15
dəyişikliklər uşağın həyatının birinci ilinə təsadüf edir. Digər
intensiv period isə cinsi yetişkənlik dövrüdür. Qızlarda boy ən
çox 10-13, oğlanlarda isə 12-15 yaşlarda artır.
Boyun
uzanması qızlarda 17-18 oğlanlarda 19-20 yaşa qədər davam
edir. Ən çox çəkinin artdığı dövr qızlarda 11-14 oğlanlarda
13-15 yaşlardır. Döş qəfəsi dairəsinin
ən çox böyüdüyü dövr
qızlarda 11-15 oğlanlarda 13-15 yaşlara təsadüf edir. 11 yaşa
qədər oğlanların bütün fiziki inkişaf göstəriciləri qızlardan
fərqlənmir. Uşaqların yaşı və yaş dövrləri üzrə hərəki fəallıq
səviyyəsinin nizamlanması müvafiq gigiyenik tələblər
əsasında aparılır. Bunun üçün uşaqlar məktəbəqədər (3-4 və
5-6 yaşlarında), kiçik məktəbyaşı (7-10 yaşlarında), orta
məktəbyaşı (11-14 yaşlarında) və yuxarı məktəb yaşı (15-17
yaşlarında) dövrü qruplarına bölünürlər. Yalnız yuxarı məktəb
yaşı dövründə hərəki fəallığın
səviyyəsi oğlanlarda və
qızlarda fərqlənir,
çünki müəyyən edilmişdir ki, erkən
gənclik dövründə də oğlanların hərəki fəallığa olan ehtiyacı
eyni yaşlı qızlara nisbətən 20-25 %
çoxluq təşkil edir
Fizioloji inkişaf göstəricilərinə görə öz yaşıdlarını
qabaqlayan uşaqlar
akselerant uşaqlar, yaşıdlarından geri
qalanlar isə
ratardant uşaqlar adlandırılır. H.H.Əsədov,
İ.U.Rəhimov, F.H.Əsədov. Uşaq orqanizminin anatomiyası və
fiziologiyasının yaş xüsusiyyətləri. Dərslik. Bakı – 2008.
Dostları ilə paylaş: