Əli Sultanov,
ədəbiyyatşünas
Firidun bəy Köçərli böyük pedaqoqdur. Qori Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsini Qazağa köçürməklə xalqı-
mızın maariflənməsində əvəzolunmaz əməyi olan şəxsiyyətdir.
Firidun bəy sadəcə praktik müəllim deyildi. O, tədqiqatçı-alim,
ədəbiyyatşünas, nəzəriyyəçi-pedaqoq və yüksək mədəniyyətli
humanist ziyalı idi.
Əhməd Seyidov,
professor
Hərçənd bu kitab uşaqlar üçün yazılmışdırsa da, lakin bütün
ənənəyi-milliyəsi...nağıl və hekayələri... milli misal və nəğmələr,
uşaqlara məxsus oyuncaqları tərtib etdiyindən bizi keçmişimizlə
aşina edir. Keçmişimizə qarşı bizdə milli duyğu oyandırır. Möh-
tərəm Firidun bəy Köçərli cənabları bizdən ötrü kənd hədiyyəsi
ilə böyük bir cığır açdı.
Seyid Hüseyn,
yazıçı
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
48
F.Köçərli xalqımızın tarixi keçmişini xarakterizə edərkən
həm onun həyat tərzini və həm də ümumxalq danışıq dilinin sadə
ifadə xüsusiyyətlərini aydınlaşdırır, bu xalqın istək və arzularını,
xəyal və düşüncələrinin məhsulu olan el ədəbiyyatı ilə sıxı
bağlılığını əsas hesab edirdi.
İnayət Baktaşi,
professor, ədəbiyyatşünas
F.Köçərli ədəbiyyatın, sənətin ictimai-siyasi, tərbiyəvi rolunu
yüksəltmək uğrunda mübarizə apararkən öz şəxsi xoşbəxtlikləri
üçün xalqının, vətəninin mənafeyini satan, onun taleyi ilə oyna-
yan, varlılar qarşısında yaltaqlıq edən, sənəti qazanc mənbəyinə
çevirməyə çalışan məddah yazıçıları, şairləri də kəskin tənqid
edirdi. O, təəssüflə qeyd edirdi ki, belə yazıçıların, şairlərin əsər-
lərində, vaxtilə klassik ədəbiyyatımızda yaranmış gözəl, hikməta-
miz şeirlərin, poemaların, mənzum romanların və povestlərin
əvəzində, seksual motivlər, həmçinin insan qəlbini məyus edən
kədərli hisslər təsvir olunmağa başlayır.
Xalid Əlimirzəyev,
professor, ədəbiyyatşünas
Áèáëèîãðàôèéà
49
Firidun bəy Köçərlinin həyat
və fəaliyyətinin əsas tarixləri
1863, 26 yanvar
- Firidun bəy Əhməd ağa oğlu Köçərli Şuşa
şəhərində anadan olmuşdur.
1872-1876
- Şuşada Mirzə Kərim Münşinin mədrəsə
məktəbində oxumuşdur.
1879
- Bir il Şuşada rus məktəbində təhsil almış-
dır. A.O.Çernyayevski (1840-1894) Şuşaya
gəlmiş (1879, may), Firidun bəyin adını
Qori Müəllimlər Seminariyasında oxuyan-
ların siyahısına daxil etmişdir.
1879-1885
- Zaqafqaziya Müəllimlər Seminariyasında
təhsil almışdır. Müəllimlərindən A.O.Çern-
yayevski və M.Kipiani ilə yaxın münasibət
saxlamışdır.
1884
- “Təlimi-Sokrat” əsərini yazmışdır.
1885
- Seminariyanı bitirib İrəvan gimnaziyasına
təyinat almış, İrəvana getmişdir.
1885-1890
- İrəvan gimnaziyasında ana dili, hüsnxətt
fənlərini tədris etmiş, pansion mürəbbisinin
köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji
sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə
mükafatlandırılmışdır. Ona “Kollecski sek-
retar”, “Titulyar sovetnik” və “Statski so-
vetnik” rütbələri verilmişdir.
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
50
-
İrəvan gimnaziyasında çalışdığı illərdə
Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-tür-
kü” adlı dərslik tərtib etmişdir.
1886
- Teatr tamaşası qoymuşdur.
1890 -
İrəvanda “Müsyö Jordan və dərviş Məstəli
şah” komediyasını tamaşaya qoymuşdur.
1891
- “Təlimi-Sokrat” adlı kitabı Baxçasarayda
“Tərcüman” mətbəəsində çap olunmuşdur.
1892 -
A.S.Puşkindən tərcümə etdiyi “Torçu və
balıq” mənzum nağılı İrəvan şəhərində
kitab halında çapdan çıxmışdır.
1893- 1894 -
İrəvan Gimnaziyasında Pedaqoji fəaliyyə-
tini davam etdirmişdir.
1895
- İrəvanı tərk etmişdir.
- M.Y.Lermontovun “Üç xurma ağacı” və
A.Koltsovun “A kişi, niyə yatıbsan?” şeir-
lərinin tərcüməsindən ibarət kitabı Şuşada
çap edilmişdir. “Tatar komediyaları” adlı
ilk elmi məqaləsi “Novoye obozreniye”
qəzetində dərc olunmuşdur;
- Qori Müəllimlər Seminariyası “tatar şö-
bəsi”-nin Azərbaycan dili və şəriət müəlli-
mi təyin edilmişdir.
1895-1918
- Qoridə pedaqoji fəaliyyətini davam
etdirmişdir.
1897
- Badisəba xanım Köçərli (1881-1954) ilə
ailə qurmuşdur.
Áèáëèîãðàôèéà
51
1898
- “Ərəb əlifbası və onun qüsurları” silsilə
məqaləsi “Qafqaz” qəzetində dərc olun-
muşdur.
1899
- III dərəcəli “Müqəddəs Anna” ordeni ilə
təltif olunmuşdur.
1900
- Müəllimlər Seminariyasının Ümumdünya
Paris sərgisində Qori Seminariyasından nü-
mayiş etdirilən eksponatlar sırasına F.Kö-
çərlinin kitabları da daxil edilmişdir.
1902
- II dərəcəli “Müqəddəs Stanislav” ordeni
ilə təltif olunmuşdur.
1903
- Tiflisdə “Azərbaycan tatarlarının ədəbiy-
yatı” kitabı rus dilində çap edilmişdir.
- M.F.Axundovun “Aldanmış kəvakib” po-
vestini rus dilinə çevirmişdir.
1904
- A.P.Çexovun “At familiyası” hekayəsini
tərcümə edib, kiçik bir müqəddimə ilə
“Şərqi-Rus” qəzetində dərc etdirmişdir.
1906
- “Molla Nəsrəddin” jurnalının nəşrə başla-
masını təqdir etmiş, jurnalın birinci üç aylıq
fəaliyyəti barədə icmal hazırlayıb, “Tiflis-
skiy listok” qəzetində dərc etdirmişdir;
- “İrşad” qəzetində “Bir darülmüəllimin ki-
fayətdir” adlı məqalə ilə çıxış edərək, Azər-
baycanda müstəqil Müəllimlər Seminari-
yası yaradılması məsələsini qaldırmışdır;
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
52
- Cəlil Məmmədquluzadənin “Usta Zey-
nal” kitabçası haqqında eyni adlı məqaləsi
“Znaniye” qəzetində çapdan çıxmışdır.
1907-1909 -
Qori Seminariyasında ana dili və şəriət
müəllimi vəzifəsində pedaqoji fəaliyyətini
davam etdirmişdir.
1910
- Qori Seminariyasının Azərbaycan şöbəsi-
nin müvəqqəti təlimatçısı təyin olunmuş-
dur. Qori Seminariyasının Azərbaycan şö-
bəsinin inspektoru vəzifəsinə təyin olun-
muşdur. “Vətən dili” dərsliyi haqqında
“Cənab Şirvanskinin rəyi münasibəti ilə”
adlı məqaləsində A.O.Çernyayevskinin adı
çəkilən dərsliyini müdafiə etmişdir.
1911
- M.F.Axundzadənin anadan olmasının 100
illik yubileyi münasibətilə Tiflisdə keçirilən
təntənəli yığıncaqda məruzə ilə çıxış etmiş-
dir. “Mirzə Fətəli Axundov” adlı kitabı çap
olunmuşdur.
1912
- “Balalara hədiyyə” kitabı Bakıda “Kaspi”
mətbəəsində çap olunmuşdur;
- M.Ə.Sabirin xəstəliyi, ona maddi kömək
göstərilməsi barədə “Bəradərim Cəlildən
çap olunmasını iltimas edirəm” adlı məqa-
ləsini “Molla Nəsrəddin” jurnalında,
“Vəfatı-şair” məqaləsini “Məlumat” qəze-
tində dərc etdirmişdir.
1913
- “Azərbaycan ədəbiyyatı tarixi” adlı üç
cildlik əsərini tamamlamışdır. Əsərin Bakı-
Áèáëèîãðàôèéà
53
da çapı üçün göstərilən səylər baş tutma-
mışdır;
- “Molla Nəsrəddin” jurnalında “Ana dili”
məqaləsi dərc olunmuşdur (16 sentyabr,
№22-23.-12 oktyabr).
1914
- Qoridən Bakıya Abdulla Şaiqə məktub
yazmış, “Azərbaycan ədəbiyyatı tarixi ma-
terialları”nı çap etdirmək səylərini davam
etdirmişdir.
1915
- Seminariyada pedaqoji fəaliyyətlə məşğul
olmuş, “Dost və müəllim N.O.Lomourinin
xatirəsi” adlı məqaləsi Bakıda “Kaspi” qə-
zetində dərc edilmişdir.
1916-1917
- Qori Seminariyasında müəllimlik etmiş,
Azərbaycan şöbəsinin inspektoru vəzifəsini
daşımış, şöbənin Azərbaycana köçürülməsi
üçün təşəbbüs göstərmiş, təkliflər irəli sür-
müşdür;
- Siyasi proseslərə qoşulmuş, “Musavat”
partiyasına üzv olmuşdur.
1918
- Qori Müəllimlər Seminariyasının Azər-
baycan şöbəsini tədris ləvazimatı və ava-
danlığı ilə birlikdə öz xərcinə Qazax şəhəri-
nə köçürmüş, bunun əsasında Azərbaycan
Müəllimlər Seminariyası yaradılmışdır.
Firidun bəy Köçərli Seminariyanın direkto-
ru təyin olunmuşdur. Qazax Müəllimlər Se-
minariyasında ilk dərslər başlamışdır (17
sentyabr).
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
54
- Qazaxda ilk dəfə olaraq uşaq evi açmışdır;
- Mayın 28-də Azərbaycan Milli Şuranın
üzvü seçilmiş, “İstiqlal bəyannaməsi” ni
imzalamışdır.
1918-1920
- Qazax Müəllimlər Seminariyasının müdiri
işləmişdir.
1919
- Fevral ayının 1-də “Musavat” partiyasının
səyyar bürosunun Mərkəzi Komitəsinin tə-
şəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə
sədr seçilmişdir.
1920 -
“Vətən dili”nin I hissəsinin yenidən işlən-
məsində xidmətləri olmuşdur. Onlarla dərs-
liyə düzəliş etmiş, nəzəri materialı, hekayə-
ləri artırmış, metodika və stilistikasını zən-
ginləşdirmişdir;
- 1920-ci ilin mayında Qazax kommunist-
ləri Köçərli və digər “Musavat” üzvlərini
“xalqa xəyanətdə”, “milli nifaq” törətmək-
də ittiham etmişdir. Qazax İnqilab Komitə-
sinin Gəncə Fövqəladə Komitəsinin təqdi-
matına əsasən ədib həbs edilmişdir.
- Gəncə üsyanı yatırıldıqdan sonra erməni
daşnaklarının təşəbbüsü ilə XI Ordunun
xüsusi şöbəsi tərəfindən ədib bolşeviklərə
qarşı etirazların iştirakçısı kimi, 58 yaşında
faciəli şəkildə qətlə yetirilmişdir.
1925
- “Azərbaycan ədəbiyyatı tarixi materialla-
rı” kitabının I hissəsi nəşr olunmuşdur.
Áèáëèîãðàôèéà
55
1926
- “Azərbaycan ədəbiyyatı tarixi materialla-
rı” kitabının II hissəsi nəşr edilmişdir.
1963
- “Seçilmiş əsərləri” kitabı çap olunmuşdur.
1967
- “Balalara hədiyyə”kitabı nəşr edilmişdir.
1972
- “Balalara hədiyyə”kitabı nəşr edilmişdir.
2013
- “Balalara hədiyyə”kitabı nəşr edilmişdir.
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
56
I Hissə
Kitablar
1911
1. M.F.Axundov həzrətlərinin təvəllüdündən 100 il mü-
rur etmə münasibətilə yazılmış risaleyi-yadigaranədir /Firidun
bəy Köçərli.- Tiflis, Kultura, 1911.- 71 s.
Kitabda F.B.Köçərlinin öz imzası var.
1912
2. Balalara hədiyyə [Mikrofilm]: [milli nağıl və hekayələr,
məsəl və tapmaca (bilməcə) və növbənöv mənzumələr məcmuəsi]
/Firidun bəy Köçərli.- Bakı, 1912.- 101 s. Ərəb əlifbasında.
1925
3. Azərbaycan ədəbiyyatı tarixi materialları /Firidun bəy
Köçərli.- Bakı: Azərnəşr, 1925.- C.I.h.I.- 276 s. Ərəb əlifbasında.
4. Azərbaycan ədəbiyyatı tarixi materialları /Firidun bəy
Köçərli.- Bakı: Azərnəşr, 1925.- C.I. h.II.- 345 s. Ərəb əlifba-
sında.
1926
5. Azərbaycan ədəbiyyatı tarixi materialları /Firidun bəy
Köçərli.- Bakı: Azərnəşr, 1926.- C.II. h.I.-278 s. Ərəb əlifbasında
6. Azərbaycan ədəbiyyatı tarixi materialları /Firidun bəy
Köçərli.- Bakı: Azərnəşr, 1926.- C.II. h.II.- 283 s. Ərəb əlifba-
sında.
1963
7. Seçilmiş əsərləri /Firidun bəy Köçərli; tərtib və qeydlər
Kamal Talıbzadə və Nadir Məmmədov, red. K.Talıbzadə.- Bakı:
Azərbaycan SSR EA Nəşriyyatı, 1963.- 341 s.
Áèáëèîãðàôèéà
57
Kitabın içindəkilər: Müqəddimə Kamal Talıbzadə [S.3-32];
İrəvandan məktub [S.33]; Azərbaycan komediyaları [S.35];
Azərbaycan ədəbiyyatı [S.43]; Hörmətli “Şərqi rus” ruznaməsinə
bir neçə sözlər [S.85]; Müsəlman müəllimlərının hümməti [S.89];
Anton Çexov [S.91]; Təzə kitab [S.92]; Ədəbiyyatımıza dair
məktub [S.98]; Qarabağda Cavanşir mahalının əhval və övzasına
dair [S.103]; Taybuynuz öküz [S.113]; “Molla Nəsrəddin”
[S.117]; İdarəyə məktub [S.124]; İranın oyanması [S.126]; Ədə-
biyyatımıza dair [S.130]; “Usta Zeynal” [S.135]; Azərbaycan
dövri mətbuatının qısa icmalı [S.139]; Vaqif və Vidadi və bunla-
rın dostluğu [S.146]; Həsənbəy Məlikov [S.151]; Qazax şairi
Kazım ağa Salik təxəllüsü barəsində bir para məlumat [S.154];
Məişətimizə dair [S.162, 187]; Milli bayram [S.173]; Gürcü şairi
Akaki Sereteli yubileyinə dair [S.177]; Nikolay Vasilyeviç Qoqol
[S.205]; Dünyada bəla nədən törəyir? [S.214]; Həqiqi gözəllik və
hərəkətsiz nisfimiz [S.218]; Köçərilərin övza və əhvalı [S.229];
“Vətən dili” dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasi-
bətilə [S.238]; Mirzə Fətəli Axundov [S.243]; Sabir haqqında
[S.276]; Vəfati-şair [S.278]; Həyata dəvət [S.279]; Redaksiyaya
məktub [S.284]; Yakov Semyonoviş Qoqebaşvili [S.286]; Soltan
Məcid Qənizadə [S.288]; Ana dili [S.292]; Dost və müəllim
H.O.Lomourinin xatirəsi [S.296]; Qeydlər [S.298]; Lüğət
[S.324]; Mündəricat [S.341]; Portreti var.
1967
8. Balalara hədiyyə /Firidun bəy Köçərli; tərt. ed. və red.
Bəkir Nəbiyev.- Bakı: Gənclik, 1967.- 88 s. şək.
Kitabın içindəkilər: İt və pişik [S.3]; Ərincək it [S.4]; Toyuq
[S.5]; Xoruz və padşah [S.6]; Qarı və pişik [S.8]; Qoyun [S.11];
Üşüdüm ha, üşüdüm [S.12]; Keçi [S.14]; Çoban [S.18]; Qurd
[S.19]; Səməni [S.21]; Ağ qoyun [S.22]; Dəvə və tikan [S.23];
Nazikbənazik və Tazikbətazik [S.24]; Layla [S.27]; Günəşi çağır-
maq [S.30]; Qızlar nəğməsi [S.31]; Buğda, arpa və darı [S.33];
Darı və buğda [S.33]; Tülkünün hekayəti [S.35]; Düzgü [S.37];
Şəngülüm, Şüngülüm, Məngülüm [S.39]; Güdü-güdü [S.43]; Vur
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
58
nağara, çıx qırağa [S.45]; Yaz [S.47]; Tülkü və kəklik [S.48];
Tülkü [S.50]; Pıspısa xanım və Siçan bəy [S.52]; Göyçək
Fatmanın nağılı [S.59]; Soltan dağı [S.67]; Dağlar [S.68]; Kəklik
[S.69]; Düzgü [S.71]; Aranla yaylağın bəhsi [S.74]; Nəsihət
[S.76]; Sayaçı sözləri [S.77]; Tapmacaların cavabı [S.85].
1972
9. Balalara hədiyyə /Firidun bəy Köçərli.- II nəşr.- Bakı:
Gənclik, 1972.- 88 s. şək
1978
10. Azərbaycan ədəbiyyatı: 2 cilddə /Firidun bəy Köçərli;
tranliterasiya və tərt. ed. müqəd. izahlar və qeydlərin müəllifi
R.Qənbər qızı; red. Ə.Mirəhmədov; Azərbaycan SSR EA, Nizami
adına Ədəbiyyat İn-tu.- Bakı: Elm, 1978.- C.I.- 599 s.
Kitabın içindəkilər: Firidun bəy Köçərli və onun “Azərbay-
can ədəbiyyatı” əsəri. R.Qənbər qızı [S.8]; Bir neçə söz [S.68];
Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs [S.84]; Yusif Nabi
[S.100]; Əlişir Nəvai-Əmir Nizaməddin [S.117]; Gəncə [S.124];
Əbülüla Gəncəvi [S.127]; Şeyx Əbuməhəmməd İlyas ibn Yusif
ibn Müəyyəd Nizami [S.129]; Şirvan və Şamaxı [S.134]; İbrahim
ibn Əliyyün-Nəccar Xaqani [S.139]; Qarabağ-Şuşa şəhəri
[S.154]; Molla Pənah “Vaqif” təxəllüs [S.159]; Molla Vəli
“Vidadi” təxəllüs [S.192]; Fətəli xan “Müştəri” təxəllüs [S.215];
Əbülfət xan “Tuti” təxəllüs [S.217]; Qövsi [S.219]; Ağaməsih
Şirvani [S.228]; Nişat Şirvani [S.233]; Ağahüseyn “Arif” təxəllüs
[S.237]; Aciz [S.239]; Aşıq Əli Kəlibəri Qaracadağlı [S.254];
Sabit Şəqaqi [S.256]; Rafei [S.258]; Əbdürrəhman ağa Dilbaz
oğlu “Şair” təxəllüs [S.259]; Mustafa ağa “Arif” təxəllüs [S.263];
Kazım ağa Salik təxəllüs [S.269]; Mirzə Məhəmməd Qaib oğlu
“Fədai” təxəllüs [S.286]; Quba [S.287]; Abbasqulu ağa Bakıxa-
nov “Qüdsi” təxəllüs [S.289]; Mirzə Həsən “Mirzə” təxəllüs
[S.307]; Kərbəlayı Abdulla ibn Canı [S.311]; Mehribanlı Baba
bəy [S.318]; Kərbəlayı Səfi “Valeh” təxəllüs [S.320]; Ağabağır
[S.334]; Mirzəcan bəy Mədətov [S.335]; Aşıq Pəri [S.340];
Áèáëèîãðàôèéà
59
Məhəmməd bəy Cavanşir “Aşıq” təxəllüs [S.343]; Cəfərqulu xan
“Nəva” təxəllüs [S.350]; Qasım bəy “Zakir” təxəllüs [S.359];
Mirzə Fətəli Axundov [S.418]; Molla Qasım Zakir [S.457];
Kərim ağa Fateh [S.466]; İbrahim əfəndi Nicati [S.468]; Seyid
Əbülqasım Nəbati [S.470]; Məhvəşi Şirvani [S.494]; Mirzə
Hüseyn “Zülali” təxəllüs [S.503]; Vaiz əfəndi Şirvani [S.504];
Əsgər Şirvani [S.507]; Qasım Şirvani [S.508]; Məhcur Şirvani
[S.509]; Şəkər Şirvani [S.512]; Nabi əfəndi Şirvani Valiyül-əsl
[S.513]; Sənai Şirvani [S.514]; Lahici-Şirvani “Arif” təxəllüs
[S.516]; Asəf Şirvani [S.517]; Asəf Ləmbərani [S.518]; Nəsimi
Şirvani [S.519]; Şeyx İbrahim Qüdsi Gəncəvi [S.520];
Ağaismayıl Zəbih [S.523]; İzahlar və qeydlər [S.532-596].
1981
11. Azərbaycan ədəbiyyatı: 2 cilddə /Firidun bəy Köçərli.-
Bakı: Elm, 1981.- C.II.- 460 s.
Kitabın içindəkilər: Bahar əyyamı və Hacı Seyid Əzim
dövrü. Bahar Şirvani-Mirzə Nəsrullah ibn mərhum Hacı Əbülqa-
sım Şəmaxi “Bahar” [S.5]; Molla Qədir Şirvani “Naci” [S.15];
Molla Ağa Hacı Molla Tağızadə “Bixud” [S.21]; Hacı Seyid
Əzim Şirvani [S.29]; Əliəkbər Namaz oğlu “Qafil” [S.92]; Qafar
Hacı Məhəmməd Zayid oğlu “Rağib” [S.93]; Ağababa Məşhədi
Abdulla oğlu “Zühuri” [S.94]; Məhəmməd Məşhədi Hüseyn oğlu
“Səfa” [S.95]; Molla Məhəmməd “Zövi” [S.97]; Ağaəli bəy
Əfəndizadə “Naseh” [S.99]; Abdulla bəy “Asi” [S.104]; İbrahim
bəy “Azər” [S.124]; Mirzə Əbülhəsən ibn Kərbəlayı Qasım
Qarabaği “Şəhid” [S.125]; Mirzə Hüseyn bəy “Salar” [S.127];
Mirzə Haqverdi “Səfa” [S.128]; Kərbəlayı Qulu Xarrat vələdi-
Məhəmməd Pəri Nazzadə “Yusifi” [S.130]; Məhəmmədəli bəy
Məşədi Əsəd bəy oğlu “Məxfi” [S.133]; Həsən bəy Rzaqulu bəy
oğlu “Həsən Qara” və “Hadi” [S.135]; Məşədi Əbdül “Şahin”
[S.140]; Hacı Mirhəmzə əfəndi “Nigari” [S.142]; Xurşidbanu
“Natəvan” [S.153]; Fatimə xanım “Kəminə” [S.158]; Mirzə
Əliəsğər “Növrəs” [S.163]; Məşədi Mirzə Cəfər Hacı Seyid
Qasım oğlu “Cəfər” [S.175]; Mirzə Mehdi “Haci” [S.180]; Hacı
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
60
Molla Abbas “Şölə” [S.185]; Məşədi Hidayət bəy “Xaki”
[S.189]; Molla Hüseyn Sabit “Ağbaş” [S.191]; Mirzə Sadıq
“Fani” [S.193]; Hacıağa “Fəqir” Ordubadi [S.195]; İrəvan şairləri
[S.201]; Məşədi İsmayıl Hacı Kazımzadə “Bəzmi” [S.203];
Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov “Müttəle”
[S.207]; Hacı Seyid Rza Əmirzadə “Sabir” [S.214]; Mirzə Əlixan
Şəmsül-hükəma “Ləli” [S.218]; İskəndər ağa Qaibbəyov “Şair”
[S.220]; Mustafa ağa “Nasir” [S.229]; Hacı Rəhim ağa Dilbazov
“Bəhidi” [S.241]; Şahnigar xanım “Rəncur” [S.249]; Mirzə Nəbi
əfəndi Qaibov [S.254]; Hacı Mahmud əfəndi “Nafe” [S.259];
Hacı Rəsul “Rəsul” [S.261]; Rəsul “Dülgər” [S.263]; Xəstə Qədir
[S.269]; Mustafa ağa “Şuxi” [S.270]; Molla Məhəmməd “Hüzni”
[S.275]; Məhəmməd “Şəməmduz” [S.278]; Molla İbrahimxəlil
“Dodui” [S.281]; İsmayıl bəy “Nakam” [S.284]; Dərbənd şairləri
[S.307]; Mirzə Kərim “Şüai” [S.309]; Mirzə Cəbrayıl “Süpehri”
[S.310]; Mirzə Məhəmməd Tağı “Qumri” [S.311]; Mirzə Həsən
əfəndi Əlqədari [S.327]; Mirzə Əbdürrəhim Şeyx Abutalıbzadə
[S.338]; Hacı Əbülhəsən Raci[S.347]; Pürqəm [S.359]; Ağamirzə
Məhəmməd Bağır “Xalxali” [S.363]; Axund Molla Hüseyn
Marağalı “Dəxil” [S.382]; Məhəmməd Əmin “Dilsuz” [S.388].
1985
12. Balalara hədiyyə /Firidun bəy Köçərli, S.Ə.Şirvani;
Firidun bəy Köçərli; S.S.Axundov, A.Şaiq; tərt.ed. S.Hüseynov.-
Bakı: Gənclik, 1985.- 424s. Dünya uşaq ədəbiyyatı kitabxanası.
Kitabda Firidun bəy Köcərli bölməsi ayrılmışdır [S.126-213].
1987
13. Balalara hədiyyə /Firidun bəy Köçərli; red. T.Cəmilova.
- Bakı: Gənclik, 1987.- 104 s.
1992
14. XIX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı: dərs və-
saiti /tərt.: R.Həsənova, T.Əhmədov.- Bakı: ADU-nun nəşriyyatı,
1992.- 771s.
Áèáëèîãðàôèéà
61
Kitabda Firidun bəy Köçərlinin “İrəvandan məktub“ əsəri
verilmişdir [S.597-598].
Dostları ilə paylaş: |