39
Dispozision (fərdi, daxili, internal) atribusiya
fərdin bəzi
aspektlərini (qabiliyyətini, bacarığını, şəxsi motivlərini) göstərir,
situasion (xarici, eksternal) atribusiya isə
xarici
mühitin təsirini
davranış üzərində cəmləyir. Hayderin əsəri atribusiya nəzəriyyəsi
kimi tanınan ümumi yanaşma üçün əsas olmuşdur.
Atribusiya aktı
- özünə və ya digər insana hər hansı xarakteristikaların
(xüsusiyyətlərin, emosiyaların, motivlərin və s.) verilməsidir.
Atribusiyanın fundamental səhvi insanlar tərəfindən, hərə-
kətlərin situasion səbəblərinə və onların nəticələrinə dispozion
(fərdi) səbəblərin xeyrinə olaraq məhəl qoymamaqdır.
Bu səhv
mütləq xarakter daşımır (o, universal deyil, hər zaman özünü
büruzə vermir, hər şəraitdə onu ayırmaq və ləğv etmək olmur).
Atribusiyanın fundamental səhvinin yaranma şəraitinə nəzər
salaq:
-«Yalançı razılıq» - öz davranışının tipikliyinin (öz hisslə-
rinin, dininin, inamının) yenidən qiymətləndirilməsidir. Bu, o
deməkdir ki, müşahidəçi öz nöqteyi-nəzərini mütləq olaraq düz-
gün («normal») hesab edir və onun zənnincə, bu baxış
bütün
insanlara xas olmalıdır. Bu nöqteyi-nəzərdən uzaqlaşma
müşahidə olunan fərdin şəxsiyyəti ilə əlaqədardır.
-«Qeyri-bərabər imkanlar» - fəaliyyət göstərən (müşahidə
olunan) şəxsin nəzərə alınmamasıdır. Hər bir insan həyatı boyu
müxtəlif rollar oynayır və bəzi rollar ona pozitiv keyfiyyətlərini
büruzə vermək imkanı yaradır. Bu mexanizm məhz «rəhbər-tabe
olan» vəziyyətindəki atribusiya zamanı işə düşür.
-«Baş verməyən hadisənin informasiya dəyərinin nəzərə
alınmaması». «Baş verməyən hadisə», yəni insanın «icra etmə-
diyi iş» haqqında informasiya davranışın
qiymətləndirilməsi
üçün faydalı ola bilər. Lakin bu halda nəzərə alınmır ki, müşahi-
dəçi yalnız «baş verən hadisə»ni qəbul edir.
-
«Mülahizələrə deyil, faktlara daha böyük inam». Birinci
nöqteyi-nəzər hər zaman «daha qabarıq» fakta - şəxsiyyətə («fi-
quraya») aid olduğu halda, vəziyyəti («fonu») hələ müəyyən
40
etmək lazımdır. Burada «fiqura-fon» qavramasının
cəmlənməsi
mexanizmi işə düşür.
-«Yanlış korellyasiyaların qurulması asanlığı». Bu feno-
men ondan ibarətdir ki, sadəlövh müşahidəçi hansısa iki fərdi xü-
susiyyəti mütləq bir-biri ilə əlaqəli şəkildə təsəvvür edir. İlk növ-
bədə xarici xüsusiyyət və psixoloji xassələr birləşməsi daha tez-
tez müşahidə olunur və bu da atribusiya prosesini tezləşdirir və
sadələşdirir (məsələn, bütün kök insanelar - yaxşı adamdır,
alçaqboylu rəhbər kişilər - şöhrətbazdır və s.).
Bir qayda olaraq, insanlar uğuru öz şəxsi haqqı kimi qəbul
edir, uğursuzluqlarında isə başqalarını və ya vəziyyəti günah-
landırırlar. Birgə fəaliyyət ərzində uğurun və uğursuzluğun qiy-
mətləndirilməsi zamanı menecerlər və onların tabeçiliyində olan
işçilər arasında anlaşılmazlığın mövcudluğu hər bir təşkilat üçün
tipik haldır. Atribusiya qanunlarını və əsas atributiv səhvləri (və
ya atributiv effektləri)
bilmək menecerə həm özünün, həm də
işçilərinin qavrama qabiliyyətinin düzgün nizamlamasında
köməklik edə bilər.
Dostları ilə paylaş: