Açar sözlər: BDU, B.Vahabzadə, müəllim, yaradıcılıq, poema. AYGÜN MEHDİYEVA Bakı Dövlət Universiteti BAKI DÖVLƏT UNİVERSİTETİNİN FİLOLOGİYA FAKÜLTƏSİNDƏ M.V.VİDADİ İRSİNİN ÖYRƏNİLMƏSİ Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan, realizmə qüvvətli meyl göstərən
sənətkarlardan biri olan Molla Vəli Vidadi zəngin və rəngarəng yaradıcılığa malikdir. O, ədəbiyyatımızın hər
iki qoluna məxsus ənənələri qorumuş, möhkəmləndirmişdir. Onun əsərləri Azərbaycan xalqının keçirdiyi
tarixi qəm və kədərin bariz nümunəsidir. Dövrün qarışıqlığı, Azərbaycanın vəziyyətinin çətinləşməsi, xarici
dövlətlərin təsiri və müdaxiləsi XVIII əsrin əsas mənzərəsi idi.
Azərbaycan ədəbiyyatına qiymətli, dəyərli, məzmunlu əsərləri ilə daxil olan Molla Vəli Vidadi irsi
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışan ədəbiyyatşünas alim və tədqiqatçıların diqqətini
cəlb etmiş və onun həyat və yaradıcılığı ətraflı öyrənilmişdir.
Molla Vəli Vidadinin həyat və yaradıcılığını araşdıran alimlərdən biri də ədəbiyyat tariximizdə
böyük xidmətləri olan akademik Həmid Araslıdır. O, şairin əsərlərini çap etdirmiş, ön söz, lüğət və izahların
müəllifi olmuşdur. H.Araslı şairin yaradıcılığının əsas problemlərini, lirikasının ideya-mövzu
xüsusiyyətlərini araşdırmış, «Müsibətnamə» əsəri haqqında elmi fikirlər və mülahizələrini irəli sürmüşdür.
Tarixi mənbələrə əsaslanaraq şairin doğum yerini düzgün müəyyənləşdirmişdir. Şairin xalq ədəbiyyatı ilə
bağlılığını, onun şeirlərinin dil-üslub məziyyətlərini yüksək qiymətləndirən H.Araslı yazırdı: «Vidadinin
kədəri şəxsi deyil, ictimai həyatdan gələn vətəndaşlıq kədəridir».
Akademik Həmid Araslının araşdırmalarını professor Əliyar Səfərli davam etmişdir. O, Vidadi irsini
öyrənən alimlərdən biridir. «Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı» dərsliyində şairin yaradıcılığının