Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 70
1. Tədqiq olunan parça nümunəsinin bütün səthini yalnız bir istiqamətdə və
yaxud da qatlanma halında sürtünmə prosesini yerinə yetirən cihazlar;
2. Parça nümunəsinin səthini müxtəlif istiqamətlərdə, xüsusilə dairəvi
vəziyyətdə sürtünmə prosesini yaradan cihazlar.
Bütün bunları nəzərə alaraq, hazırda elmi-tədqiqat işlərinin aparılması üçün
real istehlak şəraitini xatırladan parçanın səthini müxtəlif istiqamətlərdə
sürtünməyə məruz qoyan cihazlardan istifadə edirlər ki, bunlardan ən səmərəlisi
İT-3M markalı cihaz sayılır. Lakin yun parçaların sürtünməsinin tədqiq üçün ancaq
Tİ-1M markalı cihazdan istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, parçaların
sürtünməsini öyrənərkən yeyici və yaxud sürtücü (obrazov) materialının seçilməsi
həlledici əhəmiyyətə malikdir. MDB ölkələri miqyasında fəaliyyət göstərən
Moskva Mərkəzi Elmi-Tədqiqat Yun Sənayesi İnstitutunun hazırladığı metodikaya
müvafiq olaraq müxtəlif parça növlərinin sürtünüb dağılması prosesini yerinə
yetirən cihazda yeyici material kimi 6405 artikulu boz rəngli şipelmek mahud
parçasından istifadə etməyi məsləhət görülür. Eyni zamanda parçanın sürtünməsini
öyrənərkən sürtücü materiallı başlığın nümunəyə təsiri səviyyəsini mütləq nəzərə
almaq lazımdır.
Aşağıdakı cədvəldə kostyumluq yun parçaların sürtünməyə qarşı
davamlılığını xarakterizə edən tədqiqatın nəticələri haqqında məlumat verilmişdir.
Cədvəl məlumatlarından göründüyü kimi, əvvəlcədən söylənilən fikirlər öz
əksini göstərməkdədir. Belə ki, qeyd edilirdi ki, parçaların tərkibinə müəyyən faiz
kimyəvi liflərin qatılması onların fiziki-mexaniki xassələrinin yaxşılandırılmasının
həlledici təsir göstərir. Yəni əgər birinci keyfiyyət kateqoriyasına daxil olan xalis
kamvol kostyumluq parçasının sürtünüb deşilənə qədər sərf olunan dövrlərinin sayı
3600 idisə, bu göstərici lavsan qarşılıqlı yarımyun kamvol parçasında 4000 dövrə
çata bilir. Bu nəticə eyni zamanda zərif yundan olan mahud parçalara da aiddir.