Şəkil 3.2. Təyinatın tərkib hissələri arasında əlaqə
31
Şəxsiyyətin təyinatının dörd funksiyasını ayırırlar:
1. Eqo-müdafiə funksiyası - rasionallaşdırma və ya müda-
fiə mexanizmləri vasitəsilə subyektə proyeksiya: a) öz daxili mü-
naqişəsi ilə bacarmağı təmin edir və özünün Mən-obrazını, Mən-
konsepsiyasını müdafiə etməyə imkan verir; b) özü və ya onun
üçün böyük əhəmiyyət kəsb edən obyektlər haqqında neqativ
informasiyaya qarşı (məsələn, azlıq təşkil edən qruplar) duruş
gətirmək imkanı verir; c) yüksək (aşağı) özünüqiymətləndirməni
dəstəkləmək; d) tənqiddən qorunmaq (və ya tənqidə qarşı çıxış
etmək) imkanı yaradır.
2. Dəyər-ekspressiv funksiyası və özünü reallaşdırma funk-
siyasına emosional məmnuniyyət və özünütəsdiq daxildir. Şəx-
siyyətin öz davranışını dəstəkləmək və ya ona haqq qazandırmaq
üçün müəyyən təyinatlara ehtiyac vardır. Koqnitiv dissonans
tədqiqatçıları hesab edirlər ki, insan öz davranışına haqq qazan-
dırmaqdan ötrü təyinatlar formalaşdırır.
3. İnstrumental, adaptiv və ya utilitar funksiya insana: a)
arzuolunan məqsədlərə nail olmaq və arzuolunmaz nəticələrdən
qaçmaqda; b) əvvəlki təcrübəyə əsaslanaraq, konkret məqsədlər
və onlara nail olmaq üsullarının nisbətləri haqqında təsəvvür
yaratmaqda; c) ətrafdakılara uyğunlaşmaqda köməklik edir.
İnsanlar onların arzularını təmin edən obyektlərə qarşı müsbət
təyinatlarını ifadə edirlər, frustasiya və ya neqativ təəssürat yara-
dan obyektlərə qarşı isə - neqativ təyinatlar ifadə edilir.
4. Biliyin (idrakın) və ya iqtisadiyyatın sistemləşdirilməsi və
təşkili insana elə normativ və başlanğıc nöqtəsini əldə etməyə
imkan verir ki, o, ətrafdakı xaotik dünya haqqında özünün subyek-
tiv təsəvvürlərini anlamağa və strukturlaşdırmağa cəhd göstərir,
yəni onu əhatə edən şəxsi dünyasını (obrazını, şəxsi baxışını)
konstruksiya edir.
Təyinatlar fərdə planlaşdırılmış davranışın məqsədli forma-
da yerinə yetirilməsində, onun tələbatlarının ödənilməsində böyük
köməklik göstərirlər. Təyinat insanın ətraf mühitə uyğunlaşması
32
və konkret ehtiyaclardan asılı olaraq, bu mühitin dəyişdirilməsi
üçün psixoloji əsas yaradır.