55
tutulur (0-dan 1-ə kimi titrəyişlərlə).
Bu zaman bəzi hərəkətlər,
yaxud səylər birinci səviyyənin müəyyən nəticəsinə gətirib
çıxaracaqdır. İnstrumentallıq birinci səviyyə nəticələrinin ikinci
səviyyənin arzuedilən nəticələrinə nə dərəcədə səbəb olmasını
müəyyənləşdirir. Qısaca söyləsək, motivasiyanın,
müəyyən
hərəkəti yerinə yetirmək üçün lazım olan gücü gözləməyə
vurulan nəticə valentliklərinin (instrumentallıq da daxil olmaq
şərti ilə) cəbri məbləğindən asılı olacaqdır.
Porter-Louler modeli
Porter və Louler ilkin şəraitə
istinadən təsdiq edirlər ki,
motivasiya (səy, yaxud enerji) məmnunluq və ya icraçılığa bəra-
bər deyil. Motivasiya, məmnunluq və icraçılıq ayrıca dəyişən-
lərdir və bir-birinə fərz edildiyi kimi deyil, başqa cür təsir gös-
tərirlər. 5.6 №-li şəkildə bir çox
dəyişənlərə dair model veri-
lmişdir. Ondan motivasiya, icraçılıq və məmnunluq arasında
olan mürəkkəb qarşılıqlı əlaqənin izahı üçün istifadə edirlər.
Sxemdə göstərildiyi kimi, 1, 2 və 3–cü
bloklar əsasən
Vrum tənliyinin parametrlərinə uyğun gəlir. Lakin Porter və
Loulerin səyin (enerji, yaxud motivasiya) bilavasitə məhsuldarlı-
ğın artırılmasına yol açmaması haqqında fikri mühüm əhəmiyyət
kəsb edir. Bu əlaqə qabiliyyət, xarakter
cizgiləri və işçinin öz
rolu haqqında təsəvvürü ilə bağlıdır. Porter-Loulerin modelində
işin icrasından sonra gələn mərhələ daha mühüm hesab edilir.
Belə ki, məmnunluq dərəcəsini həvəsləndirmənin özü və onun
qavranılması müəyyənləşdirəcəkdir. Başqa sözlə,
Porter-Lou-
lerin modelinə görə (bu isə onu ənənəvi dərketmə sistemindən
əhəmiyyətli dərəcədə fərqləndirir) işin yerinə yetirilməsi məm-
nunluq hissi yaradır. Uzun illərdir ki, bu modellə əlaqədar müx-
təlif tədqiqatlar aparılır və alınan nəticə hər zaman təsdiqlənir.