Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə


Təşkilati strukturun yaranma mərhələləri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə8/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   73
Təşkilati strukturun yaranma mərhələləri: 
1. Təşkilatın üfüqi xətt üzrə geniş bloklara, şöbələrə, depar-
tamentlərə bölünməsi. Xətti və qərargah şöbələrinin müəyyən 
edilməsi. Xətti şöbələr əsas fəaliyyət növlərinə aiddir (məsələn, 
istehsal, marketinq, maliyyə). Qərargah şöbələri köməkçi fəaliyyət 
növlərinə aiddir (məsələn, kadrlar şöbəsi, hüquq şöbəsi və s.). 
2. Təşkilatın şaquli bölgüsü, müxtəlif vəzifələrin səlahiyyət 
nisbətlərinin təyin edilməsi. 
3. Vəzifə borclarının müəyyən edilməsi. 
Səlahiyyətlər - təşkilatın ehtiyatlarından, resurslarından 
məhdud istifadə, menecer vəzifəsinə xas olan əmrvermə və onun 
yerinə yetirilməsini tələbetmə hüququdur. Həm xətti, həm də 
qərargah səlahiyyətləri mövcuddur. Xətti səlahiyyətlər – bilava-
sitə müdirdən tabeçiliyində olan işçiyə ötürülən səlahiyyətlərdir. 
Xətti səlahiyyətlərin ötürülməsi idarəetmə səviyyələrinin iye-
rarxiyasını yaradır. Bu proses sklyar proses adlanır. 
Qərargah səlahiyyətləri bunlardır: tövsiyə edilən, mütləq 
razılaşdırılan və parallel səlahiyyətlər. 
Səlahiyyətlərin ötürülməsi - onların yerinə yetirilməsi 
məsuliyyətini öz üzərinə götürən şəxsə vəzifə və səlahiyyətlə-
rin verilməsi deməkdir. Səlahiyyətlər ötürülə bilər, məsuliyyət 
isə ötürülə bilməz. Rəhbər hər zaman yerinə yetirilən tapşırığa 


17 
görə məsuliyyət daşıyır. İdarəetmə səviyyəsi artdıqca, 
məsuliyyətin həcmi də artır. 
Vahid müdir prinsipi ondan ibarətdir ki, hər bir işçinin bir 
müdiri olmalıdır. 
İdarəetmə norması - menecerin səmərəli şəkildə rəhbərlik 
edə biləcəyi işçilərin optimal sayıdır. 
Təşkilati strukturlar
____________________________________________________ 
׀ 
׀ 
Mexaniki Orqanik
 
(
bürokratik) (adaptiv) 
׀ ׀ 
(xətti) (divizional) (xətti-divizional) (layihə) (metrik) (edxokritik) 
(partisipativ) (şəbəkəli) 
׀ 
məhsul istehlakçı region 
üzrə üzrə üzrə 
Şəkil 2.1 
Təşkilati strukturların inkişafında müəyyən meiylləri aşkar 
etmək olar. Belə ki, bu zaman iyerarxik-piramidal strukturlardan 
çevik-partisipativ strukturlara keçid baş verir. Təşkilati sis-
temlərin təkamülünün təhlili müəyyən tipizasiyanı nəzərdə tutur. 
Bu məsələnin həllinə çoxsaylı yanaşmaların mövcud olmasına 
baxmayaraq, fikrimizcə, aşağıdakı təsnifat formasını qəbul 
etmək mümkündür. Bu təsnifat forması xarici mühitin təsiri ilə 
də uzlaşır. 
Hər bir təşkilat xarici mühitdə fəaliyyət göstərir və ondan 
asılıdır. «Təşkilat - xarici mühit» modeli təşkilata elə xarici mü-
hitdən asılı olan bir sistem kimi yanaşır. Modelin əsas parametr-
ləri - bazar mühiti və təşkilatın texnoloji mühitidir. Təşkilatın 
bazar və texnoloji mühitlə əlaqəsi nöqteyi-nəzərindən dörd növ 
təşkilat seçilir: mexanistik, orqanik, bazar ominantasına və tex-
noloji dominantaya malik təşkilatlar. 


18 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin