Uşaq və yeniyetmələrin böyümə və inkişafının ümumi
qanunauyğunluqları. İnsan doğulduqdan sonraki dövrdə,
yəni postnatal inkişaf mərhələlərində onun orqan və
toxumalarının böyüməsi, mürəkkəbləşməsi və müxtəlif yaş
dövrlərinə xas olan bədən formasının inkişafı təzahür olunur.
İnsanın bu və ya digər yaş dövrünü əks etdirən dəyişikliklər
müəyyən qanunauyğunluqlara əsaslanır. Son zamanlar bu
məsələyə aid bir sıra mülahizələr və konsepsiyalar irəli
sürülmüşdür (P. K. Axonin, İ.A. Arşavski və b ). Onların əsas
mahiyyətini aşağıdakı kimi təsəvvür etmək olar: bu və ya
digər yaş dövründə fizioloji sistemlərdə baş verən
uyğunlaşmalar xarici mühit şəraitində orqanizmin optimal
fəaliyyətinin təmin edilməsinə və fizioloji labilliyin (fizioloji
mütəhərrikliyin) yaradılmasına yönəldilir.
Orqanizmin
müxtəlif
sistemlərinin
inkişafının
geteroxronluğu
(müxtəliflik)
insanın
ontogenetik
9
inkişafının ayrı-ayrı mərhələlərində bu və ya digər fizioloji
sistemin başqalarına nisbətən daha böyük sürətlə inkişaf
etməsi ( geteroxronluğ) nəzərə çarpır ( P.K.Anoxin). Belə ki,
yeni doğulmuş körpədə ağız və dodaq əzələlərinin
innervasiyası daha tez formalaşır ki, bu da əmmə aktının
təşkilini asanlaşdırır. Bununla da xarici mühit şəraitininə qarşı
südəmər körpənin optimal uyğunlaşması təmin edilir.
Uşağın hərəki funksiyalarının sürətlə keçən inkişafı
dövründə orqanizmdə mövcud olan energetik proseslərin
səviyyəsi, eləcə də tənəffüs və ürək-damar sistemlərində
nəzərə çarpan funksional xüsusiyyətlər uşağın skelet
əzələlərinin inkişafı və böyüməsi prosesləri ilə bilavasitə
korrelyativ əlaqədardır (İ. A. Arşavski). Beləliklə, kiçik
məktəb yaşlı uşaqlarda, ələlxüsus yeniyetməlik və müəyyən
dərəcədə gənclik dövrlərində orqanizmdə mövcud olan əsas
fizioloji və biokimyəvi proseslərin sürəti artır, hüceyrə və
toxumalarda sintez (assimilyasiya) prosesləri parçalanma
(dissimilyasiya) proseslərinə qarşı üstünlük təşkil edir ki, o
da, yuxarıda göstərildiyi kimi, üzv və toxumaların, o
cümlədən skelet əzələlərinin fizioloji inkişafına və onların
kütləsinin böyüməsinə zəmin yaradır. Uşaqlarda və
yeniyetmələrdə mövcud olan böyümə və inkişaf, orqanizmdə
baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri şəklində
müşahidə olunan vahid prosesdir. Uşaqlar bir neçə fiziki və
zehni inkişaf mərhələləri keçir. Belə ki, müəyyən yaş
dövründə boy artımı və böyümə nisbətən zəif təzahür olunur,
digər dövrdə isə bu proseslər fəallaşır və zənginləşir.
Uşaqlarda 11-15 yaşlarında sürətlə boy artımının üçüncü
mərhələsi başlayır. Bu zaman uşaqlarda bir illik boy artımı
oğlanlarda 9-10 sm-ə, qızlarda isə 7-9 sm çatır. 10-13
yaşlarında qızların illik boy artımı oğlanlara nisbətən daha
10
çox sürətlə getdiyindən onlar hündür olurlar. Lakin 15
yaşından sonra qızların böyüməsi prosesi kəskin zəifləyir.
Oğlanlarda isə bu proses sürətlənir və 14-16 yaşından sonrakı
dövrlərdə onları ötüb keçir.
Hazırda yaşlı insanın bədən kütləsinin ümumi hündürlüyü
orta hesabla kişilərdə 165 sm- ə, qadınlarda isə 153 sm çatır.
O cümlədən, Azərbaycanlıların hündürlüyü orta hesabla
müvafiq olaraq 164 sm və 153 sm, Gürcülərin 168 sm və 156
sm və Estonluların 172 sm və 161 sm çatır. İnsan bədənin
uzununa böyüməsi yaş ilə əlaqədar olaraq üç əsas sıçrayış
mərhələsi keçir. Hələ embrional dövrdə insan rüşeyminin
uzununa ölçüsü 1- ci aydan başlayaraq 3- cü aya qədər orta
hesabla 9 dəfə artır və 3- cü ayın sonunda 90 mm çatır.
Bundan sonra rüşeymin uzununa böyüməsi bir qədər zəifləyir
və 9-cu ayın əvvəlində 470 mm bərabər olur.
Uşaqların böyümə və çəki artımı arasında müəyyən
korrelyativ əlaqə vardır. Oğlan uşaqlarında 12-13 yaşlarında
cinsiyyət yetişkənliyini mərhələsi başlanandan sonra, onların
çəkisi qızlara nisbətən daha böyük sürətlə artır.
Təxminən 25 yaşından, 50-55 yaşınadək olan dövrdə
insanda mövcud olan assimilyasiya və dissimilyasiya
prosesləri arasında mütənasiblik yaranır. Nəhayət 50 - 60
yaşından sonrakı dövr insanda fizioloji qocalığın başlanması
ilə xarakterizə edilir. Ən əvvəl qeyd etməliyik ki, qocalıq
tədricən yaranan prosesdir və onun konkret sərhədləri yoxdur.
Bir çox alimlərin fikrincə qocalıq xəstəlik deyildir. Lakin
bir çox hallarda o bu və ya digər xəstəlik fonunda inkişaf
etdiyinə görə vaxtından əvvəl nəzərə çarpır.
Bu cəhətdən xüsusilə qeyd etmək lazımdır ki, insanın
ontogenetik inkişafı və onun həyat müddəti (insan orta
hesabla 70 il yaşayır) irsən keçən genetik kod göstəriciləri ilə
11
əhatə olunur. Digər tərəfdən bu proseslərə xarici mühit
amilləri də təsir edir. Odur ki, insanın ontogenezinə təsir edən
amillər iki əsas qrupa bölünür: irsən keçən genetik və insanın
həyat fəaliyyətində mövcud olan təsadüfi amillər qrupuna.
Təsadüfi amillər organizm üçün qeyri-normal şərait
yaradır. İnkişafda olan orqanizm bu şəraitə nisbətən asan
uyğunlaşır. Yaşlı insanın isə uyğunlaşma qabiliyyəti daha
zəifdir. Odur ki, təsadüfi amillərə aid olan xəstəliklər qocalıq
dövrünü daha da yaxınlaşdırır və ya daha da sürətləndirir.
Amerika gerentoloqu B. Strelder hesab edir ki, qocalıq
dövründə orqanizmdə baş verən dəyişikliklərin bir hissəsi
qocalığa qarşı uyğunlaşma xarakterini daşıyır və onlar
orqanizmin uyğunlaşma qabiliyyətini artırır. Dəyişikliklərin
digər hissəsi qocalığa qarşı uyğunlaşma xarakterinin daşımır
və onlar orqanizmin həyat fəaliyyətini zəiflədir (ateroskleroz,
oynaqlarda dəyişikliklər, xroniki hipoksiya və s.). Lakin
qocalığın yaranması səbəbləri hələ də hərtərəfli müəyyən
olmamışdır. V.V.Frolkisin molekulyar-genetik hipotezınə
görə, qocalığın əsas səbəblərindən biri odur ki, insan fərdinin
genetik aparatında nizamlayıcı mexanizmlərin zəifləməsi
nəticəsində hüceyrələrin zülal molekulların bioloji sintez
qabiliyyəti tədricən sönür.
Ümumi planda desək, qocalıq dövrü qocalığın başlanması
ilə xarakterizə edilir. Bu zaman orqanizmdə mövcud olan
dissimilyasiya prosesləri assimilyasiya proseslərinə üstünlük
təşkil edir ki, bu da orqan və toxuma hüceyrələrinin quruluş
və funksional vahidlərini təşkil edən üzvi birləşmələrin,
birinci növbədə zülalların sintezinin xeyli zəifləməsini törədir.
Maddələr və enerji mübadiləsinin səviyyəsi tədricən enir.
Qeyd etmək lazımdır ki, orqanizmdə həzm prosesinin və
maddələr mübadiləsinin sürətinə təsir göstərən əsas
12
amillərdən biri də daxili sekresiya vəziləri sistemidir. Bu
vəzilərdə sintez olunan bioloji aktiv maddələr (hormonlar)
orqanizmdə baş verən kimyəvi reaksiyaların gedişini
sürətləndirən fermentlərin induksiyasında, yəni mövcud
fermentlərin miqdarının artmasında və yeni fermentlərin
sintezində iştirak edir.
Insanın ahıl yaş mərhələsində və əsasən qocalıq dövründə
daxili sekresiya vəziləri sisteminin ümumi funksional fəallığı
zəyifləyir, cinsiyyət vəzilərinin xarici sekretor funksiyası isə
tamamilə dayanır. Odur ki, bu orqanizmlərin üzv və
toxumalarında fermentlərin iştirakı ilə kecən biokimyəvi
reaksiyaların sürəti aşağı enir. Beləliklə, qocalıq dövrü
orqanizmin hüceyrələrində mövcud olan fermentlərin
miqdarca azalması və onların fəallığının zəifləməsi ilə
xarakterizə olunur.
İnsanın fiziki inkişafına onun həyat tərzi, xüsusilə də
sosoial amillər müəyyən dərəcədə təsir göstərə bilir. Məsələn
müəyyən edilmişdir ki, kənd təsərüffatı sahəsində çalışan
fəhlələrin, yeniyetmələrin və gənclərin boy və çəki artımı
göstəriciləri daha yüksək olur. Voleybol, basketbol, yüngül
atletika və üzgüçülük idman növləri yeniyetmələrdə yuxarı və
aşağı ətrafların eləcədə gövdənin daha yaxşı inkişaf etməsinə
zəmin yaradır. Beləliklə, uşaqların böyüməsi və inkişafı
prosesləri orqanizmin bütün üzv və toxumalarını əhatə edir.
Dostları ilə paylaş: |