Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə13/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   73
Cədvəl 3.1. 
K.Ardjirisin «yetkinsizlikdən - yetkinliyə» modeli 
 
«Yetkinsizlik» yaşının 
xarakteristikaları 
«Yetkinlik» yaşının 
xarakteristikaları 
Passivlik 
aktivlik 
Asılılıq 
müstəqillik 
davranış modellərinin sayının 
məhdudluğu 
davranış modellərinin müxtəlifliyi 
primitiv maraqlar 
dərin maraqlar 
qısa müddətli perspektivlər 
uzunmüddətli perspektivlər 
asılı vəziyyət 
başçılıqetmə 
aşağı dərəcəli özünü dərketmə 
daha yüksək dərəcədə özünü 
dərketmə və özünə nəzarət 
Şəxsiyyətin xüsusiyyəti fərdin baza vahididir. O, özünü 
müəyyən tərzdə aparmağa meyillilik kimi təzahür edir və insanın 
davranışında əks olunur. 
Təşkilati davranış problemləri ilə məşğul olan amerikalı 
mütəxəssislər hesab edirlər ki, insan şəxsiyyətinin beş əsas xüsu-
siyyəti istehsalat fəaliyyəti ilə daha sıx əlaqədədir («böyük beş-


29 
lik»): ekstraversiya (insanlarla ünsiyyət bacarığı, söhbətcillik və 
özünə inam); əməkdaşlığa meyillilik (xoşxasiyyətlilik, əmək-
daşlığa hazırolma və sadəlövhlük); vicdanlılıq (məsuliyyətli, 
etibarlı olmaq, çalışqanlıq və uğura doğru istiqamətlənmə); 
emosional sabitlik (əks halda - gərginlik, özünə inamsızlıq və 
əsəbilik); yeni təcrübənin əldə edilməsinə hazır olmaq (zəngin 
təxəyyül, bədii yaradıcılıq qabiliyyəti və intellektual bacarıq). 
Şəxsiyyət və iş 
Təşkilati davranışın öyrənilməsinə aid edilən fərdi məz-
munlu fərqləri üç qrupa bölmək olar: demoqrafik xarakteristika-
lar (məsələn, yaş və cins); səlahiyyətlilik (meyil və bacarıq), psi-
xoloji xüsusiyyətlər (dəyərlər, münasibətlər sistemi, işə müna-
sibət, xasiyyət). Standart iş üsullarına istinad edən menecerlər 
insanların fərdi müxtəlifliklərini nəzərdən qaçırırlar. Onlar, çox 
zaman, işçiləri qiymətləndirərkən, müəyyən stereotiplərə əsas-
lanırlar. Nəticədə stereotiplər menecerlərin qəbul etdiyi səhv 
qərar və ümumiləşdirmələrin əsasını formalaşdırır. Səlahiyyət 
anlayışına meyillilik və bacarıq daxildir. Meyillilik – öyrənmə 
qabiliyyətidir. Qabiliyyət – insanın müəyyən vəziyyətdə bu və ya 
digər işi yerinə yetirmək imkanına malik olmasıdır. Başqa sözlə 
desək, meyillilik – potensial qabiliyyətdir. 
Səlahiyyətlilik də menecerlər üçün mühüm göstəricidir. 
Müxtəlif tədris proqramları, treninq və seminarlar tələb olunan 
bacarıqları yaxşılaşdırmaq və inkişaf etdirmək üçün istifadə olu-
nur. Bacarığın təkmilləşdirilməsi texnikası - insan resurslarına 
vacib bir töhfədir. Səlahiyyətlilik isə insanı stimullaşdıra bilən 
qüvvəyə çevirir. Psixoloqlar onu aparıcı qüvvə adlandırırlar. 
Səlahiyyətlilik insana öz peşəsinin mahir bilicisi olması hissini 
bəxş edir. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin