7
I FƏSİL
Uşaq və yeniyetmələrin böyümə və inkişafının ümumi
qanunauyğunluqları
Uşaqların normal fiziki və zehni inkişafına
daim diqqət
yetirilir. XXI əsrdə elmi texniki tərəqqi ilə əlaqədar olaraq,
insanlarda hərəki
funksiyaların
nisbətən zəifləməsi,
dövrümüzün ən mühüm probleminə çevrilmişdir. Böyümə
anlayışı orqanizmdə kəmiyyət dəyişikliklərini göstərməklə,
onun toxuma və orqanlarında hüceyrələrin sayının
yaxud
ölçülərinin artması kimi başa düşülür.
Biologiyada inkişaf anlayışının əsil mənası canlı
orqanizmlərdə mövcud olan kəmiyyət və keyfiyyət
dəyişkənlikləri ilə xarakterizə olunan fizioloji sistemlərin
funksional mürəkkəbləşməsini, toxuma və orqanlar arasında
yaranan qarşılıqlı əlaqələrin
daha yüksək filogenetik
mərhələyə çıxarılmasını əks etdirir.
Filogenetika
müasir və
nəsli kəsilmiş canlılar arasında, təkamül üzrə mövcud olan
qarşılıqlı əlaqələri müəyyənləşdirən və identifikləşdirən
bioloji sistemləşdirmə sahəsidir.
Böyümə anlayışı orqanizmdə
kəmiyyət dəyişkənliklərini
göstərməklə onun toxuma və
orqanlarında hüceyrələrin sayının, yaxud ölçülərinin artması
prosesi kimi başa düşülür.
Fenotip - genetik
(genotip)
və
ekoloji faktorların yaratdığı xüsusiyyətlərin canlının xarici
görünüşündə əks olunmasıdır.
Fenotip əksəriyyət
olaraq
genlər
tərəfindən təyin olunur. Ancaq bəzi şərtlərdə digər
faktorlar, fenotipin genotipə yüzdə yüz uymasını maneə
törədə bilər.
Bu vəziyyətə hipomorfizm deyilir. Fenotip,
zaman içində dəyişə bilər.
8
Filogenez insanın bütün tarixi boyunca psixikasının
yaranması və inkişafı kimi xarakterizə olunur. Hər bir canlı
dünyaya gəldiyi vaxtdan daha ölənə qədər keçirdiyi dövr
ontogenez adlanır. Ontogenezin mənası fərdi inkişaf
deməkdir. Cinsiyyətli çoxalan
orqanizmlərdə fərdi inkişaf-
ontogenez mayalanmış yumurta hüceyrəsindən-ziqotdan
başlayır. Bu insanda yumurta hüceyrəsinin mayalandığı andan
başlayaraq orqanizm ölənədək davam edir. Ontogenezi 2
dövrə bölmək olar: bətndaxili dövr və bətnxarici dövr-
postembrional
inkişaf.
İnsanın
və
meymunların
postembrional inkişaf dövrünün müddəti müqayisə edildikdə
müəyyən olunmuşdur ki, meymunlarda ümumi inkişaf dövrü
7-11 yaşlarında tamamlandığı
bir halda, insanda bu dövr 20
yaşınadək (bəzən, daha çox ) davam edir. Bundan sonrakı
yetkin yaş dövrü də insanda daha uzunmüddətlidir.
Dostları ilə paylaş: