Nizami SÜleymanov


§ 3.4. Şirvan və Şəkinin Səfəvi dövlətinə birləşdirilməsi



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə22/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   55
DERSL-K-1501-1736

 
§ 3.4. Şirvan və Şəkinin Səfəvi dövlətinə birləşdirilməsi 
Məlum olduğu kimi I Şah İsmayılın hakimiyyəti dövrün-
də Şirvanşahların irsi idarə hüquqlarına toxunulmadı, daxili 
idarəetmə müstəqilliyi saxlanıldı. II Xəlilullahın dövründə 
(1524-1535) Şirvan Səfəvilərdən asılı vəziyyətdə idi. II Xəlil-
ullah (II İbrahim Şeyxşahın böyük oğlu, I Şah İsmayılın qızı 
Pərixan xanımın əri) Səfəvilərə xəyanət edən Gilan hakimi 
Əmir Dibaca Şamaxı sarayında sığınacaq vermiş, onu apar-
mağa gələn şah elçilərinə rədd cavabı verərək Əmir Dibacı ver-
məkdən boyun qaçırmışdı. Həmçinin, II Xəlilullah 1534-cü ildə 
Osmanlı dövlətinin vəziri İbrahim paşaya Təbriz tutulduqdan 
sonra qiymətli hədiyyələr göndərmişdi. I Şah Təhmasibin başı 
osmanlılarla müharibəyə qarışdığından onu cəzalandıra 
bilmədi. II Xəlilullah 1535-ci ildə öz əcəli ilə vəfat etdi. Oğlu 
olmadığından qardaşı oğlu Şahrux Şirvanda hakimiyyətə gəldi. 
Şahrux azyaşlı olduğuna görə hakimiyyət onun vəkili Hüseyn 
bəy və Şirvan əyanlarının əlinə keçmişdi. Ə yanların 
özbaşınalığı daxili çəkişmələrə və ixtilaflara səbəb olmuşdu. 
1537-ci ildə Mahmudabad və Salyanda bir qələndər özünü 
Şirvanşahın qardaşı Məhəmməd Amin kimi qələmə verərək 
xalqı üsyana qaldırdı, Şirvana doğru hərəkət edərək Şamaxını 


54 
ələ keçirdilər. Şahrux və saray əyanları Buğurd qalasına 
sığındılar. 
Üsyançılar öz hakimiyyətlrini qura bilmədilər və 40 gün-
dən sonra Şamaxıdan Salyana doğru çəkildilər. Üsyançıları 
təqib edən Şahruğun qüvvələri Salyan yaxınlığında onları 
darmadağın etdilər və qələndər öldürüldü. 
Lakin Şirvanda Şirvan əmirləri arasında çəkişmələr da-
vam edir və mərkəzdən qaçma meylləri daha da artırdı. II 
Xəlilullahın dul qadını Pərixan xanım Şirvanada yaranmış 
vəziyyət haqqında məlumatı qorçubaşı Padar vasitəsi ilə qardaşı 
I Şah Təhmasibə çatdırdı. 1538-ci ilin yayında şahın qardaşı 
Əlqas Mirzə iyirmi minlik ordu, həmçinin Qarabağın və 
Muğanın qoşun hissələri ilə Şirvana daxil oldu. Surxab, Qorçi 
qalaları, Qəbələ tutulduqdan sonra Gülüstan və Buğurd qalaları 
üzərinə hərəkət etdilər. Buğurd qalasının müdafiəçiləri bir neçə 
ay müqavimət göstərsələr də, şahın əlavə qüvvələrinin 
gəlməsindən sonra müqavimət dayandırıldı. Şirvanşahların 
Buğurd qalasında saxladıqları zəngin xəzinə ələ keçirildi. 
I Şah Təhmasib ixtişaşda günahı olanları cəzalandırdı, bir 
sira əmirlər və yerli əyanlar, o cümlədən Şahruxun vəkili 
Hüseyn bəy edam edilərək əmlakları müsadirə olundu. Şahrux 
Təbrizə aparıldı və sonradan edam edildi. 
Beləliklə, Şirvanşahlar dövlətinin varlığına son qoyul du, 
Səfəvi dövlətinin bir əyalətinə çevrildi. Şah qardaşı Əlqas 
Mirzəni Şirvan bəylərbəyi təyin etdi. Əlqas Mirzə Şirvanın 
birinci bəylərbəyi oldu. 
Şirvanın Azərbaycan Səfəvilər dövlətinə birləşdiril-məsi 
mütərəqqi hadisə idi. Ölkənin cənub və şimal vilayət-lərinin 
vahid dövlət tərkibində birləşdirilməsi Azərbaycanın iqtisadi və 
mədəni inkişafında müsbət rol oynadı. 
Şirvanın müstəqilliyinə son qoyulması ilə yerli əyanlar 
barışmırdılar. Onlar itirdikləri imtityazlarını bərpa etmək istə-
yirdilər. Onların bu mövqeyindən Osmanlı dövləti də istifadə 
etməyə cəhd edirdi. Şirvan əyanlarının əhval-ruhiyyəsindən 


55 
istifadə edərək Ə lqas Mirzə özünü müstəqil dövlət başçısı elan 
etmək qərarına gəldi. 
1546-cı ilin əvvəllərində Şirvandan Oruz ağa Rumlu 
Qəzvinə gələrək Ə lqas Mirzənin hazırladığı qiyam haqqında 
şaha məlumat verdi. Bir neçə gün sonra Sultan Mahmud Mirzə 
və Kərəm Mirzənin Ə lqas Mirzənin qiyama hazırlaşması 
xəbərini çatdırmaları ilə I Şah Təhmasibdə qiyam hazırlığına 
şübhə qalmadı. 
I Şah Təhmasib Ürgənc oğlunu 1546-cı ilin yazında 
Şirvana Əlqas Mirzə ilə danışıq aparmağa göndərdi. Əlqas 
Mirzə tabe olmaqdan imtina etsə də şahın öz qoşunu ilə Şirvana 
yaxınlaşması xəbərini alanda anası Xanbəyi xanımı və böyük 
oğlu Sultan Əhmədi bağışlanması üçün onun yanına göndərdi. 
Şah Xanbəyi xanımla birlikdə bir qrup adlı-sanlı adamları 
Əlqas Mirzə ilə danışıq aparmağa göndərdi. Əlqas Mirzə ilə 
Cavadda aparılan danışıqlardakı razılaşmaya görə hər il şah 
xəzinəsinə min Təbriz tüməni ödəyəciyini və min atlı 
göndərəcəyini öhdəsinə götürdü və şaha sədaqətli olacağına and 
içdi.
Əlvənd Mirzə I Şah Təhmasibin 1547-ci ildə Gürcüstan 
və “çərkəz diyarına” yürüşlərində iştirak etdi. Lakin Şirvana 
qayıtdıqdan sonra yenidən məscidlərdə öz adından xütbə oxut-
durdu, öz adından pul zərb etdirdi və özünü müstəqil hakim 
elan etdi. Şah Gürcüstan yürüşündən qayıdarkən Gəncədən 
keçib Yevlaxda dayandı. Əlqas Mirzənin üzərinə 5 min nəfərlik 
süvari dəstəsi göndərdi. Şah həmçinin Süleyman Çələbinin 
başçılığı ilə Dərbənd üzərinə dəstə göndərdi. Bu zaman Əlqas 
Mirzə Dərbənddən Cənibi Dağıstana (“çərkəz diyarına”) yürüş 
edirdi. Əlqas Mirzənin bu yürüşü uğursuzluqla nəticələndi. 
Əlqas Mirzə Dağıstanda olarkən I Şah Təhmasibin 30 minlik 
qoşunla Şirvan üzərinə hərəkət etməsi haqqında xəbər aldı. O, 
şah qoşunlarına qarşı hərbi dəstələr göndərdi. Onun göndərdiyi 
dəstənin bir hissəsi Samur çayı sahilində, bir hissəsi isə 
Qəbələdə qarmadağın edildi. Şah Ə lqasın qayıtma xəbərini al-


56 
dıqda Dərbəndə böyük bir dəstə göndərdi. Əlqas Mirzə 
Xınalığa çəkildi. Onun qoşunu kütləvi şəkildə şahın tərəfinə 
keçməyə başladı. Əlqas qoşunun qalan hissəsi ilə şimala çəkilib 
Samur çayını keçdi. Qızılbaş qoşununun qabaqda gedən dəstəsi 
ona çataraq qalan qoşununu darmadağın etdi. Yaralanmış Əlqas 
Mirzə qaça bildi. O, Azov dənizindən İstanbula getdi.
Əlqas Mirzə qaçandan sonra da onun tərəfdarları Gülüs-
tan və Dərbənd qalalarında müqavimət göstərirdilər. Gülüstan 
qalası üç ay mühasirədə qalandan sonra şah qoşunları tərə-
findən ələ keçirilə bildi. 
Dərbənd qalasının müdafiəçiləri də ciddi müqavimət 
göstərirdilər. I Şah Təhmasib əlavə qüvvə göndərdikdən sonra 
lağım və top atəşi ilə qala divarları dağıdıldı. Müdafəçilər 
təslim olmağa məcbur oldular. Şaha təslim olmaq üçün gə-
lənlərin içərisində I Şah Təhmasibin ögey qardaşı Ə lqas Mir-
zənin anası Xanbəyi xanım da var idi.
Beləliklə Ə lqas Mirzənin və Şirvan əyanlarının müqavi-
mətinə son qoyuldu. I Şah Təhmasib oğlu İsmayıl Mirzəni (II 
Şah İsmayıl) Şirvana bəylərbəyi təyin etdi. 
Şirvanda dövlət müstəqilliyinin bərpasına meyl çox güclü 
idi. Ona görə də Şirvanda Səfəvilər əleyhinə yeni üsyan baş 
verdi. Üsyana 1547-ci ildə Qaytaqdan Şirvana yürüş edən 
Bürhan Mirzə başçılıq edirdi. Qaynaqlarda Bürhan Əli Sultan
yaxud Bürhan Mirzə Şirvanşah II Xəlilullahın (1524-1535) 
oğlu olduğu göstərilir. 
Bürhan Mirzə hələ 1544-cü ildə Qaytaqdan Şirvan üzə-
rinə yürüş etmiş və Ə lqas Mirzənin ordusu tərəfindən məğlub 
edilmişdi.
1547-ci ildə Bürhan Mirzə yenidən Şirvan üzərinə yürüşə 
başladı. Şirvan əsgərlərinin qalıqları da ona qoşuldular. Lakin 
Şirvan bəylərbəyi İsmayıl Mirzə və lələsi Göyçə Sultan Qacarın 
qüvvələri tərəfindən darmadağın edildilər. Bürhan Mirzə 
Qaytağa qaçdı. Çox keçmədi ki, Sultan Süleymanın Azər-
baycana üçüncü yürüşü ilə əlaqədar Şirvan hakiminin Şir-


57 
vandakı hərbi hissələri Azərbaycanın cənubi istiqamətində 
aparmasından istifadə edən Bürhan Mirzə Şirvana hücum 
edərək Şamaxını müqavimətsiz ələ keçirdi.
Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra I Şah 
Təhmasib Abdulla xan Ustaclını Şirvana hakim təyin etdi. 
Əlavə qoşun hissəsi verərək Şirvanı qiyamçılardan təmizləmək 
haqqında göstəriş verdi. 1549-cu ildə Abdulla xan Cavad 
yaxınlığında Kür çayını keçib Əli Şəban deyilən yerdə dayandı. 
Buğurd dərəsində yerləşən üsyançılar çox olduqlarından qızıl-
başlar hücum etməyə ehtiyat edirdilər. Bu zaman Bürhan Mir-
zənin ölməsi və onun qohumlarından Mehrabı başçı seçmələri 
haqqında xəbər alan qızılbaşlar üsyançılar üzərinə hücuma 
keçdilər. Üsyançılar məğlub oldular. Mehrab yaxın adamları ilə 
qaçdı. Üsyançılar Mehrabın qohumu Qurban Əlini başçı 
seçərək Şirvanşah taxtına namizədliyini irəli sürdülər. Özləri 
isə K ür çayının Xəzərə töküldüyü yerdə yerləşən Derav adlı 
adaya çəkildilər. Qızılbaşlar onları təqib edərək çatdılar. Lakin 
qiyamçılar Abdulla xanın barışıq təklifini qəbul etmədilər. 
Tərəflər arasında baş verən döyüşdə üsyançıların əksəriyyəti və 
Qurban Əli öldürüldü. 
Səfəvilər dövləti əleyhinə başlamış üsyan Şirvanın müstə-
qilliyini bərpa etmək məqsədini qarşıya qoymuşdu. Onlar 
Şirvanın müstəqilliyinə nail olmaq üçün Osmanlı Türkiyəsinin 
köməyindən istifadə etmək üçün Osmanlı Sultanına müraciət 
etdilər. Osmanlılar isə bundan öz məqsədləri üçün istifadə 
edərək Xəzər sahilinə çıxmağa çalışırdılar. Şirvanda baş verən 
üsyanlar burda dövlət müstəqilliyi ənənəsinin güclü olduğunu 
göstərirdi.
Şəki xanı Həsən bəyin oğlu Dərviş Məhəmmədin döv-
ründə (1524-1551) Səfəvilərlə Şəki xanlığının münasibətləri 
pisləşmişdi. 1538-ci ildə qızılbaşlar Buğurd qalasını mühasi-
rəyə alanda Dərviş Məhəmməd Şahruğun köməyinə gəlmişdi. 
Şirvanşahlar məğlub olub hakimiyyətdən salındıqda o, Şəkinin 
müstəqilliyini və hakimiyyətini qorumaq üçün Səfəvilərlə 


58 
yaxınlaşmaq siyasəti yeritdi. I Şah Təhmasibin bacısı, Şirvan-
şah II Xəlilullahın dul qalmış qadını Pərixan xatunla evləndi. 
Pərixan xatunun ölümündən sonra Səfəvilərlə Şəki xanlığı 
arasında münasibətlər yenidən pisləşdi. 
Dərviş Məhəmməd xan Əlqas Mirzənin müstəqillik uğ-
runda apardığı üsyanı da müdafiə etmiş, hətta qardaşı Şahnə-
zərin başçılığı ilə ona kömək üçün hərbi qüvvə göndərmişdi. 
Əlqas Mirzənin müstəqillik meylini müdafiə etməsi Səfəvilərlə 
Şəki xanlığının münasibətlərini daha da pisləşdirdi. Osmanlılar 
Azərbaycan ərazisini tərk edəndən sonra 1548-ci ildə I Şah 
Təhmasib Qarabağdan Sevindik bəy Əfşarı 2500 nəfərlik qorçi 
ilə Şəkiyə göndərdi. Dərviş Məhəmməd Kiş qalasına çəkildi. 
Sevindik bəy Kiş qalasını tuta bilməsə də Şəkini talan edib geri 
qayıtdı. 
1551-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son 
qoymaq üçün Ərəşə gəldi. Səfəvilərdən asılı olan Kaxetiya çarı 
Levan (Ləvənd) hərbi dəstəsi ilə I Təhmasibin hüzuruna gəldi 
və qızılbaşlara qoşuldu. Dərviş Məhəmməd isə Təhmasibin 
yanına gəlmədi. Hətta şahın tabe olması haqqında Şəki haki-
minin yanına göndərdiyi elçiyə rədd cavabı verdi. Dərviş 
Məhəmməd şahın tələbini qəbul etməməkdə Şəki xanlığının 
ərazisində yerləşən alınmaz hesab etdiyi “Gələsən-Görəsən” 
qalasına arxayın idi. Şəkililər “Gələsən-Görəsən”, Kiş qala-
larına və dağ yamaclarında yerləşən sığınacaqlara – Siqzara 
çəkildilər. Qızılbaşlar eyni vaxtda qeyd olunan qalalar üzərinə 
hücuma keçdilər. Qorçibaşı Sevindik bəy, Bədir xan və Şah-
qulu xan Ustaclı Kiş qalasına, Abdulla xan Ustaclı və Kaxetiya 
çarı Levan “Gələsən-Görəsən” qalasına, Şahqulu xəlifə isə Sıq-
nağa doğru hərəkət edən qoşun hissələrinə başçılıq edirdilər. 
Şəkililər qızılbaşlara qarşı cəsarətlə müqavimət göstərsələr də 
qızılbaşların topları qarşısında tab gətirə bilmədilər. Qala divar-
ları toplarla və başqa vasitələrlə dağıdılırdı. Kiş qalasının di-
varları 20 gün müqavimətdən sonra dağıdıldı. Qalanın rəisi 
Mahmud bəy müqavimət göstərməyin heç bir nəticə vermə-


59 
yəcəyini başa düşərək qala qapısının açarlarını şaha təqdim 
edərək təslim olduğunu bildirdi. K iş qalasının müda fiəçilərinin 
müqaviməti dayandıraraq təslim olması xəbərini alan Sıq-
nağdakı şəkililər də mübarizəni dayandırıb itaət etdilər. Vəziy-
yətin belə olduğunu görən Dərviş Məhəmməd xan gecə 400 
nəfərlik süvari dəstəsi ilə “Gələsən-Görəsən” qalasından çıxıb 
qızılbaşların mühasirə xəttini yararaq qaçmağa cəhd göstərdi. 
Lakin qızılbaş dəstələri onların qarşısını alaraq onları qılıncdan 
keçirdilər. Dərviş Məhəmməd xanın başını kəsib şaha gətir-
dilər. Beləliklə Şəki vilayəti Səfəvilərin hakimiyyəti altına 
keçdi. I Şah Təhmasib Toyğun bəy Qacarı Şəki hakimi təyin 
etdi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin