64
xəbərdar olmaq). Hekman daha sonra qeyd edir ki, belə,
daxili
xarakterli təltif işçiləri keyfiyyətli işləməyə təhrik edərək, onlara
stimullaşdırıcı təsir göstərir. Əgər işçilər ilk vaxtlar buna mü-
vəffəq olmasalar, daha çox çalışacaqlar ki, yaxşı
yerinə yetiril-
miş işdən daxili məmnunluq hiss etsinlər». Beləlikə, o nəticə çı-
xarır: «Burada əsas silsiləni ümumi nəticə təşkil edir. Bu, o za-
man baş verir ki, pozitiv əmək motivasiyası özünütəkrar edən
təltiflə stimullaşdırılsın.
Gözləmək olar ki, bu silsilə göstərilən
üç psixoloji vəziyyətdən biri (yaxud daha artıq) davam edənə
kimi təkrar olunacaqdır. Silsilə, fərdi
işin keyfiyyətlə yerinə
yetirilməsini təmin edən daxili xarakterli təltiflərin qiymətləndi-
rilməsini dayandıranadək davam edəcəkdir».
İş yerlərinin yenidən layihələşdirilməsi üzrə tövsiyələr
İş yerlərinin yenidən layihələşdiriləmsi üçün 6.3№-li şəkil-
də göstərilən konkret tövsiyələr təklif edilir.
Son illərdə bütövlükdə əmək motivasiyası və xüsusilə iş
tapşırığının layihələşdirilməsi ilə bağlı ictimai informasiyanın
(
social information approach, SIPA - МОСU)
işlənmə metodu
meydana çıxmışdır. MOCU-nun əsas şərti ondan ibarətdir ki,
fərdlər uyğunlaşan orqanizmlər olaraq, öz baxışlarını, davranış
formalarını və əqidələrini varlıqlarının ictimai kontekstinə, şəxsi
keçmişlərinin və hazırkı davranışlarının reallıqlarına,
eləcə də
situasiyaya uyğunlaşdırırlar. Beləliklə, MOCU-ya görə,
işçinin
davranışının, göstəriş və real davranışın üç mühüm səbəbi
mövcuddur.
1. İşçi tərəfindən əməyin real şəraitinin (şərtlərin) koqni-
tiv qiymətləndirilməsi.
2. İşçinin pozitiv stimullaşdırılması və öyrənmənin əvvəl-
ki tarixi daxil olmaqla onun keçmiş fəaliyyəti.
3. Bilavasitə sosial (ictimai) kontekstə aid olan informasiya.
Tədqiqatçılar belə bir fikir söyləyirlər ki, sosial informasi-
ya, yaxud sosial siqnallar işçilər tərəfindən onlara verilən tapşı-
65
rıqların qiymətləndirilməsində daha böyük rol oynayır. Bu halda
əməyin real şərtlərinin və ya keçmiş hərəkətlərin rolu daha azdır.
Dostları ilə paylaş: