Uşaq ədəbiyyatı xəzinəsindən



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix31.01.2017
ölçüsü0,86 Mb.
#7179
1   2   3   4   5   6   7   8   9   ...   12
Zaman Əsgərli, 

filologiya üzrə elmlər doktoru

 professor 

 

Áèáëèîãðàôèéà 

 

35 


 

 

Firidun bəy Köçərlinin  

müdrik deyimləri 

 

Mən, balalara hədiyyə olmaq üçün xalqımızın yaratdığı nağıl 



və hekayələrdən, məsəl və tapmacalardan və bir çox mənzumələri 

toplayıb bu kitabı  tərtib etdim ki, onlar unudulub xatirələrdən 

çıxmasın. 

 

*** 



Nağıllarda həqiqət halı ilə  xəyalət aləmi, doğru ilə yalan, 

mümkün ilə qeyri-mümkün elə  məharətlə bir-biri ilə calaşır ki, 

insan ağlı heyrətdə qalır. 

 

*** 



Əgər bir xalqı  məhv etmək, onu adam toplusuna çevirmək 

istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. 

Biri onun başını, o biri canını zay eləsin. 

 

*** 



Əsl gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və rəftar-

dadır. 


 

*** 


Qəliz, çətin və dolaşıq dildə yazan ədiblərin fikirləri də 

dolaşıq olur; onların  əsərləri çətin və  ağır oxunulur və insana 

fərəh əvəzinə qəm və kədər gətirir. 

 

*** 



Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Semi-

nariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqam-

da saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin. 

 

*** 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

36 



Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi 

malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi 

mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, 

ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını  və  Vətənini 

sevdiyi kimi, ana dilini də sevir. 

 

*** 



...Qoy müəllim pozulmuş uşağa məhəbbətlə, hərarətlə və sə-

mimi yanaşsın. O, ətrafdakı  məhəbbəti hiss edəcək, o zaman 

müəllim uşaq ruhunu belə  rəftarı  nəticəsində  ələ alacaq və  uşaq 

da əxlaqca yaxşı olacaq. Doğrudur, pozğun uşağı yenidən tərbiyə 

etmək üçün müəllim tərəfindən işə çox məhəbbət, səbir, mərifət 

və uşaq təbiətini anlamaq lazımdır. 

 

*** 


İnsanın qəlbi karvansara deyil ki, yol ilə hər ötüb-keçən onda 

özü üçün məqam bulsun və onun içində olan yaxşı-yamanı görüb 

aləmə faş qılsın. 

 

*** 



Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun 

zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meyda-

na çıxır. 

 

*** 



Söz yox ki, Vətən  şirindir, amma vətən bir anadan olduğu-

muz ev, məhəllə, şəhər və ya kənd deyil. Vətən geniş vüsətli bir 

diyardır. Bir ölkə və məmləkətdir ki, onun hər bir nöqtəsi övladı 

üçün əziz və mübarəkdir. 

 

*** 


Qəlbi şad etmək özlüyündə bir xidmətdir. 

 

*** 



Áèáëèîãðàôèéà 

 

37 



Çoxumuz müsəlman isək də, insan deyilik, çoxumuz insanıq-

sa da, həqiqi müsəlmanlıqdan çox uzaq və kənarıq. 

 

*** 


Əsl  ədəbiyyat həyati həqiqətləri  əks etdirməklə yanaşı  cə-

miyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq 

mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolun-

da canlar fəda etmək lazım isə vətən oğlanlarının ürəyinə yandı-

rıcı od salıb, onları  hər qisim fədakarlığa və cannisarlığa  şövq-

mənd etməlidir. 

 

*** 


Sabirin təbində bir o qədər zəriflik və dilində öylə bir lətafət 

var ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür. 

 

*** 


Türk dilində neçə min hikmətamiz məsələlər var ki, təmamisi 

təcrübə yolu ilə deyilibdir. 

 

*** 


Azərbaycan türklərinin məşhur və müqtədir  şairi Molla 

Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi 

adlanmağa onun haqqı vardır... Milli şairlərimizdən onun kimi 

sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl ya-

zan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş edib-

lərsə də, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləmək-

də aciz qalıblar... Vaqif ziyadə zövqü-səfa əhli olduğu üçün gözəl 

mədhində xeyli mərğub (irəğbət olunan, bəyənilən-  red.) və na-

zik şeirlər yazmışdır ki, onların cümləsi qəlbdən nəşət edən his-

siyyatdır ki, oxuyanlara dəxi sirayət edib, onları  şövqü həvəsə 

gətirir. 

 

*** 



Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o 

qədər onun ədəbiyyatı  zəif və biməzmun olacaqdır. Hətta çox 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

38 



tayfalar vardır ki...ədəbiyyat nə olduğunu bilməzlər... Bunlar 

dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi 

və  səadət fikrində olan və  ədəbi zindəganlıq arzusuna düşən 

qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət 

tapmağına səy və himmət göstərsin və  ədəbiyyati-milliyəsinin 

asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin. 

 

*** 


Ədəbiyyat millətin ayineyi-həqiqətnümasıdır ki, onun maddi 

və  mənəvi tərəqqisi və istiqbalı üçün nicat və  səadət yollarını 

eynilə göstərir.  Ədibi-fazil və  şairi-qabil millətin maarif xadim-

ləridir. Milləti haqq və  səvaba irşad edən,  şöhrət və hörmətə 

yetirən onlardır. Öz asar və əşarı ilə onlar millətin cisminə şəfa, 

ruhuna səfa, fikrinə cila, ağlına və tamami mənəvi və ruhani qüv-

vələrinə balü pər verib uca məqama çatdırır. 

 

*** 



Ey qardaşlar, həyatın qədrini biliniz,... oyanınız, hərəkət 

ediniz, qapı-bacalarınızı açınız, evinizə  işıq düşsün, üfunətli və 

ağır havası  dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə  ətrafa 

baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur. 

 

*** 


Təkcə simaca gözəl olan qadını gözəl hesab etmək olmaz. Bu 

gözəllik zahiri gözəllikdir. Zahirən gözəl qadın o zaman tam gö-

zəlliyə malik olar ki, onun məzmunu da, yəni əqli də, kamalı da, 

idrakı da gözəlliyə uyğun gəlsin. İnsanın gözəlliyi zahiri məlahət 

və hüsn-lətafətdən ibarət olmayıb, onda əql və fərasətin mövcud 

olmağı  dəxi  əvvəlinci  şərtlərdəndir. Zahiri gözəlliyi və hüsn-

camalı kamala yetirən, əqlin nuru və mərifətin ziyasıdır. Əqilsiz 

və mərifətsiz gözəl məqbul və müstəhsən deyildir. 

 

*** 


Millətini sevən, onun mənəvi dirriyinə çalışan, tərəqqisi yo-

lunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlə-

Áèáëèîãðàôèéà 

 

39 



rimizdən çox-çox təvəqqi edirik ki, dillərini asanlaşdırsınlar, ana 

dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini 

açıq və sadə dillə yazsınlar, taki, onların yazdıqlarını oxuyan an-

lasın, düşünsün və ayılsın. Ancaq bu yolla yazan və oxuyanın 

arasında dostluq, ittifaq və birlik əmələ gələ bilər. 

 

*** 



...Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə de-

yil. Fars və ərəbə meyil və rəğbətimiz o qədər çox olubdur ki, öz 

dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz ibarələrini 

və sözlərini götürmüşük və götürdüyümüz sözləri və ibarələri öz 

dilimizin şivəsinə uydurmayıb eyni halı ilə dilimizə qarışdırmışıq 

və nəqabil pinəçilər kimi əlimizə hər nə düşübsə, paltarımıza ya-

mamışıq... Bizim qəzetlərdə çap olunan məqalələr, teleqram tər-

cümələri, hətta elanlar o qədər dolaşıq və  çətin dildə yazılır ki, 

oxuyanlar başa düşməyir və başa düşmədikləri halda qəzetə oxu-

maqdan rəğbətləri kəsilir... Dilin şivəsini itirmək və üslubunu 

pozmaq böyük fəsaddır... Mərhum Həsənbəy Məlikovun “Əkin-

çi” qəzetinin nömrələri  əlinizə düşsə, oxuyub bu mətləbin barə-

sində bir az fikir eləyin. 

 

*** 



Həyat “allah-taalanın ətiyəsidir”. Sənət, söz, dil “allah-taala-

nın vergisidir.” 

 

   


 

 

   *** 



M.P.Vaqif sadə, xalqın başa düşdüyü bir dildə yazıb-yarat-

mış, fars və ərəb sözlərinin köməyinə qaçmamışdır. Təbiilik, sa-

dəlik və səmimi hisslər onun bütün əsərlərinin əsas ruhunu təşkil 

edir; onların çoxu öz sadəliyi və  bədiiliyinə görə xalq şeirinin 

nümunələri hesab edilir. Onun bütün əsərləri öz ahəngdarlığı, 

məlahəti və son dərəcə mənalı olması ilə insanı məftun edir. 

 

*** 


Q.B.Zakir asan, sadə və incə şeirlərində öz xalqının ruhunu, 

onun düşüncələrini, dünya görüşünü, vərdişlərini, dini əqidəsini, 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

40 



xeyirxah və qüsurlu cəhətlərini, onun xarakterindəki nəcib və 

mənfi cəhətləri fövqaladə məharət və doğruluqla əks etdirmişdir... 

 

*** 


Şairi-kamal və ədibi-fazil həqiqətdə ol ədib bə şairdir ki, öz 

millətinin dili ilə danışa, ürəyi ilə hiss və əqli ilə fikir edə. 

 

*** 


“Milli ədiblərimizin atası, dram yazanlarımızın ustadi-kamili, 

ədəbiyyatımızın fəxri”, “azərbaycanlıların dolanacağının, adat və 

adabının həqiqət göstərici bir ayinəsi”ni yaradan, “zahirimizi və 

batinimizi də eynilə göstərən” M.F.Axundov olmuşdur. 

 

*** 


Axundovun dramnəvis müsənniflərə və həqiqi ədibə məxsus 

olan istedad və qabiliyyətlərindən birisi də budur ki, öz təmsilat 

və hekayələrində əhvalat və güzarişatı söyləyən əşxasın hər birini 

öz dililə danışdırır. Əkinçidən tutmuş şaha kimi hər hansı sinfin 

dilindən söz söyləyir isə, elə bir sayaqda söyləyir ki, guya mər-

hum həman o sinfin özündədir və yainki onların sözlərini eşitdik-

cə bir-bir sinəsinə yığıbdır. 

Bu qabiliyyətdən  əlavə, Mirzə  Fətəlinin dilində elə bir nə-

məkrizlik (duzluluq-red.), məlahət və zərafət var ki, hər kəs onun 

kəlamını oxuyur isə könlü açılır və dodağı altında gülür. 

 

*** 


...Axundovun komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən 

gülürsə, bir tərəfdən ağlayıb göz yaşı tökür. Gülmək görünür, 

amma ağlamaq görünməyir, onun ağır damcıları ürəyin üstünə 

düşüb onu yaralayır, dəlir... 

 

*** 


...Onun (M.F.Axundovun) sayəsində bir neçə müqtədir ədib-

lər vücuda gəlibdir. O cümlədən Nəcəf bəy Vəzirov və Əbdürrə-

him bəy Haqverdiyev, Nəriman bəy Nərimanov və Mirzə  Cəlil 

Áèáëèîãðàôèéà 

 

41 


Məmmədquluzadə  cənablarıdır ki, hər birinin bir neçə komedi-

yaları və dramaya məxsus əsərləri vardır, indiki məişətimizin bəzi 

övza və  əhvalını  və  əhli-zəmanənın fikrü xəyalatını  və  nə yolda 

çalışdıqlarını eyni ilə yazıb öz əsərlərində göstərirlər. 

 

*** 


Bəşəriyyətin mədəni hissəsinin həyatında iştirak etməyə 

başlayan xalq heç bir ümumi fikri hərəkata yad ola bilməz. 

 

*** 


Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol 

olubdur. Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiy-

yatı  təbii halına, təbii rənginə düşüb... Qoqol və Puşkin milli 

ədəbiyyatlarını, məişətlərinin ayinəyi-həqiqətnüması edib, özlə-

rindən sonra gələn üdəba və  şüəraya səlamət bir məslək, müs-

təqim bir yol açıb. 

 

*** 


Müəllim ağlı, biliyi, zəhmətsevərliyi, yüksək məharəti, mə-

dəni davranışı, işdə dəqiqliyi, səadəti və s. keyfiyyətləri ilə yana-

şı, həm də uşaqlara məhəbbət və qayğı ilə döyünən ürəyə malik 

olmalıdır. 

 

*** 


Molla Nəsrəddin xalq müdrikliyinin və hazırcavablığının 

ifadəçisidir. Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lə-

tifələrdə o qədər səmimi bir yumor vardır ki, hamı onlarla maraq-

lanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və 

yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox 

nadir tapılır. Hətta Azərbaycan dilində danışa bilən ermənilər və 

gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar.  

 

*** 



Qorxuya ümdə səbəb bilməməzlik, elmsizlik və avamlıqdır. 

 


Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

42 



*** 

Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan 

ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz. 

 

*** 



Azərbaycan türklərinin Sədisi, Hafizi, Şekspiri yoxdur, ancaq 

onun Vaqif, Vidadi, Nəbati, S.Ə.Şirvani kimi əvəzsiz şairləri var. 

Həmin  şairlərin min bir əziyyətlə yazdığı  əsərlər itib-bat-

maqdadır. Bunları toplayıb nəslə çatdırmaq lazımdır. 

 

*** 


Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə 

hekayələrinin  əsas məziyyətidir. Hər  şeydən görünür ki, müəllif 

öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşa-

hidə qabiliyyətinə malikdir. Onun bilavasitə həyatdan götürülmüş 

hekayələri boş fantaziyanın məhsulu deyildir. Məmmədquluza-

dənin başqa bir məziyyəti də onun müşahidə etdiyi həyatı canlı və 

anlaşıqlı dil ilə  Şərq yumorunun aydın xüsusiyyətləri ilə verə 

bilməsidir ki, bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir. 

 

*** 


F.B.Köçərli M.Füzulinin “Leyli və  Məcnun”  əsəri haqqında 

yazır... Füzuli özü türk (azərbaycanlı-A.A.) oğlu olmağina görə 

öz ana dilini artıq sevib də ona rövnəq verməyi baş vəzifələrdən 

birisi hesab edərmiş... və həqiqətdə demək olar ki, türk dilinə röv-

nəq verən, onu xar və xasakdan təmizləyib bir göyçək və  səfalı 

çəmənə bənzədən Füzuli olubdur və bununla biz türklərin üstündə 

sərfi-himmət və qeyrət göstərdiyini  şair özü bir məqamda belə 

bəyan edir: 



Ol səbəbdən farisi ləfzilə çoxdur nəzm kim, 

Həzmi-nazik türkü ləfzilə ikən dişvar olur. 

Ləhceyn-türkü qəbuli-nəzm tərkib eyləsə, 

Əksərən əlfazi, namərbut,nahəmvar olur. 

Bəndə tofiq olsa bu dişvari asan eylərəm, 

Novbəhər olğac dikəndən bərgi-gül izhar olur. 

Áèáëèîãðàôèéà 

 

43 


 

 

Görkəmli şəxsiyyətlər  

Firidun bəy Köçərli haqqında 

 

Firidun bəy Köçərli Azərbaycan  ədəbiyyatının tarixi inkişaf 

yoluna dair qiymətli mənbə  təşkil edən  əsərlər yaratmış  və çox-

cəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə 

mühüm töhfələr vermişdir. 

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti  

 

Düz 20 il bundan müqəddəm, mən “Nadanlığ”ı yazıb mey-

dana buraxdım. Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz Firi-

dun bəy Köçərli “Nadanlığ”ı rus dilində tənqid etdi, yaramaz bir 

şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan 

deyirdi: “Nadanlığ”ı yazan daha əlinə qələm gərək götürməsin. Fə-

qət onun çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə səbəb oldu. 

Nəriman Nərimanov, 

ictimai-siyasi xadim, yazıçı, 

dramaturq, publisist 

 

Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiylə ye-



ganə məşğul bulunan qiymətdar bir mühərrir, müəllim və alim idi. 

Məmməd Əmin Rəsulzadə, 

görkəmli ictimai-siyasi xadim, yazıçı 

 

Firidun bəyin təkcə bir müəllim kimi deyil, həm də öz 



xalqının  ədəbiyyatını sevən alovlu vətəndaş kimi Azərbaycan 

ədəbiyyatını təbliğ etməsi mənim qəlbimdə nəcib hisslər oyadırdı. 

Firidun bəy haqqında hamı belə fikirdə idi ki, o son dərəcə böyük 

adamdır. Böyüklüyü də ondadır ki, doğulduğu torpağa, mənsub 

olduğu xalqa – onun ədəbiyyatına ideal dərəcədə sadiqdir. 

 

 



 

 

 



Əli Səbri Qasımov, 

 

 

 

keçmiş seminarist, yazıçı-jurnalist 

Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

44 



        Firidun  bəy Köçərli  ən müqtədir,  ən sevgili ədiblərimizdən 

biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi 

diriltdi.  Şairlərimizin ülvi ruhlarını canlandırdı  və  həyati-

fikriyyəmizi təbii yoluna saldı. 

        Çox heyif ki, Firidun bəy həzrətlərinin çox az əsərləri oxu-

culara mal oldu. Ən guzidəsi “Azərbaycan türklərinin  ədəbiyyat 

tarixi” hələ  təb olunmayıb qalır. Bu kitabı  şərqşünas bir əcnəbi 

yazsa idi Avropada onun ilə böyük ad qazanardı. Görəsən bəs 

bizim aramızda Firidun bəy Köçərli cənabları kimi adamların 

əmələ gəlməsini niyə şux və həvəs ilə qarşılamırıq? 

 

 

 



 

Yusif Vəzir Çəmənzəminli, 

 

 

 

 

ədəbiyyatşünas, yazıçı 

  

 

 

 



Firidun bəyin  ədəbiyyat tədqiqatı Azərbaycan  ədəbiyyatşü-

naslığı üçün çox qiymətli və tarixi xidmətdir. Onun sayəsində 

qədim dövrün bir çox şairləri və əsərləri meydana çıxarılıb xalqa 

tanıdılmışdır. Yenə onun tədqiqatı sayəsində böyük-kiçik Azər-

baycan  şairləri haqqında, vaxtında ilk təsəvvür hasil edilmişdir. 

Onun əsərləri uzun illər qədim ədəbiyyat tarixçiləri üçün mənbə 

və vəsait olmuşdur. 

 

*** 

Bir institutun görə bilmədiyi işi F.B.Köçərli təkbaşına gör-

müşdür. 

Mir Cəlal, 

yazıçı-ədəbiyyatşünas 

 

O, çoxcəhətli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında rea-



lizmin, demokratik ideyaların inkişafına və yayılmasına çalışmış, 

Axundov ənənələrinin mübariz, fəal təbliğatçılarından olmuşdur. 

Firidun bəy Köçərli  ədəbiyyat tarixi yaratmaq işinə son 

dərəcə ciddi yanaşmış, onun bir sıra prinsiplərini doğru dərk 

etmişdir. Odur ki, “Azərbaycan türklərinin  ədəbiyyatı” kitabını 

Áèáëèîãðàôèéà 

 

45 


“material” hesab edənlər, onun elmi mahiyyət daşımadığını iddia 

edənlər ciddi səhv edirlər. 



Kamal Talıbzadə, 

akademik, ədəbiyyatşünas-alim  

 

Azərbaycan  ədəbiyyatşünaslığını elm səviyyəsinə çatdırmaq 



vəzifəsini böyük məsuliyyətlə  və  şərəflə Firidun bəy Köçərli 

həyata keçirmiş  və  ədəbiyyatşünaslıq elminin tarixinə ilk ədə-

biyyat tarixinin yaradıcısı kimi daxil olmuşdur. Görkəmli elm 

xadimi Firidun bəy Köçərlinin “Azərbaycan  ədəbiyyatı tarixi 

materialları” adlı iki cildlik sanballı  əsəri ilə ölkəmizdə sistemli 

ədəbiyyat tarixçiliyi yaratmaq ənənəsinin möhkəm bünövrəsi qo-

yulmuşdur. Çoxcəhətli elmi-pedaqoji fəaliyyətə malik olan Firi-

dun bəy Köçərlinin monoqrafik tədqiqatları, məqalələri, publisis-

tikası  və  tərcümələri Azərbaycan  ədəbiyyatşünaslığının  ədəbi-

mədəni əlaqələrinin formalaşmasına sanballı töhfədir. 



İsa Həbibbəyli, 

AMEA-nın həqiqi üzvü 

 

Ədəbi ictimaiyyətimizin Köçərli yaradıcılığı ilə yaxından 



maraqlanması tamamilə təbiidir. Çünki XIX əsrin sonu, XX əsrin 

birinci rübündə geniş ədəbi, ictimai, elmi-pedaqoji fəaliyyət gös-

tərmiş Köçərlinin zəngin irsi ədəbiyyatımızın həmin dövrü haq-

qında geniş  təsəvvür yarada bilən qiymətli mənbələrdəndir. 

Firidun bəy Köçərli Azərbaycan  ədəbiyyatşünaslığı tarixində ilk 

dəfə olaraq ədib və  şairlərimizin böyük bir qismini əhatə edən 

ədəbiyyat tarixini yazmışdır. Bu əsərdə 129 şairin  ədəbi irsi və 

onlardan böyük bir qisminin tərcümeyi-halı verilmiş,  əsərləri 

haqqında orijinal fikirlər söylənmişdir. 

Firidun bəy Köçərlinin həm tənqidi məqalələrində, həm də 

tədqiqatçılıq fəaliyyətində bariz şəkildə nəzərə çarpan xüsusiyyət-

lərdən biri və demək olar ki, ən başlıcası, onun müasirlik prob-

lemini həmişə diqqət mərkəzində saxlamasıdır. 

Bəkir Nəbiyev,  

AMEA-nın həqiqi üzvü 


Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

46 



Bu kimi hədiyyələr nəşr edilsə idi, millətimizə  və dilimizə 

böyük xidmət edilmiş olurdu. Zira balalarımız arasında söylənən 

və  işlənən məsəl və tapmacalardan, nəğmə  və düzgülərdən bir 

çoxu xatirimizdən fəramuş olmuş türk sözləri öyrənərdik və 

əvəzinə də qullandığımız əcnəbi sözlərini dilimizdən və yazımız-

dan kənar edərdik. 



Seyid Hüseyn Kazımoğlu, 

ədəbiyyatşünas, tənqidçi 

 

Azərbaycan pedaqoji fikir tarixində  həm nəzəri məsələlərlə 



çıxış edən, həm gənclərin təlim-tərbiyəsində əməli fəaliyyət gös-

tərən, dövrün qabaqcıl maarifpərvərlərinin yazmış olduğu uşaqlar 

üçün  əlavə oxu ədəbiyyatına öz tənqidi münasibətini bildirən 

F.Köçərli olmuşdur.  



Fikrət Sadıqov, 

ədəbiyyatşünas,tənqidçi 

 

F.Köçərli bədii əsərlərdə həyat hadisələrini və insan xarakter-



lərini doğru-düzgün, realistcəsinə  təsvir etməyi geniş  təbliğ et-

mişdir.  



Camal Əhmədov, 

professor 

 

Firidun bəy Köçərli folkloru cameədəki insanların tərbiyəsi, 



ayılması və savadlanması üçün mühüm vasitələrdən hesab edirdi, 

ona görə də xalq ədəbiyyatının toplanması və nəşri üçün çalışırdı. 



Cavad Heyət, 

ədəbiyyatşünas 

 

Firidun bəy Köçərlinin gələcək haqqında sağlam bir roman-

tikası vardı. O, bəzən üzünü sinfə tutaraq, uşaqlara yanıqlı bir 

səslə deyərdi ki, sizə baxarkən mən Azərbaycan xalqının günəşli 

gələcəyini təmin edəcək xöşbəxtlər nəslini görürəm. Oxuyun, 

balalarım, xalqımızın nicat yollarında ona dayaq olun. 



Mehdixan Vəkilov

professor 

Áèáëèîãðàôèéà 

 

47 


Firidun bəy Köçərli mənim qəlbimdə həssas bir insan, qərəz-

siz ədəbiyyatçı, yorulmaz bir maarifçi kimi əbədi iz buraxmışdır. 

 

*** 


Bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla 

qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti-fitri-

lərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Fi-

ridun bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasında istifadə edə 

bilərlər. O, camaatımızın arasından nağıl, məsəl, tapmaca və şeir-

ləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir. 



Abdulla Şaiq, 

şair, yazıçı, ictimai xadim 

 

“Balalara hədiyyə” kitabından vətən qoxusu, dağların  ətri, 

köçərilərin tüstüsü gəlir. 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin