Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə


Şəxsiyyətin inkişaf mərhələləri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə12/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   73
Şəxsiyyətin inkişaf mərhələləri. Bu yanaşma zamanı hər 
bir insanın şəxsiyəti müəyyən mərhələlər üzrə, onun ətraf mühitlə 
qarşılıqlı əlaqədə inkişafı fonunda araşdırılır. 
Sosiallaşma - fərdin sosial təcrübəyə yiyələnməsidir ki, bu 
zaman da konkret şəxsiyyət formalaşır. Sosiallaşma prosesində 
insan bütün ömrü boyu ətraf mühitlə qarşılıqlı əlaqəyə girir. 
Zaman keçdikcə insanlar da dəyişir və həmin dəyişmələrin
gedişi bu və ya digər dərəcədə dayanıqlıdır, həm də təsadüfi de-
yil, deməli, əvvəlcədən gözləniləndir. Bir çox dəyişikliklər həm 
insan, həm də təşkilat üçün arzuolunandır. Bu aspekt davranışın 
təşkili üçün çox vacibdir. 
K. Ardjirisin «Yetkinsizlikdən yetkinliyə qədər» modeli. 
Kris Ardjiris işləyən (çalışan) insan modeli təklif etmişdir ki, 
burada həm şəxsiyyətin inkişaf mərhələləri, həm də onun xüsu-
siyyətləri əlaqəli şəkildə göstərilmişdir (müşahidə edilən davra-
nışla üst-üstə düşməyən, şəxsiyyətin latent xarakteristikaları). 
Ardjirisə görə, insan şəxsiyyəti istənilən yaşda, yalnız mərhələ-


28 
dən - mərhələyə deyil (şüurlu və şüursuz), həm də yetkin olma-
yan vəziyyətdən yetkin vəziyyətə qədər inkişaf edir. Ardjiris 
iddia edir ki, insanlar öz işlərində təcrübə və özünə əminlik əldə 
etdikcə, yetkinlik yaşına müvafiq olan parametrlərlə daxil ola 
bilərlər (müxtəlif dərəcəli aktivlik, müstəqillik, davranış model-
lərinin müxtəlifliyi və s.). 
Ardjiris iddia edir ki, təşkilatlar xüsusi olaraq yetkinliksiz-
liyin mükafatlandırılması və həvəsləndirilməsi, eyni zamanda 
«yetkinliyin» cəzalandırılması üçün layihələşdiriliblər. Əgər bu, 
həqiqətdirsə, əsas münaqişəni (uyğunsuzluq) yetkin şəxsiyyətin 
tələblərinə malik olan insanlarla onların çalışdıqları formal 
təşkilatların mahiyyəti arasında axtarmaq lazımdır. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin