Şəkil 2.3
Ümumilikdə, biznes paradiqmasının (əsas modelinin) də-
yişməsi haqqında da danışmaq olar. Belə ki, müəyyən vaxtda
ona əlaqəli layihələr məcmusu nöqteyi- nəzərindən baxmağa
başlayırlar. Belə yanaşma üsulu müasir biznesin digər xüsusiyyə-
tini də əks etdirməyə imkan verir. Bu zaman dəyişkən ətraf mü-
Yüksək
Avtonom mövcudluq
Yüksək dərəcə
Aşağı
Xidməti pil-
lələrə müvafiq
olaraq
Aşağı dərəcə
Yuxarı təşkilatlara
münasibət
Qeyri-müəyyənlik
şəraitində
dayanıqlılıq
Fərdilik
Yüksək
Avtonom
mövcudluq
Yüksək dərəcə
Mexanistik
Orqanik
Aşağı
Yüksək
Xarici qüvvələrin
təsirinə
məruzqalma
Az
əhəmiyyətli
Peşəkar dəyərlərin
rolu
Əhəmiyyətli
Rədd edilir
Mürəkkəb
məlumatlarla iş
Qəbul edilir
21
hitdə çevik davranış kimi əsas strateji rəqabət üstünlüyü mey-
dana çıxır.
İdarəetmə strukturunun formalaşması zamanı insan amili-
nin həlledici rolunu yadda saxlamaq vacibdir. Fərdi və qrup ma-
raqlarını da unutmaq olmaz.
Biz insan fəaliyyətinin bütün sahələrini əhatə edən, qlobal
dəyişikliklər dövründə yaşayırıq. Dəyişikliklər bilavasitə biznes,
təşkilatların fəaliyyəti, təşkilatın rəhbərliyi qarşısında tələblər,
təfəkkür tərzinə aiddirlər.
Dünyada mövcud olan bütün cəmiyyətlərin sosial-iqtisadi
inkişafının əsas meyillərini göstərmək zəruridir.
Məşğulluğun keyfiyyətinin dəyişməsi. Əvvəllər köməkçi
və təminedici sayılan fəaliyyət növləri indi daha çox əsas fəaliy-
yət növlərinə çevrilirlər. Xidmətlərin yaradılması və təklif
edilməsi üzrə işlər daha çox əhəmiyyət kəsb edir.
İnnovasion xarakter daşıyan yüksək texnologiyalar və xid-
mət industriyası iqtisadi inkişafın təminatında daha boyük rol
oynayırlar. Həm texnikada, həm də müştərilərə münasibətdə
reallaşan yenilik imkanları iqtisadiyyatın əsas aparıcı qüvvəsi
olaraq rasionallaşmanı əvəz edir.
Təşkilatın mahiyyəti dəyişir, xidmət və inteqrasiya konsep-
siyası ön plana çıxır. Maddi resurslar, bazarların yaxınlığı və s.
bu tipli amillər nou-xau, korporativ ruh, innovasiya qabiliyyəti
və əməkdaşlıq kimi reallıqların müqabilində öz üstünlüklərini
itirirlər. Yenilikləri və dəyişiklikləri qavramaq bacarığı üstünlük
təşkil etməyə başlayır. Bu meyillər təşkilatın inkişaf məntiqi və
idarəetməsində dəyişikliklər aparmaq ehtiyacının yarandığını
dərk etməyə imkan verir. İndustrial və ya elmi məntiqin əvəzinə
postindustrial menecment məntiqi gəlir ki, o da dörd elementlə
xarakterizə olunur:
1. Yenilik qabiliyyəti öz əhəmiyyətinə görə rasional real-
laşma qabiliyyətini üstələyir ki, bu da, təbii ki, insan resurslarına
xüsusi münasibətin yaranmasını tələb edir.
2. Keyfiyyət üstünlüyü.
22
3. İnsan resurslarının mərkəzi rolu.
4. Təşkilatın innovasiya qabiliyyətinin qeyri-maddi investi-
siyaların keyfiyyəti və həcmindən asılılığının dərk edilməsi (hey-
ətə, rabitə sisteminə və s. qoyulan investisiyalar). Təhsil konsep-
siyası tədricən ön mövqeyə keçir.
Texnoloji innovasiyaların həyata keçirilməsi üçün nəzəri
biliklər həlledici əhəmiyyət kəsb etməyə başlayır. Bu biliklərin
həcmi o qədər böyük olur ki, onlar artıq keyfiyyət sıçrayışını
təmin edirlər.
XX əsrin sonlarında bəşəriyyət özünün yeni inkişaf mərhə-
ləsinə - informasiya cəmiyyətinin qurulması dövrünə qədəm
qoymuşdur. Yeni cəmiyyətin formalaşması zamanı maddi isteh-
sal, dünyagörüşü, məişət və təhsil, incəsənət və mədəniyyət kimi
məfhumlar radikal dəyişikliklərə məruz qalırlar. Beləliklə,
fəaliyyətin yalnız formaları deyil, mahiyyəti də dəyişir.
XX əsrin ikinci yarısı və üçüncü minilliyin əvvəli mütəxəs-
sisləri təşkilata yeni tərzdə yanaşmağa məcbur etmişdir. Unikal
şirkətlərin yaradılması probleminin həllinə yanaşma üsullarından
biri təşkilatı əvvəlcədən təyin edilmiş qaydalar üzrə işləyən
donmuş bir forma kimi deyil, canlı orqanizm, müəyyən bioloji
sistemin bir təzahürü kimi qəbul etməyi nəzərdə tutur. Biznes
transformasiyasının bioloji modeli təşkilatın bir sıra ele-
mentlərinə yönəldilmiş dörd əsas prosesin reallaşmasını nəzərdə
tutur:
1) Reyfreyminq - təşkilatın şüurunda dəyişikliklər, təşkila-
tın öz mahiyyətini və nəyə nail ola bilmək qabiliyyətini dərk et-
məsi.
2) Restrukturizasiya - rəqabət üstünlüklərinə nail olmağa
yönəldilib. Hər şeydən əvvəl, bu, xarici mühitin diqtə etdiyi
kimi, təşkilatın davranış üslubunda ediləcək dəyişikliklərdir.
3) Canlanma - ətraf mühitin inkişafı ilə birgə təşkilatın da
inkişaf etməsini nəzərdə tutur.
4) Yeniləşmə, şirkət əməkdaşlarının yeni biliklərə və baca-
rıqlara yiyələnməsi ilə əlaqədardır.
23
İnkişaf etdikcə təşkilatlar bir neçə mərhələdən keçərək
dəyişir, ətraf mühitə adaptasiya olurlar. Səmərəli rəhbərliyin
təmin edilməsi üçün rəhbər hazırda təşkilatın hansı mərhələdə
olmasını bilməlidir. Məhz bu səbəbdən təşkilatın həyat mərhələ-
ləri haqqında anlayış geniş yayılmışdır. Hər bir təşkilatın özünün
xarakterik mərhələləri vardır. Aşağıdakı variant B.Z.Milner tərə-
findən təklif edilmişdir:
1) Sahibkarlıq mərhələsi (yaranma). Məqsədlər dəqiq
deyil, resurslar məhduddur. Təşkilat xarici mühit üçün heç bir
təhlükə yaratmır. İdarəetmə sistemi mövcud deyil, yalnız
həvəs vardır. İmkanlar həyati təhlükədən üstündür.
2) Kollektivizm mərhələsi (uşaqlıq). İnnovasiya prosesləri
gedir, təşkilatın missiyası formalaşır, idarəetmə sisteminin yaran-
ma prosesi başlanır, resurs çatışmazlığı hiss olunur. Təşkilatın
əsas məqsədi özünü qoruyub saxlamaqdır.
3) İdarəetmənin formalizasiyası mərhələsi (gənclik). Təşki-
latın strukturu sabitləşir, həm innovasiya, həm də sabitlik xüsusi
önəm kəsb edir, məhsulun çeşidi genişlənir, bazar seqmentlərinin
tutulması və istehlakçıların cəlb edilməsi baş verir, planlaşdırma,
büdcənin tərtibi, proqnozlaşdırma işləri qaydaya düşür, yeni
mütəxəssislərin işə qəbulu artır. Əsasən xalis gəlirin həcminin
ümumi məsrəflərə nisbəti ilə ölçülən səmərəliliyə diqqət yetirilir.
4) Uzunmüddətli strukturun işlənib hazırlanması mərhələsi
(yetkinlik). Məhsul buraxılışı artır, istehsalın tipi dəyişilir, yeni
inkişaf imkanları üzə çıxır, rəqabət güclənir, təşkilat həddindən
artıq irimiqyaslı struktura çevrilir. Artım templəri azalır, xarici
təsirə məruz qalan təşkilat əvvəlcədən qarşıda qoyulan məq-
sədlərdən uzaqlaşır.
5) Tənəzzül mərhələsi. Rəqabət nəticəsində təşkilatın isteh-
sal etdiyi məhsula, yaxud xidmətlərə olan tələb və onun bazarda
payı azalır. Mərhələ bitir, lakin biznes-proses hələ də başa
çatmır. Gəlirlilik və onun səmərəliliyi aşağı düşür, yüksək kadr
axıcılığı, əsassız strategiya, qeyri-səmərəli motivasiya və nəzarət
sistemləri, əməkdaşların yeni ideyaları qavramaması müşahidə
24
olunur. Əgər vaxtında müəyyən tədbirlər görülürsə, təşkilatın
yenilənməsi və dirçəlişi mümkündür.
Hər bir təşkilat xarici və daxili mühitin amillərinin təsiri al-
tında fəaliyyət göstərir. Daxili mühit dedikdə, təşkilatın həyat fəa-
liyyəti proseslərini müəyən edən bütün daxili amillərin məcmusu
başa düşülür. Daxili mühit bütün təşkilat növləri üçün ümumi olan
müxtəlif funksional sahələrdən ibarətdir. Təşkilatın daxili
mühitinin funksional sahələri istehsalat funksiyası, maliyyə və
uçot, kadrlar, ETTKİ, satış, logistika, məhsulun bazara çıxarılma-
sı, məlumatlandırma funksiyası, planlaşdırma və nəzarətdən
ibarətdir. Daxili mühitin əsas amilləri məqsəd, struktur, texnolo-
giya, vəzifə və insanlardır.
Hər bir təşkilat müəyyən mühitdə yerləşir və fəaliyyət gös-
tərir. Xarici mühit, təşkilatı resurslarla qidalandıran bir mənbədir.
Təşkilat daim xarici mühitlə əlaqədə olaraq, özünün möv-
cudluğunu təmin edir. Lakin xarici mühitin resursları sonsuz deyil
və onlara həmin mühitdə yerləşən digər təşkilatlar da iddialıdırlar.
Ona görə də təşkilat, ola bilər ki, xarici mühitdən lazımi resursları
ala bilməsin. Bu, onun potensialının zəifləməsi və bir çox neqativ
proseslərin yaranması təhlükəsindən xəbər verir. Təşkilatın əsas
vəzifəsi xarici mühitlə elə əlaqələr qurmaqdır ki, bu, onun
potensialının açılmasına, qarşıda duran məqsədlərə çatmağa və
uzun müddət ərzində müvafiq şəkildə fəaliyyət göstərməyə şərait
yaratsın. Təşkilat mütəmadi olaraq dəyişən ətraf mühitə adekvat
münasibətdə olmalıdır. Xarici mühit hər bir təşkilata bilavasitə və
dolayısı yolla təsir göstərir. Bilavasitə təsir mühiti təchizatçı,
material, kapital, insan, qanunverici və dövlət orqanları, istehlakçı
və rəqiblərdən ibarətdir. Dolayısı təsirə malik mühitə texnologiya,
iqtisadiyyatın vəziyyəti, sosial-mədəni və siyasi amillər, yerli əhali
ilə münasibətlər daxildir.
Dostları ilə paylaş: |