1. Metod barədə alimlərin fikirləri Metodların seçilməsində mühüm şərtlər


Təlim metodundan istifadə yeri və zamanı



Yüklə 239,68 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix09.01.2023
ölçüsü239,68 Kb.
#78775
növüDərs
1   2   3   4   5
movzu 6(3)

8. Təlim metodundan istifadə yeri və zamanı. Yəni, müəllim nəzərdə tutulmuş 
metodlardan və priyomlardan,iş növlərindən dərsdəmi,sinifdənxaric məşğələlərdəmi
məktəbdənkənar şəraitdəmi istifadə etməlidir? 
Deyilənləri ümumiləşdirsək,metod,priyom və vasitələrin seçilməsində ən mühüm 
sayılan yuxarıdakı 8 şərti nəzərə almaq lazımdır. 


Metodik ədəbiyyatda təlim metodlarının təsnifini metodistlər müxtəlif əsaslarda təsnif 
edir. M.A.Danilov və L.P.Federenko metodları bilik əldə etməyin mənbəyinə görə
İ.R.Paleyİ.T.Oqorodnikov didaktik vəzifələrinə görə, İ.Y.Lerner və 
M.N.Skatkin şagirdlərin dərketmə fəaliyyətinə görə təsnif etmişlər.Prof. B.Əhmədov 
isə şagirdlərin müstəqilliyinə görə metodları fəal qeyri-fəal xarakterizə edir və 
onları üç qrupa bölür
1.Söz metodları, 2.Əyani metodlar, 3.Praktik metodlar 
Söz metodları - yazılı və şifahi şərhdir. Növləri nağıl və ya təsvir,izah,problemli şərh 
və s. müsahibədir ki, bu da evristik və yazılı formada icra edilir. 
Əyani metodlara illüstrasiya və demonstrasiya daxildir. 
Praktik metodlara isə şagirdlərin müxtəlif tipli çalışmalar üzərində işin 
təşkili,müşahidə və s. daxildir. 
Prof. Ə.Əfəndizadə isə "Azərbaycan dili təliminin metodları və onların 
təkmilləşdirilməsi haqqında" məqaləsində metodları dörd qrupa bölür
1. İzahlı illüstrativ metod. 
2. Reproduktiv metod. 
3. Evristik müsahibə və problemli şərh metodu. 
4. Tədqiqatçılıq metodu. 
İzahlı illüstrativ metod müəllimin söz və əyanilik üzrə izahıdır. 
"Reproduktiv metod" müəllimin izahını başa düşmək,dərk etmək üçün müşahidələr 
aparmağı,fakt və hadisələri təhlil etməyi,ümumiləşdirmə,mücərrədləşdirmə,təsnifetmə 
kimi təfəkkür əməliyyatlarını əhatə edir,şagirdlərdə bacarıq və vərdişlərin yaranmasına 
xidmət göstərir. 

Yüklə 239,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin