5
Mövzu 1. Təşkilati davranışın mahiyyəti
Təşkilati davranış - elmin nisbətən gənc sahəsidir. Bu sa-
hə 50 il əvvəl ABŞ-da yaranmışdır. Praktiki tədqiqatların ayrıca
bir
fənni kimi, təşkilati davranış, 1959-cu ildə R.Qordon və
D.Hauell tərəfindən dərc edilən hesabatdan başlayır. Onların
gəldiyi nəticəyə görə, psixologiya, bir akademik fənn kimi rəh-
bər işçilərin tələbatını ödəyə bilmir. R.Qordon və D.Hauell nəzə-
ri nəticələri təcrübədə tətbiq edərkən, bir sıra çətinliklərlə qarşı-
laşmışdılar. Ona görə də ayrı-ayrı insanların və qrupların təş-
kilatlarda davranışları sahəsində tədqiqatlar,
qiymətləndirmə,
proqnozlaşdırma, məsləhət təcrübələrinə əsaslanan yeni bir ya-
naşma tələb olunurdu.
Təşkilati davranış öz-özlüyündə çox mürəkkəb fəndir, belə
ki, o, digər fənlərin də (təşkilatçılığın
nəzəriyyəsi, ümumi və
sosial psixologiya, menecment, heyətin idarə edilməsi, sosiologi-
ya, psixologiya) prinsip və metodlarına istinad edir.
Təşkilati davranışın mahiyyəti, ətraf mühitin təsirini nəzərə
almaqla, təşkilatın fərdi davranışını və fəaliyyətini anlamaq, qa-
baqcadan proqnozlaşdırmaq və təkmilləşdirmək məqsədilə, fərd-
lərin, qrupların, təşkilatların davranışının sistematik şəkildə elmi
təhlilə cəlb olunmasından ibarətdir.
Bu fənnin qarşısında dörd vəzifə durur:
-təsvir (əməklə bağlı müxtəlif situasiyalarda insanların dav-
ranışının sistematik təsviri);
-dərketmə (müəyyən şəraitdə fərdlərin
etdiyi hərəkətlərin
izahı);
-proqnozlaşdırma (vəziyyəti qabaqcadan görmək qabiliy-
yəti və menecerin peşəkar biliyi, habelə intuisiyası əsasında onun
inkişaf etdirilməsi);
-müəyyən hadisə və proseslərin idarə edilməsi (iş prosesin-
də insanların davranışının idarəedilməsi bacarığına yiyələnmə və
onların fəaliyyətinin səmərəliliyinin artırılması yollarının
axtarılması).
6
Beləliklə, demək olar ki, təşkilati davranış - insanın əmək
fəaliyyətinin səmərəliliyinin artırılması üçün əldə edilən biliklə-
rin
praktiki istifadəsi məqsədilə, təşkilatlarda insanların (fərdlə-
rin və qrupların) davranışını öyrənən bir elmdir.
Hal-hazırda, əvvəlki texnoloji imkanlar özlərini doğrult-
mur. Yuxarıda qeyd edildiyi kimi, bu fənnin qarşısında dörd və-
zifə vardır: təsviretmə; dərketmə; proqnozlaşdırma; müəyyən ha-
disə və proseslərin idarə edilməsi. Belə bir ehtimal var ki, bu ya-
naşma üsulu tətbiq edilərkən işçilərə daimi psixoloji təzyiq gös-
təriləcək, onların hüquq və azadlıqları pozulacaqdır. Lakin, eyni
zamanda, rəhbər işçilərin özləri də daim ictimai nəzarət altında
olurlar, təşkilati davranışın mahiyyəti
isə - təşkilat və onun
işçiləri arasında qarşılıqlı faydalı əməkdaşlığın təmin edilmə-
sidir.
Təşkilatlar müxtəlif qüvvələrin qarşılıqlı əlaqəsi prosesində
formalaşırlar. Bu qüvvələri ayrı-ayrı bloklar şəklində təqdim et-
mək olar (şəkil 1.1).
Dostları ilə paylaş: