61
Əməyin zənginləşdirilməsi
Əməyin zənginləşdirilməsi iş yerinin rotasiya və funksio-
nal genişləndirilməsinin erkən və sadə texnologiyalarının inkişafı
deməkdir. Bu metodika bilavasitə Gersberqin ikifaktorlu moti-
vasiya nəzəriyyəsinin inkişafı olduğu üçün o, belə bir fərziyyə ilə
bağlıdır: personalı həvəsləndirmək
üçün iş yeri elə layihələş-
dirilməlidir ki, işçilər müvəffəqiyyət qazanmaq, tanınmaq,
inkişaf edib irəliləmək üçün imkan əldə etsinlər. Metodika, iş
yerinin belə «zənginləşdirilməsini»
nəzərdə tutarkən göstərilən
faktorlara istinad edir. Xüsusilə, əməyin zənginləşdirilməsi (job
enrichment) iş yerlərinin formalaşdırılması üçün mühüm
əhəmiyyət kəsb edir. Belə iş yerlərində həyata keçirilən fəaliyyət
zəngin məzmunu ilə xarakterizə olunur və dərin bilik və bacarıq
tələb edir. Bundan əlavə, fəhlələr planlaşdırma, idarəetmə və öz
fəaliyyəti üzərində nəzarəti
əhatə edən müstəqillik və
məsuliyyətin yüksək səviyyəsinə malik olmalıdırlar. Bu tipli iş
yerləri şəxsi planda irəliləmə və əhəmiyyətli əmək təcrübəsinin
əldə edilməsi üçün böyük imkanlar yaratmalıdırlar.
Dostları ilə paylaş: