"DĠKAYA DĠVĠZĠYA" - Birinci dünya müharibəsi (1914-18) dövründə Qafqazın müsəlman əhalisindən təşkil
edilmiş süvari div iziya. Çar Rusiyasında müsəlman əhali, o cü mlədən Qa fqaz müsəlman ları kütləvi şəkildə hərb i xid mətə
cəlb olun murdular. La kin müharibənin gedişində cəbhənin möhkə mləndirilməsi üçün Qafqaz müs əlmanla rın ın süvari
qoşunda döyüşmək bacarıq larını nəzərə alaraq, onlardan ibarət yeni atlı div iziyanın yaradılması qərara alındı. 3-cü süvari
korpusun (Qərb cəbhəsi) tərkib ində olan "Dikaya diviziya" (diviziyanın adı həm şə xsi heyətin şücaəti, həm də onların
nizami döyüş hazırlığ ı keçməməsi ilə əlaqədar idi) 6 kiçik tərkib li alaydan - Dağ ıstan, Kabarda, Tatar (azərbaycanlı), Çeçen,
İnquş və Çərkəz alaylarından ibarət idi. Div iziyanın tabeliyinə, həmçinin, Osetin piyada briqadası və 8-ci Don topçu
divizionu verilmişdi. " Dikaya div iziya"nın ko mandiri general D.P.Baqration idi.
Div iziyanın zabit heyətini, əsasən, rus qvardiya zabitləri, həmçinin, yerli zadəgan nümayəndələri təşkil edird i.
"Dikaya div iziya"nın ümu mi sayı 1350 süvaridən ibarət idi. Xüsusi hərbi hazırlıq görmədiyinə və könüllü lük əsasında
yaradıldığ ına görə, diviziyanın şəxsi heyətinə müəyyən güzəştlər verilmişdi. On ların hər biri ayda 25 rubl məvacib alırdı.
Rusiyada çar hakimiyyəti devrildikdən və Müvəqqəti höku mət yaradıldıqdan sonra korpusun siyasiləşdirilməsinə cəhd
göstərilməsi, bir tərəfdən, bolşeviklərin, digər tərəfdən, Müvəqqəti hökumətin ondan öz siyasi maraqları üçün istifadə
etməyə çalışması bu hərbi quru mun dağılmasına gətirib çıxa rdı. Nəticədə 1917 ilin sonlarında "Qafqazın yerli əhalisindən
təşkil ed ilmiş atlı korpus" ləğv edildi.
"Dikaya div iziya"ın A zərbaycanla bağlayan onun tərkibindəki "Tatar süvari alayı" idi. Alay ın əsgərləri, əsasən,
Qarabağ və Gəncəbasar bölgələrindən toplanmışdı. Korpusun ləğvindən sonra alayın atlıları vətənə döndülər. Müsəlman
k orpusunun forma laşdırılmasına başlananda, tatar alayında xid mət etmiş süvarilərin böyük hissəsi könüllü şəkildə Gəncəyə
toplaşdılar. Həmin süvarilərin əsasında yenidən "Tatar süvari alayı" təşkil olundu və Müsəlman korpusunun süvari
briqadasının tərkibində müəyyən dəyişikliklərlə Cü mhuriyyətin süqutuna qədər öz mövcudluğunu saxladı.
Əd
.: Nəzirli Ş., Arxivlərin sirri açılır, B., 1999; Великая Октябрьская Социалистическая Революция. Энциклопедия . M.,
1987.
DĠNĠ ETĠQAD NAZĠRLĠYĠ, Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinin Din i Etiqad Nazirliyi - A zərbaycan
Xalq Cü mhuriyyətinin din i etiqad məsələləri ilə məşğul olan icra hakimiyyəti orqanı. Milli ənənələrə qayıtmaq, əhalinin dini
ehtiyacların ı ödə mək məqsədilə yaradılmışdı. 1918 il iyunun 19-da Fətəli xan Xoyskin in Gəncədə təşkil etdiyi 2-ci Hö ku mət
kabinəsində Azərbaycan Cü mhuriyyəti Xalq Maarifi və Dini Et iqad Na zirliy i adı ilə fo rmalaşdırılmış və Nəsib bəy
Yusifbəyli nazir təsdiq olunmuşdu.
333
Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti 1918 il sentyabrın 17-də Bakıya köçdükdən sonra oktyabrın 6-da Fətəli
xan Xoyskin in 2-c i Höku mət kabinəsində dəyişiklik aparılmış, himayədarlıq və dini etiqad nazirliyi yaradılmış, Musa bəy
Rəfiyev nazir təyin edilmişdi. 1918 il de kabrın 26-da Fətəli xan Xoyski 3-cü Hö ku mət kabinəsini təşkil edərkən
himayədarlıq nazirliyi müstəqil na zirlik kimi təsis olunmuş, dini etiqad məsələ ləri yenə də xa lq maarifi nazirliyinə həvalə
olunaraq, xa lq maarifi və d ini etiqad nazirliyi yarad ılmış, Nəsib bəy Yusifbəyli nazir təyin olun muşdu.
Nəsib bəy Yusifbəylin in 1919 il apre lin 14-də və de kabrın 22-də təşkil etdiyi 4-cü və 5-c i Höku mət kabi-nə lərində
də Xalq Maarifi və Dini Etiqad Nazirliyi birlikdə olmuş, na zir vəzifəsini 4-cü Höku mət kabinəsində Rəşid bəy Qaplanov, 5-
ci Höku mət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra Nurməmməd bəy Şahsuvarov icra etmişdilər.
Azərbaycan Xalq Cü mhuriyyətinin 1920 il üçün bura xılmış Ünvan-təqvimində başqa nazirliklə rin fəa liyyəti
haqqında məlu matlar verildiy i halda, dini etiqad nazirliyi barədə yalnız bunlar deyilmişdir: din i etiqad naziri (o, həm də xalq
maa rifi naziri id i) Hə mid bəy Şahta xtinski, na zirliy in kat iblə ri Rza Şahbazbəyov və Q.A.Çerqeştov, xüsusi tapşırıqlar
mə mu ru Yusif əfəndi Əfəndizadə və qeydiyyatçı Mah mud Mahmudovdur.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 r.,B., 1920; Azərbaycan Demokratik Respublikası. Azərbaycan Hökuməti.
1918-1920, B., 1990.
DĠVANBƏYOĞLU, S ü b h a n v e r d i x a n o v Abdullabəy Vəli ağa oğlu (1.1.1883, Qazax qəzasının Hüseynbəyli
k.- 2.9.1936, Ba kı) - A zərbaycan yazıç ısı, maa rif xad imi, etnoqraf, folklorşünas. Müflisləşmiş bəy
ailəsində doğulmuşdur. Qori müəllimlər se minarıyasını bitirmiş, Bakı Dövlət Universiteti tarix
fakultəsinin Şərq şöbəsində təhsil almışdır. Bir müddət Acarıstanda, 1904 ildən isə Ba kıda
müəllimlik etmiş,"Nəşri-maarıf' və "Nicat" xeyriyyə cəmiyyətlərində yaxından fəaliyyət
göstərmişdir.
AzərbaycanXalq Cü mhuriyyəti dövründə daxili işlər nazirliyində tərcüməç i
işləmiş, qeyri-türk məmu rların yenidən hazırlan ması üçün dövlət tərəfindən təşkil edilmiş
kurslarda A zərbaycan dili fənnindən dərs demişdir.
Sovet hakimiyyəti illərində xa lq maarif ko missarlığında fəa liyyət göstərmiş, qəza larda
mə ktəblərin təşkilində iştira k etmiş, dərslik və sinifdənkənar oxu üçün ədəbiyyat hazırlayan şöbənin
üzvü olmuşdur. Ali Pedaqoji İnstitutda, Zaqafqaziya hərbi məktəbində müəllim, nü munəvi
pedaqoji texn iku mda müdir, A zərbaycan Dövlət Universitetində, Sənaye institutunda, Xalq təsərrüfatı institutunda assistent
və dosent vəzifələ rində çalış mışdır. Azə rbaycan Dövlət Arxivinin müd iri, A zərbaycan Elmi Tədqiqat İnstitutunun tarix
şöbəsinin elmi katibi olmuşdur. Tarix, etnoqrafiya, fo lklor və təbiətşünaslıq sahəsində elmi tədqiqat aparmış, "Elmi-
heyvanat" dərsliyini, "Müctəhid feodal Ağa Mir Fəttah", "Şəki xanla rın ın tarixi və onla rın nəsli", "Fo lklor materialla rın ın
təsnifi", "Türk sistemli kəndlə rdə totemizm", "İran və Os manlı məsələsi" əsərlərini ya zmış, beş cildlik Azə rbaycan tarixini
yazmaq üçün material toplamışdır.
Divanbəyoğlu bədii yaradıc ılığa 20 əsrin əvvəlində başlamış, "Əbdül və Şah zadə" (1902), "Canyanğısı" (1903),
"İlan" (1906), "Fəhlə" (1907), "Ərdoy dərəsi" (1920), "Cəng" (1911) və s. ro mantik povest və hekayələrin müəllifi kimi
məşhurlaşmışdır. Əsərlə ri möv zu aktuallığı və orijina llığı, təhkiyə üslubunun yeniliyi ilə seçilir.
Əsərləri:
Əbdül və Şahzadə, B., 1966; Can yanğısı, B., 1981.
Əd.:
Bəktaşi İ., Abdulla bəy Divanbəyoğlu, B., 1985.
"DOKUMENTI PO RUSSKOY POLĠTĠKE V ZA KAVKAZYE" ("R u s i y a n ı n Z a q a f q a z i y a s i y a-
s ə t i n ə dair s ə n ə d l ə r " ) - 1 9 əsrin sonları - 20 əsrin əvvəllə rində çar Rusiyasının Cənubi Qafqa z siyas ətinə dair
Azərbaycan Xa lq Cü mhuriyyəti dövründə nəşr olunmağa başlanmış s ənədlər toplusu. Azərbaycan Xa lq Cü mhuriyyəti
Höku məti çar Rusiyasının Cənubi Qafqaz siyasətinin öyrənilməsinə böyük əhəmiyyət verird i. Bu elmi-tarixi maraqla
bərabər, praktik cəhətdən də zəruri hesab olunurdu. Cənubi Qafqaz müsəlmanla rına münasibətdə Rusiyanın həyata keçirdyi
siyasətə dair materia lla rın toplanması və nəşri üçün xa ric i işlər naziri Mə mməd Yusif Cəfə rovun sərəncamı ilə xüsusi
ko missiya yaradılmışdı. Ko missiyaya Arslan Kriçinski (sədr), Məhəmməd Ağayev, Konstantin Sulkev iç və Əli Yusif (sonra
onu Hüseyn bəy Mirzəcamalov əvəz etmişdi) daxil idi. Xüsusi ko missiya Bakı ş əhəri və onun hüdudlarından kənarda olan
bir sıra arxivlərdə araşdırmalar aparmışdı. Arxiv lərdən toplan mış materialların ayrı-ayrı buraxılışlarda nəşri nəzərdə
tutulurdu. İlk buraxılış yaxın onilliklərdə Rusiya siyasətinin icmalını, sonrakı nəşrlər Cənubi Qafqazın Rusiya tərəfindən
işğalından sonrakı dövrü əhatə etməli id i. Keçmiş Qafqaz can işinliyinin d igər bölgələrinə dair materiallar da çap olun malı
idi. Nə zərdə tutulan materia lla rın yalnız birinci h iss əsi işıq üzü gördü. Sənədlər toplusunda çap olunan materiallar aşağıdakı
şəkildə q ruplaşdırılmışdı: 1) milli hərəkatla mübarizə; 2) din i tədbirlər; 3) maarif və mədəniyyətlə mübarizə; 4) millətlər-
arası münasibət; 5)immiqrasiya; 6) müstəmləkələşdirmə və iqtisadi siyasət; 7) əhalin in tərksilah ed ilməsi; 8) hərbi mü-
kəlləfiyyət və məcburi işlər; 9) inzibati polis qəyyumluğu.
Hər b ir hissədə sənədlər xronoloji ard ıcıllıq la verilmişdi. Ön sözdə göstərilirdi ki, hazırda Azərbaycanın müstəqil
həyat keçird iyi bir ş əra itdə, tarixin bütün gedişi ilə müha kimə o lunan köhnə qaydaları bərpa et məyə cəhd göstərən siyasi
qruplar tapılır.
334
Nəşr olunan sənədlər keç miş imperiyanın elə c inayətlərini aç malıdır ki, keç miş ə qayıtmağın qeyri-mü mkünlüyü aydın
olsun. Bununla yanaşı, həmin sənədlər ictimai dairələri A zərbaycan türklərinin siyasi və milli arzuları ilə tanış etməli idi.
Naşirlərin fikrincə, bu, türk və rus demokratiyası arasında qarşılıqlı anlaş maya gətirməli id i. A zərbaycan Xalq
Cü mhuriyyətinin süqutundan sonra sənədlər toplusunun nəşri yarımçıq qaldı. Sovet hakimiyyəti dövründə Rusiya
çarizminin A zərbaycanda müstəmləkəçilik siyasətinə dair sənədlər toplusu çap olunsa da, burada əvvəlki təcrübə nəzərə
alın mamış, sənədlərin təsnifatı başqa cür aparılmış, məqsəd də əvvəlkindən tamamilə fərq li olmuşdur.
Əd.:
Документы по русской политике в Закавказье. Вып. первый. Изд. Особой Комисси при Министерстве Иностранных дел
Азербайджанской Республики, Б., 1920; Колониальная политика Российского царизма в Азербайджане в 20-60-
Х ГГ
. XIX
B
.,
T
.
1-2, M.-Л, 1936-
1937.
DON HÖKUMƏTĠ, Don Respublikası höku məti - Rusiyada Oktyabr çevrilişindən (1917) sonra Don bölgəsində
yaranmış hökumət. Rusiya hökumətinin 1887 ildə keçirdiy i in zibati-ərazi bölgüsünə əsasən, Rostov vilayəti ilə Taqanroq
şəhəri Don Qoşunu vilayətinə daxil edilməklə, Şimali-qərbi Qafqazın bir hissəsi Don kazakların ın idarəsinə keçdi. Oktyabr
çevrilişindən sonra Sovet hakimiyyətinə tabe olmaqdan boyun qaçıran Don kazakları ö z hakimiyyət orqanlarını yaratdılar.
1918 il may m 8-də alman ordusunun köməyilə bolşeviklər Don vilayəti ə ra zisindən qovuldu, mayın 26-da isə Don
kazaklarının dairəsi "Böyük Don Qoşunu" hökuməti yaradılmasını elan etdi. Ataman P.Krasnovun başçılıq etdiyi bu
hökumətin 65 minlik ordusu var idi. 1919 ilin yanvarında bu ordu general A.Denikinə tabe edild i və həmin ilin payızında
Moskva üzərinə yürüşdə iştirak etdi.
Don Respublikası höku məti Paris sülh konfransında (1919-20) iştirak etmək üçün öz nü mayəndə heyətini 1919 ilin
əvvəlində İstanbula göndərmiş, lakin onlar da Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin nü mayəndələri ilə birlikdə bu
şəhərdə ləngiməli olmuşdular. Bu nü mayəndələrin müttəfiq dövlətlərin İstanbuldakı ko mandanlığına ünvanladıqları
müraciətdə Don əhalisinin həm bolşeviklərin, həm də köhnə rejimi bərpa etmək istəyən bir qrup məsuliyyətsiz adamların
yaratdığı qurama təşkilatların təhlü kəsi altında qaldığ ı bildirilird i.
Azərbaycan Xa lq Cü mhuriyyəti Höku məti 1919 il iyunun 26-da ö zünün Kubandakı diplo mat ik nü mayəndəsi Cə fər
bəy Rüstəmbəyova əlavə mandat göndərərək, ona Don höku mət i yanında Azə rbaycan Xalq Cü mhuriyyətini tə msil et mək
səlahiyyəti verdi. Hə min il sentyabrın 24-də isə Xosrov bəy Sultanov Azərbaycan Höku mətin in Rostovda konsul-agenti
təyin edildi.
1920
ilin yanvarında Qırmızı ordu Rostovu və Novoçerkasskı tutdu, martda isə bütün Don vilayətini ələ keçirərək,
Don Respublikası höku mətinin varlığına son qoydu.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы) , Б., 1998; Борьба
за власть Собетов на Дону в 1917 – 1920 гг. (сборник документов), Ростов на/ Д., 1957; Хмелевский К. А., Лрах красновщины и
немецкой интервенции на Дону (апрель 1918 март 1919 года), Ростов на/Д., 1965.
DÖRDLƏR ĠTTĠFAQI - A lmaniya, Avstriya-Macarıstan, Osman lı dövləti və Bolqarıstan arasında bağlanmış
hərbi ittifaq və Birinci dünya müharibəsində (1914-18) Antantaya qarşı vuruşmuş koalisiya. 1879-82 illərdə A lmaniya,
Avstriya-Macarıstan və İtaliyanın hərb i-siyasi blo ku yaran mışdı.
Dünya müharibəsi başladıqda, İtaliya "Üçlər İttifaqı"ndan çıxaraq ona daha ço x qənimət vəd edən Antantaya
qoşulmuşdu. Əvəzində Bolqarıstan və Osmanlı dövləti Almaniya və Avstriya-Macarıstan ittifaqına qoşulmuş, beləliklə, Üçlər
İttifaqı Dörd lər İttifaq ına çevrilmişdi.
Lakin Dördlər İttifaqının ö z daxilində, xüsusilə Osmanlı dövləti ilə Almaniya arasında da mənafe ziddiyyətləri vardı.
Əd.:
Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; История дипломатии (второе,
переработонное издание), т. 1, М., 1959.
DÖRDÜNCÜ HÖKUMƏT KABĠNƏSĠ A zərbaycan Xalq Cü mhuriyyətinin dördüncü Hökuməti. A zərbaycan
Xalq Cü mhuriyyəti dövründə dövlət hakimiyyətinin ali icraed ici orqanı. 1919 ilin fevralında Fətəli xan Xoyskin in 3-cü
Höku mət kabinəsi istefaya getdikdən sonra, yeni - 4-cü Hö ku mət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırıldı.
Parla mentin aprelin 14-də keçirilən 29-cu iclasında N.Yusifbəyli forma laşdırdığ ı yeni Hö ku mət kabinəsinin üzv lərini
təqdim etdi və Höku mət in gələcək fəaliyyəti barədə proqra m bəyanatı ilə ç ıxış etdi. N.Yusifbəylin in Höku mət proqra mı
Parlament üzvləri tərəfindən geniş mü zakirə edildi və 4-cü Hö ku mət kab inəsi aşağıdakı tərkibdə təsdiq olundu: Nəsib bəy
Yusifbəyli - Na zirlər Şurasının sədri və da xili işlə r na ziri; Sə məd bəy Mehmandarov hərbi nazir; Mə mməd Yusif Cəfərov -
xarici işlər naziri; Ağa Əminov — ticarət və sənaye naziri; Əlağa Həsənov maliyyə naziri; Xudadat bəy Məlik-Aslanov -
yollar na ziri; Cə mo bəy Hacınsk i - poçt və teleqraf naziri; Rəşid bəy Qaplanov - xa lq maarifi və d ini et iqad naziri; Viktor
Klenevsk i - himayədarlıq naziri; Aslan bəy Qardaşov - əkinçilik və dövlət əmla kı naziri; A.Dastakov - səhiyyə naziri;
Nəriman bəy Nərimanbəyli - dövlət nəzarəti naziri; X.A maspür - portfelsiz na zir. Sonradan da xili işlə r naziri vəzifəsin in
icrası Məmməd Həsən Hacınskiyə tapşırılmışdı (bax Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məqaləsinə).
DÖVLƏT BANKI - Azərbaycan Xalq Cü mhuriyyətinin maliyyə vəsaitini tənzimləyən əsas dövlət qurumu (bax
Azərbaycan Dövlət bank ı).
DÖVLƏT BAYRAĞI - A zərbaycan Xalq Cü mhuriyyətinin dövlət suverenliyi rəmzlərindən biri. A zərbaycan Xalq
Cü mhuriyyəti Höku məti ölkənin suverenlik rəmzi olan dövlət bayrağının təsisi haqqında ilk qərarı 1918 il iyunun 21-də
Gəncədə qəbul etmişdi. Cü mhuriyyətin qırmızı rəngli ilk bayrağın ın üzə rində ağ rəngli aypara və ağ rəngli səkkizguşəli
ulduz təsvir olunurdu.
335
Bugünkü Azərbaycan Respublikasının dövlət rəmzi olan üçrəngli milli bayraq isə 1918 il noyabrın 9-da Cü mhuriyyət
Höku mətin in iclasında Höku mətin sədri F.x.Xoyskinin məru zəsi əsasında qəbul edilmişdir. Hö ku mətin həmin iclasında
Azərbaycanın dövlət bayrağının "yaşıl, qırmızı və mav i rənglərdən, ağ aypara və səkkizguşəli u lduzdan ibarət" olması
qərara alındı. Bayraqdakı üç rəng - yaşıl isla mın, q ırmızı (a l) müasir a zadlıq ideologiyasının, mavi isə türklüyün rə mzi idi.
1918 ilin iyununda təsdiq edilmiş bayraqdakı aypara və səkkizguşəli ulduz isə olduğu kimi sa xlan ılmışdı.
Cü mhuriyyətin Dövlət bayrağı Aprel işğalı (1920) nəticəsində ləğv edilsə də, Azərbaycan xalqın ın istiqlal müba-
rizəsində böyük rol oynadı. 1988 ildə A zadlıq hərə katı başlandıqda, üçrəngli bayraq yenidən qaldırıld ı. Bu tarixi a kt
Azərbaycan Sovet Sosialist Respublikası rəhbərliy inin də fəaliyyətinə ciddi təsir göstərdi. 1990 il noyabrın 17-də Na xç ıvan
Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliy i ilə keçən 1-ci sessiyasında Azərbaycan Xalq Cü m-
huriyyətinin üçrəngli dövlət bayrağı Na xç ıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu, 1990 il noyabrın
29-da isə "Azərbaycan SSR ad ının və dövlət bayrağının dəyişdirilməsi haqqında" fərman verildi və 1991 il fevra lın 5-də
qanunvericilik orqanı tərəfindən təsdiq olundu (bax Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri).
Əd:.
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Rəsulzadə M .Ə., Azərbaycan Cümhuriyy əti, B., 1990; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; M ərdanov M ., Quliyev Ə., Azərbaycan
Respublikasının dövlət rəmzləri, B., 2001.
DÖVLƏT GERBĠ - Azərbaycan Xalq Cü mhuriyyətinin dövlət suverenliyi rəmzlərindən biri. Cü mhuriyyət
Höku məti 1919 il martın 23-də, ilk dəfə olaraq, Azərbaycan Xalq Cü mhuriyyəti dövlət gerbinin və dövlət möhürünün
layihələ rin i hazırla maq üçün müsabiqə elan et mə k ba rədə qərar qəbul etdi. Qəra ra əsasən, layihə lər hə min il apre lin 20-sinə
qədər təqdim o lunma lı idi. Ço x gü man ki, müsabiqəyə təqdim olun muş layihələ r bəyənilmə miş və qəbul edilmə mişdir. Buna
görə də 1920 il yanvarın 30-da Höku mət hərbi ordenlər, milli himn , dövlət gerb i və möhürü lay ihələrinin hazırlan ması üçün
müsabiqə elan etmək barədə yenidən qərar çıxarmışdı. Ordenlərin layihəsinə baxılması işi hərbi nazirliyə, h imn, gerb və
möhür layihələrinə baxılması isə xalq maarifi nazirliyinə tapşırılmışdı. Xalq maarifi nazirliy i bu məqsədlə "Azərbaycan"
qəzetində dəfələrlə e lan verərək b ild irmişdi ki, təqdim ediləcə k ən ya xşı dövlət himni layihəsinə görə 50 min manat, ən
yaxşı gerb və möhür layihələri üçün isə 25 min manat mükafat müəyyən olunmuşdur. Elanda bildirilirdi ki, müsabiqədə
iştirak etmək istəyənlər həmin il may ın 1-nə qədər ö z lay ihələrini məxfi zərflərdə xalq maarifi nazirliy inin dəftərxanasına
təqdim et məlid irlər. Müsabiqənin nəticələ rin in e lan o lunması A zərbaycanın İstiqla lının ikinci ildönümünə, yəni 1920 il
may ın 28-nə nəzərdə tutulurdu. Lakin 1920 il aprelin 27-də A zərbaycanın Sovet Rusiyası tərəfindən işğalı bu mühüm dövlət
tədbirinin başa çatdırılmasına imkan verməd i.
Azərbaycan müstəqilliy ini bərpa edəndən (1991, 18 o ktyabr) sonra dövlət gerbi haqqında yeni müsabiqə elan
olundu. Müsabiqə komissiyasına daxil olan eskizlər A zərbaycan Respublikasının Milli Məclisində geniş müzakirə edildi,
lakin onla r qənaətbəxş hesab olunmadı. Buna görə də yu xarıda bəhs olunan gerb layihəsini bərpa et mə k qə rara alındı.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə hazırlan mış gerb layihəsi rəssam R.Mə mmədov tərəfindən təkmilləşdirildi. 1993
il 19 yanvar tarixli konstitusiya qanunu ilə dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edildi (ba x Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət rəmzləri).
Əd.
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Mərdanov M ., Quliyev Ə., Azərbaycan Respublikasının dövlət rəmzləri, B., 2001.
DÖVLƏT HĠMNĠ - Azərbaycan Xalq Cü mhuriyyətinin dövlət suverenliyi rəmzlərindən biri. Cü mhuriyyət
Höku mətin in 1920 il yanvarın 30-da qəbul etdiyi dövlət rəmzləri layihələrinin hazırlan ması haqqındakı qərarda Azərbaycan
Xalq Cü mhuriyyəti dövlət himnin in lay ihəsini hazırlamaq üçün müsabiqə elan olun ması Xalq Maarifi Nazirliy inə
tapşırıldı.Xalq Maarifi Nazirliyi bu məqsədlə müsabiqənin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək
bildirmişdi ki, təqdim ed iləcək ən yaxşı dövlət himn i layihəsinə görə 50 min manat mükafat müəyyən edilir. Müsabiqə
iştirakçıları lay ihələrini həmin il mayın 1-nə qədər xalq maarifi nazirliyin in dəftərxanasına təqdim etməli id ilər.
Müsabiqənin nəticələri mayın 28-nədək, yəni Azərbaycanın İstiqlalının ikinci ildönümünə qədər elan edilməli id i. Lakin
1920 il aprelin 27-də Azə rbaycanın Sovet Rusiyası tərəfindən işğalı nəticəsində milli dövlətçiliyin süqutu Azərbaycan Xa lq
Cü mhuriyyətinin dövlət h imnin in qəbul olun masına imkan verməd i.
1991 ildə A zərbaycanın dövlət müstəqilliy i yenidən bərpa olunduqdan sonra Üzey ir bəy Hacıbəylinin Xalq
Cü mhuriyyəti illərində yazdığı "Azərbaycan marşı" Azərbaycan Respublikasının 1992 il 27 may tarixli qanunu ilə dövlət
himni kimi təsdiq olun muşdur (bax Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri).
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Mərdanov M ., Quliyev Ə., Azərbaycan Respublikasının dövlət rəmzləri, B., 2001.
Dostları ilə paylaş: |