19
Adaptiv strukturlar - layihə və matritsa tipli olurlar. İdarə-
etmənin layihə strukturu - müvəqqəti strukturdur. O,
konkret
xarakterli kompleks məsələnin həlli üçün yaradılır (layihənin
işlənib hazırlanması və reallaşdırılması). İdarəetmənin layihə
strukturunun mahiyyəti - təyin olunmuş müddətdə, təyin edilmiş
keyfiyyətlə və bu məqsədlər üçün ayrılmış maddi, maliyyə və
əmək ehtiyatları
çərçivəsində, mürəkkəb layihənin həyata keçi-
rilməsi üçün müxtəlif ixtisaslı ən peşəkar əməkdaşların bir
komandada toplanmasından ibarətdir.
Matritsa strukturu - əksər hallarda, layihə strukturunun bu
şirkət üçün daimi olan xətti-funksional
idarəetmə strukturu ilə
üst-üstə düşməsi deməkdir. Bəzi hallarda belə struktur divizion
strukturun tədricən modifikasiyası nəticəsində əmələ gəlir. O,
funksional strukturun divizional struktur ilə üst-üstə düşməsi
nəticəsində də meydana gələ bilər.
Qeyd etmək lazımdır ki, bu zaman matritsa strukturlarına
keçid,
bir qayda olaraq, bütün şirkəti deyil, onun hər hansı bir
hissəsini əhatə edir. Adətən, layihələr təkrarlananda,
matritsa
idarəetmə strukturlarından istifadə edirlər. Lakin onlar rutin
səciyyəli struktur olmamalıdır.
Tipindən asılı olmayaraq, hər bir təşkilat eyni toplumda
yarımsistemlərə malikdir: istehsalat, ötürücü, izləyici (monitor-
rinq), nəzarətedici, idarəedici.
Aşağıda mexanistik və orqanik təşkilatların xarakteristika-
ları verilib.