Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə11/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   73
 
 
 


25 
Mövzu 3. Şəxsiyyətin təşkilatda inkişafı 
Şəxsiyyət - fərdin bütün xarakteristikalarının nisbətən sabit 
təşkilati forması, onun unikallığını müəyyənləşdirən xüsusiy-
yətlər sistemidir. Şəxsiyyət dedikdə, insana dünyanı aktiv dərk 
edib, dəyişmək imkanı verən, əlaqəli, dayanıqlı keyfiyyətlər 
sistemi başa düşülür. Bu keyfiyyətlərin bir hissəsi anadangəlmə, 
digərləri isə sonradan əldə edilən keyfiyyətlərdir. 
Şəxsiyyət özünü davranış vasitəsilə ifadə edir. İnsanın dav-
ranışı xasiyyət etibarilə sabit və ya qeyri-sabit (nevrotik) olur. 
Özünə və öz daxili aləminə (introversiya), yaxud da ətrafdakılara 
(ekstraversiya) istiqamətlənmiş vahid davranış xüsusiyyətləri 
dörd temperament növünü əmələ gətirir: xolerik, sanqvinik, 
fleqmatik və melanxolik. Adətən, temperamenti – psixikanın 
xarakterini müəyyən edən, anadangəlmə xüsusiyyətlərlə bağlı 
olan tarazlıq dərəcəsi, emosional çeviklik kimi başa düşürlər. 
Xolerik - çılğın, hövsələsiz bir insandır. O, çox çevik, 
təşəbbüskar və özündən əmindir. İstehsalat fəaliyyəti zamanı 
baş verən uğursuzluqlar zamanı aqressiyaya meyillidir, işləri 
düz gətirəndə isə fəal və işgüzardır. Onun üçün fəaliyyət 
növünü dəyişdirmək arzuolunandır. 
Sanqvinik - təmkinlidir və özünü ələ ala bilir. Çevikdir, li-
derliyə meyillidir. Əgər maraqlı işi varsa, o, həvəslə və böyük 
ruh yüksəkliyi ilə işləyir, əks halda, çox darıxacaq. 
Fleqmatik - sakitdir, təmkinlidir, onu özündən çıxartmaq 
çox çətindir, uzun müddət və eyni həvəslə işləməyə qadirdir. Ən 
əsası odur ki, onu tələsdirməyəsən. 
Melanxolik - qətiyyətsiz, özünə əmin olmayan, ətrafdakılar-
la yaxınlıq edə bilməyən, zəif tipdir. Lakin eyni zamanda, lazım 
olan şərait yaradılarsa, dəqiq instruksiyalar verilərsə və dəstəklə-
nib mükafatlandırılarsa, o, çox yaxşı işləyəcək. 
İnsanlarda, çox vaxt bir xalis temperamentə rast gəlmək 
mümkün deyil. Buna görə də temperamentin strukturu haqqında 
danışmaq daha düzgün olardı. Bu struktura bütün tiplər daxil 


26 
olur və insanın tam dolğun psixoloji xarakteristikasını verməyə 
imkan yaradır. 
Xasiyyət də şəxsiyyətin vacib xüsusiyyətlərindəndir, 
yəni, nisbətən daimi olan aydın ifadə edilmiş psixoloji 
amillərin məcmusudur. Xasiyyət təbii və sosial təsirlər altında 
formalaşır. Xasiyyət - emosionallıq, aktivlik, ilkinlik və ya 
ikincilik kimi tərkib hissələrindən ibarətdir. Emosionallıq 
güclü və ya zəif olur, situasiyanın yenidən dərk edilib 
yaşanmasında təzahür edir, insanın daxili və xarici 
qıcıqlanmalara subyektiv reaksiyasını əks etdirir. Aktivlik - 
insanların davranışının dinamikasında özünü büruzə verən, 
fəallığa yönələn meyildir. İlkinlik və ikincilik bu və ya digər 
psixoloji vəziyyətin insanları hansı müddət ərzində 
həyəcanlandıra biləcəyini göstərir. Xarakterləri ilkin xüsu-
siyyətli insanlar yüksək çeviklyə, lakin aşağı dərəcəli güc və 
tarazlığa malikdirlər. Xarakterləri ikincilik üzərində köklənən 
insanlar isə, əksinə, güclü və mütənasib davranışa malikdir, 
lakin az hərəkətlidirlər. 
Fəaliyyət zamanı müxtəlif situasiyaların dərk edilməsi və 
idarə olunması üçün şəxsiyyət konsepsiyası böyük əhəmiyyət 
kəsb edir. Şəxsiyyət iş və karyeraya münasibətdə, stressin aradan 
qaldırılmasında, motivasiyanın hərəkətverici qüvvəsi kimi, fərd-
lərarası münasibətdə isə əsas amil kimi çıxış edir. 
Şəxsiyyətin formalaşması və inkişafı prosesi üç kompo-
nentdən ibarətdir: determinantlardan, mərhələlərdən və şəxsiyyə-
tin xüsusiyyətlərindən. Şəxsiyyətin determinantları – onun 
formalaşmasını və inkişafını müəyyən edən amillər qrupudur. 
Daha çox tədqiq olunan determinantlar - bioloji (irsi, genetik və 
fizioloji), sosial (valideynlər, ailə, yaşıdlar, qonşular, dostlar, 
Mən konsepsiyası, arxaik tiplər) və mədəni determinantlardır. 
Qeyd etmək lazımdır ki, şəxsiyyətə situasya amillərı (hal amil-
ləri) də təsir göstərir, özü də onları çox vaxt əvvəlcədən nəzərə 
almaq olmur. Onlar şəxsiyyətin yalnız xüsusi situasiyalarda özü-


27 
nü göstərən cizgilərini (məsələn, spontan qəhrəmanlıq, yaxud, 
cinayətlə bağlı hallarda təzahür edən) üzə çıxara bilərlər. 
Şəxsiyyətin formalaşması və inkişafına əsas yanaşmaların 
nisbəti haqqında təsəvvür əldə etmək üçün şəkil 4.1-ə diqqət ye-
tirmək lazımdır. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin