1. Metod barədə alimlərin fikirləri Metodların seçilməsində mühüm şərtlər


Evristik müsahibə və problemli şərh metodu



Yüklə 239,68 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix09.01.2023
ölçüsü239,68 Kb.
#78775
növüDərs
1   2   3   4   5
movzu 6(3)

Evristik müsahibə və problemli şərh metodu fakt və hadisələri şagirdlərin fəallığı 
əsasında mənimsənilməsinə xidmət edir... 
Tədqiqatçılıq metodu şagirdləri müstəqil axtarışlar aparmağa cəlb etməyi əsas tutur. 
Bu metodun tətbiqi nəticəsində şagirdlər faktları müşahidə edir,tutuşdurur,lazımi 
nəticələri özləri axtarıb tapmağa cəhd göstərirlər. 
Azərbaycan dili dərslərinin başlıca praktik vəzifəsi dil öyrətməkdir. Məqsəd bəzi 
dərsdə şagirdlərə hər hansı nəzəri bilik və ya məlumatı çatdırmaq,digərində praktik 
yolla bu məlumatı möhkəmləndirmək,başqa bir dərsdə isə verilmiş bilik və bacarıqların 
qəbul edilmə səviyyəsini yoxlamaqdan ibarətdir. Bu mənada bütün dərs tiplərində 
müəllimin sözü aparıcı metod və priyom sayılmalıdır. Çünki müəllimin sözü bütün 
dərslərdə həm işi istiqamətləndirən,ümumiləşdirən,həm də yekunlaşdıran əsas 
vasitə və üsuldur. Dərsi bunsuz təsəvvür etmək düzgün deyildir. 
Müəllimin nitqinə verilən tələblər: 
Müəllim dərsə hazırlaşarkən harada necə danışacağını,şagirdlərin qavramalarına hansı 
yolla istiqamət verəcəyini əvvəlcədən müəyyənləşdirməli,nitqinə məsuliyyətlə 
yanaşmalı və aşağıdakı şərtləri gözləməlidir: 


1. Müəllimin nitqi məntiqi cəhətdən sistemli və ardıcıl olmalıdır. 
2. Çıxarılan hökmlər,sübutlar,nəticələr şagirdlər üçün aydın,dəqiqanlaşıqlı 
olmalıdır 
3. Müəllimin danışığında ədəbi dilin bütün normaları (intonasiya,fasilə,orfoepik 
normalar,vurğu və s.) ciddi gözlənilməlidir. 
4. Müəllimin danışığı dolğun, məzmunlu olmalıdır. Nitqində artıq söz və cümlə 
işlətməməlidir,nitqinin gözəlliyinə və yığcamlığına diqqət yetirməlidir. 
5. Müəllim nitqində kiçik bir elmi səhvə yol verməməlidir. Təcrübə göstərir ki, belə 
səhvlər müəllimin biliyinə şagirdlərin inamını azaldır. 
Ədəbiyyat 
1. H.B.Balıyev “Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası”,Bakı-
2003 
2. A.Abdullayev “Orta məktəbdə Azərbaycan dili tədrisinin metodikası”,Bakı-
1968,78 
3. Y.Ş.Kərimov “Təlim metodları”,Bakı-2009 

Yüklə 239,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin