76
lazımi iş həcminin verilən qərarlardan asılılığı ilə xarakterizə
olunur. Hakimiyyət səlahiyyətləri, səriştəlilik və liderliyin
məcmusu şəklində reallaşdırılır. İstiqamətinə görə hakimiyyət
neqativ və pozitiv olur. Hakimiyyət təkşəxsli, kollektiv və
kollegial şəkildə təşkil edilə bilər. Hakimiyyət formal və real ola
bilər. Hakimiyyətin bir neçə əsası mövcuddur: məcburetmə ha-
kimiyyəti, resurslardan istifadə hüququ, nüfuzlu insanlarla əlaqə-
lər, səlahiyyət (ekspert hakimiyyəti), avtoritet hakimiyyəti,
informasiya hakimiyyəti, vəzifə hakimiyyəti, əqidəyə əsaslanan
könüllü tabelilik.
Liderləri qeyri-liderlərdən fərqləndirən başlıca cəhət onla-
rın arxasınca getməyə hazır olan davamçıların mövcudluğudur.
Liderlikdə başlıca məsələ lider və onun davamçıları arasında
olan münasibətlərdir; belə ki, liderin əsas məqsədi insanlarla
davamlı, möhkəm münasibətlərin qurulması və davam etdiril-
məsidir. Liderlik- bütün mövcud gücü təşkilatın məqsədlərinin
həyata keçirilməsinə yönəltmək bacarığıdır.
Təşkilat liderliyə böyük əhəmiyyət verir. Belə ki, hakim
funksiyaların yerinə yetirilməsi üçün ən uyğun fərdlərin seçilmə-
si və irəli çəkilməsi məsələsi çox əhəmiyyətlidir. Güman edilir
ki, effektiv fəaliyyət göstərən menecer eyni zamanda yaxşı lider
də olmalıdır. Lakin rəhbər və lider arasında bərabərlik işarəsi
qoymaq olmaz. Hər halda təşkilat buna cəhd göstərməlidir.
Uorren Bennisin fikrinə görə, liderlər ətraf reallığı fəth edir, me-
necerlər isə özləri ona tabe olur. Lider və menecerlərin müqa-
yisəli xarakteristikası aşağıda verilmişdir:
Liderliyin öyrənilməsində şəxsiyyət, davranış, proses və
situasion yanaşmaları ayırırlar. Təşkilati davranışın ilk tədqiqat-
çılarının əsərlərində liderlik, lider olaraq qəbul edilən insanların
şəxsi keyfiyyət və xarakteristikalarının məcmusu kimi nə-
Dostları ilə paylaş: