13
- döş qəfəsinin ölçüləri.
Bunlar antropometrik göstəricilər adlanırlar.
Yeni doğulmuş qız uşağının çəkisi orta hesabla 3,3 kq.
oğlanınki isə 3,5 kq təşkil edir. Birinci
ayda körpənin çəkisi
600 qr, ikinci və üçüncü ayda isə 800 qr artmalıdır. Bir yaşa
qədər sonrakı aylarda aylıq çəki artımı əvvəlki aydan 50 qr az
olur. Körpənin çəkisi 2 yaşda 2-3 kq, 3 yaşda isə 1-2 kq artır.
4-5-6 yaşlarda illik çəki artımı 1,5 -2,0 kq civannda olur. 7
yaşdan etibarən çəki sürətlə artmağa başlayır.
Cinsi
yetişkənlik dövründə bədən çəki ilə 7 kq -a qədər artır.
Yeni doğulmuş körpənin boyu təqribən 50 sm olur.
Birinci ildə uşağın böyu 25 sm artır. İkinci və üçüncü ildə boy
ilə 8-10 sm, 4-7 yaşlarda isə 5-7 sm artır.
Cinsi yetişkənlik
dövründə boyun illik artımı 8-10 sm-ə çatır.
Şəkil 1. Yaş dövrlərinə görə gövdənin dəyişmə nisbəti.
(
rəqəmlər başın gövdəyə olan nisbətini göstərir).
14
Uşaq doğularkən onun başının
dairəvi ölçüsü döş
qəfəsinin ölçüsündən böyük olur.
Bu ölçülər müvafiq olaraq
34 və 33 sm təşkil edir. Birinci ildə başın dairəvi ölçüsü 12
sm, ikinci ildə isə yalnız 2 sm böyüyür. Sonrakı 4 ildə
böyümə cəmi 3 sm olmaqla başın dairəsi 51 sm-ə çatır. 10
yaşda bu ölçü 52 sm, 15-16 yaşlarda isə 53 sm olur. Döş
qəfəsinin dairəvi ölçüsü isə aşağıdakı ardıcıllıqla artır:
1 yaşda 48 sm
5 yaşda 56 sm
15 yaşda 73 sm
Yeni doğulmuşun başının uzunluğu ümumi boyun l/4-ni,
2 yaşlılarda 1/5-ni, 6 yaşlılarda 1/6-ni, böyüklərdə isə 1/8-ni
təşkil edir. Yeni doğulmuşun bədəninin
orta nöqtəsi göbək
həlqəsi nahiyəsində yerləşir.
Uşaq böyüdükcə orta nöqtə
göbəklə qasıq sümüyü arası sahəyə yerini dəyişir. Yeni
doğulmuşda yuxarı və aşağı ətrafların uzunluqları
təqribən
bərabər olur. Bu bədənin uzunluğunun 1/3-i qədərdir. 7 yaşda
ayaqların uzunluğu 3 dəfə artaraq 18 sm- 57 sm-ə çatır.
Əllərin uzunluğu isə 2 dəfə artaraq 40 sm olur. Ümumi
inkişaf
ərzində ayaqların uzunluğu 5 dəfə, əllərinki 4 dəfə, bədəninki
isə 3 dəfə artır.
Dostları ilə paylaş: