Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə4/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73
 
Modelin 
xarakteristikası 
Modellər 
Avtoritar 
Qayğı 
Dəstəkləyici 
Kollegial 
Modelin bazisi 
Hakimiyyət 
İqtisadi 
resurslar 
Rəhbərlik 
Tərəfdaşlıq 
Menecmentin 
istqamətlənməsi 
Səlahiyyətlər 
Pullar 
Dəstək 
Müştərək iş 
İşçilərin 
istiqa-
mətlənməsi 
Tabeçilik 
Təhlükəsiz-lik 
və imtiyazlar 
İş tapşırıqla- 
rının 
yerinə 
yetirilməsi 
Məsuliyyətli 
davranış 
İşçilər 
üçün 
psixoloji nəticə 
Birbaşa 
müdirdən 
asılılıq 
Təşkilatdan 
asılılıq 
İdarəetmədə 
iştirak 
Mütəşəkkil-lik 
İşçilərin tələbatının 
ödənilməsi 
Mövcudlu-
ğunda 
Təhlükəsiz-
liyində 
Statusunda və 
tanınmasında 
Özünü 
reallaşdırma-da 
İşçinin 
əmək 
prosesində iştirakı 
Minimal 
Passiv 
əməkdaşlıq 
Oyanmış 
stimullar 
Orta səviyyəli 
həvəslənmə 
 
Şəkil 1.2 
Koqnitiv yanaşma insan davranışının pozitiv və könüllü as-
pektlərini vurğulayaraq, gözləmələr, tələbat və mükafatlandırma 
kimi anlayışlardan istifadə edir. Koqnitiv yanaşmanın əsas 
elementi olan idrak (cognition) - müəyyən məlumatın qav-
ranması aktıdır. Bu yanaşma çərçivəsində idrak aktları davranışı 
öncəliyir və insanın təfəkkür tərzi, onun ətraf mühiti qavraması, 
problemlərin həlli və informasiyanın dərk edilməsi prosesinə bir 
töhfə funksiyasını yerinə yetirir. 



Nəzəri koqnitiv yanaşmanı nümayiş etdirmək üçün Eduard 
Tolmenin klassik əsərindən istifadə etmək olar. Tolmen deyirdi 
ki, davranış təhlilin bir elementi ola bilər, lakin o başa düşürdü 
ki, davranış məqsədə doğru istiqamətlənib, yəni hər hansı bir 
məqsədə nail olmağa yönəldilib. Laboratoriya şəraitində 
təcrübələr aparan Tolmen belə bir nəticəyə gəlmişdir ki, hey-
vanlar hadisələri müəyyən ardıcıllıqda gözləməyə vərdiş edirlər. 
Məsələn, müəyyən siqnala cavab olaraq, heyvanlar özlərini elə 
aparırlar ki, sanki onlar yemək gözləyirlər. 
Tolmen bunun nəticəsi olaraq ehtimal etmişdir ki, öyrədil-
mə prosesi elə bir gözləmədir (expectancy) ki, onun sonunda 
müvafiq hadisə baş verir. Belə koqnitiv gözləmə konsepsiyasına 
əsasən, heyvan məqsəd haqqında düşünür, onu tanıyır, bilir və 
dərk edir. Beləliklə, Tolmen və koqnitiv yanaşma tərəfdarı olan 
digər alimlər hesab edirlər ki, davranış belə idrak aktları ilə daha 
yaxşı izah edilir. 
Müasir psixoloqlar xüsusi olaraq qeyd edirlər ki, koqnitiv 
konsepsiyalar beyində baş verənlər haqqında açıqlamalardan iba-
rət deyil; onlar yalnız davranışı təsvir etmək üçün istifadə edilən 
terminlərdir. Başqa sözlə desək, koqnitiv və bixeviorist nəzə-
riyyələr, ilk baxışdan göründüyü və bəzən təqdim olunduğu 
kimi, bir-biri ilə bir o qədər də ziddiyyət təşkil etmirlər. 
Həm nəzəri inkişafda, həm də eksperimental tədqiqatlardakı 
uğurlar nəticəsində psixologiyada, bəzilərinin «koqnitiv part-
layış» adlandırdıqları bir hadisə baş vermişdir. Təşkilati dav-
ranışa tətbiq edildikdə, koqnitiv yanaşma, ənənəvi olaraq, təhlilin 
qavrama, şəxsiyyət və münasibətlər, motivasiya və məq-
sədyönlülük kimi sahələrində üstünlük təşkil edir. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin