Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə32/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   73
Şəkil 6.4. Lokkun əmək motivasiyasında 
məqsədqoyma nəzəriyyəsi 
Aşağıda əmək fəaliyyətinin səmərəliliyinin məqsədqoyma 
vasitəsilə yüksəldilməsi üçün bəzi praktik tövsiyələr təklif edilir. 
1. Tipin dumanlı, yaxud ümumi məsələlərə diqqət ayırmağın-
dansa, nisbətən konkret məqsədlərə üstünlük verməsi daha yax-
şıdır. 
2. Mürəkkəb, problemli səciyyə daşıyan məqsədlər adətən, 
yüngül və adi tipli məqsədlərdən daha yaxşıdır. 
3. «Şəxsi» məqsədlər və onların işlənib hazırlanması prose-
sində iştiraketmə zamanı şüurlu olaraq qəbul edilən məqsədlər, 
güman ki, başqaları tərəfindən irəli sürülən məqsədlərdən üstün-
dür. 
Dəyərlər və 
dəyərli 
oriyentasiyalar 
Emosiya və 
arzular 
Niyyət, yaxud 
məqsədlər 
Reaksiyalar, hərəkət yaxud 
fəaliyyət
Nəticələr, əks əlaqə, yaxud 
möhkəmləndirmə


59 
4. Məqsədlə bağlı irəliləmə haqqında informasiya verən ob-
yektiv və vaxtında meydana çıxan əks əlaqə, onun olmamasın-
dan daha yaxşıdır. 
 
Mövzu 7. Təşkilatda iş yerinin layihələşdirilməsi 
İş yerinin layihələşdirilməsi zamanı diqqət əvvəlcə təşkilati 
davranış sferasında əməyin zənginləşdirilməsi ilə bağlı yanaş-
malara yönəldilir. Hazırda ABŞ-da və ümumən bütün dünyada 
əmək həyatının keyfiyyəti (ƏHK) mühüm sosial problemə çev-
rildiyi bir zamanda iş yerinin layihələşdirilməsi (İYL) daha geniş 
kontekstdə gözdən keçirilir. 6.1№-li şəkildə əməyin elmi təş-
kilinin tarixən əhəmiyyətli olan nəzəriyyəsindən başlayaraq, iş 
yerinin layihələşdirilməsinin müxtəlif aspektləri və yanaşmaları-
na qədər ümumiləşdirilmələr aparılmışdır (ƏET). 
Frederik U.Teylor və Frenik Hilbret kimi elmi menecment 
sahəsində çalışan şəxslər sistematik olaraq vaxtın ölçülməsi və 
fəhlələlrin hərəkətlərinin təhlili yolu ilə iş yerlərindəki vəziyyəti 
öyrənirdilər. Onların məqsədi işçilərin qüvvəsindən maksimal 
dərəcədə səmərəli istifadə etmək idi. Teylor ehtimal edirdi ki, iş 
tapşırıqlarının tərtib edilməsi elmi menecment nəzəriyyəsinin ən 
vacib elementi ola bilər. Elmi menecment yanaşması hazırda 
əməyin elmi təşkili (job engineering - ƏET) adı altında məlum 
olan nəzəriyyəyə çevrilmişdir. Ümumi fikir ondan ibarət idi ki, 
belə ixtisaslaşdırılmış və standartlaşdırılmış fəaliyyət növləri çox 
səmərəli olur və işçilər üzərində daha sərt nəzarət formasını 
həyata keçirməyə imkan verir. Lakin 1950-ci illərdən etibarən 
bir çox menecerlər hazırkı yanaşmanın arzu edilməyən 
nəticələrini, məsələn, iş keyfiyyətinin aşağı düşməsini, üzürsüz 
olaraq işdən yayınma hallarının artmasını və işçilərin başqa işə 
keçməsi hallarının çoxaldığını hiss etməyə başladılar. Bunun 
nəticəsi olaraq funksional genişləndirmə və iş yerlərinin rotasiya 
proqramlarının tətbiq edilməsi prosesinə start verildi. Beləliklə, 
funksional genişləndirmə proqramları iş yerinin üfüqi 


60 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin