Mövzu 5. Öyrənmək
Davranışın öyrənilməsi insanın hərəkətlərini əks etdirən
təcrübə və ətrafdakıların bu hərəkətlərə reaksiyası əsasında insan
davranışının müəyyən bir zaman çərçivəsi daxilində kifayət
qədər dayanıqlı, sabit, dəyişməyən bir proses kimi qiymətlən-
dirilməsindən ibarətdir.
Öyrənmə həm şəxsi, həm də digər insanların təcrübəsi üzə-
rində qurula bilər. Əvvəla, iş yoldaşlarınızın davranışının nəti-
cələrini təhlil etmək kifayətdir ki, onların hərəkətlərinin müvafiq
olub-olmaması haqqında nəticə çıxara biləsiniz.
İkincisi, davranışda dəyişikliklər nisbətən daimi xarakter
daşımalıdır. Müvəqqəti dəyişikliklər reflektor səviyyədə baş verə
bilər və onlar bir o qədər də böyük maraq kəsb etmirlər. Məsə-
lən, davranışda bəzi dəyişikliklər yorğunluq və ya qeyri-adi
şəraitlə əlaqədar yarana bilər.
Üçüncüsü, öyrənmə insan davranışının dəyişməsində əks
olunur. İnsanın fikirlərində və ya meyillərində baş verən dəyişik-
43
liklər davranışın dəyişməsi ilə müşayiət olunmursa, bunu öyrən-
mə adlandırmaq qeyri-mümkündür.
Davranışın dəyişmə prosesini izah edən üç nəzəriyyə möv-
cuddur.
Bixevioristik və koqnitiv yanaşmalar, eləcə də inkişaf et-
məkdə olan sosial öyrənmə nəzəriyyəsi daha geniş yayılmışdır.
Bu üç nəzəriyyənin dərk edilməsi təşkilati davranış öyrənilməsi
üçün vacibdir.
Daha çox ənənəvi və tədqiqatlar vasitəsilə əsaslandırılmış
nəzəriyyə psixologiyanın bixevioristik məktəbinə aiddir. Rus
fizioloqu İvan Pavlov və amerikalı Con B.Uotson kimi klassik
bixevioristlər öyrənmə prosesini assosiasiya və ya stimul - S və
ona olan reaksiya - R arasında əlaqə ilə bağlayırdılar. Operant
(latın sözü operatio - hərəkət) bixevioristlər və xüsusilə də geniş
tanınmış amerikan psixoloqu B.F.Skinner davranışın nəti-
cələrinin və ya stimul - reaksiya (S - R) tipli əlaqənin öyrənmə
prosesində oynadıqları rola xüsusi diqqət yetirirlər. S - R tipli
əlaqə klassik və ya reaktiv şərtlənməni müəyyən edir, R- S tipli
əlaqə isə - instrumental yaxud operant şərtlənməni müəyyən edir.
B.Skinnerin tədqiqatları nəticələrindən asılı olaraq tətbiq edilən
(operant şərtlənmə) davranış nəzəriyyəsinin yaranmasına xidmət
etmişdir. Bu nəzəriyyənin mahiyyəti aşağıda şərh olunur. Əgər
insan görsə ki, onun davranışı əlverişli nəticələrə gətirib çıxarır,
o bu davranışı davam etdirəcəkdir. Lakin nəticələr neqativ
olduqda, analoji şəkildə davranma əhəmiyyətli dərəcədə
əhəmiyyətini itirəcəkdir. Beləliklə, insanın davranışı onun əv-
vəlki davranışın nəticələrinin şüurlu surətdə qavranılmasının kö-
məyi ilə təyin edilir.
Məsələn, əgər insan bilavasitə arzu edilən davranışın
ardınca mükafat alırsa, həmin davranış daha səmərəli olur.
Əksinə, davranış mükafatlandırılmadıqda və ya onunla əlaqədar
hətta cəza tətbiq edildikdə, bu davranış formasının təkrar edilmə
ehtimalı xeyli aşağı enir. Operant şərtlənmə klassik şərtlənməyə
44
nisbətən insanın öyrənməsinə, təcrübəsinin genişlənməsinə daha
böyük təsir göstərir.
Koqnitiv yanaşmanın əsasını qoyanlardan biri olan Eduard
Tolmen hesab edirdi ki, koqnitiv öyrənmə ( cognitive learning)
xarici mühitin koqnitiv siqnalları və gözləmələr arasında
əlaqənin təyin olunmasından ibarətdir. O, həmin nəzəriyyəni xü-
susi eksperimentlər yolu ilə işləyib hazırlamış və sınaqdan ke-
çirmişdir. Tolmen müəyyən etmişdir ki, siçovul siqnallara və
məqsədə (qidaya) doğru istiqamətlənərək, mürəkkəb labirinti
keçməyi öyrənməyə qadirdir. Tolmen müşahidə etmişdir ki, labi-
rintin istiqamət seçmək lazım olan hər bir nöqtəsində gözləmə
anı yaranırdı. Başqa sözlə, siçovulda son nəticədə qidaya gətirib
çıxara biləcək istiqamətin seçimi ilə əlaqədar müəyyən koqnitiv
siqnalların gözlənilməsi vərdişləri yaranır. Əgər siçovul qida
alırdısa, siqnal və öyrənmə arasında əlaqə güclənir və öyrənmə
prosesi baş verirdi. S-R və R-S sxemləri üzrə öyrənmədən fərqli
olaraq, Tolmenin yanaşmasını S-S (stimul-stimul) sxemi, yəni
siqnal və gözləmə arasında əlaqəyə əsaslanan öyrənmə ilə təsvir
etmək olar.
Tolmenin S-S (stimul-stimul) sxeminə əsaslanan koqnitiv
nəzəriyyəsi insan münasibətləri konsepsiyasının ilkin inkişaf
mərhələsinə böyük təsir göstərmişdir. 1940-50-ci illərdə ABŞ sə-
nayesində tədris proqramları əksər hallarda Tolmenin ideyalarına
söykənirdilər. İdeya ondan ibarət idi ki, tapşırığın və ya gös-
tərişin yerinə yetirilməsi və öz səylərinə görə maddi mükafat-
landırma arasında əlaqənin formalaşdırılması yolu ilə fəhləyə da-
ha yüksək məhsuldarlığa nail olmağı öyrətmək mümkündür.
Davranışa vərdişetmənin üçüncü mərhələsi - həmin davra-
nış əsasında öyrənmədir. Onun bu tipi social-öyrənmə nəzəriy-
yəsi adlandırılmışdır. Sözügedən nəzəriyyə klassik və operant
şərtlənmə proseslərini qəbul edir, lakin iddia edir ki, onların
təsviri tam deyil və buraya imitasiyanı və özünə nəzarət prosesi-
ni, eləcə də şəxsiyyətin özünəyetkinliyi ( self-efficiency) kimi
koqnitiv fərdi parametri də əlavə etmək lazımdır.
45
Sosial öyrənməyə görə, insan çox zaman bu və ya digər
davranış vərdişlərini, müşahidə və sosial kontekstdə digərlərinin
hərəkətlərini təkrarlama yolu ilə əldə edir. Davranış müəyyən
dərəcədə mükafat və cəza sistemi vasitəsi ilə dəyişdirilə bilər.
İnsanların nümayiş etdirdikləri davranış formalarının əksəriyyəti
- şüurlu və ya şüursuz olaraq, hər hansı bir nümunənin təsiri
altında əldə edilib. Bu nəzəriyyənin ideyaları Albert Banduranın
əsərlərində izah edilib. Bandura insanların digər insanlardan
öyrənə bilməsi kimi kifayət qədər aşkar olan bir faktı təsdiqləyən
çoxlu sayda tədqiqatlar aparmışdır. Belə öyrənmə prosesi iki
mərhələdən ibarətdir. Birinci mərhələdə insan digərlərinin
hərəkətlərini müşahidə edir, sonra isə bu hərəkətlərin
mənzərəsini və onların nəticələrini (mükafat və cəza) öz
daxilində formalaşdırır. İkinci mərhələdə insan mənimsənilən
hərəkət tərzini əks etdirir və nəticələr pozitiv olduqda, həmin
davranış sxemini gələcəkdə də təkrar edir. Əgər nəticələr neqativ
olarsa, insan bu hərəkətləri bir daha təkrar etmir. Burada, sözsüz
ki, operant nəzəriyyə ilə əlaqə görünür. Lakin, bu, o halda baş
verir ki, yeni davranış forması əldə edildikdə, «reaksiya-nəticə»
tipli əlaqələr əvəzinə, modelləşdirilmiş fəaliyyət haqqında
koqnitiv, simvolik təsəvvür yaranır, təkrarlama operant
yanaşmanın verdiyi izahın çərçivələrindən kənara çıxır.
Dostları ilə paylaş: |