Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə23/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   55
DERSL-K-1501-1736

 


60 
IV FƏSİL 
 
SƏFƏVİ DÖVLƏTİ XVI ƏSRİN SONU,
XVII ƏSRİN BİRİNCİ YARISINDA 
 
§ 4.1. I Şah Təhmasibin ölümündən
sonra daxili vəziyyət 
 
Təbriz üsyanı (1571-1573-cü illər). Səfəvilər sülaləsinin 
hakimiyyəti dövründə əhalinin vəziyyəti xeyli yaxşılaşmışdı.
I Şah İsmayılın və I Şah Təhmasibin həyata keçirdiyi iqtisadi 
tədbirlər, vergilərin azaldılması sahəsində verdikləri fərman və 
göstərişlər əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yönəl-
mişdi. Osmanlı dövləti ilə aparılan müharibələr əhalinin sosial 
vəziyyətini pisləşdirsə də I Şah Təhmasib iqtisadiyyatın inki-
şafı, sənətkarlığın və ticarət sahələrinin canlanması məqsədi ilə 
XVI əsrin 50-60-cı illərində əhəmiyyətli tədbirlər həyata 
keçirdi. 
Lakin I Şah Təhmasibin hakimiyyətinin son illərində yer-
lərdə şah tərəfindən təyin olunmuş bəzi qızılbaş məmurlarının 
özbaşınalığı kəndlilərin, sənətkarların ehtiyaclarını nəzərə 
almadan vergilərin alınması sahəsində etdikləri zorakılıq və 
özbaşınalıq əhalinin narazılığını artırırdı. Təbriz şəhər darğa-
sının zülmünə qarşı şəhər yoxsullarının 1571-ci ildə üsyanı 
başladı. Üsyana sənətkarlar və xırda tacirlərin nümayəndələri 
başçılıq edirdi. Şəhər darğasının üsyançılardan birini edam 
etdirməsi və edam olunanın öz məhəlləsində dəfn olunmasına 
icazə verməməsi sərəncamı əhalinin narazılığını artırdı və 
üsyanın genişlənməsinə səbəb oldu. Ehtirası coşmuş Təbriz 
şəhər yoxsulları dövlətli şəxslərin evlərini talan edir, mülklərini 
dağıdırdılr. Təbriz şəhərində hər bir məhəllədə üsyançılar 
yaşadıqları məhəlləni öz nəzarəti altına keçirdilər. 
Hakim dairənin nümayəndələri üsyançılara qarşı hərbi 
hissə yeridərək üsyanın yatırılması və üsyançıların cəzalandıı-


61 
rılması haqqında I Şah Təhmasibə təkliflər versə də Təhmasib 
üsyanı yatırmaq üçün ordudan istifadə etmək istəmirdi. Çünki 
bu tədbir ordu ilə şəhər əhalisi arasında qarşıdurmaya gətirər və 
əhali arasında çoxlu itkiyə və şəhərin dağılmasına səbəb olardı. 
Şah Təbriz şəhər hakimini dəyişməklə bu narazılığın sakit-
ləşəcəyini gözləyirdi. Yeni təyin edilmiş şəhər hakimi ilə 
razılaşmaya görə üsyançılar üsyanı dayandırmalı, şəhər hakimi 
isə üsyançılardan heç birini cəzalandırmayacağını öhdəsinə 
götürürdü. Lakin şəhər yoxsulları bu razılaşmanın əleyhinə 
çıxdılar, nəticədə şəhər hakiminin hərbi xidmətçiləri ilə bir qrup 
şəhər yoxsulları arasında toqquşma baş verdi, həlak olanlar 
oldu. Bu hadisə şahın əmrinə əsasən Təbriz şəhərinə hərbi 
hissələrin yeridilməsinə səbəb oldu. Ordu hissələri bir neçə 
məhəllədə üsyan iştirakçılarına vurduqları zərbədən sonra 
üsyan iştirakçıları müqavimət göstərməyin mənasız olduğunu 
başa düşərək mübarizəni dayandırdılar. Üsyan rəhbərlərindən 
Pəhləvan Yari, Pəhləvan Əvəz və Ə li Həsəncan ələ keçirilərək 
Təbriz meydanında dar ağacından asıldılar. Təbriz şəhərində 
baş vermiş bu üsyan 1573-cü ildə yatırıldı. Şah hökuməti 
üsyanın rəhbərləri və fəal üzvlərindən 150 nəfəri edam etdi.  
Üsyanın zor gücünə yatırılmasına baxmayaraq I Şah 
Təhmasib Təbriz şəhər əhalisinə güzəştə getməyə məcbur oldu. 
Sənətkarlardan alınan mali- möhtərife vergisi ləğv edildi. Şəhər 
əhalisi bütün dükan vergilərindən azad oldu. Şəhər demək olar 
ki, vergi toxunulmazlığını əldə etdi. 
I Şah Təhmasib 1576-cı il may ayının 14-də vəfat etdi.
Hələ 1575-ci ildə I Şah Təhmasib ağır xəstələndikdə sarayda 
əyanlar arasında kimin hakimiyyətə keçməsi barədə fikir 
ayrılığı və qruplaşmalar yarandı. I Təhmasib şəxsi həkimi Möv-
lana Q iyasəddin Ə li Kaşinin müayinəsi ilə sağaldı. Maraqlıdır 
ki, Təhmasib yenə də ondan sonra doqquz oğlundan hansının 
hakimiyyətə gələcəyi haqqında bir söz demədi. I Təhmasibin 
böyük oğlu Məhəmməd Mirzənin (Məhəmməd Xudabəndə 


62 
(1578-1587)) gözlərinin pis görməsi və zəif xarakterli olması 
onun hakimiyyətə gəlmək imkanını azaldırdı. 
I Şah Təhmasibin ikinci oğlu İsmayıl Mirzə (II Şah 
İsmayıl (1576-1577)) gənc yaşlarında böyük nüfuz qazanmışdı. 
1547-ci ildə şahın qardaşı Əlqas Mirzə Şirvanda qiyam qal-
dırdığına görə onun yerinə İsmayıl Mirzə hakim təyin edil-
mişdi. İsmayıl Burhan Mirzə ilə vuruşmada döyüş sınağından 
çıxmışdı. I Sultan Süleymanın yürüşü zamanı onun osmanlı 
ordusuna qarşı döyüşlərdə sərkərdəlik bacarığı üzə çıxdı. 1552-
ci ildə Ərzurumun osmanlı hakimi İskəndər paşa (Lovğa 
İskəndər) üzərində qələbəsi ona böyük şöhrət gətirdi. İsmayılın 
həyata keçirdiyi döyüş taktikası, cəsarətli və sürətli həmlələri 
Osmanlı ordusunu qorxuya salmışdı. Osmanlılar onu “Dəli 
İsmayıl” adlandırmışdılar. 1555-ci ildə bağlanmış Amasiya sülh 
barışığından sonra 1556-cı ildə I Şah Təhmasib İsmayıl Mirzəni 
Herata qardaşı Məhəmməd Mirzənin yerinə hakim təyin etdi. 
İsmayıl Mirzənin Heratdan bir sıra vilayət hakimlərinə şahdan 
icazəsiz osmanlılara qarşı yürüşə başlamaq üçün qoşun 
toplamaları haqqında məktub göndərməsi I Şah Təhmasibi 
hövsələdən çıxardı. O, hələ qardaşları Əlqas Mirzənin və Sam 
Mirzənin xəyanətlərini unutmamışdı. İsmayıl Mirzənin də belə 
bir hərəkət edəcəyindən ehtiyat edirdi. Ona görə də Qorçibaşı 
Sevindik bəy Əfşarı Herata göndərdi, Məhəmməd Mirzə yeni-
dən Herata hakim təyin edildi. İsmayıl Mirzə Qəhqəhə qalasına 
salındı, 19 il 6 ay 21 gün Qəhqəhə qalasında həbs həyatı 
yaşadı.
Hüseynqulu xan başda olmaqla rumlu, əfşar və türkman 
tayfaları İsmayıl Mirzənin hakimiyyətə gəlməsinin tərəfdarı 
idilər. I Təhmasibin həddindən artıq ağıllı, lakin hiyləgər qızı, 
dövlət şurasına buraxılan yeganə qadın Pərixan xanım da 
İsmayıl Mirzənin tərəfdarı idi.
I Təhmasib üçüncü oğlu, gürcü arvadından olan Heydər 
Mirzəni hələ 18 yaşından, 1571-ci ildən özünə müavin təyin 
edərək əslində idarəetmə işlərini ona həvalə etmişdi. O, atasının 


63 
göstərişlərinə əməl etdiyinə görə I Təhmasibin və saray 
adamlarının yanında nüfuza malik idi. Hüseyn bəy başda 
olmaqla ustaclı tayfası və gürcü əmirləri onu müdafiə edirdilər. 
I Təhmasibin qalan 6 oğlunun hakimiyyətə gəlmək im-
kanları yox idi. I Təhmasibin ölümündən sonra Heydər Mirzə 
ilə İsmayıl Mirzənin tərəfdarları arasında hakimiyyət uğrunda 
mübarizə çox kəskin xarakter aldı. 1576-cı il may ayının 13-
dən 14-nə keçən gecə halı pisləşən I Şah Təhmasib səhər vəfat 
etdi. Gecə anasının məsləhəti ilə sarayda qalan Heydər Mirzə 
səhər atasının tacını başına qoyub, qılıncını belinə bağlasa da 
hər şey onun istədiyinin əksinə oldu. 
Həmin gecə sarayın mühafizəsini İsmayıl Mirzənin tərə-
fində olan rumlu, əfşar, qacar, bayat və varsaq tayfalarından 
olan qorçilər təşkil edirdilər. Şahın ölüm xəbərini eşidən kimi 
mühafizəçilər saray qapılarını bağladılar. Heydər Mirzənin 
tərəfdarları saraya buraxılmadı. Beləliklə, Heydər Mirzənin tə-
rəfdarları ustaclı tayfasının əmiri Hüseyn bəylə İsmayıl 
Mirzənin hakimiyyətə gəlməsinə çalışan Hüseynqulu Xəlifənin 
tərəfdarları arasında gedən mübarizə ikincilərin qələbəsi ilə 
başa çatdı. Heydər Mirzə öldürüldü.
Qəhqəhə qalasından iyun ayının13-də Qəzvinə gələn 
İsmayıl Mirzə 1576-cı il avqustun 22-də II İsmayıl adı ilə taxta 
oturdu. İsmayıl taxta çıxdıqdan sonra hakimiyyətini möhkəm-
lətmək məqsədi ilə ilk növbədə şahzadələri aradan götürmək 
qərarına gəldi. I Təhmasibin çərkəz qızından olan Süleyman 
Mirzəni dayısı çərkəz Şamxalın əli ilə öldürtdürür. Gürcü 
qızından olan Mustafa Mirzəni II İsmayılın əmri ilə Məhəm-
məd xan Ustaclı öldürür. I Təhmasibin hakimiyyətinin sonunda 
Şirvan əyalətinə hakim təyin edilmiş Mahmud Mirzə oğlu 
Məhəmmədbaqir Mirzə ilə birlikdə öldürülür. 
Lahican əyalətinin hakimi İmamqulu Mirzə Qəzvin darüs 
səltənəsinə gətirilərək öldürülür. Qarabağ bəylərbəyi İbrahim 
Sultan Ziyadoğlunun yanında olan Əli Mirzəni Qəzvinə apart-
dırıb gözlərinə mil çəkdirir. Sonuncu qardaşı Əhməd Mirzə 


64 
İsfahanda öldürülür. Qardaşlarını öldürtdü-rəndən sonra əmisi, 
bibisi, xalası oğlanlarını və onların əyalətlərində yaşayan kişi 
nəslini qətlə yetirtdirdi. Yalnız bir anadan olduğu doğma 
qardaşı Məhəmməd Mirzəyə (Məhəmməd Xudabənd) və onun 
5 oğluna – Həsən Mirzə, Həmzə Mirzə, Abbas Mirzə (I Şah 
Abbas), Abutalıb Mirzə və Təhmasib Mirzəyə toxunmadı. II 
İsmayılın dini islahatının əleyhinə olan təkəli və türkman tayfa 
başçıları Məhəmməd Mirzənin oğlu Həsən Mirzəni hakimiy-
yətə gətirmək niyyətində idilər. Ona görə də II İsmayıl doğma 
qardaşı oğlu Həsən Mirzəni Tehranda öldürtdürdü. 
II İsmayılın dövründə də saray vəzifələri və vilayət haki-
mləri qızılbaş əmirləri sırasından seçilirdı. 
II İsmayil mərkəzi hakimiyyəti möhkəmləndirməklə 
bərabər osmanlılarla münasibətləri yaxşılaşdırmaq istəyirdi. O, 
şiəliyi mötədil hala gətirməklə sünnilərə qarşı ifrat mövqe 
tutmağın əleyhinə idi. O, küçələrdə və meydanlarda Əbubə-
kirin, Ömərin və Osmanın açıq lənətlənməsini qadağan etmişdi. 
İsmayılın əmri ilə hətta bəzi şiə ruhaniləri təqib edilirdi. Ona 
görə İsmayılın sünniliyi qəbul etmə istəyi haqqında şaiyələr 
yayılırdı.
Əslində II İsmayıl Osmanlı dövləti ilə sülh münasibətləri 
yaratmağa, bu məqsədlə şiə-sünni qarşıdurmasını yumşaltmağa 
çalışırdı. Ona görə onun dövründə Osmanlı Səfəvi sərhəddində 
tam sakitlik olmuşdur. II İsmayılın fərmanı ilə kəsilmiş gümüş 
sikkələrin bir üzündə həkk edilən “Allahdan başqa Tanrı 
yoxdur, Məhəmməd Allahın rəsuludur, Əli Allahın dostudur” 
sözləri yazılmadı. İsmayılın dini islahatı həyata keçirmək cəhdi 
şiə ruhanilrinin, qızılbaş əyanlarının və əhalinin narazılığına sə-
bəb olmuşdu. Tezliklə şah başa düşdü ki, dini islahat səylərində 
tələsmişdir. O na görə də saray daxilində bir daha dinlə bağlı 
məsələyə toxunmadı. Çox keçmədi ki, 1577-ci il noyabrın 25-
də II İsmayıl müəmmalı şəkildə öldü.
II İsmayılın ölümündən sonra Qəzvində şah sarayında 
yaranmış gərgin vəziyyət, qızılbaş tayfaları arasında qarşıdurma 


65 
vəzir Mirzə Salmanın və Xəlil xan Ə fşarın fəaliyyəti sayəsində 
toqquşma həddinə çatmadı. Tayfa əmirlərinin və nüfuzlu 
əyanların iştirak etdikləri saray toplantısında bir-biri ilə 
düşmənçilik edən türkman və ustaclı tayfalarının başçıları 
barışdırıldı. Toplantıda şah taxtına Məhəmməd Mirzənin oğlan-
ları Həmzə və Abbas Mirzə, II İsmayılın südəmər oğlu 
Şahşücanın namizədliyi irəli sürülsə də əksəriyyət I Şah Təh-
masibin böyük oğlu Məhəmməd Xudabəndənin üzərində da-
yandı. Bu zaman Məhəmməd Mirzə Şirazda yaşayırdı. Bacısı 
Pərixan xanım Qəzvində dövlət işlərini öz əlinə almışdı. 
Qəzvindən Şiraz şəhərinə gələn Mirzə Salman tezliklə 
Məhəmməd Mirzənin Qəzvinə gəlməsinə nail oldu. Qəzvinə 
daxil olanda Pərixan xanımı müdafiə edən əmirlərin əksəriyyəti 
onun tərəfinə keçdilər. Pərixan xanımın müqavimət göstərməsi 
heç bir nəticə vermədi.1578-ci il fevralın 13-də Qəzvində 
tacqoyma mərasimi keçirildi. Məhəmməd Mirzə Məhəmməd 
Xudabəndə adı ilə taxta oturdu. O, otuz yaşlı bacısı Pərixan 
xanımı fevralın 17-də edam etdirdi. II İsmayılın oğlu Şahşücan 
da öldürüldü. 
Qızılbaş tayfalarının əmirləri hərəsi öz tayfasının ağ-
saqqalı hesab olunurdu, əmirlər əyalətlərdə nəzarətsiz hakimlik 
edirdilər. Onlar mərkəzi hakimiyyətlə heablaşmır, əyalətləri 
istədikləri kimi idarə edirdilər. Sanki vilayətlər qızılbaşlar 
arasında bölüşdürülmüşdü. 
Məhəmməd Xudabəndə hakimiyyətə gəldiyi ilk gündən 
arvadı Məhdi Ülya (Xeyrannisə) ərinin zəif iradəli olmasından 
istifadə edərək bütün dövlət işlərinə qarışırdı. Məhdi Ülya 
keçmiş Mazandaran hakiminin qızı idi. Onun atasi qızılbaş 
əmirləri tərəfindən öldürüldüyünə görə o atasının intiqamını 
alırdı. Qızılbaş əmirlərini yüksək vəzifələrdən uzaqlaşdırıb 
əvəzində Mazandaran əmirlərini gətirirdi. Mazandaran hakimi 
Mirzə xanı aldadıb Qəzvinə gətirərək öldürtdü. Əsir alınmış 
Adili Girey də Məlikə ilə çəkişmələrin qurbanı oldu. Kaşan 
bəylərbəyi Türkman Məhəmməd vəzifədən çıxarılması ilə 


66 
əlaqədar qızılbaş əmirlərinə müraciət etdi. Məhdi Ülyanın 
qızılbaş əmirlərinə qarşı apardığı siyasət qızılbaş əmirlərinin 
narazılığına səbəb olmuşdu. Ona görə Türkman Məhəmməd 
xanın çağırışı ilə qızılbaş əmirləri şahın sarayına yığışdılar. 
Məlikəni müdafiə edən əmir tapılmadı. Məhəmməd Xudabəndə 
vəziyyəti belə gördükdə Məhdi Ülyanı Mazandarana gön-
dərməyi qərara aldı. Lakin, 1579-ci il iyulun 26-da əmirlər 
şahın bu qərarı ilə razılaşmadılar. Qızılbaş əmirləri hərəm 
otağına daxil olub Məhdi Ülyanı öldürdülər. 
Şah Məhəmməd Xudabəndənin dövründə nəinki mərkəzi 
hakimiyyət zəifləmiş, I Təhmasibin dövründə qənaət hesabına 
toplanmış xəzinənin sərvəti bir ilin içində dağıdılmışdı. Qızıl-
baş əmirləri arasında mərkəzdən qaçma halları baş qaldırmışdı. 
Ustaclı və şamlı tayfasından olan Xorasan əmirləri Əliqulu 
xanın başçılığı ilə Məhəmməd Xudabəndənin oğlu Abbas 
Mirzəni şah elan etdilər. Bu yalnız şaha qarşı deyil, mərkəzdə 
mövqeləri möhkəmlənmiş təkəli və türkman əmirlərinə qarşı 
çevrilmişdi. Göründüyü kimi, Məhəmməd Xudabəndənin 
zəiflədiyindən istifadə edərək bir sıra əmirlərin dövlətin siyasi 
və əsgəri təşkilatında yüksək vəzifələri ələ keçirmək cəhdləri 
ilə əlaqədar olaraq tayfalararası çəkişmələr yenə də qalırdı.
Ölkədə yaranmış vəziyyətdən Osmanlı dövləti istifadə 
etdi. Azərbaycan torpaqlarını ələ keçirmək və Cənubi Qafqazda 
möhkəmlənmək planlarını həyata keçirmək istəyi baş qaldırdı. 
Osmanlı Sultanı Van hakimi Xosrov paşaya Səfəvilər döv-
lətinin sərhəd ərazilərində yaşayan kürd tayfalarının qiyamını 
təşkil etməyi tapşırdı. 1577-ci ildə Səlmas və Tasuq hakimi 
Qazi bəy kürdlərin qiyamını qaldırdı. Xosrov paşanın qoşunları 
qiyamçılarla birlikdə Xoya hücuma keçdilər. Beləliklə, osman-
lılar 1555-ci ildə tərəflər arasında bağlanmış Amasiya andlaş-
masını pozdular. Xoy hakimi Mahmud Sultan Rumlu inadla 
müqavimət göstərsə də məğlub olaraq həlak oldu. Xoy ələ 
keçirildi. Qiyamçılar Urmiya hakimi Hüseyncan Sultan 
Xunuşluya qarşı hücuma keçdilər. Hüseyncan Xunuşlu bir ay 


67 
müqavimət göstərə bildi. O qiyamçılar tərəfindən öldürüldü, 
Urmiya ələ keçirildi.
Azəpbaycan hakimi Ə mir xan Türkman qiyamçıları məğ-
lub etsə də onlar tabe olmayaraq dağlara və qalalara çəkildilər. 
Əmir xan qiyamçılar tərəfindən dağıdılmış ərazilərdə möhkəm-
lənə bilmədi. Osmanlıların Azərbaycana yürüş edəcəyi haq-
qında xəbərlər digər kürd tayfalarının da qiyamçılara qoşulma-
sına səbəb oldu. Marağa yaxınlığında Sulduz və Miyanduab 
ərazisində yaşayan kürdlər Əmir bəyin başçılığı ilə Marağaya 
hücuma keçib qarətlər törətdilər və şaha məxsus ilxıdan 10 min 
atı apardılar. 
Kürdlərin qiyamı ilə eyni vaxtda Osmanlı sultanının təh-
riki ilə Şirvanda üsyan baş verdi. Səfəvilər əleyhinə başlanan 
bu üsyana Bürhan Mirzənin oğlu Əbubəkir rəhbərlik edirdi. 
Bürhan Mirzənin ölümündən sonra onun tərəfdarları Əbubəkiri 
Dağıstana aparmışdı. Bir müddət Dağıstanda qaldıqdan sonra o, 
Krım xanı Adil Gərayın yanına getmiş, Adil Gəray qızı ilə onu 
evləndirmişdir. Səfəvilər dövlətinin zəifləməsi, feodal ara 
müharibələri və çəkişmələrin yaranmasından istifadə edərək 
Osmanlı Sultanı Əbubəkirə Şirvanda qızılbaşlar əleyhinə üsyan 
daldırmaq haqqında göstəriş verdi. Osmanlı Sultanı tərəfindən 
dəstəklənən Əbubəkir Dağıstanda və çərkəz ölkəsində qaçıb 
yaşayan keçmiş Şirvan ordusunun qalıqları və ləzgilərdən 2-3 
minlik qoşun toplayaraq Şirvan üzərinə yürüş etdi. Dərbənddə 
və Şabranda qızılbaşlar əleyhinə üsyan başladı.
I Şah Təhmasib hakimiyyətinin sonlarında əhalinin var-
yoxdan çıxmasını nəzərə alıb Şirvanın bəzi yerlərində mal-i-
xərac yığılmaması haqqında fərman vermişdi. Doqquz ilə 
qədər alınmayan verginin toplanması barədə şah sarayında 
göstəriş verilməsi Şirvanda əhalinin narazılığına səbəb oldu. Bu 
narazılıqdan istifadə edən osmanlılar Əbubəkirin vasitəsi ilə 
Şirvanda üsyan qaldırmağa nail oldular. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin