı qüvvələri səfərbərliyə 
almaq istəyəndə onun ətrafına çox az qüvvə gəldi. Çünki təkəli 
və türkman əmirləri ondan üz döndərmiş, İsfahan, Yəzd, Gir-
manda yaşayan əfşar tayfaları Qulu bəylə Osmanlılar tərəfinə 
keçmiş, şamlı və ustaclı Xorasan əmirləri Həmzə Mirzənin 
əleyhinə çıxaraq Abbas Mirzəni taxt tac varisi kimi müdafiə 
edirdilər. 
Həmzə Mirzə Osmanlı qoşunu gələnə qədər Təbrizdəki 
türk qarnizonunu məğlubiyyətə uğratmağa çalışırdı. Lakin 
Fərhad paşanın əlavə qüvvələrlə Təbrizə daxil olması vəziyyəti 


75 
dəyişdi. O, qaladakı qarnizonu ərzaq və sursatla təmin edib 
daha da möhkəmləndirdi. Həmzə Mirzə mühasirəni dayan-
dırılıb Dizmara doğru geri çəkildi. 1586-cı ilin sentyabr-ok-
tyabr aylarında Təbrizdə olduğu vaxt ələ keçirdikləri ərazilər 
Osmanlılarda qalmaq şərti ilə sülh təklif etdi. Həmzə Mirzə 
Təbriz istisna olmaqla ələ keçirilən torpaqların verilməsinə 
razılaşırdı. 
Şah və Həmzə Mirzə Qarabağa gəldilər. Gəncədə Həmzə 
Mirzə Osmanlı elçisi Vəli bəylə görüşdü. Vəd etdi ki, yaxın 
günlərdə oğlu ilə bərabər elçisini Osmanlı sultanının yanına 
göndərəcəkdir. Əhməd bəy Ustaclını isə Fərhad paşa ilə danışıq 
aparmağa yola saldı. Əhməd bəy Ustaclı təklif olunmuş 
şərtlərlə sülh danışıqlarına başlamağa razı olduqlarını bildirdi. 
Osmanlılarla yaranmış dinc şəraitdən istifadə edərək 
Həmzə Mirzə mərkəzi hakimiyyəti daha da möhkəmləndirmək, 
qızılbaş əmirlərinin mərkəzdən qaçma meyllərinin qarşısını 
almaq, sonra isə bütün qüvvələri birləşdirib tutulmuş əraziləri 
osmanlılardan təmizləmək üçün tədbirlər görməyə başladı. 
Lakin, Həmzə Mirzənin əmirlərin rolunu azaltmaq siyasəti 
qızılbaş əmirlərini qane etmirdi. Həmzə Mirzənin 1586-cı ildə 
dekabrın 10-da Xoy ermənisi olan dəllək Xudaverdi tərəfindən 
yatan zaman öldürülməsi ölkədə ara müharibələrinin və feodal 
özbaşnalığının yenidən genişlənməsinə şərait yaratdı. 
Əsasən üstaclı və şamlı əmirlərinin təsiri ilə şah Məhəm-
məd Xudabəndə 13 yaşlı oğlu Abutalıb Mirzəni özünün varisi 
təsdiq etdi. Hakimiyyətin faktiki olaraq ustaclı əmirlərinin əlinə 
keçməsi digər qızılbaş tayfa başçılarının narazılığını daha da 
artırdı. Onlar Qəzvin sarayından üz döndərib şahlıq taxtına 
varis kimi Abbas Mirzəni müdafiə edən Xorasan əmirləri ilə 
birləşdilər. Murtuzaqulu xan başda olmaqla türkman tayfası, 
Kaşan hakimi, Kirman və Yəzd hakimləri, İsfahan və Kuh 
Gilyədə olan ərəşli və əfşar tayfalarının əmirləri, Farsda 
zülqədər tayfa başçıları Abbas Mirzəni müdafiəyə qalxdılar. 


76 
Səfəvilər dövlətində yaranmış daxili çəkişmələrdən isti-
fadə edərək Cəfər paşa Təbrizdən çıxaraq Azərbaycanın cənub 
ərazilərinin əksər hissəsini ələ keçirdi. Cəfər paşa Ərdəbildən 
Təbrizə gələn qızılbaş dəstəsini məğlub etdi. Qaradağ hakimi 
osmanlılar tərəfə keçdi. Ordubad, Mərənd, Dizmar, Gərgər və 
ətraf əraziləri Cəfər paşa asanlıqla tutdu. 1588-ci ildə Sinan 
paşa Bağdaddan Həmədan üzərinə yürüş edərək Nihavəndi ələ 
keçirdi. Osmanlı qoşunları Qarabağı tutdular, Fərhad paşa 
Gürcüstan ərazisindən keçərək Gəncə və Bərdəni işğal etdi. 
Naxçıvan da Osmanlılar tərəfindən ələ keçirildi. 
1586-1589-cu illərdə demək olar ki, bütün Azərbaycan 
torpaqları işğal edildi. 1587-ci ildə hakimiyyətə gələn I Abbas 
yaranmış ağır vəziyyəti nəzərə alaraq Həmzə Mirzə tərəfindən 
başlanmış sülh danışıqlarını davam etdirmək qərarına gəldi. İki 
ilə yaxın davam edən danışıqlardan sonra Ərdəbil hakimi 
Mehdiqulu ağa Ustaclının rəhbərliyi ilə elçi heyəti İstanbula 
göndərildi. Elçi heyətinin tərkibində Həmzə Mirzənin oğlu 
Heydər Mirzə də var idi. 1590-cı il yanvarın 28-də III Sultan 
Murad elçi heyətini qəbul etdi. 1590-cı il mart ayının 21-də 
Osmanlı və Səfəvi dövlətləri arasında sülh müqaviləsi 
imzalandı. İstanbul sülh müqaviləsinə görə Qaradağ, Ərdəbil və 
Talış vilayətlərindən başqa Azərbaycanın bütün əraziləri Os-
manlı dövlətinin nəzarətinə keçdi. Həmçinin Cənubi Qafqazın 
digər əraziləri, İranın qərb vilayətləri – N ihavənd, Luristan, 
Şəhrizur Osmanlı imperiyasının tərkibinə daxil edildi. Sülhün 
şərtlərinə görə məzhəb ayrılığına görə insanlar incidilməməli, 
Hz.Peyğəmbərin əshabına və xəlifələrinə tənə edilməsinə son 
qoyulmalı, heç kimsəyə nifrət təlqin edilməməli idi. 


77 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin