Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə5/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   2   3   4   5   6   7   8   9   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Texniki estetika: - məqsədi gözəl, eyni zamanda səmərəli formalarda və 
ölçülərdə avadanlıq yaratmaqdır. Avadanlıqların rənglərinin düzgün seçilməsi 
işçilərə sevinc gətirir, onların əhval ruhiyyəsini, iş qabiliyyətini, nəticədə işə əınək 
məhsuldarlığını artırır. 
Zərərli və təhlükəli istehsalat amilləri, onlarin normaları
Əməyin təhlükəsizliyinin standartlar sisteminə müvafıq olaraq istehsalat 
proseslərində yaranan zərərli və təhlükəli amillər insan orqanizminə təsirinə görə 4 
qrupa bölünürlər: 
1. Fiziki amillər: Bura maşın və mexanizmlərin mühafızə olunmayan 
hərəkət hissələri, işçi zonadakı hava, yüksək tozluluq, qazlılıq, yüksək və alçaq 
temperatur, səs-küy və titrəyiş, ionlaşdıncı elektromaqnit süaları, müxtəlif 
xarakterli işıqlanmaların yüksək və aşağı səviyyədə olması və s. aiddir. 
2. Kimyəvi amillər: - Belə zərərli istehsalat amülərinə aşağıdakıları 
göstərmək olar: ümumi toksiklik, dağıdıcı, mutagen (toxumaların çoxalmasına 
mənfı təsir edir) və s. kimyəvi qrupdan olan zərərli istehsalat amilləri (tənəffüs 
yollarına, dəri örtüyünə və s.) təsir göstərir. 
3. Bioloji amülər: - Bioloji zərərü istehsalat amillərinə bakteriyalar, viruslar, 
göbələk törədici bakteriyalar, bitki və heyvanların bəziləri (xəstəliklərinə görə). 
4. Psixofızoloji amillər: - Bu qrupa aid olan zərərli istehsalat amilləri fıziki 
və əsəbi yüklənmədən ibarət olmaqla insan orqanizminə təsir göstərir. Fiziki 
yüklənmə statik, dinamik və hidrodinamik halda özünü göstərir. İnsanın əsəbi 
yüklənməsinə isə zehni əmək gərginliyini, əməyin monotonluğunu, həddindən 
artıq işləməni və s. göstərmək olar. İstehsalat şəraitində təsiredici kimi kompleks 
zərərli və təhlükəli istehsalat amilləri də mövcuddur. Bunlardan ən çoxu 
işləyənlərin peşəsinin xüsusiyyəti ilə əlaqədardır. İstehsalat proseslərində yaranan 
zərərli amillər peşə zərərlərı, peşə xəstəlikləri, yaxud peşə zəhərlənmələri yaradır. 
İstehsalat şəraitində növbə ərzində yaranan peşə zəhərlənməsi əmələ gəlirsə bu 
kəskin zəhərlənmə sayılır. 
İstehsalatın bəzi sahələrində işlədikdə (rənglərlə, lakla, skibidarla və s) 
sanitariya-gigiyena qaydalarına riayət olunmadıqda dəridə xroniki xəstəlikiər 
əmələ gəlməklə ekzema yaranır. 
İnsan orqanizminə ümumi və yerli titrəyişin təsiri nəticəsində müvafıq 


xəstəliklər, səs tellərinin müntəzəm olaraq gərginləşməsi nəticəsində xroniki 
laringit- boğaz xəstəliyi yaranır (müəllimlər, xanəndələr və s). 
İş yerlərində faktiki zərərli və təhlükəli amillərin səviyyəsini müxtəlif 
cihazların köməyi ilə müəyyən etmək olar. Belə cihazlardan səs ölçən (şumomer), 
vibroqraf, termometr, anemometr, qazanalizator, lyüksmetr və s. göstərmək olar. 
Zərərli və təhlükəli istehsalat amillərinin buraxılabilən qiyməti (səviyyəsi) qüvvədə 
olan normativ sənədlərdə göstərilir. 
Misal üçün: - Bina daxilində işçilər üçün havanın temperaturu yüngül işlərdə 
18-21
0
S, ağır işlərdə 14-16°S, nisbi nəmlik 40-60%, təbii havanın hərəkət sürəti 
0,1-0,3 m/san, hər bir işçiyə ən azı 4,5 m
2
iş sahəsi və 15 m
3
işçi həcmi olmalıdır. 
İstehsalat binalarının hündüriüyü ən azı 3 m olmaqla, emalatxanalarda 
dəzgahlar arası ən azı 1 m, dəzgahla divar arası məsafə 0,5m, səs-küyün ton 
yüksəkliyi ən çox 80-85db, elektrik cihazlarının gövdəsinin müdafiə torpaqlama 
konturunun müqaviməti 10 Om-dan çox olmamalıdır. İstehsalat binalarında ümumi 
halda işıqlanma 75-150 lk olmalıdır. 
Yuxarıda qeyd olunan sanitariya normalarında buraxılabilən qiymətlərə 
uyğun təşkil olunmuş iş yerlərində işçilərə zərərli və təhlükəli istehsalat amilləri 
pis təsir göstərmir, belə iş yerləri insan həyatı üçün normal hesab edilir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin