47
Sultan Süleymanın ordusu 1548-ci il iyulun 27-də Təbrizə
daxil oldu. Lakin bu dəfə qızılbaş əmirləri şahı tərk edib
osmanlılara qoşulmadı. Təbriz əhalisi osmanlılara qarşı
üsyan
qaldıraraq ciddi müqavimət göstərirdilər. Su mənbələrini və
suvarma kanallarını doldurdular. Osmanlı ordusu böyük çətin-
lik qarşısında qaldı. Yem çatışmaması üzündən minlərlə at,
dəvə və qatır məhv oldu. Təbrizdə qalmağın və irəliləməyin
mümkün olmadığını görən osmanlılar 1548-ci il avqustun 1-də
Təbrizdən geri çəkildilər.
I Sultan Süleyman Kürdüstandan keçərək Van qalasını ələ
keçirdi, sonra Diyarbəkirə döndü. İbrahim
xan və Məhəmməd
bəy Türkmanın başçılığı ilə qızılbaş dəstələri Osmanlı ordusunu
təqib edir və onlara böyük tələfat verirdilər.
Osmanlı ordusu geri çəkildikdən sonra I Şah Təhmasib
Xoya daxil oldu. Burada bir sıra qızılbaş əmirləri ona qoşul-
dular. Şah Təhmasib Qars Qalasını bərpa etmək üçün Sultan
Süleymanın göndərdiyi qoşuna qarşı oğlu İsmayıl
Mirzənin
başçılığı ilə qızılbaş dəstəsi göndərdi. Qızılbaşlar osmanlıları
məğlub edərək Qars qalasını dağıtdılar.
Sultan Süleyman Əlqas Mirzəni beş min nəfərlik qoşunla
İraq tərəfə, Üləmanı isə Ərzurum və Şiraz paşaları ilə 30 minlik
qoşunla Ərzurumu müdafiə etməyə göndərdi.
I Şah Təhmasib Üləmanın Tərcanda olması xəbərini
aldıqda onun arxasınca hərəkət etdi. Üləma qaça bildi. Şah Tər-
candan Ərzincana doğru hərəkət etdi. İsmayıl
Mirzənin irəlidə
gedən dəstəsi Bayburt yaxınlığında osmanlı Məhəmməd pa-
şanın dəstəsini darmadağın etdi. Ərzincan ələ keçirildi. Şah
noyabrın əvvəlində İrəvana gəldi və Üçkilsədə düşərgə saldı.
Əlqas Mirzə beş min nəfərlik dəstəsi ilə Kürdüstandan
Həmədana, oradan Quma, sonra Kaşana daxil oldu,şahın yaxın-
laşma xəbərini aldıqda Şiraz-İsfahan yolu ilə Bağdadın
hüdudlarına çıxdı. Lakin 1549-cu ildə
ələ keçirilərək Qəhqəhə
qalasına salınaraq öldürüldü.
48
1552-ci ilin əvvəllərində Ərzurum hakimi İskəndər paşa-
nın Səfəvi ərazisinə soxulması, Xoyu, Çuxursədi talan etməsi,
Qızılbaş əmirlərinə hədələyici məktubları qızılbaşların yeni
hücumuna səbəb oldu. İsmayıl Mirzənin başçılığı ilə qızılbaş
ordusu Ərzurum qalası yaxınlığında osmanlı qoşununu darma-
dağın etdi və lovğa İskəndər paşa öldürüldü.
I Şah Təhmasib osmanlıların gələcəkdə yürüşlərinin
qarşısını almaq,
Şərqi Anadoluda qarətlər, talanlar törətməklə
bu bölgəni keçilməz həddə gətirmək və nəhayət osmanlıları
sülh bağlamağa məcbur etmək üçün özü Kürdüstanda osmanlı
sərhəddinə yürüşlər etdi.
Dostları ilə paylaş: