Uşaq ədəbiyyatı xəzinəsindən



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix31.01.2017
ölçüsü0,86 Mb.
#7179
  1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

 

 

 

Uşaq ədəbiyyatı xəzinəsindən 

 

 

 

Firidun bəy Köçərli 

 

Biblioqrafiya 

 

 

 

 

 

 

 

Bakı-2014 

 

 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 



 

KBT   Я19:Ш+Ш5(2=Аз)7-44я1 

UOT   016:821.512.162+821.512.162 

 

Tərtibçilər:    

 

Nazilə Tahirova 

    Lelya 

Qafarova 

 

İxtisas redaktoru və  

buraxılışa məsul:  

Şəhla Qəmbərova

 

 



Ön sözün müəllifi:    

Zaman Əsgərli, 

 filologiya üzrə elmlər doktoru, 

                                               professor 

 

Redaktor:  

 

Gülbəniz Səfərəliyeva, 

Əməkdar mədəniyyət işçisi 

 

Firidun bəy Köçərli:  biblioqrafiya /tərt. N.Tahirova, 

L.Qafarova;  ixt. red. və burax. məsul  Ş.Qəmbərova; red. 

G.Səfərəliyeva; Firidun bəy Köçərli adına Respublika Uşaq 

Kitabxanası.- Bakı, 2014- 176 s.   



 

 

Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpər-

vər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və  tərcüməçi Firidun bəy 

Əhmədağa oğlu Köçərlinin həyat və fəaliyətinin bütün dövrlərini əhatə 

edən biblioqrafiya iki hissədən ibarətdir. I hissədə F.Köçərlinin əsərləri; 

II hissə isə onun haqqında olan materiallar toplanmışdır. 

Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraf-

lar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 



 

 

ISBN 978 9952 460 47 6 

 

© F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2014 

 

Áèáëèîãðàôèéà 

 



 



 

Firidun bəy Köçərlinin 150 illik yubileyi  

haqqında Azərbaycan Respublikası Prezidentinin  

Sərəncamı 

 

2013-cü ildə Azərbaycanın görkəmli  ədəbiyyatşünas alimi, 



tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və 

tərcüməçi Firidun bəy Əhmədağa oğlu Köçərlinin anadan olması-

nın 150 illiyi tamam olur. 

Firidun bəy Köçərli Azərbaycan  ədəbiyyatının tarixi inkişaf 

yoluna dair qiymətli mənbə  təşkil edən  əsərlər yaratmış  və 

çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə 

mühüm töhfələr vermişdir. Ölkəmizdə  təhsil sisteminin milli 

əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi 

apardığı işlər böyük əhəmiyyətə malikdir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi-

nin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan mədəniyyətinin 

inkişafı naminə xidmətlərini nəzərə alaraq, Firidun bəy Köçərli-

nin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə 

qərara alıram: 

1.  Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Res-

publikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan 

Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçı-

lar Birliyinin təklifləri nəzərə alınmaqla, Firidun bəy Köçərlinin 

150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata 

keçirsin.  

2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərən-

camdan irəli gələn məsələləri həll etsin. 

 

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 14 fevral 2013-cü il 

 

                                        



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 



 

 

Müqəddimə 

 

Firidun bəy Köçərli  ən müqtədir,  ən sevgili ədiblərimizdən 

biridir. Onu böyüklü, kiçikli hamı sevir. Mütəxəssislərin də  təs-

diqlədikləri kimi, folklorşünaslığın yaranması, şifahi xalq ədəbiy-

yatının toplanması, sistemləşdirilib nəşr olunmasında Firidun bəy 

Köçərlinin böyük xidmətləri olmuşdur. 

“Azərbaycan ədəbiyyatı”nın müəllifi Firidun bəy Köçərli öz 

xalqının bəşər mədəniyyəti xəzinəsinə verdiyi inciləri sərraf kimi 

tapıb qiymətləndirməyi bacarmış, Azərbaycan  ədəbiyyatının bö-

yük ideallarla, sağlam və yüksək hisslərlə  zəngin olduğunu ifti-

xarla təhlil və sübut etmişdir. Bu görkəmli şəxsiyyət ədəbiyyat ta-

riximizi yazmaqla bütün keçmişimizi diriltdi, şairlərimizin ülvi 

ruhlarını canlandırdı.   

Firidun bəy Köçərli ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik 

və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, 

habelə  məişət mövzularında onlarla maraqlı, aktual məqalələri  

ilə dövrünün ən fəal publisistlərindən biri olmuşdur. 

Firidun bəy belə bir həqiqəti təsdiqləyirdi ki, “bir qövm və 

tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər ədəbiyyatı zəif və bi-

məzmun olacaqdır... Xalqın sərvət və dövləti,  şan və  şövkəti 

artdıqca, onun dili dəxi haman qərar üzrə tərəqqi və vüsət tapır və 

bir məqama çatır ki, millət qisim-qisim nağıl və hekayələr düz-

məyə, sinədən sözlər və mahnılar toxumağa başlayır.” 

Bu böyük şəxsiyyət M.F.Axundzadə  və M.Şahtaxtinskidən 

sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə  əlifba islahatı 

aparılması yolunda çalışan xadimlərdəndir. 

Azərbaycan ədəbiyyatı tarixinin bu yorulmaz və vətənpərvər 

tədqiqatçısı bir ədəbiyyatşünas kimi araşdırmalarına folklor nü-

munələrini yazıya almaqla başlamışdır. Şifahi xalq ədəbiyyatının 

növ və janr zənginliyini aşkarlayan görkəmli ədəbiyyatşünas alim 

qeyd edib ki, keçmişdə şan və qüvvət sahibi olan türk milləti öz 

məişətinə, ayin və adətinə dair yaratdığı nağıl və hekayələr, gözəl 

Áèáëèîãðàôèéà 

 



mənzumələr, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı 

müəmma və tapmacalar, körpələrin qəlbini açan düzgülər və ya-

nıltmaclar, heyvanat qisminə  məxsus sayaçı sözləri unudulmaq-

dadır. Böyük maarifpərvər bu unudulmaq təhlükəsini duyaraq 

folklorumuzu toplamağa başlamışdı. O dövrlərdə  məktəblərdə 

çalışan soydaşlarına yazdığı məktublarda toxunduğu məsələyə o, 

bir daha qayıdaraq göstərirdi: “O millət ki, öz tarixini, dolanaca-

ğını, vətənini və dilini sevir – bu qism əsərləri kəmali  şövq və 

diqqətlə  cəm edib sərmayə kimi saxlayır və  uşaqların ilk təlim-

tərbiyəsini onları öyrətməklə başlayır.” 

F.Köçərlinin fikrincə uşaq dünyası çox zəngindir. Uşaqlarda 

poetik duyum çox güclüdür. Onların təfəkkürü yazıçı təfəkkürünə 

uyğundur. Firidun bəy Köçərli gənc nəsli düzgün tərbiyə etmək, 

onda vətənə, xalqa, ana dilinə məhəbbət duyğuları oyatmaq üçün 

uşaqları  hələ kiçik yaşlarından  şifahi  ədəbiyyat nümunələri ilə 

tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə 

məsləhət görürdü. Heç təsadüfi deyil ki, o, çap etdirdiyi şifahi 

xalq  ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı 

olan “Balalara hədiyyə” adı vermişdir. 

1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabçası   min-

lərlə oxucu tərəfindən rəğbətlə qarşılanır. “Balalara hədiyyə” haq-

qında Əli Sultanov yazırdı ki, “bu kitabdan vətən qoxusu, dağla-

rın ətri, köçərilərin tüstüsü gəlir”. Kazımoğluya görə, bu kitabda-

kı nağıl və hekayələr azərbaycanlıların ata-babadan qalma düzgü 

və tapmacaları, misal və nəğmələri “bizi keçmişimizlə aşina edir, 

bizi kəndimizə tanıtdırır və keçmişimizə qarşı bizdə milli bir 

duyğu oyandırır”. 

Abdulla Şaiq belə hesab edirdi ki, “bizim el ədəbiyyatımız o 

qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil. 

Millətimizin istedad və  məharəti – fitrilərinə  və  əhvali-ruhiyyə-

sinə  aşina olmaq istəyənlər möhtərəm Firidun bəy Köçərlinin 

“Balalara hədiyyə” kitabçasından istifadə edə bilərlər. O, ca-

maatımızın arasındakı nağıl, məsəl, tapmaca və  şeirləri bir yerə 

toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir”. 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 



Firidun bəy Köçərli “Balalara hədiyyə” məcmuəsinin məra-

mını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa – böyük, ya 

kiçik – onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu 

səbəbə ki, onda dərc olunan əsərlərin  cümləsi onların dünyasın-

dandır.” “Balalara hədiyyə” kitabı Azərbaycanın  ən dəyərli sər-

vətlərindəndir. 

Müəllif bu kitabda ən çox şifahi xalq ədəbiyyatı nümunə-

lərindən istifadə etmişdir. Firidun bəy Köçərli şifahi ədəbiyyatın 

tədrisinin təlimi, tərbiyəvi  əhəmiyyəti, el ədəbiyyatının bədii-

estetik dəyəri barədə çox gözəl fikirlər söyləmişdir. O, ağızda 

söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq 

sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıcı 

sözlərindən, bayatılardan ibarət” olan el ədəbiyyatını cəmləşdirib 

çapa verməyi, itib-batmaqdan qorumağı müasiri olan ziyalıların 

başlıca vəzifəsi sayırdı. Deməli Firidun bəy Köçərli  ədəbiyyatın 

öyrədilməsində  məhz folklor materialları ilə başlamağı  zəruri 

hesab edirdi. Bu təbii idi, çünki folklor söz sənətinin başlanğı-

cıdır, şagirdlər bunlarla hələ ailədə ikən tanış olur, məişətdə daim 

eşidirlər. Tarixi keçmişini, dilini, vətənini sevən inkişaf etmiş 

millətlər öz şifahi xalq ədəbiyyatı nümunələrini “kəmali-şövq və 

diqqətlə cəm edib, qiymətli sərmayə kimi saxlayır və balalarının 

ilk təlim və tərbiyəsini onları öyrətməklə başlayır”. 

Firidun bəy Köçərlinin folklorşünaslıq baxımından dəyərli 

fikirləri təkcə bunlar deyil. Atalar sözləri və  məsəllərin xalqın 

tarixi təcrübəsi və həyatı ilə bağlı yarandığını qeyd edən ədəbiy-

yatşünas nağılların çoxunun şadlıq ilə qurtardığını, qəhrəmanların 

bəla və müsibətlərə düçar olduqlarını, ağ div və əjdahalarla qarı-

laşdıqlarını göstərib, epik folklor nümunələrinin poetikasına yığ-

cam şəkildə toxunmuşdu. 

Uşaq  ədəbiyyatı böyüməkdə olan nəslin tərbiyəsində böyük 

əhəmiyyətə malikdir. Balacaları  vətənpərvərlik, humanizm, düş-

mənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün yüksək 

səviyyəli uşaq əsərlərinin yazılmasına həmişə böyük ehtiyac olub. 

Uşaqları elm öyrənməyə, məktəbə getməyə həvəsləndirmək işin-

Áèáëèîãðàôèéà 

 



də Firidun bəy Köçərlinin böyük xidmətləri var. “Balalara hə-

diyyə” kitabından “Oğlum” şeiri buna misaldır. 

 

Ay afərin gül oğlum, 

Gül oğlum, sünbül oğlum. 

Oğlum, oğlum, naz oğlum, 

Dərsindən qalmaz oğlum. 

Qələmini al ələ, 

Yaxşı-yaxşı yaz, oğlum. 

Oğlum gedər məktəbə, 

Oxur, çatar mətləbə. 

Dərsin oxur rəvanlar, 

Nə oxuyubdur, danışar...  

 

Firidun bəy Köçərlinin bu şeiri yazmaqda məqsədi nəsihət 



verici sözləri ilə küçədə qaçmaq,  uşaqlarla savaşmaq, heyvanlara 

daş atmaq, quşları incitmək kimi əməlləri etməməyi şirin bir dildə 

balaca oxucusuna çatdırmaqdır. 

Uşaqlar üçün yazılan əsərlərdə müasir dövrün nəbzi tutulma-

lı, coşqun və qaynar həyatımız öz bədii inikasını tapmalıdır. Bu 

uşaq yazıçılarını düşündürən aktual problemdir. Firidun bəy Kö-

çərlinin folklorşünaslıq baxımından maraq doğuran fikirləri ara-

sında nağıllarda heyvanat qisminin insana mənsub olan xasiy-

yətlərini ümumiləşdirib dəqiq səciyyələndirməsidir. 

“Balalara hədiyyə” kitabı Azərbaycan folklorunun ilk antolo-

giyası idi. Bu kitab indi də  uşaqlar üçün maraqlıdır,  əzizdir. 

“Balalara hədiyyə” uşaqların fikrini aydınlaşdıran, xəyalını qa-

nadlandıran, uşaqlara həyat və  təbiət haqqında məlumat verən 

qiymətli bir inci xəzinəsidir. 

O, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həya-

tı boyu təbliğ və tədqiq etməklə məşğul olmuş, onun həm keçmi-

şini, həm müasir nailiyyətlərini qiymətləndirməyin gözəl 

nümunəsini göstərmişdir. 

F.Köçərli uşaq dünyası nəsri sahəsində səmərəli xidmət gös-

tərən  ədiblərimizdəndir. Onun yaratdığı  əsərlərə  həmişə ehtiyac 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 



vardır. Qeyd edim ki, 1965-ci il yanvarın 1-dən  Mədəniyyət  

Nazirliyinin qərarı ilə kitabxanamız Firidun bəy Köçərlinin adını 

daşıyır. F.Köçərli adına Uşaq Kitabxanası olaraq bu sahədə üzəri-

mizə çox mühüm vəzifələr düşür. Bizim ən ümdə  vəzifəmiz 

böyük  ədibimizi oxucularımıza tanıtmaq, onun dəyərli  əsərlərini 

onlara sevdirməkdir. Çünki, ulu öndər Heydər Əliyevin  söylədiyi 

kimi kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbəd-

gahdan keçir. Balacaları vətənpərvərlik, humanizm, düşmənə nif-

rət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün biz kitabxana-

çılar çox çalışmalıyıq. Biz inanırıq ki, illər ötsə də hər dəfə uşaq 

ədəbiyyatından söz düşəndə uşaqların da, böyüklərin də sevimlisi 

F.Köçərli hörmətlə anılacaq, yada düşəcək.   

2013-cü ildə Azərbaycanın görkəmli  ədəbiyyatşünas alimi, 

tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və 

tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olma-

sının 150 illiyi tamam olmuşdur. 

Firidun bəy Köçərlinin  ədəbi irsi çox gec araşdırılıb, tədqiq 

olunub. Lakin son dövrlər Azərbaycan ədəbiyyatşünaslığı tarixin- 

də görkəmli rolu olan bu ziyalı öz layiqli yerini tutmağa başlamış, 

onun əsərləri çap olunmuş, haqqında sanballı monoqrafiyalar, el-

mi məqalələr yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti 

cənab İlham Əliyevin 14 fevral 2013-cü ildə Firidun bəy Köçər-

linin 150 illik yubileyinin keçirilməsi haqqında verdiyi Sərəncam 

buna daha bir sübutdur. 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası 

2014-cü ildə bu böyük şəxsiyyətin həyat və fəaliyyətini əks etdi-

rən “Firidun bəy Köçəli” adlı biblioqrafiya tərtib etmişdir.  Gör-

kəmli  şəxsiyyətin həyat və  fəaliyətinin bütün dövrlərini  əhatə 

edən bu biblioqrafiya iki hissədən ibarətdir. I hissə: Firidun  bəy 

Köçərlinin  əsərləri; II hissə: Firidun bəy Köçərli haqqında. Və-

saitdə “Firidun bəy Köçərlinin müdrik fikirləri”, “Görkəmli 

şəxslər Firidun bəy Köçərli haqqında” yazılar da verilmişdir. 

Gərgin  əməyin və ciddi axtarışların nəticəsi kimi meydana 

gələn hər bir nəşr məhsulu kimi, bu kitab da yəqin ki, bir sıra 

xırda qüsurlardan xali deyildir. Ona görə də, biblioqrafik göstərici 

Áèáëèîãðàôèéà 

 



haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara 



əvvəlcədən minnətdarlığımızı bildirir, təklif və iradlarını Firidun 

bəy Köçərli adına Uşaq Kitabxanasına göndərmələrini xahiş 

edirik. 

 

Ünvan: Bakı şəh., S.Vurğun küç. 88 

E-mail: childlibbaku@yahoo.com  

        


Şəhla Qəmbərova, 

 

Firidun bəy Köçərli adına Respublika Uşaq  

Kitabxanasının direktoru 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

10 



 

 

Firidun bəy Köçərli 

 

XIX  əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin 



etnik və mədəni-siyasi qüdrətini, milli varlığını bütün dünyaya ta-

nıtmaq üçün Oqtay fədakarlığı və ehtirası ilə fəaliyyətə başlayan 

ziyalı  şəxsiyyətlər arasında Firidun bəy Köçərlinin bənzərsiz si-

ması və böyük xidməti aydın görünür. Onun başladığı şərəfli işin 

ləyaqətli davamçılarından olan F.Hüseynov doğru deyir ki, XX 

yüzilin “ilk rübündə realist bədii nəsr, dramaturgiya, inqilabi sa-

tira və publisistika sahəsində C.Məmmədquluzadənin, yeni şeir 

aləmində M.Ə.Sabirin, musiqi mədəniyyəti cəbhəsində Ü.Hacıbə-

yovun gördüyü iş ədəbiyyatşünaslıq elmində Firidun bəy Köçər-

linin üzərinə düşmüşdür”.

1

 O, böyük tənqidçi, Azərbaycan  ədə-



biyyat tarixçiliyinin banisi, bütün şüurlu ömrünü doğma xalqının 

maariflənməsi və  mədəni-siyasi tərəqqisi yolunda şam kimi əri-

dən vətəndaş ziyalıdır. 

Firidun bəy Köçərli 1863-cü il yanvar ayının 26-da Azərbay-

canın dilbər guşələrindən olan Şuşa şəhərində savadlı bəy ailəsin-

də doğulmuşdur. Onun ulu babası Məhəmməd Şuşaya Qarabağın 

Cavanşir mahalından köçmüşdü. Atası Əhməd ağa “Şuşanın orta-

bab bəylərindən idi. Bərdə yaxınlığındakı Əyricə kəndində onun 

xırda əkin sahəsi və tut bağı vardı. Ailəsi hər ilin qış fəslində Əy-

ricə  kəndinə gedər, baharın  əvvəllərinədək orada yaşayardılar... 

Fars dilini yaxşı bilən  Əhməd ağa  Şərq klassiklərinin  əsərlərini 

həvəslə mütaliə edər, Firdovsinin “Şahnamə”sindən bütöv fəsil-

ləri əzbər deməklə həmvətənlərini heyran qoyardı”.

2

 



Firidun bəyin uşaqlığı məktəbə gedənə qədər ailə ilə birlikdə 

qışda  Əyricə  kəndində, yazda-yayda Şuşada keçmişdir. Atası 

onda  şeirə-sənətə  həvəs oyatmaq, ona fars dilini öyrətmək 

                                                            

1

 Mir  Cəlal. Firidun Hüseynov. XX əsr Azərbaycan  ədəbiyyatı. Bakı, 1982.- 



S.421. 

2

 Bəkir Nəbiyev. Seçilmiş əsərləri: 5 cilddə.- Bakı, 2009.- C.I.- S.61. 



Áèáëèîãðàôèéà 

 

11 



məqsədilə 1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin məd-

rəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə  təhsil alaraq, 

Sədinin “Gülüstan” və “Bustan” əsərlərini, Füzulinin “Leyli və 

Məcnun” məsnəvisini oxuyub öyrənir. Az sonra rus dilinin cə-

miyyətdə, xüsusilə idarə  işlərində daha böyük rol oynadığını  və 

rus dilini bilən bəylərin çar məmurları yanında daha hörmətli 

olduğunu görən Əhməd ağa oğluna rusca təhsil vermək qərarına 

gəlir və Firidunu Şuşadakı rus məktəbinə  qəbul olunmaq üçün 

hazırlaşdırır.  

Firidun bəy 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 

Həmin məktəbin üçüncü sinfində oxuyarkən Qoridə yerləşən 

Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, tanınmış pe-

daqoq A.O.Çernyayevski (1841-1894) ilə görüşür. A.O.Çernya-

yevskinin müəllimlik peşəsinin şərəfli olması və Qori Müəllimlər 

Seminariyası haqqında söhbətləri gənc Firidun bəydə bu semina-

riyada təhsil alıb müəllim olmaq şövqü oyadır. O, Şuşada rus 

məktəbini bitirib 1879-cu ildə atasının razılığı ilə Qoriyə gedir və 

imtahan verərək ZMS-nin Azərbaycan bölməsinin hazırlıq sinfinə 

qəbul edilir. Bu seminariya o zamankı Qafqazın  ən mütərəqqi 

təhsil ocağı idi; tədris prosesində humanitar biliklərin və dillərin 

öyrədilməsinə ciddi fikir verilirdi. Seminariyada “sinifdənkənar 

tərbiyə vasitələrindən geniş istifadə edilirdi. Şagirdlər tez-tez şə-

hərin ürəkaçan mənzərələrinə, habelə Tiflisə  tənəzzöhə (gəzinti-

yə, ekskursiyaya – Z.Ə.) gedir, o zamankı Qafqazın ən izdihamlı 

şəhərlərindən olan bu paytaxtda teatr tamaşalarına baxırdılar. Hər 

bir şagird dərsdən kənar vaxtda oxuduğu əsərlərə dair xüsusi al-

bom tərtib edirdi. Bu albomlarda Lomonosov, Puşkin, Qonçarov 

kimi sənətkarların tərcümeyi-hallarından müəyyən hissələr, 

Qoqol, Lermontov və L.Tolstoyun əsərlərindən ayrı-ayrı parçalar 

yazılır, bu yolla onların dərslərdə qazandıqları biliklər daha da 

möhkəmləndirilirdi. Bütün bunlar ...gələcək müəllimlərin mədəni, 

hazırlıqlı və hərtərəfli inkişaf etmiş mütəxəssislər kimi avamlığa 

və cəhalətə qarşı mübarizə ruhunda yetişməsinə təsir göstərirdi”.

3

 



                                                            

3

 Bəkir Nəbiyev. Göstərilən kitabı,  S.70. 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

12 



F.Köçərli Qori seminariyasında altı illik təhsilini başa vur-

duqdan sonra (1885) Azərbaycan türklərinin qədim yaşayış məs-

kənlərindən və  mədəni mərkəzlərindən olan İrəvan  şəhərindəki 

gimnaziyada pedaqoji fəaliyyətə başlayır. O, ana dili, şəriət və 

hüsnxətdən dərs deyir, eyni zamanda pansion mürəbbisinin kö-

məkçisi təyin olunur və bu işi də böyük ustalıqla yerinə yetirir. 

Gənc müəllim  şəhərin  ədəbi-mədəni mühiti, xüsusilə müxtəlif 

məktəblərin müəllim və müdərrisləri ilə tanış olur, onlarla peda-

qoji təcrübə mübadiləsi aparır, onların işlədikləri məktəbə gedib 

nümunə dərslərində iştirak edir. Eyni zamanda İrəvanın Azərbay-

can məktəblərində çalışan bəzi müdərrisləri gimnaziyadakı təlim 

üsulları ilə tanış edir, onların iştirakı ilə özü də açıq dərslər 

deyirdi.

4

 



1890-cı ildə F.Köçərli müəllim Səfərəli bəy Vəlibəyovla bir-

likdə Krıma – Bağçasaraya  gedib İsmayıl bəy Qasprinski ilə gö-

rüşür. Onlar bir neçə gün İ.Qasprinskinin evində qonaq qalıb, 

İsmayıl bəydən  və zövcəsindən “artıqlığıyla yaxşılıqlar”, hədsiz 

nəvazişlər görürlər.  İ.Qasprinski qonaqlarını “Tərcüman”ın  re-

daksiyası, mətbəədəki işlər, Krımın görməli yerləri, əyanları, yeni 

tipli məktəbləri, oradakı tədris üsulları, habelə Krımdakı “müsəl-

manların dolanacağı” ilə tanış edir, rusların “fəqir və  məzlum 

Krım tatarlarına bu qədər cəfayı rəva görüb də onların ata-babala-

rından qalan yerlərini məğrur və xudbin nemsələrə verməyi” 

barədə söhbətlərini dinləyir...  

Gimnaziyada işləyərkən Firidun bəy  İrəvan  ədəbi mühiti, 

xüsusilə  məktəblərdə çalışan  şairlərin yaradıcılığı ilə yaxından 

tanış olur, onların şeirlərini dinləyir, tərcümeyi-hallarını öyrənir. 

Bu dövrdə o, tərcüməçilik fəaliyyətinə başlayır, rus şairlərindən 

A.S.Puşkinin “Balıqçı ilə qızıl balığın nağılı”, M.Y.Lermontovun 

“Üç xurma ağacı”, M.V.Koltsovun “A kişi, niyə yatıbsan?” şeir-

lərini Azərbaycan dilinə çevirib, İrəvanda və Şuşada nəşr etdirir. 

Mühitdə öz bacarığı  və savadı ilə  dərin hörmət qazanan gənc 

Firidun bəy  ədəbi prosesi də böyük həvəslə izləyir, təzə  çıxan 

                                                            

4

 Bəkir Nəbiyev. Göstərilən kitabı.- S.76. 



Áèáëèîãðàôèéà 

 

13 



kitabları oxuyub qiymətləndirir, klassik şairlər haqqında məlumat 

toplayır, biliyini zənginləşdirir. 1895-ci ildə onun “Tatar komedi-

yaları” adlı məqaləsi Tiflisdə “Novoye obozreniye” qəzetində çap 

olunur. Həmin ilin sonlarında Firidun bəy Qafqaz təhsil dairəsi 

popeçitelinin əmri ilə (30 oktyabr) Qori Müəllimlər Seminariyası-

na köçürülür və bu vaxtdan F.Köçərlinin elmi-pedaqoji və ədəbi-

ictimai fəaliyyətinin yeni mərhələsi başlanır. Ədib seminariyanın 

qabaqcıl müəllim heyəti ilə  sıx  əlaqə saxlayır, oranın zəngin ki-

tabxanasından faydalanmaqla bilik dairəsini genişləndirir, Tiflis-

də  və Bakıda çıxan “Kavkaz”, “Kaspi”, “Zakavkazye”, “Şərqi-

Rus” qəzetlərini izləyir, həmin mətbuat orqanlarında müxtəlif 

yazılarla çıxış edir. 

Qoriyə köçdükdən iki il sonra (1897) F.Köçərli Qazax qəza-

sının Salahlı kəndindən olan Badisəba xanımla (1881-1954) ailə 

qurmuş, ömrünün sonuna qədər bu mehriban xanımın qayğısı al-

tında yaşamışdır.  Ərindən 18 yaş kiçik olmasına baxmayaraq, 

Badisəba xanım onunla məslək, əqidə dostluğu etmiş, Firidun bə-

yin sağlamlığı  və rahat işləməsi üçün ailədə lazımi  şərait yarat-

maqdan, onun yazılarının üzünü köçürməkdən və qorumaqdan 

həzz almışdır. Ədibin ölümündən sonra “Azərbaycan ədəbiyyatı” 

kitabını qoruyub saxlayan və 1925-ci ildə çap olunmaq üçün 

Azərnəşrə  təqdim edən də Badisəba xanım olmuşdur. 20 ildən 

artıq bir yerdə yaşayan bu ailəni övladsızlıq dərdi sıxsa da onların 

bir-birinə olan sevgisini soyutmamış, həm Firidun bəy, həm də 

Badisəba xanım tələbə  və  şagirdlərə böyük məhəbbətlə, ata-ana 

sevgisi ilə yanaşaraq, onların təlim-tərbiyəsi, müasir vətəndaş ki-

mi yetişməsi uğrunda yorulmadan çalışmış, bu yolda bütün ener-

jilərini sərf etmişlər. 

1910-cu ilə  qədər Qori seminariyasında müəllim işləyən 

F.Köçərli həmin ilin əvvəllərində çox az müddətdə seminariyanın 

Azərbaycan şöbəsinin inspektoru vəzifəsini icra etmiş, 1917-ci il 

avqust ayının 17-də isə həmin şöbənin inspektoru vəzifəsinə təyin 

edilmişdir. Lakin bu zaman çarizmin süqutu ilə  əlaqədar ölkədə 

hərcmərclik çoxalmış, Qori seminariyasının əvvəlki nüfuzu xeyli 

zəifləmişdi. Bəzən günlərlə dərs keçilmirdi. Vəziyyətin belə oldu-


Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

14 



ğunu görən F.Köçərli Azərbaycan Maarif Nazirliyindən icazə 

alıb, 1918-ci ilin sentyabr ayında Qori seminariyasının Azərbay-

can bölməsinin ləvazimatını Qazaxa köçürür. O, yerli ziyalıların 

köməyi ilə  şagird toplayır və 1918-ci il sentyabr ayının 17-də 

Qazaxda Azərbaycan Müəllimlər Seminariyasında ilk dərsin 

başlandığını xəbər verən zəng çalınır.

5

 

Qazax seminariyasında direktor və pedaqogika müəllimi və-



zifələrində  işləyən F.Köçərli təkcə  dərs demək, yaxud seminari-

yanı idarə etməklə kifayətlənməyib,  əhalini maarifləndirmək 

üçün başqa işlərin də  həyata keçirilməsinə nail olur: özfəaliyyət 

dərnəkləri təşkil edir, yaşlılardan ötrü savad kursları açır, yeni 

məktəblər, uşaq evi yaratmaq üçün təşəbbüs göstərir, xalq ədə-

biyyatı nümunələri toplayır, Müsavat partiyasının Qazax bölmə-

sinə rəhbərlik edir, bir sözlə, ADR-in təhsil siyasətini həyata ke-

çirmək, xalqı maarifləndirmək uğrunda yorulmaq bilmədən gecə-

gündüz çalışır. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu 

bir çox başqa xalqsevər ziyalılar kimi Firidun bəyin də arzularını 

gözündə qoyur. 1920-ci il aprel çevrilişindən az sonra may ayının 

əvvəllərində F.Köçərli Qazax İnqilab Komitəsi tərəfindən həbs 

edilib Gəncə Fövqəladə Komissiyasının sərəncamına göndərilir. 

Müsavatçı olduğu üçün ona “əksinqilabçı” və “millətçi” damğası 

vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə F.Köçərli ona verilən səlahiyyətlərdən istifadə edib, 

xalqı aldatmış, əhalini incitmiş, kommunist partiyasının üzvlərini 

təqib etmiş, yoxsul kəndlilərin torpaqlarını şallaq gücünə mənim-

səmiş, yerlərdə milli nifaq törətmişdir.

6

 İttihamların hamısını rədd 



etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun 

bəyi ölüm cəzasına məhkum etmiş  və günahsız  ədib 1920-ci il 

iyun ayının 5-də güllələnərək qətlə yetirilmişdir 

 

*** 



                                                            

5

 Bəkir Nəbiyev. Göstərilən kitabı, S.93. 



6

 Ətraflı bax: Cəlal Qasımov. Firidun bəy Köçərlinin müəmmalı ölümü 

//AMEA-nın Xəbərləri. Humanitar Elmlər Seriyası. Xüsusi buraxılış.- 2013.- 

№1.- S.90-99. 

Áèáëèîãðàôèéà 

 

15 



XIX əsrin sonları, XX əsrin əvvəllərində yazıb-yaradan ziya-

lıların əksəriyyəti kimi F.Köçərli də ictimai fəaliyyət meydanına 

M.F.Axundzadə və H.Zərdabinin maarifçilik ideyalarının, onların 

başladığı  işin davamçısı kimi çıxmışdı. O, eyni zamanda həm 

məktəbdə çalışır, uşaqlara bilik-savad öyrədir, həm məişətdə gör-

düyü mədəni geriliyə, köhnəliyə, cəhalətə, hər cür fanatizmə qarşı 

durub, camaatı  mənəvi azadlığa, müasir təhsilə,  əxlaqi saflığa, 

imana çağırır, həm də xalqın və söz sənətkarlarının yaratdığı 

bədii sərvəti toplayaraq gələcək nəsillərə çatdırmaq üçün əlindən 

gələni edir, müasir ədəbi prosesi izləyir, təzə çıxan əsərləri oxu-

yub qiymətləndirirdi.  

Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən, 

ədəbi-elmi fikrinin inkişaf tarixində Firidun bəy Köçərli üç fəa-

liyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi və  mədəni-si-

yasi tərəqqisi üçün bütün şüurlu həyatını  və enerjisini sərf edən 

yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə  fəal 

münasibət bildirən həssas yazıçı-publisist, tərcüməçi, nəhayət, 

istedadlı ədəbiyyatşünas- alimdir. Özü də bu fəaliyyət sahələrinin 

hər üçündə Firidun bəy bənzərsizdir,  özünəməxsus böyük ziyalı, 

təkrarsız ədəbi şəxsiyyətdir. Bəs F.Köçərlinin hansı fəaliyyət sa-

həsi daha üstündür? Şübhəsiz, müəllimliyi! Firidun bəy Qori 

Müəllimlər Seminariyasını bitirdikdən sonra bütün ömrünü 

müəllimlik işinə həsr etmişdir.  

Müəllimlik fəaliyyətində F.Köçərli  şagirdlərə verilən nəzəri 

biliklərin həyatla, gündəlik təcrübə ilə əlaqələndirilməsinə xüsusi 

diqqət yetirirdi. Onun pedaqoji baxışlarının əsas prinsipi – ağırlıq 

mərkəzi xəlqilik idi; təlimin mərkəzində ana dilinin öyrədilməsi 

dayanırdı. Məşhur rus alimi K.D.Uşinskiyə istinadən F.Köçərli 

yazırdı: “Bir millətin malını, dövlətini və  hətta vətənini  əlindən 

alsan, ölüb-itməz, amma dilini alsan, fot olar və ondan bir nişan 

qalmaz”.

7

 F.Köçərliyə görə: “Ana dili millətin mənəvi diriliyidir, 



həyatın mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi 

                                                            

7

 Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.283. 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

16 



olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və 

vətənin sevdiyi kimi, ana dilini də sevir... Bu (yəni ana dili – 

Z.Ə.), Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və 

möhtərəm tutmaq hər kəsə borcdur”

8

.  


F.Köçərli müəllimliklə eyni vaxtda tərcüməçiliklə və araşdı-

rıcılıqla məşğul olmuşdur.  İrəvan gimnaziyasında çalışarkən o,  

qədim  yunan filosofu Sokratın “Təlimati-Sokrat” kitabını, rus 

şairlərindən A.S.Puşkin, M.Y.Lermontov və M.N.Koltsorun şeir-

lərini, A.P.Çexovun “At familiyası” hekayəsini Azərbaycan dili-

nə, M.F.Axundzadənin “Aldanmış  kəvakib” povestini rus dilinə 

çevirib nəşr etdirmişdir.  Ədibin publisistik və  tənqidçilik fəaliy-

yəti də İrəvan gimnaziyasında müəllimlik etdiyi dövrdə başlanır. 

Xalq məişətinə, Azərbaycan xalqının yaşayış tərzinə, mədəni sə-

viyyəsinə, xalqın tərəqqisinə maneə törədən  əngəllərə yaxından 

bələd olan gənc Firidun bəy ilk publisistik yazılarından başlaya-

raq mühitdə, cəmiyyətdə gördüyü ictimai eybəcərlikləri pisləyir, 

xalqı  mədəni-siyasi tərəqqiyə  səsləyirdi. Onun publisistikasının 

mövzu dairəsi geniş, toxunduğu məsələlər  əhatəli idi: mövcud 

cəmiyyətin ictimai bəlalarının tənqidi, kəndli həyatının ağırlığı, 

qadın hüquqsuzluğu,  çarizmin müstəmləkəçilik siyasəti, maarif, 

mədəniyyət, ədəbi dil, əlifba, din, əxlaq, xalqlar dostluğu – bunla-

rın hamısı onun Bakı, Tiflis, Bağçasaray, Peterburqda çıxan 

“Kaspi”, “Kavkaz”, “Novoye obozreniye”, “Petroqradskiye 

vedomosti”, “Tərcüman”, “Şərqi-Rus”, “Həyat”, “İqbal”, “İrşad”, 

“Molla Nəsrəddin” və s. mətbuat orqanlarında çap olunan məqa-

lələrində maarifçilik mövqeyindən təhlil, şərh olunur, müəllif mə-

dəni gerilikdən, cəhalət və fanatizmin pəncəsindən xilas olmağın 

yolunu təhsildə və maariflənməkdə görürdü.

9

 

Ədibin tənqidçilik və elmi tədqiqatçılıq fəaliyyəti də  İrəvan 



gimnaziyasında çalışdığı zaman başlanır. O, Azərbaycan drama-

                                                            

8

 Yenə orada. 



9

 Ətraflı bax: Veydəddin Pirəliyev. Firidun bəy Köçərlinin publisistikası. Bakı, 

2010. 

Áèáëèîãðàôèéà 



 

17 


turqlarının komediyaları üzərində ciddi tədqiqat aparır və elmi 

düşüncələri  əsasında “Tatar komediyaları” adlı geniş bir məqalə 

yazıb “Novoye obozreniye” qəzetində çap etdirir. 

Məqalədə M.F.Axundzadə  ədəbi məktəbi davamçılarının 

XIX  əsrin 90-cı illərində yazdıqları komediyalar təhlil olunur. 

Müəllifin elmi tədqiq və  təhlil predmeti konkretdir. O, Mirzə 

Fətəlini “xalqının həyatına yaxşı  bələd olan nadir psixoloq və 

sənətkar”

10

 kimi  dəyərləndirdikdən sonra Haşım bəy Vəzirovun 



“Evlənmək su içmək deyil”, Nəcəf bəy Vəzirovun “Daldan atılan 

daş topuğa dəyər”, Nəriman Nərimanovun “Nadanlıq” pyeslərini 

diqqət mərkəzinə  çəkərək, onların məzmunu və  bədii məziyyət-

ləri haqqında söhbət açır.  

F.Köçərli təhlil etdiyi əsərləri həyatilik, xəlqilik, xarakterlə-

rin canlı, tipik, dilin təbii, gülüşün mənalı olması baxımından qiy-

mətləndirir. Onun üçün bədii sənət meyarı M.F.Axundzadə pyes-

ləridir və “bu komediyalar Zaqafqaziya müsəlmanlarının həyatını 

əks etdirən bir reflektora bənzəyir”. Buna görə F.Köçərli müa-

sirlərinin əsərlərini Axundzadə komediyaları ilə müqayisəli təhlil 

edib dəyərləndirir. O, Haşım bəy Vəzirovun “Evlənmək su içmək 

deyil” komediyası haqqında yazır: “Bu komediya Axundzadənin 

“Məstəli şah” əsərinin təsiri altında yazılmışdır və müəllif kome-

diyanın ayrı-ayrı yerlərində öz müəlliminə  təqlid etməyin gözəl 

nümunələrini vermişdir. Bədii cəhətdən bu komediya Axundza-

dənin əsərlərindən xeyli geri qalır. Bununla belə həmin komediya 

yaxşı işlənmişdir, canlı dillə yazılmışdır, onda həqiqi məişət səh-

nələri və  təbii yumor çoxdur... Haşım bəy qadın tiplərinin təs-

virində böyük qabiliyyət göstərir. Onun yaratdığı kişi tipləri isə 

solğundur və inandırıcı çıxmır” .

11

 

F.Köçərli Haşım bəyin  əsəri ilə Nəcəf bəy Vəzirovun “Dal-



dan atılan daş topuğa dəyər” komediyası arasında çoxlu “ümumi 

cəhətlər” görür və bunun bir səbəbini “hər iki əsərdə  qələmə 

                                                            

10

 Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.23. 



11

  Köçərli Firidun bəy. Əsərləri.- Bakı: Elm və təhsil, 2013.- S.25. 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

18 



alınmış hadisələrin” gündəlik həyatda tez-tez təkrar olunması, bu 

hadisələrin həm Haşım bəyə, həm də Nəcəf bəyə çox tanış olması 

ilə bağlayır. Digər tərəfdən belə güman edir ki, bu “iki əsər ara-

sındakı oxşayış müəlliflərin ikisinin də Axundzadənin  “Məstəli 

şah” komediyasını təqlid etmələri üzündən meydana gəlmişdir”.

12

 



Lakin tənqidçi söylədikləri mülahizələrin heç birini əsaslandır-

maq barədə düşünmür; oxucuları, haqqında söhbət açdığı pyes-

lərin məzmunu ilə tanış etməyi özünün əsas məqsədi sayır və 

həmin əsərlərin məzmununu söyləməklə kifayətlənir.  

Məqalədə  gənc yazıçı  Nəriman Nərimanovun “Nadanlıq” 

dramı tənqid olunur. Pyesi “qarışıq növdən olan bir dram əsəri”

13

 

hesab edən F.Köçərli burada həyat həqiqətlərinin bədii  əksində 



ciddi qüsurlar görür, əsərdə hadisələrin qeyri-təbii inkişafını, 

ziyalı surətlərinin birtərəfli, zəif təsvir olunduğunu, düyünün pis 

düşünüldüyünü,  əsərin dilini pisləyir. Tənqidçini narazı salan 

başlıca səbəb odur ki, Nərimanov “bədbəxt kəndlilərin  şəxsində 

nadanlığın nümayəndələrini səciyyələndirmək üçün öz qara boya-

larını  əsirgəməmişdir... Müəllif kəndlilərin məişəti ilə  qətiyyən 

tanış deyildir. Nərimanovun çox biçimsiz və yöndəmsiz bir halda 

onların dilinə verdiyi bütün mənasız və  mətləbsiz mülahizələr – 

boş fantaziya məhsuludur”.

14

  Əsəri bədii bütövlük, bitkinlik ba-



xımından da qüsurlu hesab edən F.Köçərli yazırdı: “Dördpərdəli 

“Nadanlıq” komediyasında tam və bitkin əsərin məziyyətləri 

yoxdur. Burada kəndli həyatının müxtəlif tərəfləri solğun təsvir 

olunur. Hadisələr arasındakı hərəkət bir-bir ilə çox ağır bağlanır. 

Bu isə  əsərin məzmununu ardıcıl surətdə nağıl etməyi xeyli 

çətinləşdirir”.

15

 

Tənqidçi mülahizələrini  əsaslandırmaq üçün “Nadanlıq” 



pyesindəki gənc ziyalı surətlərini təhlil edir. O, kənd məktəbində 

müəllim yerini tutan Məhəmməd ağanı  işdən çox danışığa güc 

                                                            

12

 Yenə orada.- S.26. 



13

 Yenə orada. 

14

 Yenə orada.- S.26-27. 



15

 Yenə orada.- S.27. 

Áèáëèîãðàôèéà 

 

19 



verdiyinə, pessimizmə qapılıb ah-vay etdiyinə və vəzifəsinin öh-

dəsindən gəlmədiyinə görə  tənqid edir. F.Köçərliyə görə “Nəri-

manov kənd müəlliminin simasında Azərbaycan ziyalısının tipini 

dolğun və kamil göstərməyə nə qədər cəhd etsə də, öz vəzifəsini 

yerinə yetirə bilməmiş  və onun göstərdiyi ziyalı  əsərdə küt, 

fəaliyyətsiz və yazıq çıxmışdır”.

16

 

“Nadanlıq”dakı Ömər, Hacı Abdulla, Vəli və kəndli surətləri 



isə, F.Köçərlinin fikricə, qeyri-təbii təsvir olunmuşdur. Onların 

fəaliyyəti inandırıcı deyil. Xüsusilə, dramın sonunda Vəlinin 

Öməri öldürməsi və  “əsərin belə bir faciə ilə qurtarması” süni 

olduğundan “bu faciə oxucuya və tamaşaçıya lazımi təsiri gös-

tərmir. Onlarda nə Öməri öldürən qatilə qarşı qəzəb hissi, nə də 

günahsız məhv olmuş  qəhrəmana acımaq hissi doğurmur. Belə 

bir laqeydliyin səbəbi isə, məncə, çox sadədir: Ömərə, onun hərə-

kətlərinə inanmaq olmur. İnanmaq olmur ki, müəllifin ziyalı, xe-

yirxah fikirli, rəhmdil bir adam kimi təsvir etməyə çalışdığı bu 

insan caniləri, özünün ən yaxın qohumları olan yaramazları mü-

dafiə etsin. Həmçinin mənəvi rəzilliyin nə qədər aşağı pilləsində 

olursa-olsun, səbəbsiz halda öz xeyirxahına və müdafiəçisinə düş-

məncəsinə yanaşan adamların da varlığına inanmaq olmaz. Buna 

görə də həm ziyalı Ömərin, həm də avam və nadan valideynlərin 

tipləri eybəcər və qeyri-təbiidir”.

17

 



F.Köçərlini narazı salan məsələlərdən biri də Molla surətinin 

pis təqdimidir. Tənqidçi “Nadanlıq” dramındakı Molla surətini 

M.F.Axundzadə, N.Vəzirov və H.Vəzirovun  əsərlərindəki molla 

surətləri ilə müqayisə edərək bildirir ki, həmin yazıçıların əsərlə-

rində, xüsusilə “M.F.Axundzadənin komediyasında molla ağıllı, 

öz yerini, vəziyyətini yaxşı başa düşən adamdır... Nərimanovun 

əsərində isə molla onu əhatə edən adamlar kimi sadəlövh və ax-

maq verilmişdir”

18

. Nəhayət, F.Köçərli “Nadanlıq” dramının di-



                                                            

16

 Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.28. 



17

 Yenə orada, S.30. 

18

 Yenə orada. 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

20 



lini də bəyənmir, onu “işlənməmiş”, “yonulmamış dil” adlandırıb 

yazırdı: “Komediyada yanlış, Azərbaycan ləhcəsinin ruhu ilə 

uyuşmayan ifadələrə, demək olar ki, addımbaşı  təsadüf olunur. 

Elə bil ki, bu, ana dilində yazılmış orijinal bir əsər deyil, rus di-

lindən edilmiş zəif bir tərcümədir. İstər müəllif sadə xalq dilində 

danışıb, sözləri istədiyi kimi təhlil edəndə, istərsə də ədəbi dildə 

mühakimə yürüdüb... ərəb-fars sözlərini yerli-yersiz işlədəndə 

onun danışığı bəzən gülünc çıxır, bəzən də başa düşülmür”

19



Müasir ədəbiyyat məsələlərindən F.Köçərli XX əsrin əvvəllə-



rində çap etdirdiyi “Qafqaz tatarlarının ədəbiyyatı” (1903) kitab-

çasının da səhifələrində söhbət açmışdır. Həmin kitabçanın son 

hissəsində müəllif XIX əsrin 60-cı illərini “Azərbaycan  ədəbiy-

yatının inkişafı tarixində ən səmərəli və ən xoşbəxt bir dövr”

20

 ki-


mi səciyyələndirərək onun inkişaf meyillərini, yazıçıların öz yara-

dıcılıqlarında dramatik növə, komediya janrına müraciət etmələ-

rinin səbəbini aydınlaşdırır: bunu dramaturgiyanın “cəmiyyətdəki 

nöqsanları  və qüsurları daha dolğun və aydın  şəkildə göstərmək 

və həmin əsərləri səhnədə tamaşaya qoymaqla kütlənin diqqətini 

bu nöqsanlara və qüsurlara cəlb etmək”, həyatı daha canlı  və 

inandırıcı əks etdirmək imkanı ilə ilgiləndirir. Elə bu keyfiyyətlə-

rinə görə N.Vəzirovun komediyalarını,  Ə.Haqverdiyevin “Dağı-

lan tifaq” faciəsini təqdir edir: “Cənab Nəcəf bəy Vəzirov öz ko-

mediyalarında böyük bir istedad göstərmişdir; o, mülkədar təbə-

qəsinin patriarxal məişətindən alınmış müxtəlif hadisələri sənət-

karlıqla təsvir edir... Cənab Əbdürrəhim bəy Haqverdiyev “Dağı-

lan tifaq” adlı əsərində mülkədar-bəy təbəqəsinin həyatının düz-

gün mənzərəsini vermişdir... Lakin cənab Haqverdiyevin belə bir 

zəif cəhəti vardır ki, o, öz komediyalarına nə isə cinləri  və ölmüş 

adamların ruhlarını salır; bizə elə gəlir ki, başqa xalqların əsərlə-

rindən iqtibas olunmuş bu manera ilə o, öz komediyalarının əhə-

miyyətini xeyli aşağı salır”. F.Köçərli qeyd edir ki, “həm N.Vəzi-

                                                            

19

  Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.30-31. 



20

 Yenə orada, S.68. 

Áèáëèîãðàôèéà 

 

21 



rovun, həm də  Ə.Haqverdiyevin komediyaları canlı dildə yazıl-

mışdır. Lakin Vəzirovun dili az işlənmişdir və heç bir ehtiyac 

olmadan Bakı ləhcəsinə uyğunlaşdırılmışdır”

21

.  



N.Vəzirovdan və  Ə.Haqverdiyevdən fərqli olaraq, Nəriman 

Nərimanovun əsərlərini F.Köçərli bu dəfə də tənqid edir. Mövzu 

kasıblığı, ayrı-ayrı pərdə və şəkillərin rabitəsizliyi, əsərin başlan-

ğıcının pis düşünülməsi, bədii finalın qeyri-təbii və  uğursuz ol-

ması, dilin zəifliyi və kasıblığı – bütün bunlar təkcə “Nadanlıq” 

dramının deyil, “Dilin bəlası” komediyasının da səciyyəvi bədii 

kəsirləri kimi qeyd olunur. “Nadir şah” faciəsi isə, F.Köçərliyə 

görə, N.Nərimanovdan gələcəkdə “gözəl bir dramatik yazıçı 

yetişə biləcəyi haqqında ümidlər doğurur”

22



Dramaturgiya ilə müqayisədə Azərbaycan  ədəbiyyatında 

bədii nəsrin, xüsusilə roman janrının yoxluğunu, Şərq xalqlarının 

ədəbiyyatlarında isə az olmasını F.Köçərli “bu xalqlarda qadın-

ların örtülü vəziyyətdə saxlanması və öz xalqlarının həyatına təsir 

göstərmək imkanından məhrum olması” ilə əlaqələndirir. Tənqid-

çinin fikricə, qadının kölə vəziyyətdə olduğu yerdə “onların haq-

qında azad adamlar kimi, müəyyən ideyalara, meyillərə malik 

olan qəhrəmanlar kimi danışmaq mümkün deyildir”

23

. Firidun 



bəy açıq söyləyir ki, “qadın, yəni məhəbbət və bununla əlaqədar 

olan əziyyətlər, bir-birinə qarşı duran xeyir və şər qüvvələrin mü-

barizəsi olmayan roman çox darıxdırıcı bir şeydir; belə roman 

oxucuya səmərəli, nəcib və yüksək təsir göstərə bilməz”.

24

 De-


məli, oxucuya “səmərəli, nəcib və yüksək təsir göstərmək” üçün 

romanda qadın surətlərinin, məhəbbət xəttinin olması vacibdir. 

N.Nərimanovun “Bahadır və Sona”, S.M.Qənizadənin “Məktu-

bati-Şeyda bəy Şirvani”  əsərlərindəki Sona və Sofya Mixaylovna 

surətləri həmin məqsədə – oxucunu təsirləndirmək işinə xidmət 

                                                            

21

 Yenə orada,  s. 74-75. 



22

 Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.75. 

23

 Köçərli Firidun bəy. Azərbaycan  ədəbiyyatı. 2 cilddə, II cild, Bakı, Elm, 



1981, S.75. 

24

 Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.75. 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

22 



edir. Bu surətlərin başqa millətlərdən olması isə, F.Köçərlinin 

fikricə, müsəlman qadınlarının “örtülü vəziyyətdə saxlanması” 

ilə, başqa sözlə, maarifçi realizmin prinsipləri ilə bağlıdır: həyatın 

özündə Sona və Sofya Mixaylovna kimi müsəlman qadınlar 

olmadığından belə bədii surətlər də təbii və inandırıcı görünməz.  

F.Köçərli N.Nərimanovun “Bahadır və Sona” əsərindən “mü-

vəffəqiyyətsiz qələm təcrübəsi kimi” danışır: “ilk komediyala-

rında olduğu kimi, burada da bir ümumi nöqsan nəzərə çarpır: 

ideya və istiqamətverici bir başlanğıcın yoxluğu...”.

25

 Eyni 



zamanda Bahadırın danışığını, xeyirxahlığın əhəmiyyəti haqqında 

fikirlərinin doğruluğunu, mülahizələrindəki ardıcıllığı, dilin sadə 

və düzgünlüyünü bədii məziyyət hesab edir: “Görünür ki, cənab 

Nərimanov öz üzərində, öz istedad və biliyinin inkişafı üzərində 

ciddi işləyir. Bu isə ədəbi yaradıcılıq sahəsində çalışan, yorulmaq 

bilməyən  əməkçi üçün şərəfdir”.

26

 S.M.Qənizadənin zəngin və 



hərtərəfli inkişaf etmiş bir istedada malik olduğunu, doğma 

ədəbiyyatın faydasına yorulmadan və  səmərəli çalışdığını qeyd 

edir; müasir şairlərdən Mirzə Növrəs, Ləli, Mirzə  Rəhim Fəna, 

Nazir, Sabir və başqalarının “Şərqi-Rus” qəzetində  çıxışlarını 

tərifləyir, milli ədəbiyyatın daha da inkişaf edib çiçəklənməsi 

üçün ərəb əlifbasının dəyişdirilməsini məsləhət bilir. 

F.Köçərlinin yaradıcılığında Azərbaycan ədəbiyyatının müa-

sir durumu, onun tarixi keçmişi ilə  vəhdətdə öyrənilib.  İrəvan 

gimnaziyasında çalışarkən o, Azərbaycan-türk  ədəbiyyatına dair 

müxtəlif nümunələri,  əlyazma nüsxələrini mətbu  əsərləri,  şifahi 

məlumatları toplayaraq tədqiq etməyə başlamış, aşağı-yuxarı 20-

25 illik gərgin zəhmətdən sonra 1908-ci ildə üçcildlik məşhur 

“Azərbaycan  ədəbiyyatı” kitabını ortaya gətirmişdir. Bu kitab 

Azərbaycan  ədəbiyyatı tarixini yaratmaq sahəsində çox mühüm, 

olduqca  əhəmiyyətli bir iş idi; F.Köçərli özünəqədərki “təzki-

rəçiliyin çərçivəsini dağıdıb ədəbiyyat tarixinin tədqiqinə yeni bir 

                                                            

25

 Yenə orada, s.76. 



26

  Köçərli Firidun bəy. Əsərləri. Bakı: Elm və təhsil, 2013.- S.76. 

Áèáëèîãðàôèéà 

 

23 



istiqamət vermişdi”.

27

 Ancaq kitab hələ  ədəbiyyat tarixi deyildi



onun məzmununda və strukturunda Şərq təzkirəçilik ənənələrinin, 

xüsusilə Lütfəli bəy Azərin “Atəşgədə” kitabının təsiri və 

əlamətləri aydın görünürdü. Hətta F.Köçərli kitabı hazırlayarkən 

“Atəşgədə”nin daxili quruluşunu örnək olaraq götürmüş, haqqın-

da bəhs etdiyi şairləri regionlar üzrə düzmüşdü. Kitabının “Bir 

neçə söz” hissəsində ədib özü yazırdı: “Bu kitabı yazmaqda mər-

hum Hacı Lütfəli bəy ibn Xaqan “Azəri” təxəllüsün “Atəşgədə” 

nam kitabında tutduğu qayda və  rəvişi intixab etdik, yəni Azər-

baycanda olan hər bir bilad (bölgə, vilayət – Z.Ə.) və diyarın 

şüəra və üdəbası haqqında ayrı-ayrı  məlumat verməyi münasib 

bildik”.

28

 Lakin məlumatın dolğunluğu, təhlillərin elmiliyi, ədəbi 



nümunələri tənqidi qiymətləndirmə baxımından F.Köçərlinin 

əsəri tamamilə fərqlənirdi. Həmin fərqi ədib özü belə izah edirdi: 

“Mərhum Hacı Lütfəli bəyin kitabı ilə bizim məcmuənin arasında 

təfavüt çoxdur. Belə ki, mərhum Azəri “Atəşgədə”sində  hər bir 

şairin tərcümeyi-halına dair müxtəsər  əhval yazıb,  əsərlərindən 

azacıq və bir-birinə münasibəti olmayan nümunələr göstərir. Am-

ma biz mümkün olduğu qədərdə  məşhur  şüəra və üdəbamızın 

həm tərcümeyi-hallarına və həm asari-qələmiyyələrinə dair ətraflı 

məlumat vermişik, məzkur əsərlərin haqqında öz rəy və təsəvvü-

ratımızı yazıb tövsif və ya tənqidə layiq olan məqam və nöqtələri 

şərh və  bəyan etmişik. Hər bir şairin məsləkini, üslubi-kəlamını 

və öz əsrü zəmanəsinin təqazasınca nə növ əsərlər vücuda 

gətirdiyini və onların camaatımıza hüsni-təsirini, xeyir və ya 

zərərini bəqədri-qüvvə açıb göstərmişik”.

29

 

Doğrudan da M.P.Vaqif, M.V.Vidadi, S.Ə.Nəbati, Abdulla 



bəy Asi, İsmayıl bəy Nakam, Məhəmməd Bağır Xalxali, xüsusilə 

M.F.Axundzadə, Qasım bəy Zakir, Seyid Əzim Şirvani haqqında 

                                                            

27

 Talıbzadə K. XX əsr Azərbaycan ədəbi tənqidi.- Bakı: Elm, 1966.- S.257. 



28

 Köçərli Firidun bəy. Azərbaycan  ədəbiyyatı: 2 cilddə.- Bakı: Elm, 1978.- 

C.I.- S.69. 

29

   Köçərli Firidun bəy. Azərbaycan  ədəbiyyatı: 2 cilddə.- Bakı: Elm, 1978.- 



C.I.- S.69. 

Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

24 



oçerklər geniş və əhatəlidir. Bu oçerklərdə haqqında bəhs olunan 

sənətkarların dövrü, həyatı, ictimai mənşəyi, təhsili, yaşayış tərzi, 

məşğuliyyəti, müasirləri ilə münasibətləri haqqında ətraflı məlu-

mat verilir, yaradıcılıqlarının  əsas istiqaməti müəyyənləşdirilir, 

məşhur  əsərləri “bəqədri-qüvvə” təhlil olunur, yaxud bu əsərlər 

haqqında məlumat verilir, çoxlu nümunələr göstərilir. Xaqani, 

Nizami, Aciz, Salik, Bakıxanovdan bəhs edən hissələr də dolğun-

dur. Həmin hissələr bir tərəfdən fakt zənginliyi və dəqiqliyi, digər 

tərəfdən məlumatların elmiliyi, qiymətlərin obyektivliyi, sənət-

karların yaradıcılığını, onların ədəbi tərəqqidə rolunu Azərbaycan 

ədəbiyyatının ümumi inkişafı kontekstində, bəzən hətta ümum-

şərq və ümumdünya bədii fikri kontekstində qiymətləndirməsi 

baxımından diqqəti çəkir.  

“Azərbaycan  ədəbiyyatı” kitabındakı oçerklərin çoxunda 

görünən bu cür əhatəli təhlil və qiymətləndirmələrin  əksinə ola-

raq, bəzi şairlər haqqında verilən məlumat orta əsrlərin təzkirələri 

səviyyəsindədir. Fətəli xan Müştəri, Əbülfət xan Tuti, Ağahüseyn 

Arif, Sabit Şəqaqi, Ağabağır, Kərim ağa Fateh, İbrahim Nicati, 

Ələkbər Qafil, Ağababa Zühuri haqqında deyilənlər məhdud; 

Rafei, Fədai, Molla Qasım  Şirvani, Zülali, Şəkər  Şirvani, Nabi 

Əfəndi  Şirvani barədə  məlumat bəsitdir. Tədqiqatçı onların do-

ğum və ölüm ili, məkanı haqqında çox qısa informasiya, əsərlə-

rindən bir nümunə verməklə kifayətlənir. Nəsimi, Asəf  Şirvani, 

Arif  Şirvaninin hərəsi haqqında bir, Mirzə Hüseyn Salar barədə 

üç cümlə vardır. Nəsimi və Arif Şirvaninin hər birinin əsərlə-

rindən 5 beyt, Mirzə Hüseyn Saların bir, Arif Şirvaninin iki qəzəli 

verilmişdir ki, bu faktlar F.Köçərlinin  Şərq təzkirəçilik  ənənələ-

rindən və “Azərbaycan  ədəbiyyatı” kitabının təzkirə xüsusiyyət-

lərindən hələ tam azad olmadığını göstərir.  

Amma F.Köçərli 130-a qədər şair və yazıçı haqqında (onlar-

dan 111-nin adı oçerkin, yaxud məlumatın sərlövhəsinə  çıxarıl-

mışdı) söhbət açmaqla Azərbaycan  ədəbiyyatının varlğını, onun 

tarixi qədimliyini və  bədii-estetik qüdrətini dananlara tutarlı ca-

vab verir, səhv düşüncələri alt-üst edirdi. Ədib təkzibolunmaz 

Áèáëèîãðàôèéà 

 

25 



faktlarla sübuta yetirirdi ki, dünyanın  ən qədim, mədəni xalqla-

rından olan Azərbaycan türklərinin özü kimi, onların yaratdığı 

söz sənəti də yaşı minillərlə ölçülən qocadan-qoca, son dərəcə 

humanist-bəşəri məzmunlu, bədii forma baxımından heyrətamiz 

dərəcədə  rəngarəng bir sənətdir. F.Köçərli bu ədəbiyyatın bütün 

tarixi dövrlərindən deyil, əsasən, XII və XVIII-XIX əsrlərdə 

yaşayıb-yaradan sənətkarlardan bəhs edir, onların tərcümeyi-halı 

və əsərləri barədə az və ya çox dərəcədə məlumat verirdi. Azər-

baycan  ədəbiyyatının islamaqədərki və XIII-XVII əsrlər dövrü 

tədqiqatdan kənarda qalmışdı. Məxəzlərin azlığı üzündən 

İ.Həsənoğlu, Q.Bürhanəddin, Həqiqi, Xətai və Əmanidən bir kəl-

mə də söz açılmırdı. Bütün bunlara baxmayaraq F.Köçərli Azər-

baycan ədəbiyyatı tarixini düzgün elmi-metodoloji prinsiplər əsa-

sında yazmışdı. Kitabın “Başlanğıc” hissəsində o, söz sənətini – 

ədəbiyyatı “hər bir millətin şən və əzəmətinə, tərəqqi və səadətinə 

bais olan səbəblərdən birisi”, millətin “maddi və səadət yollarını 

göstərən aineyi-həqiqətnüması” kimi qiymətləndirir, şair və yazı-

çıları “milləti haq və  səvaba irşad edən,  şöhrət və hörmətə yeti-

rən”, “millətin cisminə şəfa, ruhuna səfa, fikrinə cila, ağlına və tə-

mami mənəvi və ruhani qüvvələrinə balü pər verib uca məqama 

qaldıran” maarif xadimləri hesab edir, Azərbaycan ədəbiyyatının 

tarixi qədimliyini və estetik zənginliyini onu yaradan xalqın 

bədii-fəlsəfi dühası, təbii istedadı, fitri qabiliyyəti, azadlıq ruhu 

ilə əlaqələndirirdi. F.Köçərliyə görə “nə qədər bir qövm və tayfa 

elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və bi-

məzmun olacaqdır. Hətta çox tayfalar vardır ki... ədəbiyyat nə ol-

duğunu bilməzlər... Bunlar dünya üzündə çox müddət yaşamayıb 

puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və əbədi zin-

dəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana 

dilinin vüsət və qüvvət tapmağına səy və himmət göstərsin və 

ədəbiyyati-milliyyəsini asari-nəfisə  və  təsnifati-məmduhə ilə 

zənginləşdirsin”.

30

  

                                                            



30

 Köçərli Firidun bəy. Azərbaycan  ədəbiyyatı. 2 cilddə, I cild, Bakı, Elm, 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

26 



F.Köçərli  ədəbiyyatın lisani-şifahi və  qələmi-yazılı qollarını 

fərqləndirir və doğru deyir ki, yaranma tarixinə görə, Azərbaycan 

xalqının lisani ədəbiyyatı onun qələmi  ədəbiyyatından qat-qat 

qocadır; bu ədəbiyyatın ilk nümunələri min illər bundan əvvəl – 

daş dövründə müasir azərbaycanlının ulu babalarının həyat təcrü-

bələri əsasında yaradılmış, zaman-zaman ağızdan-ağıza, nəsildən-

nəsilə, boydan-boya, eldən-elə keçdikcə cilalanıb biçimlənmiş, 

mənəvi sərvətə çevrilmişdir. “Qələmi ədəbiyyat isə başqa tərz ilə 

hüsula gəlir. Bunda hər bir nağıl və hekayənin məxsusi katibi və 

münşisi və hər bir təsnifin öz müsənnifi və hər bir şeir və qəzəlin 

müəyyən şairi vardır. Əlbəttə, bu qisim əsərlərdə milliyyət nişa-

nəsi və milliyyət rayihəsi çəndan müşahidə olunmaz. Vəli bir 

müsənnif və şair nə qədər öz millətinə yavuq olsa, onun adat və 

xasiyyətləri üzrə nəşvü nüma tapsa, milliyyət qanı onun damarla-

rında nə  qədər artıq cərəyan etsə, bir o qədər onun əsərlərində 

dəxi milliyyət qoxusu və milliyyət nişanəsi artıq görünəcəkdir”.

31

 

Ədib bu fikri də xüsusi nəzərə çatdırır ki: “Şairi-kamil və ədibi-



fazil həqiqətdə ol ədib və şairdir ki, öz millətinin dili ilə danışa, 

ürəyi ilə, hissi və ağılı ilə fikir edə”.

32

 

“Azərbaycan  ədəbiyyatı” kitabının quruluşu sübut edir ki, 



onun müəllifi ədəbiyyat tarixinin yazılmasına elmi-nəzəri və me-

todoloji baxımdan düzgün yanaşmış, əsərinin “Başlanğıc” hissə-

sində şifahi ədəbiyyatın müxtəlif janrları: nağıl, tapmaca, məsəl, 

nəğmə  və s. barədə söhbət açmaqla əslində  ədəbiyyat tarixi ya-

ratmağın elmi yolunu göstərmişdir. Ədəbiyyat ilkin olaraq şifahi 

şəkildə yarandığından F.Köçərli də  şair və yazıçılardan öncə 

şifahi ədəbiyyat haqqında söz açmağı vacib saymış, bu yolla milli 

ədəbiyyatın tarixini onun şifahi  ədəbiyyatdan başlamaq prinsi-

pinin gözəl örnəyini göstərmişdir.  

“Azərbaycan  ədəbiyyatı” kitabı coğrafi bölgü üzrə yazılmış 

                                                                                                                                   

1978, S.70-71. 

31

 Yenə orada.- S.77. 



32

 Yenə orada. 

Áèáëèîãðàôèéà 

 

27 



və şairlər kitabın “Gəncə”, “Şirvan və Şamaxı”, “Qarabağ – Şuşa 

şəhəri”, “Quba”, “İrəvan şairləri”, “Dərbənd şairləri” bölmələrin-

də qruplaşdırılmışdır. M.Füzuli bu regionların heç birinə daxil 

edilmir. Məsələnin görünən səbəbi odur ki, doğrudan da adı  çə-

kilən yerlərin heç birinə Füzulinin dəxli yoxdur: ərazi baxımından 

o, tamam başqa bir ədəbi-mədəni və elmi mühitin yetirməsidir. 

F.Köçərliyə görə, Azərbaycan türkləri “Zaqafqaziyanın  Şərq və 

Cənubunda sükna edən Şəki, Şirvan, Səlyan, Bakı, Gəncə, Qazax, 

Qarabağ,  İrəvan və Naxçıvan  əhalisindən və  İran dövlətinin 

şimali-şərqisində güzəran edən  əqvam və  təvayifdən ibarətdir”. 

Füzuli isə  təkcə Azərbaycan, yaxud təkcə Osmanlı  şairi deyil, 

ümumiyyətlə türk şairidir, bütün “türk şairlərinin babası hesab 

olunur”

33

 və “Azərbaycan  şüərasına hamıdan artıq təsiri olub-



dur”.

34

 Alim Füzulidən ona görə bəhs edir ki, o, Azərbaycan şair-



lərinin “sərvəri və pişvəri məqamındadır” və “ol fəsahət və bəla-

ğət kanının təsiri bu əsrdəki (XIX yüzildəki – Z.Ə.)  şüəramızın 

asar və əşarında dəxi müşahidə olunmaqdadır”.

35

 Məncə, “Azər-



baycan ədəbiyyatı” kitabında F.Köçərlinin M.Füzuli ilə bir sırada 

və eyni səviyyədə Yusif Nabi və  Əlişir Nəvainin də yaradıcı-

lığından söz açması  təsadüfi deyil; alim Füzuli ilə  bərabər Nabi 

və Nəvaini də “Azərbaycan şüərasının pişvaları və ustadları mə-

qamında” görür və milli ədəbiyyatın inkişafına onların da təsirini 

qeyd edir.  

Kitab elmi-nəzəri təhlillərlə  bərabər bədii nümunələrlə  də 

zəngindir. Onun səhifələrində yer alan şeirlər yüksək sənət ör-

nəkləridir. Bu keyfiyyətinə görə “Azərbaycan ədəbiyyatı” müasir 

ədəbiyyat-müntəxabat dərsliklərini xatırladır; müəllif  əvvəlcə 

şairin tərcümeyi-halından danışır, yaradıcılığının əsas istiqamətlə-

rini aydınlaşdırır, faktlara söykənməklə fikirlərini  əsaslandırır, 

sonra isə, məsələn,  “Kəlami-Qovsi”, “Qəzəli-Nicat”, “Müəşşəri-

                                                            

33

   Köçərli Firidun bəy. Azərbaycan  ədəbiyyatı. 2 cilddə, I cild, Bakı, Elm, 



1978, S.84. 

34

 Yenə orada, S.83. 



35

 Yenə orada,  S.84. 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

28 



Ağaməsih Şirvani”, yaxud “Qəzəli-türki”, “Əyzən kəlami-türki”, 

“Əsərlərindən bir neçəsi burada zikr olunur” deyib şeir nümunə-

ləri təqdim edir. Bu nümunələr F.Köçərlinin  əsl sənət xiridarı, 

yüksək poetik duyum, incə zövq sahibi olmasından xəbər verir. 

Alim seçdiyi nümunələri elmi təhlil predmetinə çevirərkən 

onları həm ideya-məzmun, həm də bədiilik baxımından dəyərlən-

dirir. Çox vaxt poetik mətnin daxilinə nüfuz edərək, hər beytin, 

bəndin, hətta misranın bədii yükünü – ağır-yüngüllüyünü üzə 

çıxardıb  əyaniləşdirir. O, seçdiyi nümunələri  əvvəlcə  mənasına, 

şairin söylədiyi fikrə, sonra bu fikrin ifadə formasına, deyim tər-

zinə görə qiymətləndirir və hər iki halda özünün ədəbi görüşlərini 

əxlaqi-ictimai baxışları ilə  vəhdətdə ifadə edir. Bu keyfiyyət 

alimin Qövsi Təbrizi, Nişat Şirvani, Mustafa ağa Nasirin əsərlə-

rindən bəhs edən fikir və mülahizələrində aydın görünür.  

“Azərbaycan  ədəbiyyatı”nı  Firidun bəy özü üçün “əziz və 

mübarək bir kitab” hesab edir, onun “ləyaqətli tərzdə  və gözəl 

surətdə təb olunmasını” arzulayırdı. Alimin bu arzusunu xalqının 

qədirbilən övladları  həyata keçirmiş, F.Köçərlinin vəfatından 

sonra kitab üç dəfə böyük tirajla nəşr olunaraq ictimaiyyətə 

çatdırılmış, haqqında Mir Cəlal, K.Talıbzadə, B.Nəbiyev, F.Hü-

seynov, İ.Bəktaşi, R.Qənbərqızı, Elçin, Ş.Salmanov, T.Salamoğlu 

kimi tanınmış alimlər qiymətli elmi məqalə  və kitablar yazaraq, 

onun xidmətlərini qədirşünaslıqla dəyərləndirmişlər.    

Müxtəlif millətlərin yaşayıb-fəaliyyət göstərdiyi bir mühitdə 

təhsil alan, işləyən və yazıb-yaradan Firidun bəy başqa xalqların 

da ziyalıları ilə yaxınlıq edir, onların  ədib və  şairlərinə böyük 

hörmət və sevgi ilə yanaşırdı. Onun “Anton Çexov”, “Gürcü şairi 

Akaki Sereteli yubileyinə dair”, “Nikolay Vasilyeviç Qoqol”, 

“Yakov Semyonoviç Qoqebaşvili”, “Dost və müəllim N.O.Lo-

mourinin xatirəsi” məqalələrində rus ədəbiyyatının böyük nüma-

yəndələrindən A.S.Puşkin, N.V.Qoqol, N.A.Nekrasov, İ.S.Tur-

genev, F.M.Dostoyevski, L.N.Tolstoy, A.P.Çexov, A.M.Qorki, 

gürcü  şairi Akaki Sereteli və b. haqqında qiymətli elmi fikirlər 

vardır. Alim F.Köçərli Azərbaycan  şair və yazıçıları kimi başqa 

Áèáëèîãðàôèéà 

 

29 



millətlərdən olan ədibləri də ilk növbədə millilik, xalqa və milli 

ədəbiyyata xidmət, həqiqətpərəstlik – realizm baxımından  dəyər-

ləndirir,  xalq həyatı  və  məişətini doğru-düzgün  əks etdirən  şair 

və yazıçıları həqiqi sənətkar sayırdı: “Rusların milli ədəbiyyatının 

binasını qoyan Puşkin və Qoqol olubdur. Bu iki müqtədir ədibin 

qələmi sayəsində rusların ədəbiyyatı təbii halına və təbii rənginə 

düşüb, firənglərin, ingilislərin və nemeslərin ədəbiyyatı təsirindən 

xilas olmağa başlayıbdır... Qoqol və Puşkin milli ədəbiyyatlarını 

məişətlərinin ayinəyi-həqiqətnüması edib özlərindən sonra gələn  

üdəba və  şüəraya salamat bir məslək, müstəqim bir yol açıblar. 

Qoqol həqiqətnəvis  ədiblərin (realistlərin) babası  və pişrovi 

mənziləsindədir”.

36

 

“Nikolay Vasilyeviç Qoqol” məqaləsində söylənən bu fikir-



lərdə yazıçının rus ədəbiyyatı  tarixində mövqeyi müəyyənləşdi-

rilmiş, onun yaradıcılığının başlıca məziyyəti – “həqiqətnəvis 

ədiblərin babası  və pişovi” olması qeyd edilmişdir. Məqalədə 

Qoqolun həyatı, ailə mühiti, təhsili haqqında yığcam məlumat 

verilmiş, onun Jukovski və Puşkinlə tanışlığı, Qoqolun yaradıcı-

lıq taleyində  və  həyatında bu tanışlığın faydalı rolu barədə da-

nışılmışdır: “Peterburqda Qoqol məşhur Jukovski ilə tanış olur və 

onun vasitə  və köməyi ilə  kənardan özünə bir şüğl tapıb, maaş 

sarıdan işini bir az yüngülləşdirir. 1831-ci ildə Qoqol Puşkin ilə 

tanış olur və bu tanışlıqdan artıq istifadə edir. Puşkinin ona təsiri  

çox olur... Puşkin ilə yaxın olduqdan sonra Qoqola guya təzə bir 

həyat verilir: onun təbi, istiqaməti-qəlbi nuraniyyət və fikri cəla-

dat (mökkəmlik, sabitlik, aydınlıq – Z.Ə.) kəsb edir. Bu  vaxta ki-

mi onun üçün qaranlıqda olan çox sirlər, pərdədə olan çox məna-

lar açılıb aydınlığa çıxır”.

37

 



F.Köçərlinin bildirdiyinə görə “Qoqolun iki böyük və mötə-

bər əsərinin məal (məna – Z.Ə.) və məzmununu ona Puşkin nəql 

edib, hər iki əsərin nə  səbkü sayaqda yazılmasını  şərh bə  bəyan 

                                                            

36

  Köçərli Firidun bəy.  Əsərləri. Bakı, Elm və təhsil, 2013, S. 196. 



37

  Yenə orada,  S.197. 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

30 



etmişdir”.

38

 Bu  əsərlərdən biri “Müfəttiş” komediyası, digəri 



“Ölü canlar” povestidir. “Hər iki əsəri sonralardan Puşkin mütaliə 

etdikdə Qoqolu bağrına basıb kamali-məmnuniyyətlə ona demiş-

dir: – Sən yazan kimi bunları mən  bacarıb yaza bilməzdim. Hər 

halda sən məndən mahirsən”.

39

 

Məqalədə həm “Müfəttiş” komediyasının, həm də “Ölü can-



lar” povestinin yığcam təhlili verilir. “Müfəttiş” komediyasını da-

ha əhatəli təhlilə cəlb edən F.Köçərli yazıçının ümumi yaradıcılıq 

məziyyətlərini, bədii istedadının bənzərsizliyini, estetik gülüşü-

nün təbii mahiyyətini düzgün müəyyən edir: “Qoqolun təbiət və 

xasiyyətində  hər bir şeyin küphünə (içinə – Z.Ə.) göz yetirmək, 

mahiyyətinə baxmaq və hər bir şeyin gülünc tərəfini və istehzaya 

layiq səmtini görüb-göstərmək vardır. Rus ədiblərindən heç biri 

Qoqol kimi adamların üstə  zərifanə  gülmür və oxucuları güldür-

mür. Qoqolun  gülməyi qəribə bir gülməkdir. Bizim  məişətimiz-

də gülünc, gülməli və rişxəndə səbəb olası adət-ayinlər, müxtəlif 

işlər və əməllər, danışıqlar və söhbətlər çoxdur. Amma bunların 

hamısının üstünə adamların falşivi rəftar və əlaqələrindən toxun-

muş bir pərdə  çəkilibdir ki, hər adama onun alt tərəfini görmək 

qüdrət və qabiliyyəti verilməyibdir. Qoqol isə pərdənin altını açıq 

görür və onu zərifanə qalxızıb, altında olan əcayibat və qəribata 

baxıb nazikanə gülür və bizə göstərib bizi də güldürür”.

40

 

Ədib Qoqolun bədii istedadının tipoloji özgünlüyünü Puşkin 



yaradıcılığı ilə müqayisədə  qiymətləndirib yazır: “Puşkinin təbi 

durbinə, amma Qoqolun təbi zərrəbinə təşbih olunubdur. Puşkin 

durbin kimi məişətin uzaq yerlərini və gözəl mənzərələrini işıqlı 

və  qəşəng bir halda göstərirkən, Qoqol zərrəbin kimi yaxında 

olan və gözün önündə, şişənin altında tərpənən nifrətəngiz həşərat 

və mikrobları  böyüdüb göstərir”.

41

 

“Müfəttiş” komediyasının ideya məzmunu və  bədii keyfiy-



                                                            

38

  Yenə orada. 



39

 Yenə orada, S. 198. 

40

 Köçərli Firidun bəy. Əsərləri.- Bakı: Elm və təhsil, 2013.- S.203. 



41

 Yenə orada.- S.203-204. 

Áèáëèîãðàôèéà 

 

31 



yətlərinə dair fikirlərini ümumiləşdirən F.Köçərli bu qənaətə gəlir 

ki: “Qoqolun bu komediyası əvəzsiz bir əsərdir ki, həmişə həyat 

üzrə baqi qalacaqdır. Onun Qorodniçisi, sudyası, poçtmeystri, 

Dobçinski-Bobçinskisi, xüsusən Xlestakovu, necə ki, Rusiya 

dövləti vardır, onlar da sağ və salamat qalacaqlar”.

42

 



 “Nikolay Vasilyeviç Qoqol” məqaləsi Azərbaycan  ədəbiy-

yatşünalığında Qoqolun həyat və yaradıcılığından bəhs edən ilk 

elmi  əsərdir. Bu əsəri Cəlil Məmmədquluzadə “açıq və  mənalı 

məqalə” deyə qiymətləndirmiş

43

, sonralar Qoqol haqqında yazan 



Azərbaycan  ədəbiyyatşünasları: M.Rəfili, M.Arif, M.Cəfər, 

K.Talıbzadə, B.Nəbiyev,  Ş.Qurbanov, A.Alməmmədov və b. 

həmin məqaləni yüksək  dəyərləndirməklə  bərabər oradakı elmi 

tezisləri daha da inkişaf etdirmişlər. 

F.Köçərlinin “Gürcü şairi Akaki Sereteli yubileyinə dair”, 

“Yakov Semyonoviç Qoqebaşvili”, “Dost və müəllim N.O.Lo-

mourinin xatirəsi” məqalələri gürcü ədəbi-bədii və pedaqoji fik-

rinin görkəmli nümayəndələrinin yubileyi, yaxud vəfatı münasi-

bətilə yazılmışdır. Onların ən irisi Akaki Sereteli haqqında məqa-

lədir. Bu məqalədə F.Köçərli A.Seretelinin müxtəsər tərcümeyi-

halını  təqdim edərək gürcü şairinin uşaqlığı, valideynləri, təhsili 

və  məşhur  əsərləri haqqında bəhs açır.  Şairin tələbəlik illərində 

yazdığı  “İsti xəbərlər” sərlövhəli məqalələrindən başlamış 

“Suliko”  şeirinə, “Natela”, “Tamara”, “Medeya” adlı  ən məşhur 

əsərlərinə  qədər, hamısı haqqında məlumat verilir. Məqalədə 

A.Seretelinin “Mürəbbi” hekayəsinin məzmunu danışılır; Abxazlı 

gənc, onun süd qardaşı  Səfər bəy, arvadı Nazıbrola və müəllim 

Hacı Yusifin əməlləri nağıl olunur. Köçərli “Mürəbbi” hekayəsini 

“müəllim və mürəbbilərə gözəl ibrət” hesab edir və Seretelinin 

daha çox yaşayıb belə gözəl əsərlər yazmasını arzulayır. 

F.Köçərlinin məqalələrində dünya ədəbiyyatının Firdovsi, 

Sədi, Hafiz, Şekspir, Bayron, Hüqo, Russo, Höte, Şiller, Puşkin, 

                                                            

42

 Yenə orada.- S.202. 



43

 Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə.- Bakı, 1985.- C.4.- S.22. 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

32 



Dostoyevski, Tolstoy kimi qüdrətli nümayədəndələri haqqında 

dəyərli elmi fikirlər vardır.  Ədibə görə bu sənətkarlar “öz əsr-

lərində millətlərinin ən böyük  müəllimi və ən mahir və müqtədir 

mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səa-

dət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və 

salamat təzyiqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə millətləri 

fəxr edirlər”. Eyni zamanda bu sənətkarlar “cəmi aləmin mürəb-

bisi və filosofu hesab olunur”, onlar “ümumxəlayiq və insaniyyət 

müəllimi və mürəbbisidirlər”.

44

 



Göründüyü kimi, F.Köçərli dünya ədəbiyyatının klassiklərini 

həm xəlqilik və millilik, həm də  bəşərilik və beynəlmiləllik ba-

xımından dəyərləndirir. Belə bir doğru qənaətə  gəlir ki, həqiqi 

şair öz zəmanəsinin aynasıdır, öz camaatının, millətinin səsinə səs 

verməli, millətinin “qeyrət və  təəssüb damarını  hərəkətə  gətir-

məli”, təsirli kəlamı ilə onu qəflətdən bidar edib, tərəqqi və maa-

rif səmtinə dəvət etməlidir. Öz milli məişətindən, xalqının arzu və 

istəklərindən yazan şair milli olduğu qədər də  bəşəridir. Bu 

mənada Vaqif, Zakir, Seyid Əzim, Nəbati və Sabir də son dərəcə 

bəşəri  şairlərdir. Onların  əsərləri ilə  təkcə Azərbaycan-türk  ədə-

biyyatı deyil, ümumiyyətlə Qafqaz, Dağıstan və  İran xalqlarının 

bədii fikri zənginləşmişdir. 

Firidun bəy Köçərli ədəbi prosesi diqqətlə izləyən, oxuduğu 

əsərlərin məziyyətlərini də, kəsirlərini də obyektiv qiymətləndi-

rən,  ədəbi prosesi təşkil edə bilən,  şair və yazıçıların inandığı, 

ehtiram, rəğbət bəslədiyi bir ədəbiyyatşünas – böyük nüfuz sahibi 

idi. Buna görə onun həm yaşadığı dövrün ədəbi prosesinə, müa-

sirlərinin yaradıcılığına, həm də ədəbiyyat tarixinə dair yazılarını 

Azərbaycan ziyalıları ciddi maraq və razılıqla qarşılayır, onları 

oxumaqdan, məsləhətlərini dinləməkdən zövq alırdılar.  Şair 

Abbasağa Nazir Firidun bəyə göndərdiyi məktublarının birində 

onunla gec tanış olmasına təəssüflənərək yazırdı: “Hərgah qırx il 

bundan  əqdəm mənim  şeirimə Sizin kimi qədr-qiymət verən 

                                                            

44

 Firidun bəy Köçərli. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S. 90, 91. 



Áèáëèîãðàôèéà 

 

33 



olsaydı, indiyə kimi 30-40 cild kitab yazardım”.  Şair Abbas 

Səhhət F.Köçərliyə mənzum məktubunda yazırdı: 

 

Yazmısan tazə nə şeylər? – deyə sordun məndən, 

Ruhumun tarına mizrabzən oldun, qardaş! 

Sabir ilə belə məktubu çox aldıq səndən, 

Hər nə yazdıqsa ona bani sən oldun, qardaş! 

Bir zaman Nasehü Tərrah ilə Sabir, bəndə 

Yaşayırdıq hamımız qəflət ilə fərxəndə. 

Birimiz mərsiyəguluqda böyük şair idi, 

Birimiz sağərə mail, birimiz cananə. 

Birimiz həcvdə Yəğma kimi çox mahir idi, 

Laübali keçinirdi günümüz rindanə. 

O pərişan yuxudan sən bizi bidar etdin, 

Doğru, düz yolda çalışmaqlığa vadar etdin

45

 

F.Köçərlinin tənqidlərinə  məruz qalan Nəriman Nərimanov 



sonralar həmin tənqidlərin faydası haqqında demişdi: “Düz 20 il 

bundan müqəddəm mən “Nadanlığ”ı yazıb meydana buraxdım. 

Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz Firidun bəy Köçərli 

“Nadanlığ”ı rus dilində  tənqid etdi, yaramaz bir şey hesab edib 

yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi, 

“Nadanlığ”ı yazan daha əlinə  qələm gərək götürməsin. Fəqət 

onun çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə  səbəb ol-

du”.


46

 Böyük  ədəbiyyatşünas-ziyalının  ədəbi nüfuzundan bəhs 

edən Fərhad Ağazadə isə onu belə qiymətləndirirdi: “Demək olar 

ki, Firidun bəyin təsiri ilə  tərbiyələnmiş bir çox kimsələr mey-

dana çıxdı... Onun qələminə yalnız türklər deyil, ruslar, gürcülər 

belə böyük hörmət göstərirdilər”.

47

 

Bütün bu etiraflar təsdiq edir ki, Azərbaycan xalqının ləya-



                                                            

45

 Abbas Səhhət. Əsərləri: 2 cilddə.- Bakı: Azərnəşr, 1975.- C.I.- S.161. 



46

 Nəriman Nərimanov. Seçilmiş əsərləri.- Bakı: Elm, 1973.- S.372. 

47

 Bax: Köçərli Firidun bəy. Əsərləri.- Bakı: Elm və təhsil, 2013.- S.9. 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

34 



qətli oğlu, böyük ziyalı, ədəbiyyatşünas-alim, maarifçi-demokrat 

Firidun bəy Köçərli ümumtürk mədəniyyətinin tərəqqi və çiçək-

lənməsinə xidmət göstərmiş, fəaliyyətinin bütün sahələrində türk 

xalqlarının, türk ədəbiyyatının və  mədəniyyətinin ayrılmasına, 

təfriqə düşməsinə yox, birliyinə, möhkəmlənməsinə çalışmışdır. 

Bütün şüurlu həyatı boyu mətbuatla sıx əlaqədə olan Firidun 

bəyin yüzlərcə  məqaləsi hələ öz sağlığında Bakı, Tiflis, Bağça-

saray və Peterburqda çıxan qəzetlərdə nəşr olunmuş, bir neçə ki-

tabı işıq üzü görmüşdür. Ədibin ölümündən sonra onun xatirəsini 

əziz tutan Azərbaycan xalqı və dövləti müxtəlif illərdə F.Köçərli-

nin kitablarını nəşr etmiş, haqqında çoxlu məqalə, kitab, disserta-

siya yazılmışdır. Tərtibçi-ədibin adını daşıyan Respublika Uşaq 

kitabxanasının şöbə müdiri Nazilə Tahirova böyük zəhmət baha-

sına bu əsərlərin hamısını nəzərdən keçirərək, onların çap olundu-

ğu mətbuat orqanı, nəşriyyat, tarix, həmçinin F.Köçərli haqqında 

yazan müəlliflərin adı, soyadı, əsərlərinin adı, çap olunduğu yer, 

tarix haqqında konkret məlumat verən səliqəli biblioqrafiya 

hazırlamışdır. Biblioqrafiyada Firidun bəy Köçərlinin həyat və 

fəaliyyətinin  əsas tarixləri göstərilmiş, onun əsərlərinin və haq-

qında yazılan əsərlərin xronoloji ardıcıllıqla siyahısı verilmişdir. 

Biblioqrafiya elmi işçilər və doktorantlar üçün qiymətli bir 

məxəzdir. Ondan Firidun bəy Köçərlinin həyat və  fəaliyyəti ilə 

maraqlanan bütün oxucular istifadə edə bilərlər. 

 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin