Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə


Əmək fəaliyyətindən məmnun olmaq



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə17/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   73
 
Əmək fəaliyyətindən məmnun olmaq 
İşdə ən əsas təyinatlardan biri - əmək fəaliyyətindən məm-
nun olmaqdır. Bu, öz işinin qiymətləndirilməsindən irəli gələn 
xoş, pozitiv bir emosional vəziyyətdir. Əmək fəaliyyətindən razı 
qalma hissinə təsir edən əsas amillər bunlardır: əməkhaqqı; işin 
özü; işə olan fərdi maraq; xidmət pillələri üzrə irəliləmək imkanı; 
rəhbərlik, liderlik üslubu; iş yoldaşları, kolleqalar; iş şəraiti. 
İşə cəlb edilmə və təşkilata sadiqlik. İşə cəlb edilmə fər-
din səylə işləmək arzusunu və ondan, adi işçidən gözləniləndən 
daha çox səy göstərməsi gerçəkliyini nəzərdə tutur. Belə hesab 
edilir ki, işinə sadiq olan insan loyal, işə cəlb edilən insan isə 
mövcud daxili mühitə harmonik olaraq uyğunlaşan bir şəxs ol-
malıdır. 
Motivasiya və işindən razı olmaqla əlaqəli olan ikinci gös-
tərici - təşkilata sadiqlikdir, yəni işlədiyimiz təşkilatla psixoloji 
identifikasiya dərəcəsidir. İşçilərin öz təşkilatlarına sadiqliyi - 
onların təşkilatı necə qəbul etmələrini və iş yerində davranış 
xüsusiyyətlərini, təyinatlarını, gözləmələrini müəyyən edən 
psixoloji vəziyyətdir. 
Təşkilata sadiqlik aşağıdakı komponentlərdən ibarətdir: 
a) təşkilatın məqsəd və dəyərlərinin qəbul edilməsi; b) təşkilatın 
uğurları üçün səy göstərmək hazırlığı; c) təşkilat kollektivinin 
üzvü olaraq qalmaq istəyi. 
 


34 
Mövzu 4. Qavrama və atribusiya prosesi 
Hər bir insanın individual fərqləri əksər hallarda koqnitiv 
proseslərin xüsusiyyətlərinin nəticəsidir. Belə hesab edirlər ki, 
mövcud koqnitiv proseslərin sırasında (təxəyyül, qavrama, hətta 
təfəkkür) qavrama prosesi ən mühüm halqalardan biridir. O, 
vəziyyətin anlaşılmasını və fərdin davranışını formalaşdırır. Ona 
görə də qavrama bilavasitə təşkilati davranışın öyrənilməsi ilə 
əlaqədardır. 
Qavrama prosesinin anlanılması üçün bilmək lazımdır ki, 
anlamada əsas məsələ - vəziyyətin unikal təsviridir, lakin dəqiq 
əksi deyil. Başqa sözlə desək, anlama kifayət qədər mürəkkəb 
proses olaraq, dünyanın unikal mənzərəsini formalaşdırır, lakin 
bu mənzərə reallıqdan xeyli uzaq ola bilər. Anlama prosesini – 
seçim, sistemləşdirmə və təfsir proseslərinin mürəkkəb qarşılıqlı 
əlaqəsi kimi xarakterizə etmək mümkündür. Anlama əksər halda 
«çiy» məlumatların alınması mənbəyi olan hissiyyat orqan-
larından asılı olsa da, idrak prosesi onları filtrləmək, modifika-
siya etmək, hətta ilkin məlumatları tamamilə dəyişdirmək 
iqtidarındadır. Qavrama prosesinin ümumi sxemi şəkil 5.1-də 
göstərilib. Qavramanın hər bir mərhələsinin nəticəsinə həm xarici, 
həm də daxili amillər əhəmiyyətli dərəcədə təsir göstərirlər. 
Qavramaya təsir edən xarici amillər burada sadalanır: 
-Həcm. Xarici amilin həcmi nə qədər böyük olsa, onun qə-
bul edilmə ehtimalı da bir o qədər çoxdur. 
-İntensivlik. Xarici amilin intensivliyi nə qədər çox olsa, 
onun da qəbul edilmə ehtimalı bir o qədər böyükdür (
parlaq işıq, 
yüksək dərəcədə səs-küy və s.
). 
-Ziddiyyət. Ətrafdakılarla ziddiyyətdə olan, yaxud insanların 
gözlədiklərindən fərqli xarici amillər, çox ehtimal ki, qavra-
nılacaqdır. 
-Hərəkət. Ehtimal var ki, hərəkət edən amil hərəkətsiz 
amildən, daha tez qavranılacaq. 


35 
-Təkraredilmə. Təkrar olunan amil tək amildən daha tez 
qavranılır. 
-Yenilik və tanınma. Ətraf mühitdə ya tanınan, ya da yeni 
amil diqqəti cəlb edə bilər. Bu, şəraitdən asılıdır. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin