16
yaş); kiçik məktəbli dövrü (6-10 yaş);
yeniyetməlik dövrü
(10-15 yaş); gənclik dövrü (15-30 yaş); yetkinlik dövrü (30-
60 yaş); ahıllıq dövrü (60-75 yaş); qocalıq dövrü (75-90 yaş);
uzunömürlülük dövrü (90-150 yaş).
Hər yaş dövrü özünə məxsus xüsusiyyətlərə malikdir.
Məktəbəqədər yaşlı uşaqların fizioloji xüsusiyyətləri. Bu
dövrdə bir sıra
anatomik-fizioloji xüsusiyyətlər
özünü
göstərir. Uşaq fiziki cəhətdən inkişaf edir: erkən uşaqlıq
dövründə (1-3 yaş) onun boyu ildə orta hesabla 4-5 sm, çəkisi
1-2 kq, 5-6 yaşda isə boyu 5-6 sm, çəkisi 2-2,5 kq artır. Bu
yaşda uşaqların sümük-əzələ
sistemi xeyli inkişaf etsə də,
sümükləri elastik olur. Odur ki, uşağın düzgün oturmasına,
yatmasına, ağır yük götürməməsinə nəzarət etmək lazımdır.
Bu yaşda uşağın beyin çəkisi artır (1350 qrama çatır),
beyin yarımkürələrinin tənzimləmə funksiyası bir qədər
güclənir. Lakin uşaqlarda beyinin qabıqaltı
sahəsinin təsiri
böyük olduğu üçün onlar öz hisslərinə nəzarət etməkdə
çətinlik çəkirlər.
Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri. Bu
yaşda
orqanizmin anatomik
-fizioloji
inkişafı yeni mərhələyə qədəm
qoyur: uşaqların boyu ildə orta hesabla 3-4 sm, çəkiləri 2-3 kq
artır. Skeletin sümükləşməsi başa çatmadığından onların
partada düzgün oturmasına diqqət yetirmək lazımdır. Bu
yaşda ürək-damar sistemi zəif inkişaf edir.
Buna görə də
uşaqların hərəkətdə olmasına ehtiyac duyulur.
Dostları ilə paylaş: