Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə27/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   73
Fərdi xüsusiyyətlər. Fərdi xüsusiyytlər bizim dünyanı necə 
dərk etməyimizə təsir göstərirlər. Lakin onlar bir insanın digər 
insanları necə qəbul etməsi məsələsinə daha çox təsir göstərirlər. 
Fərdin, şəxsi və ya mənəvi planda qəbul etmədiyi və ya 
ona təhlükə törətdiyi qıcıqlandırıcı və ya hadisəyə qarşı perseptiv 
müdafiənin (blokirovka və ya tanımaqdan imtina edilmənin) 
mövcud olmasının əhəmiyyəti vardır. 
Mövzu 6. Fəaliyyətin motivasiyası (əsaslandırılması) 
Motivasiya adətən insan fəaliyyətinin, insanın özü tərəfin-
dən dərk edilən və edilməyən təhrikedici qüvvələrinin məcmusu 
kimi başa düşülür. Motivasiya -əsas psixoloji prosesdir. Moti-
vasiya - menecerin arzu edilən nəticələri əldə etmək üçün əmə-
yin təşkilinə yönəldilən fəaliyyətidir. Psixologiya nöqteyi-nə-
zərindən motivasiya insanın mental vəziyyətinə aiddir. O, dav-
ranışın əsasını müəyyənləşdirən və onun dəyişilməsini şərtlən-
dirən hərəkətverici faktordur. Motivasiya eyni zamanda davra-
nışın məhdudlaşdırıcı baryerlərini formalaşdırır. 
 
Əmək motivasiyasının məzmunlu nəzəriyyələri 
Motivasiyanın məzmunlu nəzəriyyələri davranışı tələbatlar 
nöqteyi-nəzərindən izah edir. İnsanı konkret olaraq əməyə sti-
mullaşdıran nədir? Bu nəzəriyyələr məhz həmin məsələni müəy-
yənləşdirməyə çalışırlar. 
 
 


51 
Maslou tələbatlarının iyerarxiyası 
Özünün klassik əsərində Abraxam Maslou motivasiyanın 
nəzəriyyəsindən ümumi şəkildə bəhs edir. Əsasən öz klinik 
təcrübəsinə əsaslanan alim hesab edirdi ki, insanın motivləşdirici 
tələbatlarını iyerarxik qaydada təsəvvür etmək olar. Əslində o
belə düşünürdü ki, əgər müəyyən səviyyəli tələbatlar ödə-
nilmişsə, onlar artıq təhrikedici faktor rolunu oynaya bilməz. 
İnsanı əməyə təhrik etmək üçün daha yüksək səviyyəli tələbatları 
fəallaşdırmaq lazımdır. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin