Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: türk, xalq, ədəbiyyat, tədris, ədəbi əlaqə



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə92/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   88   89   90   91   92   93   94   95   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərtürk, xalq, ədəbiyyat, tədris, ədəbi əlaqə. 
 
 
 
 
 
 
 
 
 
 


BDU-nun Filologiya fakültəsi - 100 
64 
YEGANƏ HÜSEYNOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Gəncə Dövlət Universiteti 
BƏXTİYAR VAHABZADƏNİN HƏYATINDA BAKI DÖVLƏT UNİVERSİTETİNİN ROLU 
Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir.
 
 
(Heydər Əliyev) 
 
Azərbaycan şeirinin orijinal poetik təfəkkürə və çoxşaxəli yaradıcılıq imkanlarına malik olan 
nümayəndələrindən biri Xalq şairi Bəxtiyar Vahabzadə 1942-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət 
Universitetinin (indi Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuş, 1947-ci ildə bitirmişdir. 
Bəxtiyar Vahabzadənin ədəbiyyat aləminə gəlişi də universitetdə oxuduğu illərə təsadüf edir. Belə ki,
1943-cü ildə şairin ilk şeiri “Ana və şəkil” nəşr edilmiş, “Dostluq”, “Aylı gecələr” poemaları da tələbəlik 
illərində qələmə alınmışdır. 1950-ci ildən - 1990-cı ilə kimi Bəxtiyar Vahabzadə təhsil aldığı Universitetin 
Müasir Azərbaycan ədəbiyyatı kafedrasında işləmiş və istər elmi, istərsə də bədii yaradıcılığının qızğın 
dövrü də həmin illərə təsadüf etmişdir. 
1970-ci ildə B. Vahabzadə tələbələrinə ithaf etdiyi “Qiymət” poemasını yazır. Uzun illər BDU-da 
pedaqoji fəaliyyətlə məşğul olan müəllifin bu mövzu haqqında ayrıca bir poema qələmə alması təsadüfi 
deyil. Gəncliklə belə təmas və ünsiyyət, şairin özünün qeyd etdiyi kimi, yeni mövzuların, ideyaların 
yaranmasına gətirib çıxarmışdır. Şair müəllimliyi, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmağı ömrünün, 
taleyinin qismətinə düşən pay kimi dəyərləndirir. Müəllimliklə şairliyi öz şəxsində birləşdirən müəllif hər 
iki vəzifənin cəmiyyət üçün gərəkliyinə, verə biləcəyi faydalara yetərincə önəm verir.
Poemanın ayrı-ayrı hissələrində müəllim-tələbə münasibətləri, yaşanılan müxtəlif xarakterli 
məqamlar poetik mühakimənin predmeti seçilir. İmtahan prosesi bu baxımdan özünün psixoloji ovqat, 
həyəcan və narahatlığı ilə diqqəti cəlb edir. Şair imtahanı yalnız biliyi və bacarığı üzə çıxaran bir sınaq 
anı kimi təsvir etmir, əksinə bu gərgin anların arxasında dayanan iradə və dözümü, əyilməz xarakter 
bütövlüyünü axtarıb-arayır.
“Qiymət” poemasında Bəxtiyar Vahabzadə 70-ci illərin ictimai, mənəvi problemlərinə toxunur. 
Belə bir mövzuda poema yazmaq bəlkə də bu gün ictimai funksionallığını itirsə də, 70-ci illərdə sovet 
cəmiyyətinin əsas problemlərindən biri olaraq qalırdı. Buna görə də B.Vahabzadə bu problemi ictimai, 
mənəvi-əxlaqi kontekstdə təsvir etməklə cəmiyyətin problemləri kimi bədii müstəviyə gətirir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin