Rzaqulu bəy miRZƏ camal oğlu pənah xan və İbrahim xanin qarabağda hakiMİYYƏTLƏp və o zamanin hadiSƏLƏRİ



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix31.01.2017
ölçüsü2,03 Mb.
#7197
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

 
AĞA MƏHƏMMƏD ŞAH DÜBARƏ QARABAĞA 
QALA ÜSTƏ GƏLDİYİNİ VƏ İBRAHİM XAN 
QARABAĞDAN ÇIXIB DAĞISTANA, CAR VƏ 
BALAKƏNƏ FƏRAR QILDIĞIN VƏ AĞA 
MƏHƏMMƏD ŞAHIN ŞUŞA QALASINDA 
MƏQTUL OLDUĞUN BƏYAN EDƏR 
 
Çün qeyd oldu ki, İbrahim xan davasız və  səbəbsiz öz xahiş  və rizası ilə 
Rusiya dövlətinə ixlas və iradət bağlayıb, öz oğlunu sərdari-əzəm Zubov 
hüzuruna göndərib, dil vermişdi.  İslam və  İran padşahını  tərk edib, öz səmimi 
qəlbi ilə imperatori-əzəm itaətinə raqib olmuşdu. Əlavə ətraf xəvaninlərinə dəxi 
bais olub, Ağa Məhəmməd  şahdan rukərdan qılmışdı. Bunlar tamam Ağa 
Məhəmməd  şaha məlum olub. Onun üçün İbrahim xana görə ziyadə  qəzəbnak 
olub, ədavət və küdurət qıldı. Bu işlər səbəbinə görə İbrahim xanın qətl və dəfinə 
kəməri-hümmət bağlayıb,  əzmi tamam ilə müsəmməm oldu. Pəs buna görə 
səneyi 1210-cu ilin bahar fəsli olanda tədarükü-şayan və  əsakiri-firavan ilə 
Azərbaycan sövbinə hərəkət edib
1
, dübarə Qarabağa və Şuşa qalasına müsəxxər 
qılmağa azam oldu. Və çün müddəti-üç il olurdu ki, afati-səmavi və ərzi-Qarabağ 
vilayətinə ruavər olub, 
 
 
__________________________ 
 
1
 Bu tarix səhvdir. Ağa Məhəmməd  şah 1797-ci ilin baharında yenidən Azərbaycana hücum 
etmişdir. 
 
  
 158

məhsuli-qəllə və sair hübubat elə gəlməzdi. Aclıq və qıtlıq olub. Bir növ şiddəti-
tamam ilə aclıq olmuşdu ki, şul ildə bir çetvert buğda yüz manata və arpa və darı 
altmış manata düşvarlıq ilə məqdur olurdu. Hətta ki, xalq at və qatır və pişik və 
eşşək  əti yedilər. Meşələrdən palıd yığıb, qurudub, dəyirmanda üyüdüb, 
yeyirdilər və çox adamlar aclıqdan həlak oldular. Pəs bu növ aclığa görə  iş 
düşvara və intizara yetişdi.  Əksər Qarabağın ilat və dehat xalqı tamam dağılıb 
fövc-fövc köçüb Şirvan və Şəki və Tiflis və İrəvan vilayətlərinə mütəfərriq oldu. 
Sipahiye-qızılbaş  və  Ağa Məhəmməd  şahın qoşunu dəxi gəlib Araz kənarına 
yetişdilər. Pəs bu növ neçə illərin zəhməti və azuqənin yoxluğu və aclığın şiddəti 
və çoxluğu və Ağa Məhəmməd şahın həm bu tövr ədavət və hərəkətinə görə dəxi 
qəleyi-Şuşada durmaq müşkül idi. Labüdən mərhum  İbrahim xan öz əhl və 
əyalını və evini və övlad və əqvamını və bir para məruf bəylərin və xassü canisar 
mülazamlarının ev və külfətləri ilə qaladan köçüb Dağıstanın Car və Tala 
vilayətinə əzm eylədi. Bu mənzurə ki, orada bir müddət qala. Əgər Dağıstandan 
və Gürcüstandan və sair vilayətlərdən bir tədarük və ianət və layiq kömək gəlsə, 
qayıdıb müqabilə gələ və illa oradan Dağıstana öz qohumu Avar hakimi Ümmə 
xanın evinə gedib, özünü və  əhlü  əyalını  Ağa Məhəmməd  şahın siyasətindən 
mühafizət edə. Və  xəvanin cümləsindən ki, o vəqtdə  mərhum  İbrahim xanın 
hüzurunda var idilər və ondan kənarəlik və ayrılıq ixtiyar etmədilər. Xanın 
damadı Nəsir xan, Əta xan Şahsevən və Səlim xan Şəki vilayətinin hakimi ki, o 
da yenə xanın damadı idi və bir para Şahsevənin və vilayəti Şəkinin bəylərindən 
və onların övlad və yaxınlarından var idilər. Ağa Məhəmməd şah Araz kənarında 
xanın qaladan çıxıb getməyin eşidib, iki minə yaxın atlı qoşuna buyurub ki
gedib bəlkə Gəncə yolunda və Kürün kənarında düçar olub bir iş edələr. Onlar 
dəxi əzm və həzm ilə ilqar edib, Tərtər çayının körpüsündə xanın və sair əşxasın 
köç və əyallarına yetişib, dava ediblər. Köç və külfətdən və sair adamlardan bir 
zərər olmayıb. Amma çox mal və dövləti nəqdü cins köçdən qarət edib 
qayıtmışdılar. İbrahim xan dəxi oradan Kür kənarına yetişib, Səlim xan hakimi-
Şəki ilə ki, qohum idilər. Xan qızını ona vermişdi və onun bacısını dəxi özünə 
almışdı. Onları yaxşı, salamat Kürdən keçirib və özü dəxi evi və  əyalı  və 
xəvasları ilə  İbrahim xana mülhəq olub, Şəkidən keçib, Car və Tala torpağına 
yetişdilər. 
 
  
 159

Əgərçi Car və Tala camaatının böyüklərinə və kəndxudalarına Ağa Məhəmməd 
şah tərəfindən fərman yetişmişdi ki, İbrahim xanı  və sair xanları ki, oraya 
getmişdilər, mane olub, qoymasınlar ki, oradan keçib Dağıstana gedələr. 
Onlardan bir para cahil və nadan adamları  əvvəl bir o təmənnaya düşdülər ki, 
onlara hücum edələr. Amma sonra xanın mənhukəsi, Ümmə xanın bacısı Bikə 
ağa onlara təhdid və tənsih etməyinə görə və bir dəxi bu səbəbə görə ki, müddəti-
mütəmadi Carın və  İlisunun və Balakənin və sair Dağıstanın  əhlləri mərhum 
İbrahim xandan çox hörmətlər və  məhəbbətlər və külliyyə  bəziləri  ənamlar və 
ehsanlar görmüşdülər. Ona görə kamilləri həmin cahillərinə mane olub, bu 
hərəkətdən nadim oldular. Bəd xana və  həmrahlarına çox ehtiram və izzət və 
xidmətgüzarlıq və mehmannəvazlıq edib, onları  hər yerdə hörməti-tamam ilə 
Balakən qəryəsinə yetirdilər. Pəs xan Balakəndə əylənib, fərağət oldu və sükunət 
qıldı. Hamı o camaat onun itaətində  və  təəssübündə  və xeyirxahlığında var 
idilər
1
. Çox ehtiram və izzət və mehmannavazlıq  əmələ  gətirdilər ki, biqayət 
rizaməndlik hüsula yetdi. 
Əlqissə, iyirmi gün müddəti xan Balakəndə əylənmişdi ki, Ağa Məhəmməd 
şahın  Şuşa qalasında məqtul olmaq xəbəri xana yetişdi. Ağa Məhəmməd  şahın 
ölümünün müqəddiməsi belə olubdur ki, xan Balakənə köçüb gedəndən sonra 
Ağa Məhəmməd şah bilaniza və beduni mane Şuşa qalasına gəlib, İbrahim xan 
mərhumun böyük oğlu general-mayor mərhum Məhəmmədhəsən ağanın 
imarətində mənzil ixtiyar edib əyləşir. Müddəti-bir həftə aradan keçir. Bir gecə 
qəzadan, bir əmrdən ötrü ki, xatirinə nagüvara olub iki nəfər pişxidmətlərinə ki, 
çox xidmətgüzari müqərrəb imişlər, acığı tutub, qəzəbnak and içib, deyib ki, əgər 
sabah olur, sizin hər ikinizə  də  əzim siyasət edərəm. O iki nəfərin adları birisi 
Səfərəli bəy və birisi Abbas bəy imiş. Çün onlar bilmişlər ki, onun dediyi və 
buyurduğu hərgiz təğyir və təbdil olan deyil, canlarının qorxusundan o gecə onu 
qətlə yetirməyi lazım bilib amadə olublar ta ki, səhərin açılmasına yaxın ki, şah 
yuxuda imiş. Hər ikisi xəncər çəkib  şahın tacını, cavahir həmailini, 
bazubəndlərini, məşhur olan Nur və Kuhi-Nur daşlarını götürüb 
 
 
 
 
 
 
 
                                                 
1
 
Burada əsas nüsxədən bir vərəq düşdüyündən, biz bu çatışmayan hissəni B-1917 şifrə altında 
saxlanılan nüsxədəki 29b, 30b vərəqlərdən götürmüşük. 
 
 160

sübh vaxtı Sadıx Şəqaqinin yanına gedib, həqiqəti-əhvalı ona hali ediblər. Sadıx 
xan  əvvəl bu nağılı  şahın hiyləsi təsəvvür edib, etimad etmədi. Fikir eylədi ki, 
nəbada bu hiylə ola ki, şah istəronu təcrübə etsin. Şah tərəfindən həmişə 
xatircəmliyi yox idi və canı qorxulu var idi. 
Axırül-əmr müqəlləz and və qəsəmlər ilə inandırdılar. Durub gəldi yenə tam 
kəmali-xof ilə  dəstiri-sabiq ilə imarətə daxil olub, haman otağın ki, şah orada 
yatmış idi, pərdəsin ədəbi-təmam ilə götürüb baş endirib, ahəstə otağa daxil oldu. 
Hərçənd Səfərəli bəy qatil ona dildarlıq verirdi. Yenə Sadıx xan xaif və hərəsan 
idi. Pəs Səfərəli bəy irəli gedib, şahın üstündən yorğanı  çəkib, onun xunalud 
bədənini Sadıx xana göstərib. Sadıx xan tab gətirməyib haman saat fövri qayıdıb 
şahın bazubəndlərini, tac və  həmailini götürüb öz mənzilinə  gəlib səs saldı ki, 
şah məni Gürcüstan və Gəncə tərəfinə məmur edibdir. Özünün tamam tabelərini 
və Şəqaqi qoşununu təmamən görürüb, qaladan çölə çıxıb və haman Abbas nam 
qatili-şah dəxi onun yanınca gedib, Səfərəli bəy qalada qaldı. Elə ki Sadıx xan 
yola düşdü, iki saat çəkmədi ki, şahın qətlə yetişməyi qalanın içində şöhrət tapdı. 
Pəs Qızılbaş xanları  sərasimə  və  pərişan olub hər kəs öz təvabelərilə  əllərinə 
gələni götürüb, istecal ilə fövc-fövc yola düşüb qaçmağa məşğul oldular. Şəhərin 
əhli tökülüb hər kəsi ələ keçirdilər, tutub soyub, lüt edirdilər. Qala əhli xəbərdar 
olub, şah olan imarətə tökülüb, qarət ağaz etdilər. Məhəmməd bəy ki, mərhum 
İbrahim xanın qardaşı Mehrəli bəyin oğlu idi, o vaxtlar qalada şah yanında idi. 
Bir yaxşı, şüca və rəşid və xoşsurət və məşhur cavan idi ki, hamı əhaliyi-vilayət 
onu sayardılar və bir eldən və camaatdan idilər. (Molla Pənah) bu əşarı inşa edib, 
ona mərqum və mərsul eylədi: 
 
Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax,  
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax. 
 
Əhli zülmi necə bərbad eylədi bir ləhzədə,  
Hökmi-adil, padşahi-qadirü qəhharə bax. 
 
Sübh söndü, şəb ki, xalqa qiblə idi bir çırağ,  
Gecəki, iqbali gör, gündüzdəki ədbarə bax. 
 
  
 161

Taci-zərdən ta ki, ayırdı dimaği-pürğurur,  
Paymal oldu təpiklərdə səri-sərdarə bax. 
 
İbrət et Ağa Məhəmməd xandan ey kəmtər gəda, 
Ta həyatın var ikən, nə şahə, nə xunxarə bax. 
 
Baş götür bu əhli-dünyadən ayaq dutduqca qaç,  
Nə qıza, nə oğula, nə aşina, nə yarə bax. 
 
Vaqifa, göz yum cahanın baxma xubu ziştinə,  
Yüz çevir, Ali-Əbayə, Əhmədi-Muxtarə bax. 
 
Çün Ağa Məhəmməd  şahın aqibəti və müqəddiməyi-əhvalı bu növ olub 
Məhəmməd bəyin  ərizəsi  şahın kəsilmiş başı ilə Balakənə  İbrahim xanın 
hüzuruna yetişdi. Xan və cümlə baxan əşxas və əyanlar ibrətlər hasil edib, bəd əz 
an necə ki, rəviyeyi-nəcabətdir orada şahın başına hörmət və ehtirami-tamam ilə 
qüslü kəfən etdirib və mötəbər və yaxşı kamil mollalar ilə göndərib, Carın 
üzmalarının məqbərələrində möhtərəm məhəldə dəfn etdilər və bir para maneə-
lər və səbəblər cəhətinə İbrahim xan Qarabağa, tez qayıtmaq məqdur olmayıb üç 
ay müddəti Balakəndə  təvəqqüf etdi. O vaxtlarda hər tərəfdən, xüsusən 
Gürcüstan valisindən və Gəncə hakimi Cavad xandan və Şirvan və Şəkidən xana 
çox sovqatlar, töhfə  və  hədayalar gəlirdi, hamısı izhari-dusti və ixlas və 
məhəbbət və yeganəlik edirdilər. Buna görə ki, çün o tövr, sahibi-calal padşah ki, 
qəvi olan düşmən idi. Fövt olub və hamı Azərbaycanın və sair məmalikin böyük-
lərini və xəvanini həmişə İbrahim xanın əzəmət və şövkətini və əmrini nüfuz və 
cərəyanını  və  hər yerdə sayılmasını çox müddət götürmüşdülər və bilirdilər. 
Hamısı bu səbəbə itaət məqamında var idilər.  İstərdilər ki, qeyrilərdən irəli öz 
xeyir və  səlahları üçün onun rizayi-xatirini ələ  gətirib sədaqət və  məhəbbət və 
möhkəm olan xüsusiyyət əmələ gətirələr. 
Əlqissə, mərhum  İbrahim xan bəd  əz an ki, bir ay müddəti keçmişdi ki, 
Balakəndə  təvəqqüd edirdi. Öz qohumu avar hakimi Ümmə xan Dağıstanın 
ruəsaları və böyükləri və sərkərdələri ilə və külli tədarüki-məkulat və məlbusat 
ilə  və külli-qoşun ilə xanın yanına gəldilər. Orada o ki, lazimeyi-qohumluq və 
mehribanlıq və mehman- 
 
  
 162

darlıq və insanlıq idi, necə ki, şöylə əmiri-əzəmdən o tövr mehmani-möhtərəmə 
şayistə olan qayət mərtəbədə  əmələ  gətirib nəinki yalnız mərhum xana və 
övladına və Qarabağ bəylərinə, bəlkə tamam orada olan Şahsevən xanlarına və 
onların adamlarına və bəylərinə və əyallarına taarüfdən və hörmətdən və xörək 
və puşakdan və  xərci-məişətdən necə ki, lazımdır qüsur və füturu qoymadılar. 
Hamı barədə ziyad olan rizaməndlik hüsula yetdi. Çün iki ay qədəri xan orada 
qaldı. Qarabağa gəlmək əzmin eylədilər... 
 
ON ÜÇÜNCÜ FƏSİL 
 
BİR PARA MÜQƏDDİMƏLƏR Kİ, 
AĞA MƏHƏMMƏD ŞAH FÖVT 
OLANDAN SONRA VƏ İBRAHİM XAN 
QARABAĞDAN ÇIXANDAN VƏ 
QAYIDIB GƏLƏNDƏN SONRA 
ÜZ VERİB, ONLARI BƏYAN EDİR 
 
O cümlədən Molla Pənah Vaqifin ölmək hekayətidir. Belə ki, məşhur 
Axund Molla Pənah bir sahibi-kəmal və müddəbir və  təcrübəli və  şair və 
xoşməqal adam idi. Əsli Qazax camaatından idi, amma gəlib Qarabağda İbrahim 
xanın hüzurunda izzət və  şöhrət və xüsusiyyət hasil etmişdi ki, xanın ondan 
kənar məsləhəti olmazdı. Onun vəziri və mötəmidi idi. Və hər ümuri-hökumət və 
qeyridə Axund Molla Pənahın tədbiri və müşavirəsi ilə  rəftar edərdi. Hər necə 
düşmüşdüsə ona yaxşı inanıb etimadi-külli etmişdi ki, hamı övlad və 
əqrəbalarından artıq onun xatirin və hörmətin mənzur edirdi. Və külli-ixtiyarın 
ona vermişdi
1
. Xan Dağıstana, Car və Balakənə gedən vaxtda Molla Pənah, çün 
Muğanlı  Cəmil ağanın ittifaqı ilə  Təklə Muğanlı  həmçinin  əslən qədim Qazax 
elindəndirlər, ikisi də Tiflis canibinə getmişdilər. Oradan Qarabağa müaviyət 
edən zamanda və yainki, bir rəvayətdə Qarabağdan Ağa Məhəmməd  şahın 
xofundan qaçıb xanın dalınca o tərəfə  əzm etdiyi halda, Gəncənin dağlarının 
həvaləsində Gəncə hakimi Cavad xan onu özünə ümdə olan sovqat 
 
 
 
 
 
 
 
_____________________ 
 
1
Nüsxədə olan çatışmazlığı M-195 şifrəli əlyazmadan 77b, 78b vərəqlərindən görüşmüşük. 
 
 163

bilib, tutub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah 
onu tutub çoxdan qətlə yetirmək arzusunda idi. Haman vaxt ki, onu dəstgir edib 
şahın hüzuruna qalaya gətirmişdilər, axşartı vaxtı idi. Şaha məlum etmişdilər, şah 
buyurmuşdu ki, onu möhkəm saxlasınlar ki, sübh onu əzim olan siyasətlə qətlə 
yetirəcəyəm. 
Əlqəza, təqdir belə oldu ki, haman o gecə Ağa Məhəmməd şahı öldürdülər və 
Molla Pənah salamat qaldı. Bu qəribə mücməl hekayətin keyfıyyəti-təfsili budur 
ki, çün Axund Molla Pənahı qüruba bir-iki saat qalmış Şuşa qalasına gətirdilər. 
Məhəmmədhəsən ağanın evinin qapısında ki, şah orada mənzil eyləmişdi, dəstgir 
saxlayıb şaha məlum etdilər. Şah buyurdu ki, bu gecə onu yaxşı mühafizət edin, 
sabah ona bir siyasət edim ki, ibrətün-naziran olsun. Qərəz o halda 
Məhəmmədhüseyn xan Qacar ki, şahın çox yaxınlarından idi, Axundu qapıda 
əlibağlı görüb soruşdu: “Bu kimdir?” Dedilər: “Bu haman məşhur Molla 
Pənahdır ki, eşidibsiniz?” Haman dəm ağzını föhşə açıb Axunda çox yaman 
föhşlər və itab və xitablar eylədi. Axundi-biçarə  ərz eylədi ki, “Ey xani-
əzimüşşən. Siz böyük olan şəxs varsınız və padşahi-İranın mötəmidi və 
nəzərkərdəsi və müqərrəb hüzurusunuz. Layiq deyil ki, siz dəstgir və günahkar 
və müqəyyəd və giriftar və biçarə və dərməndələrə yaman kəlmələr və föhş və 
hədyan sözlər buyurasınız. Bəlkə sizin rütbə və məratibinizə şayəstə olan budur 
ki, gərək ətvar və əxlaqi-həsənə və küftar və rəftari-nəcibanə sizdən zühur edə. 
Bu gunə dərmandə və əsir və xaif olan acizlərə siz dildarlıq gərək verib, iltifat və 
mərhəmət,  əvf və  ətayə ümidvar qılasınız. Nəinki  şahın qəzəbindən qəzəbnak 
olub, dilazarlıq edəsiniz”. Məhəmmədhəsən xan bu cür kəlamatdan heç bir 
mütəəssir olmayıb yenə föhş və hədyanı ziyadə başladı: 
 
Axund, hər ke dəst öz can beşuyəd, 
Hər çe dər del darəd bequyəd. 
(Ey axund, canından keçibsə bir kəs  
Ürəyində nə varsa açıb deyəcək). 
 
Məzmuna görə  dəxi qərar etməyib, haman xanın cavabını  dəxi-ziyadə 
föhşkarlıq və darüştgüftarlıq edib dedi: “Ey xani-nanəcib, qəzayi-sübhani və 
dövri-zamani və müqəddimeyi-fərdani sən nə bilirsən, bəlkə sabah şah mənə 
ənam və xələt də verib, xoşhal və 
 
  
 164

azadə edəcəkdir və ya fələyi-kəcrəftar və  təqdiri-pərvərdigar bir qeyri-təriq yol 
gedəcəkdir! 
Şəb abestən əst, ta çe zayəd be ruz. 
(Gecə hamilədir, görək gündüz nə doğacaqdır). 
 
Mən ki indi dustağam,  şah dustağıyam, sən nəkarəsən ki, mənə  təərüz və 
əziyyət edə biləsən. Məhz bu günə  ətvari-naqabil sənin nakəs və nanəcibliyinə 
dəlildir. Həqq-təala kərim və rəhimdir”. Məsəldir ki, mıxı mismar eyləyən vardır. 
Qəzara iş  şöylə oldu ki, o gecə  şahı öldürdülər. Molla Pənah salamat qurtardı. 
Axund, Ağa Məhəmməd  şahın  əlindən xilas oldu. Amma Məhəmməd bəyin 
əlində giriftar olub qətlə yetişdi. Səbəbi-qətli bu idi ki, çün Axund mərhum 
İbrahim xanın yanında sahibi-ixtiyar və müdəbbirkar olan vaxtlarda Məhəmməd 
bəy ona çox hörmətlər edərdi ki, onun tədbiratı  səbəbinə xandan bir para 
təmənnaları var idi, əmələ  gələ. Axund vasitəçilik eyləyə, onu İbrahim xana 
ziyadə yaxın qıla və  bəlkə  qızını da ona ala ki, müqtəzi ül-məram ola. Amma 
onun bu mütalibatı axundi-məzburdan hasil olmamışdı və onun məsulatını icabət 
qılmamışdı. Çünki Məhəmməd bəy çox rəşadətli və qüvvətli və  səlabətli idi. 
Tamam əmizadələri və xanın qohum və əqrəbaları və müqərribləri məcmuən ona 
hasid və məand və düşmən var idilər. İstəməzdilər ki, Məhəmməd bəy İbrahim 
xana şöylə yaxın ola. Hamısı ona bədxah idilər və bir də ki, çox fəsad işlər yer 
üzündə övrət səbəbinə olubdur. Deyirlər Molla Pənahın bir yaxşı, gözəl, sahibi-
camal məşhurə övrəti var idi ki, çox şöhrətli idi və  Məhəmməd bəy dəxi onun 
şöhrətini və  tərifı-camalını  eşitmişdi. Ona eşqi və  əlaqəsi var idi. Çün övrət 
cahilə və cavan, axund qoca və natəvan idi və əlavə Məhəmməd bəyin rəşadət və 
şücaəti və xoşsurət olduğu və  fərasəti padşah xəzinəsi  əlində olmağı  və cavan 
oğlanlığı övrəti dəxi ziyadə ona əlaqələndirmişdi. Övrət Məhəmməd bəyə demiş 
idi ki, hərgah Molla Pənah hali-həyatda sağ ola, şəraitə görə mən sənə gedə bil-
mənəm. Bir səbəb dəxi bu idi ki, pareyi-fəsadpişə adamlar özlərinin səlahkarları 
üçün Məhəmməd bəyi təhrik etmişdilər ki, Axund Molla Pənahı öldürə ki, o 
səbəbə Məhəmməd bəy İbrahim xandan uzaq ola və onlar da Məhəmməd bəyin 
hüzuruna sahibkar və yaxın olalar, iş-güc sahibi və rəşid və xəzinə sahibi və şüca 
adamdır. 
 
  
 165

Onları mühafızət qıla, xoş ovqat olalar və işrət qılalar. Hər hal ilə isə qərəz Ağa 
Məhəmməd  şahın qətlindən neçə gün sonra Molla Pənah Axundu və bir oğlu 
Qasım Ağanı
1
 Məhəmməd bəyin əmri ilə tutub qətlə yetirdilər. İndi qala içində 
günbədi var ki, orada mədfun ediblər.  Əlqissə, bais o oldu ki, ondan sonra 
Məhəmməd bəyin  İbrahim xan ilə  ədavəti zahir olub, dəxi heç bir vəch ilə 
xatircəm olmadı. O qədər kənar gəzdi ki, axır gedib Şəkidə öldürüldü ki, onun da 
hekayəti  ənqərib məzkur olacaqdır. Dəxi haman məzkurə  və  məşhurə övrəti 
Molla Pənah məqtul olandan sonra Məhəmməd bəy alıb özünə övrət eylədi. Bir 
az müddətdən sonra ki, Mustafa xan Şirvanlı, Məhəmməd bəyi qətlə yetirdi, 
haman övrəti Sarıcalı Hüseyn bəy adlı ki, əsli qarabağlı idi, şəkili 
Məhəmmədhəsən xanın yanında olardı, o, almış idi, onun övrəti idi ki, o, Hüseyn 
bəy dəxi sonra Şəkidə dəxi qaçıb Şirvana Mustafa xanın yanına getmişdi. Orada 
sakin olub, gahi oradan Qarabağa quldurluğa gələrdi. Bir dəfə  dəxi quldurluğa 
gələndə Mehdiqulu xan ağa olan zamanda dəstəsilə gedərkən xidmətində 
polkovnik Fərəculla bəyin atası Uğurlu bəy və Əsəd bəyin atası mayor Rüstəm 
bəy və sair bəylərdən həm var imişlər. Haman quldur dəstəsinə düçar olub, 
quldurları basıb və  qırıb dağıtmışdılar və haman Hüseyn bəyi dəxi Uğurlu bəy 
öldürmüşdü. Elə ki fövt oldu, ondan sonra haman övrəti Mustafa xan alıb özünə 
övrət eləmişdi və ondan Mustafa xanın iki oğlu oldu ki, ona kimi Mustafa xanın 
övladı olmazdı. Qəzadan o oğlanlar olandan sonra Mustafa xan haman övrətə 
təlaq verib boşadı. Övrət dəxi Qarabağa gəldi və Qarabağda dəxi mayor 
İmamqulu ağa almışdı ki, bu yaxın illərədək sağ qalmışdı. Səksən ildən yuxarı 
ömr elədi. Bu qəbil hekayətlər Qarabağda çox olub, tamamisi yazılsa çox böyük 
tulani kitab olar, qalsın. 
Əlqissə, çün Ağa Məhəmməd  şah qalada məqrul oldu və  İbrahim xan dəxi 
Balakəndə üç ay qaldı. O müddətdə Məhəmməd bəy Qarabağda hökumət əmrinə 
və divan etməyə  məşğul var idi. Əgərçi Məhəmməd bəy bir hökumət fikrinə 
düşüb, Axund Molla Pənahı öldürüb və övrətini ahb və üstünə  rəşadətli 
adamlardan çox cəmiyyət yığıb, ilatdan və qeyrilərdən bir parça özünə ixlasmən 
olanlardan külli dəstə və havaxahlar cəm edib, şahın xəzinəsi də ki, təsərrüfündə 
idi bihədd olan qızıl və gümüş və cavahiratı ki, var idi, pareyi- 
.
  
 
 
 
 
 
1
  
                                                 
1
 
Bütün mənbələrdə M.P.Vaqifın oğlu Əli ağa adlanır
 
 166

məşhur adamlara verib, özünə cəmiyyət və havaxah çox fərahəm etmişdi. İlatın 
bir parasın dəxi köçürüb Araz kənarına aparıb, orada oldu. Sadıq xan Şəqaqi ilə 
həm qohumluğu var idi və  İranda dəxi hənuz bir padşah müəyyən olmamışdı. 
Xalq Sadiq xana müti var idilər. Ona dəxi arxalanıb istərdi ki, hökumətə otura, 
görə axırı nə gunə olur və mirati-ruzigar nə surətə zahir qılır... Pəs elə ki, iki ay 
qədəri  İbrahim xanın Balakəndə  məks etməyindən keçdi, Qarabağın və 
Şahsevənin orada olan əhlləri Balakəndən Qarabağa gəlmək əzminə düşüb sövbi-
vətənə varid olmağa  şayiq oldular. Pəs xan məsləhət görüb əvvəl Balakəndən 
Mehdiqulu xanı ki, şul vaxtda Ağa derlər idi, Qarabağın bəylərinin övladları ilə 
və neçə  nəfər bəyzadələr ilə yola saldılar ki, o gəlib Qarabağa daxil olanda 
Qarabağın əhlləri bir para xilaf işlərə mürtəkib olmayıb, avazeyi-təmərrüd kənar 
olur. Pəs Mehdiqulu xan bəyzadələr ilə  gəlib Qarabağ torpağına yetişdilər və 
Məhəmməd bəy də  hərçənd onun barəsində zahirən bir para rəviyyələr və 
mehribanlıqlar  əmələ  gətirdi. Amma çünki əyyami-cavanlığın və o günə var-
dövlət və xəzaneyi-padşahlığın hövasına görə və bir parə insani təhriklər nəfsin 
və tamahın tələbinə görə batinən başına həvəsi-hökumət düşüb Mehdiqulu xana 
o qədər də məhəl-güzar olmaz idi. Mehdiqulu xan dəxi zərurəti-həsbi ilə onunla 
müdara qılıb pərdədürlük etməzdi. Gah ətraf səmtlərdə və gah qala içində yola 
gedərdi və  həqiqəti-əhvalı  və siyaqi-rəftari dəxi  ərizə ilə atası  İbrahim xan 
hüzuruna pişnihad edib, müntəzir var idi. Çün bu əxbar Kür kənarında İbrahim 
xana yetişib öz böyük oğlu Məhəmmədhəsən ağanı üç yüz ləzgi qoşunu ilə  və 
Qarabağ  sərkərdələrilə çaparvar göndərib yolda Məhəmmədhəsən ağaya belə 
xəbər verdilər ki, Məhəmməd bəy xanın gəlmək avazəsin eşidib, Qarabağın ilat 
xalqını yığıb, bir parasın köçürüb Arazın səmtinə aparıb orada saxlayıb və özü də 
çıxıb qalanın üç ağaclığında vaqe olan Kirs dağında cəmiyyəti-tamam ilə 
əylənib,  əzmü iradəsi budur ki, dava başlayıb, müxalifətə başlaya. Buna görə 
mərhum Məhəmmədhəsən ağa sürəti-tamam ilə haman ləzgi qoşunu ilə ilqar 
edib, Məhəmməd bəyin cəmiyyəti və  həvaxahları  və özü ki, əsas və calal ilə 
şahın alatəpə və sərapərdəsin bu Kirs dağında dəxi qurub əylənmişdilər. Onların 
sərvəqtinə varid oldu. Çün Məhəmmədhəsən ağa həqiqətdə çox sahibi-tədbir və 
sahibi-hörmət, sahibi-nəcabət, sahibi-vüqar və sahibi-rəftar adam 
 
  
 167

idi və xalq hamı onu sayardılar və heç kimsə ona etinasızlığa olmağa cürət 
etməzdilər. Elə ki Qarabağ əhli mərhum Ağanı görcək hamısı fövc-fövc gəldilər, 
Ağanın xidmətinə baş endirdilər və  bəziləri  əlini öpdülər. Hamı  Məhəmməd 
bəyin yanında olanlar gəldilər. Hərçənd Məhəmməd bəy  əvvəl dəfə bir qədər 
xofnak oldu, amma axır Məhəmmədhəsən ağa ona xatircəmlik verib. O da gəlib 
Ağanın əlindən öpdü və üzr istədi və Ağa dəxi onu hər babda xatircəm edib çox 
məhəbbətlər etdi və hətta o qədər mehriban oldu ki, qızını da ona verməyə xahişi 
oldu. Bir az müddət müvafıq olub bir-biriylə mehriban oldular. Sonra bir neçə 
nəfər  şər adamlardan Məhəmməd bəyin yanında var idilər ki, onun istiqlal və 
hökumət xəyalında olduqları vaxtda bir para fəsad işlərə bais və mürtəkib 
olmuşdular. Məhəmmədhəsən ağa onlara Məhəmməd bəyin öz gözünün 
qabağında tənbeh və siyasət olmağa əmr eylədi. Mehdiqulu xan da ki, qala içində 
idi. Elə ki eşitdi qardaşı  Məhəmmədhəsən ağa qoşun ilə  gəlib qalanın 
bərabərindən keçibdir. Haman dəm də Məhəmməd bəyin mənsub etdiyi adamları 
ki, öz əmizadələri idilər, tutdurub məhbus eləmişdi. Pəs mərhum 
Məhəmmədhəsən ağa Qarabağın ilat camaatına xatircəmlik və asayiş verib, hamı 
mahallara hökmlər yazdı ki, məcmui-xəlayiq asudə və rahat olub öz iş-güclərinə 
və kəsbü güzəranlarına məşğul olsunlar. Pəs ondan sonra mərhum İbrahim xan 
dəxi gəlib Qarabağ torpağına yetişib öz məğərri-hökumətində  qərar tutdu və 
Qarabağın ilat və dehatı və əksər camaatı aclıqdan və qəhətlikdən pərişan və pis 
vəziyyətdə olub Gəncə  və  İrəvan və  Şirvan və Gürcüstan vilayətlərinə dağılıb, 
hətta Rum vilayətinə dəxi dağılıb mal və dövlətləri təmamən qarət gedib, ziyadə 
əfsurdəlik olmuşdu və ətrafının zülmkar xəvaninləri dəxi, əgərçi zahirdə itaət və 
məvəd-dətilafi edirdilər. Amma batinən hamı öz səlahlarını güdüb və öz 
nəflərinə talib idilər. O cümlədən  şirvanlı Mustafa xan vəqti ki, İbrahim xan 
Balakəndə idi, şəkili Məhəmmədhəsən xan ki, Səlim xanın böyük qardaşı idi və 
Səlim xan hakimi-Şəki ki, İbrahim xanın damadı idi və o da xanın ittifaqı ilə 
Dağıstana getmişdi. Mustafa xan Məhəmmədhəsən xanı təhrik edib, gətirib özü 
də ona kömək və yardım qılıb,  Şəki vilayətində hökumət  əmrində qoydu. Ba 
vücudi ki, haman Məhəmmədhəsən xanın gözləri dəxi kor idi. Mustafa xan o 
qədər də razı deyildi ki, Səlim xan Şəkidə hakim olsun. Çünki Səlim 
 
  
 168

xan İbrahim xanın damadı idi və bir-birinə müttəfiq idilər. O gəlib Şəkidə yenə 
hökumət edəndə  və Qarabağ  və  Şəki birləşib müvafiq olanda ona zərərləri 
yetişirdi və onda Mustafa xan acizlik və itaətindən qeyri onlara başqa yol ilə 
üstünlük edə bilməzdi. Pəs buna görə  Məhəmmədhəsən xan ilə razılıq edib, 
Səlim xan Dağıstandan gəlməmiş onu Şəkidə hökmran elədi ki, məbada Səlim 
xan gəlib yenə  Şəkidə hökumətə  əyləşə. Onu bidəxil etmək mətləbi idi və 
Məhəmməd bəy də  Məhəmmədhəsən ağa ona xatircəmlik verdikdən sonra 
asudəxatir olub, o da sair xəvanin övladları kimi mərhum Pənah xan övladı  və 
silsüəsinin içində mütləğa can qorxusu xatirinə gələn deyildi. Saymaz və rəşid və 
hünərmənd igid idi və həm o övqat saymazlıq məğrurluğu və xəzinə  və dövlət 
havası və əlavə bir para şərir adamlar ki, xan Qarabağdan çıxıb və yenə vilayətə 
gələnədək bihesab işlər tutmuşlardı, onların təhrik etməkləri bais olub ki, xəzinə-
dən çoxusunu Qarabağın dağlarında və daşlarında gizləyib və bir qədərin dəxi 
özü ilə aparıb Kürün kənarında olub, xana səmt gəlmədi. Pəs Məhəmmədhəsən 
xan  şəkili ki, gözləri kor idi və Mustafa xan şirvanlı ilə müttəfiq var idi və 
qədimdən İbrahim xan ilə ədavəti küllüləri var idi, onun ilə dostluq binası qoyub 
Məhəmmədhəsən xan Məhəmməd bəyi aldadır. Adam göndərib Məhəmməd 
bəyə  təhrik edir ki, gəlsin buraya, Şəki vilayətində  əyləşsin. Mən özüm bir 
naibina və kor kişi varam və  qızımı da ona verib özümə onu oğul edirəm və 
burada  Şirvan hakimi Mustafa xanın bir para hərəkatı  və  nərəva təklif və 
təhəkkümatı  məni cana yetirib, təngə  gəlmişəm, gəlsin  Şəkidə hökumət etsin. 
Çünki qədimdən Məhəmməd bəy Mustafa xanın atası  Ağası xanı  və qardaşı 
Əhməd bəyi və əlahiddə qardaşını öldürmüşdü. Bu səbəbə ki, Məhəmməd bəyin 
atası Mehrəli bəyi ki, İbrahim xanın qardaşı idi, Şirvan vilayətində Mustafa 
xanın atası  Ağası xanın adamları öldürmüş idilər. Ona görə  Məhəmmədhəsən 
xan Mustafa xanın təhrik və fitvası ilə  Məhəmməd bəyə  fərib verdi ki, bəlkə 
oraya gedə. Mustafa xan orada onu ələ  gətirib öldürə. Bu mənzur ilə 
Məhəmmədhəsən xan çox and və  qəsəmlər ilə  mərhum Məhəmməd bəyi 
inandırıb öz yanına aparmışdı  və haman günü ki, oraya yetişib, haman dəmdə 
onu tutub və hər nə ki, əlində və yanında dövlət və cavahir və qızıl-gümüş və sair 
nəqdü cins var idi hamısını alıb sahib və mütəsərrif olub və dəsti 
 
  
 169

Mustafa xana xəbər eyləmişdi və Mustafa xan dəxi təcili tamam ilə  gəlib 
Məhəmməd bəyi məhbus və bağlı alıb, orada qətlə yetirmişdi: 
 
Bəli ruzgar əst anke gəh izzət dəhəd və gəh xar darəd,  
Çərxi-bazigər əz in baziçeha besyar darəd...
1
 
Əlhasil, Ağa Məhəmməd  şahın düşmənçiliyi və Qarabağa gəlməyi Qarabağ 
vilayətini xarab və viran etdi və xalq tamam mütəfərriq olub dağıldılar. Bir 
yandan dəxi taun azarı  şiddət elədi və aclıq və  qəhətlik  əmələ  gəldi. Vilayət 
ziyadə qüsur və  məğşuşluq hasil etdi və dağılanı dağıldı  və qalanlarına dəxi 
Mustafa xan hakimi-Şirvan və Məhəmmədhəsən xan hakimi-Şəki və Cavad xan 
hakimi-Gəncə çox zərərlər və qarətlər yetirdilər. O həm bir xarabalığa bais oldu 
və  ətraf dəxi hər canibdən günə-günə cürətə  və  ədavətə başladılar. Qarabağın 
vilayəti və  İbrahim xanın  əsas və calal və  işi və istiqlal və hökuməti bir qədər 
kəsrü nöqsan hasil elədi. Pəs bu əsnalarda Fətəli şahın əhvalı yetişdi ki, İranda 
şah olubdur və İbrahim xana elçisi gəldi. 
 
ON DÖRDÜNCÜ FƏSİL 
 
Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin