Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə43/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   73
 
 
 
 


77 
 Cədvəl 9.1. 
 
Menecerin xarakteristikası 
 
Liderin xarakteristikası 
İnzibati işlərlə məşğul olur 
Stereotiplərə əməl edir 
Dəstəkləyir 
Sistemə əsaslanır 
Nəzarətə güvənir 
Qısamüddətli 
perspektivi 
nəzərdən 
keçirir 
“Nə zaman” və “harada” suallarını verir 
Geriyə baxır 
Təqlid edir 
Status-kvonu qəbul edir 
Klassik “yaxşı əsgər” 
İşini düzgün yerinə yetirir 
İnnovasiyaları həyata keçirir 
Orijinaldır 
İnkişaf etdirir 
İnsanlara əsaslanır 
Etibar əsasında fəaliyyət göstərir 
Uzunmüddətli perspektivi nəzərdən 
keçirir 
“Nə” və “niyə” suallarını verir 
Perspektiv baxımdan hərəkət edir 
Yaradır 
Status-kvonu şübhə altına alır 
İndividuallıq 
Düzgün işlər həyata keçirir 
zərdən keçirilir. Tədqiqat nəticəsində aydın olmuşdur ki, insanda 
hər hansı bir spesifik liderlik keyfiyyətinin olması hələ onun 
lider mövqe qazanması və uğurlu fəaliyyət göstərməsi üçün 
kifayət deyil. İnsan, rəhbər mövqe tutmaq arzusunda olmalı və 
təsirli fəaliyyət göstərməlidir. Alimlər belə nəticəyə gəlmişlər ki, 
əgər müəyyən xüsusiyyətlər faktor sinifləri üzrə qruplaşdırılsa 
idi, effektiv və qeyri-effektiv liderlər arasında fərqləri müəyyən 
etmək olardı. Liderin şəxsi keyfiyyətlərinin təyin edilməsi 
zamanı ümumi meyarların potensial, inkişafa meyiletmə
məsuliyyət, ümumi işdə iştirak, status və situasiya ilə bağlı 
vəziyyət kimi faktorlarından istifadə edilir. 
Liderliyin öyrənilməsində davranış yanaşması həmin lide-
rin fəaliyyət effektivliyinin onun hərəkətləri ilə uzlaşdırılması 
cəhdlərini əhatə edir. Bu sahədə Kurt Levin mühüm analitik iş 
aparmışdır. Belə ki, Levin, liderin davranış klassifikasiyasını 
işləyib hazırlamışdır. Klassifikasiya, qərarın qəbul edilməsi za-
manı lider və tabeçilikdə olanlar arasında təsirin paylanmasına 
əsaslanır. Alim, rəhbərliyin 3 növünü təyin edib: avtoritar, de-
mokratik, nominal (liberal). Levinin apardığı təcrübə sübut etdi 


78 
ki, effektiv qrupların həm avtoritar, həm də demokratik liderləri 
olub. Davranış yanaşmasının zəif cəhətlərindən biri situasion 
faktorlara diqqət ayrılmamasıdır. 
Liderlərin davranışına dair iki mühüm tədqiqat proqramı 
Oqayo Dövlət Universiteti və Miçiqan ştatının Universitetində 
icra edilib. 
Oqayo Universitetinin tədqiqatı. Bu universitetin tədqiqat-
ları nəticəsində lider davranışının iki aspekti meydana çıxdı, yəni 
tabelikdə olan şəxslərin fikrinin nəzərə alınması və fəaliyyətin 
strukturlaşması. Bir çox tədqiqatlar göstərir ki, fikirlərin nəzərə 
alınması əməkdaşların məmnunluğu ilə sıx bağlıdır. Bu halda 
fəaliyyətin keyfiyyəti ilə bağlılıq daha azdır. Fəaliyyətin struk-
turlaşması işdən məmnunluq daha çox, yüksək istehsal və işdən 
geriqalma hallarının azlığı iləsə nisbətən daha az dərəcədə 
əlaqəlidir. 
Miçiqan universitetində aparılan tədqiqat. Tədqiqat 
nəticəsində müəyyən edilmişdir ki, liderin davranışını iki para-
metrlə izah etmək mümkündür. Söhbət ondan gedir ki, lider ya 
istehsala, ya da əməkdaşlara daha çox diqqət yetirə bilər. Tədqi-
qatlar liderin davranışının 4 tipini müəyyən etməyə imkan ver-
mişdir: dəstək, qarşılıqlı əlaqə, məqsədə yönəlmə, işə yardım. 
Yuxarıda haqqında bəhs edilən tədqiqatlar zamanı 
formalaşmış ideyalar Robert Bleyk və Ceyn Mouton (1985) 
modelində öz əksini tapmışdır. Model “liderlik cədvəli” adlan-
dırılmışdı və liderlərin iki istiqamətdə ( “istehsala diqqət”, 
“insanlara diqqət”) fəaliyyət göstərməsi ehtimalına əsaslanırdı. 


79 
Liderlik şəbəkəsi 
İnsanlara diqqət 
1 2 3 4 5 6 7 8 9 
İstehsala diqqət 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin