Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə4/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   2   3   4   5   6   7   8   9   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

 
 
MÜHAZIRƏ 2 
 
Əmək mühafizəsinin nəzəri əsasları. Ġnsanın psixoloji vəziyyəti, əməyin 
təhlükəsizliyinə təsir edən amillər 
 
Plan 
 
1. Əmək mühafizəsinin nəzəri əsasları 
2. Zərərli və təhlükəli istehsalat amilləri və onların normaları 
3. Psixofizioloji amillər və onların əməyin təhlükəsizliyinə təsiri 
4. İstehsalat işlərinin növləri 
 
 
Əmək mühafizəsinin nəzəri əsasları 
İstehsalat proseslərinin son on illiklərdə yüksək texniki inkişafı işçilərin 
fiziki yüklənməsini (fiziki işlərini) azaltmaqla yanaşı onların hissiyat orqanlarının 
(görmə, eşitmə, yüksək diqqətliliyin, tez reaksiya vermənin və s.) psixoloji 
yüklənməsinin artmasına, gərginləşməsinə səbəb olur. 
İnsan fıziki işin mühüm hissəsini texnikaya verməklə, özü böyük həcmli 
mürəkkəb zehni psixoloji fəaliyyəti qəbul edir. 
O, bu gün mürəkkəb texniki sistemləri proqramlaşdırır, onlara nəzarət edir, 
eyni zamanda müxtəlif texnoloji obyektləri müəyyən məsafədən idarə edir. 
Maşınların konstruksiyası mürəkkəbləşdikcə insanların psixoloji yükü artır. 
Yuxarıda qeyd olunan səbəblərdən son illər insanlarla maşınların qarşılıqlı 
əlaqəsinə elmi sürətdə yanaşmaq zəruriyyəti ortaya çıxır. Bununla əlaqədar yeni 
elmlər: əmək gigiyenası, mühəndis psixologiyası, əməyin elm təşkili (Ə.E.T) və 
erqonomika (yunan sözü olub: erqon - iş, nomon - işə qanun deməkdir) elmləri 
meydana çıxmışdır. 
Əməyin gigiyenası: - "İnsan-maşın-mühit" sistemində istehsalat mühitini 
insan orqanizminin imkanlarına uyğunlaşdırmaq üçün tədbirlər işləyib hazırlayır 
kı, bununla da müxtəlif istehsalat xəstəliklərinin qarşısının alınmasına nail olunur. 
Mühəndis psixologiyası - "İMM" sistemini öyrənərək müxtəlif cihaz və 
idarəetmə orqanlarının optimal parametrlərini işləyib hazırlayır. Hazırlanmış 
tövsiyələr işçilərin tez yorulmasının qarşısını almaqla, əmək məhsuldarlığının 
yüksəldilməsinə səbəb olur. 
Erqonomika: - Əmək qanunları haqqında elmdir. O, texniki elmlərin, 
psixologiyanın, fizologiyanın və əməyin gigiyenasının öyrəndiyi məsələləri 


ümumiləşdirir. 
Erqonomika İMM sisteminin qarşılıqlı təsirinin qanuna uyğunluqlarını 
öyrənir. Erqonomikanın məqsədi İMM sistemində elə bir şərait yaratmaqdır ki, bu 
zaman əmək məhsuldarlığı ən yüksək, işçinin təhlükəsizliyi minimuma enməklə 
onun özünü hiss etməsi ən optimal olsun. 
Erqonomikanın həll etdiyi əsas məsələlər aşağıdakılardır: 
- əlverşli iş şəraitinin təmin edilməsi. 
- ən rahat işçi mühiti. 
- İşçinin üzərinə düşən psixoloji yükün azaltması (nəzarət
sistemlərinin avtomatlaşdırılması, işin təhlükəsiziiyi və s). 
- İşçiyə düşən fiziki yükün azalması (ağır işlərin mexanikləşdirilməsi).

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin