Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə89/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   85   86   87   88   89   90   91   92   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
62 
“Nizami və Qərbi Avropa ədəbiyyatı”, “Leyli Məcnun və Qərbi Avropa ədəbiyyatı”, “Dədə Qorqud və 
Yunan eposu”, “Axundov və Molyer” kimi əsərləri misal göstərmək olar.
Əli Sultanlı özündən sonra böyük bir məktəb qoydu, bu məktəbi keçənlər mənən azərbaycanlı, 
dünyagörüşü etibarı ilə Avropalı oldular.
Açar sözlər: Əli Sultanlı, ədəbiyyat, dünya ədəbiyyatı, filologiya, pedaqoq. 
SƏBA NAMAZOVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi 
Gəncə Dövlət Universiteti 
 
MÜASİR ƏDƏBİ PROSESDƏ ELÇİN ƏFƏNDİYEV MƏRHƏLƏSİ 
 
Çağdaş ədəbi-ictimai fikrin görkəmli nümayəndəsi, Xalq yazıçısı, filologiya elmləri doktoru, 
professor Elçin Əfəndiyevin çoxşaxəli yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslıq elmində mühüm hadisədir. 
Bu təkrarsız qələm sahibinin fərdi istedadının bəhrəsi olan yaradıcılıq nümunələri orijinallığı və 
rəngarəngliyi ilə də diqqəti çəkir.
Ədəbi prosesə bələdlik, həqiqi ziyalı mövqeyi nümayiş etdirmək onun xarakterinin vacib 
cizgilərindəndir. Ən mühüm cəhət isə ondan ibarətdir ki, Elçin ədəbiyyatda heç vaxt tapdanmış yolla 
getməmiş, ilk qələm təcrübələrindən başlayaraq həmişə orijinallığa meyil etmişdir. Onun yaradıcılıq 
sahəsindəki saysız uğurları da məhz buradan qaynaqlanır.
Artıq hər kəsə bəllidir ki, 60-cılar ədəbiyyatımızda yeni və mühüm bir yaradıcı mərhələnin əsasını 
qoymaqla yanaşı, milli ədəbiyyatımızı yeni forma və məzmun xüsusiyyətləri, tamamilə yeni obrazlarla 
zənginləşdirmişlər. Sözügedən yenilik hissi Elçinin çoxşaxəli yaradıcılığının bütün istiqamətlərinə nüfuz 
etmişdir. 
Elçinin istər elmi, istərsə də bədii yaradıcılığı özünəməxsusluğu ilə şərtlənir. O, ədəbiyyatımıza 
müasir insanların həyatını, gündəlik qayğılarını, zamanın mürəkkəb axarında bu insanların duyğu və 
düşüncələrini, qənaətlərini gətirmişdir. O, “Yeni Azərbaycan nəsri”nin uğurlu konsepsiyasını öz misilsiz 
yaradıcılığında qətiyyətlə sərgiləmişdir. 
“Ədəbi düşüncələr”i qələmə almaqla isə Elçin ədəbiyyatımıza tamamilə yeni bir janr bəxş etmişdir. 
Daha dəqiq desək, dünya ədəbiyyatını özündə ehtiva edən “Ədəbi düşüncələr” oxucunu böyük ədəbiyyat 
dünyasına səyahətə aparır. Ən başlıcası isə budur ki, məhsuldar yaradıcılıq fəaliyyəti dövründə çoxsaylı 
oxucularını qələmə aldığı əvəzsiz ədəbi nümunələrlə heyrətləndirən Elçin qeyri-adi, heç kəsə bənzəməyən 
yaradıcılıq üslubuna malik olduğunu mübaliğəsiz olaraq təsdiqləmişdir. Onun hətta elmi düşüncələrinin 
arxasında böyük bədii təhlil dayandığı bu kitabla tanışlıqdan sonra aşkar duyulur.
Elçin “Ədəbi düşüncələr”də illər boyu izlədiyi, müşahidə etdiyi hadisələri, bu kontekstdə 
düşüncələrini, fikirlərini oxucularla bölüşür. Düzdür, müəllifin “kiçik esseciklər” adlandırdığı yazılarda heç 
bir xronoloji ardıcıllıq yoxdur. Bu yazılar bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı olan fədakar bir ədəbiyyat 
adamının, sənət vurğununun düşüncələri olaraq xüsusi dəyərə malikdir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin