1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
i.e.n.,b.m., N.F.Axundova
TƏŞKİLATİ
DAVRANIŞ
Dərs vəsaiti
Azərbaycan Respublikası
Təhsil
Nazirliyinin 14.05. 2014-cü il tarixli
586 saylı əmri ilə təsdiq edilmişdir
Bakı - 2014
2
Elmi redaktor: i.e.d., prof.
K.A.Şahbazov
Rəyçilər: i.e.d., prof
A.R.Babayev
i.e.d., prof
A.H.Səmədov
i.e.n., dos.
A.A.Ələsgərova
Axundova N.F. Təşkilati davranış. Dərs vəsaiti. Bakı:
“İqtisad Universiteti” Nəşriyyatı – 2014.- 132 səh.
Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə
edir. Vəsaitdə insan davranışı və təşkilatın idarə edilməsinin
nəzəriyyə və metodları nəzərdən keçirilir, insanın əmək şəraitin-
də davranışına dair olan suallar analiz edilir. Vəsait ali tədris
ocaqlarının
tələbələri, menecment sahəsində fəaliyyət göstərən
rəhbər və mütəxəssislər, həmçinin təşkilati davranışı öyrənən
şəxslər üçün nəzərdə tutulub.
©Axundova N.F. – 2014
©İqtisad Universiteti - 2014
3
Giriş
Müasir dünyada baş verən proseslər- ətraf mühitin dəyişil-
məsi, iqtisadiyyatın beynəlmiləlləşməsi, ikinci nəsil informasiya
texnologiyalarının tətbiqi, istehlakçıya
əsaslanaraq keyfiyyətin
idarə edilməsi, işçilərin müxtəlifliyinin tanınması və onların
idarə edilməsi idarəçilik paradiqmasının dəyişilməsinə səbəb
olub. Yeni yanaşma təşkilatda şəxsiyyətin birinciliyini tanıyır.
İşə gəlmiş individ öz davranışına dair bir sıra məhdudiyyətləri
qəbul edir. Bu məhdudiyyətlər təşkilatın normaları,
korporativ
davranış kodeksi tərəfindən diktə edilir. XX əsrdə işə götürən
şəxs əməkdaşlarla mənəvi müqavilə imzalayırdı. Bu müqaviləyə
görə, təlimatların yerinə yetirilməsi və təşkilata sədaqət
göstərilməsi müqabilində işçi məşğulluq, karyera inkişafı, maddi
mükafatlandırılmaya dair qarantiyalar əldə edirdi.
Müasir dövrdə işə götürən şəxs üçün işçinin biliyi, onun
icraçılıq intizamından və instruksiyaları yerinə yetirmək hazırlı-
ğından daha vacibdir. Öyrənmək bacarığı
hər şeydən daha çox
qiymətləndirilməyə başlayır. Bunun nəticəsində işə götürən şəxs-
lər və işçilər arasında münasibətlər dəyişir.
Təşkilati davranışın məğzi individlərin, qrupların, təşkilat-
ların davranışının sistematik, elmi analizindən ibarətdir. Bu za-
man əsas məqsəd xarici mühitin təsirini nəzərə almaqla təşkilatın
və individin fəaliyyətini inkişaf etdirməkdir. Təşkilati davranış
qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi və təşkilatın
fəaliyyətinin effektivliyinin artırılması məqsədilə individlərin,
qrupların davranışının öyrənilməsi və formalaşdırılmasını
nəzərdə tutur. Təşkilati davranış
çoxtərkibli nizama malikdir,
belə ki, o digər nizamlardan (təşkilati nəzəriyyələr, psixologiya,
sosial psixologiya, menecment, heyətin idarə edilməsi) götürül-
müş prinsip, metodlardan istifadə edir.
Öz növbəsində təşkilati
davranış idarəçilik nizamlarının bütöv kompleksinin öyrənilməsi
üçün əsas rolunu oynayır. Təşkilati davranış qrup daxilindəki
4
şəxsiyyətə, onun davranışına istiqamətlənir: qrup daxilində in-
sanlar, onların hissləri, yeniliklərin qəbulu, ətraf mühitə reaksiya.
Təşkilat daxilində insan davranışının idarə edilməsi elm və
incəsənətin vəhdətini özündə ehtiva edir. Bu nəzəri və praktiki
fəaliyyət möhkəm elmi təmələ əsaslanır. İnsanların
idarə edil-
məsi incəsənəti istənilən sahədə fəaliyyət göstərən təşkilatda
inkişafın, keyfiyyətin yüksəldilməsinin, effektivliyin artırılma-
sının vacib şərtidir.
Bu tədris vəsaitinin məqsədi təşkilati davranış sahəsində
effektiv qərarlar qəbul etməyə qadir olan ixtisaslaşmış menecer-
lərin formalaşmasına yardım etməkdir. Bununla əlaqədar, vəsai-
tin əsas vəzifəsi mühüm nəzəri mövqelərin
mənimsənilməsi və
heyətin idarə edilməsilə bağlı praktik vərdişlərin işlənib
hazırlanmasıdır.