Rzaqulu bəy miRZƏ camal oğlu pənah xan və İbrahim xanin qarabağda hakiMİYYƏTLƏp və o zamanin hadiSƏLƏRİ



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix31.01.2017
ölçüsü2,03 Mb.
#7197
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

SƏRDARABAD VƏ İRƏVANIN FƏTHİ 
 
Paskeviç  İrəvana gedib iri topları  Sərdarabad üzərinə  çəkdi. Haman il 
sentyabrda qalanı topa tutdu, tezliklə qalanı öz ixtiyarına gətirdi. 
Hədsiz-hesabsız azuqə, ehtiyat və başqa sursatları  əlinə keçirdi. Oradan 
haman il oktyabrın onunda İrəvan qalası üzərinə yürüş etdi. 
Neçə gün bu qayda ilə topları güllə ilə doldurub, şəhərin  şimal tərəfindəki 
divarını alt-üst etdi. Şəhər  əhli nə  qədər səy, nə  qədər hümmət etdisə  də fayda 
vermədi. Nəhayət, ruslar şəhəri güc ilə tutdular. Həsən xan və başqa əmirləri əsir 
və həbs etdilər. 
Oranın işini qaydaya salandan sonra müharibə  və vuruşma məqsədilə Xoy 
tərəfə, Abbas Mirzənin üzərinə hücum etmək qərarına gəldi. 
 
KNYAZ ERİSTOVUN TƏBRİZ ÜZƏRİNƏ  
GETMƏSİ 
 
Abbas Mirzə  Təbrizlə Xoy arasındakı Evoğluda olduğu zaman sərdarın 
əmrilə knyaz Eristovun Abbasabad həvalisindən keçib Mərənd yolu ilə Təbrizə 
gedəcəyini eşitdi. 
Belə deyilirdi ki, knyaz Təbrizə getməzdən  əvvəl Mərənd tərəfində  Bəhri-
Zənd adı ilə məşhur olan bənddə dayanacaqdır. Şahzadə gözətçi sifətilə Mərəndə 
gəlib gördü ki, knyaz bir neçə gözətçi 
 
  
 105

qoyub, Təbrizə  tərəf getmişdir. Yenə  də Evoğluya qayıtdı. Səs düşmüşdü ki, 
sərdar (Paskeviç) Sərdarabad və  İrəvanın işini bitirib Xoya gəlir. Axşamçağı 
Araz tərəfdən bir toz qalxdı. 
Qızılbaş qoşunu qorxuya düşüb, bunu Arazı keçib onların üzərinə hücum 
edən sərdar qoşunu hesab edərək, yüklərini bağlayıb Xoy şəhərinə tərəf qaçmağa 
üz qoydular. Ondan sonra məlum oldu ki, tozu çaya su içməyə  gələn qoyun 
sürüsü qoparmışdır. Abbas Mirzə bu işdən çox təəssüf etdi və dedi: “Qoyunun 
qopardığı tozdan qaçan bir qoşunla rus müharibəsinə getmək ağlasığışmaz bir 
işdir”. 
Ş e i r (sətri tərcümə): 
 
Ey ərəb, qorxuram sən Kəbəyə yetişə bilməyəsən. 
Bu yol ki, sən gedirsən, bu Türküstan yoludur. 
 
Və bir də dedi: “Mən şahlar arasında ən bədbəxtiyəm, hər bir şahın özünün 
tayı və babı olmuş, ona ya qalib gəlmiş və ya qaçıb xilas olmuş. Amma mənim 
düşmənim mənə tay deyildir. Rus kimi sayda güclü bir dövlətdir, mən nə edə 
bilərəm, nə ona güc gələr, nə də qaçıb qurtara bilərəm”. 
Odur ki, ruslardan qabaq Təbrizə çatıb onlarla sülh etmək məqsədilə oradan 
köçüb Təbrizə yola düşdü. 
Şahzadə Abbas Mirzə  Təbrizin bir milliyinə yetişən kimi xəbər gəldi ki, 
knyaz Eristov sərdar Paskeviçin əmrinə görə  mərəndli Nəzərəli xanın 
oğlanlarının bələdçiliyi ilə Təbrizə daxil olmuşdur. 
Bu məsələnin şərhi belədir: 
Knyaz Eristov sərdar Paskeviçin əmri ilə qoşun götürüb, Arazdan keçərək 
Təbrizə getməli olur. Öz ixtiyarında olan qoşunu Arazdan keçirib Mərəndə gəlir. 
Mərəndli Nəzərəli xanın oğlanları Abbas Mirzə onların atalarını boğduqdan 
sonra ondan uzaqlaşmışdılar. Onlar həmişə knyazın yanına gəlib ona öz itaət, 
qulluq və  sədaqətini bildirmək üçün fürsət axtarırdılar. Vaxtdan istifadə edən 
knyaz onları ümid elədi ki, bir neçə gündən sonra Təbrizə gedəcəklər. Nəzərəli 
xanın oğlanlarının bələdçiliyi ilə on dəstə  Mərəndi keçib Təbrizə getdi. Rus 
qoşunu Təbriz həvalisinə yetişən kimi, Təbriz  əmirləri darvazaları açıb  əyan-
əşrəflə bəylərbəyi Fətəli xan və müctəhid Mir 
 
  
 106

Fəttah darvazaların açarını götürüb itaət simvolu olan duz-çörəklə knyazı 
qarşılamaq üçün şəhərin kənarına gəldilər. Knyazın qarşısına çıxmazdan  əvvəl 
darvazalardan top atdılar. Knyaz davanın başlandığını  zənn etdi. Sonra bunun 
salam atəşi olduğunu başa saldılar. Hamı knyazın hüzuruna gəlib onu ehtiram və 
izzətlə şəhərə apardılar. Abbas Mirzə ürəksıxıcı hadisəni eşitdikdən sonra o gecə 
qızılbaş əmirləri və xanları ilə iclas və məsləhət etdi: “Bundan sonra gedib atama 
və qardaşıma dəxil düşmək, onların vilayətlərinə göz dikmək mənə ölümdən 
betərdir. Rus imperatoruna boyun əymək daha yaxşıdır, o, böyük və  rəhmli 
padşahdır. Onun ixtiyarında mənim kimi şahlar və  şahzadələr çoxdur, əlbəttə, 
məni də bir oğul, bir general kimi hesab edər, bir parça çörək verər ki, asudəliklə 
öz həyatımı keçirim”. 
Beş yüz nəfər xan və xanzadəni götürüb rus imperatorunun yanına getməyi 
məsləhət gördü. Bu məsləhəti və öz fikrini haman gecə öz xəzinədarı Biçin xanla 
qoşunları ilə Mərənddə dayanan Paskeviçə məlum etdi. Sərdar cavabında yazdı: 
“Mən bir neçə günə Təbrizə daxil olana kimi bu məsələ qalsın. Təbrizdə sizinlə 
görüşüb işi həll edərəm”. Abbas Mirzəyə bu bərk toxundu və bundan xəcalət 
çəkdi. Özünə tabe olan qoşunu və adamların bir hissəsini dağıtdı. Bir az qoşun 
saxlayıb Səlmas yolu ilə Marağa yaxınlığındakı Dehqarqana gəldi. Paskeviç 
Təbrizə daxil oldu, şəhərin işlərini nizama salmağa başladı, hakimlərdən hər kəsi 
öz vəziyyəti və bacarığına görə rütbəyə çatacağını ümidvar etdi. Bir neçə 
generalları yaxın  şəhərləri tutmağa göndərdi. General-mayor Laptev Urmiyanı 
zəbt etdi. General-mayor Pankratyev Marağanı aldı. General-adyutant Suxomilin 
Ərdəbili tutdu. Bundan sonra Abbas Mirzə ilə əlaqə başladı. 
Paskeviç Abbas Mirzə ilə Marağanın Dehqarqanında görüşdü. Cənab sərdar 
ona hörmət və izzət göstərdi. Bir an belə ondan heç bir hörməti  əsirgəmədi. 
Onlar bir müddət söhbət etdilər, aralarında sülh və dostluq yarandı, təminat və 
xəsarət barəsində danışıldı. Əvvəlcə, Fətəli şah razı olmadı, vaxtı uzatmaq istədi. 
Bir neçə müddətdən sonra sərdar Təbrizə gəldi. Abbas Mirzə də öz məmləkətinə 
getdi. Əmirlər arasında dostluq və birlik möhkəm oldu. Sərdar yaxşı bilirdi ki, bu 
fəsadları, işlərin çətinliyini, münaqişələri sülh yolu ilə imperatordan başqa heç 
kəs həll edə bilməz. Buna görə ikinci dəfə vuruşa 
 
  
 107

başlamaq fikrinə düşdü. Bütün ətraf qoşunları toplayıb  İraq və Tehran səfərinə 
hazır olmaq əmrini verdi. Belə  səs yaydı: “Mən Tehrana gedib paytaxtı  zəbt 
edəcəyəm”. 
Bu  əsnada Abbas Mirzə bu əhvalatı öz atası  Fətəli  şah Qacara xəbər verdi: 
“Budur sərdar Paskeviç nagəhani bəla kimi üzərimizə gəlir”. Bundan sonra Fətəli 
şah sülhə razı olmağa məcbur oldu. Türkmənçay adlanan yerdə ikinci dəfə 
müzakirə başlandı. Hər iki tərəf sülh müqaviləsini bağlayıb dostluğun  əsasını 
qoydular, iki tərəf arasında müqavilələr yazılıb, möhürlənib bağlandı. Araz 
çayını iki dövlətin sərhədi təyin etdilər. Bundan başqa Qızılbaş dövləti yeddi 
kürur - beş yüz min babaxanı tüməni verməli oldu. O zaman hər tümən dörd 
manatdan bir qədər az idi. Rusiya hesabı ilə on üç milyon manat eləyirdi. Bu 
pulları  təzminat hesabına verməyə razı oldular. Bir neçə  şərt və  əhdnamələrlə 
sülh bağladılar. Bütün təzminatı verənəcən Xoy vilayətini girov olaraq tutdular. 
Barışıq 1244 (1828)-cü il fevral ayında bağlandı. Təzminatın qalan hissəsini 
verəndən sonra Xoy da İran dövlətinə  təslim olundu. Cənab general irəvanlı 
sərdar qraf Paskeviç qoşunu götürüb Tiflisə yollandı. Mirzə  Əbülqasim 
Qaimməqam - Abbas Mirzənin vəziri bu barədə bir neçə misra demişdir. Yaxşı 
olar ki, burada ondan bir neçə beyt qeyd edək: 
 
Ş e ir {sətri tərcümə): 
 
Bu dünya gah insanı əzizlər, gah zəlil edər,  
Bu oyunbaz dünyanın belə çox oyunu vardır.  
O gah özünü kafirlər kimi islamla töhmətləndirər.  
Gah rahban və keşişlər kimi kafirliyə meyl edər,  
Gah Xorasandan Tiflisə yalançı qoşun çəkər.  
Gah Peterburqdan Təbrizə amansız ləşkər gətirər... 
 
  
 108

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MİR MEHDİ XƏZANİ 
KİTABİ-TARİXİ QARABAĞ 
  
 109

MİR MEHDİ XƏZANİ VƏ ONUN 
“KİTABİ-TARİXİ-QARABAĞ” ƏSƏRİ 
 
Mirzə Adıgözəl bəydən sonra Qarabağ tarixinə dair Azərbaycan dilində  əsər yazmış ikinci 
müəllif Mir Mehdi Xəzanidir. 
Mir Mehdi Mir Haşım bəy oğlu Qarabaği təqribən 1819-cu ildə  Zəngəzur qəzasının Bərgüşad 
mahalına daxil olan Məmirli kəndində anadan olmuşdur. 
Hələ kiçik yaşlarından atasız qaldığına, ailə  vəziyyətinin ağırlığına baxmayaraq, mükəmməl 
təhsil almış,  ərəb, fars dillərini öyrənmiş, dövrünün bir sıra elmlərinə  dərindən yiyələnmişdir. 
“Xəzani” təxəllüsü ilə şeirlər yazmışdır. Bu şeirlər ilk dəfə olaraq bu yaxınlarda çap edilmişdir
1
. Mir 
Mehdi Xəzaninin həyat və yaradıcılığını  tədqiq edən N.Quliyev öz araşdırmalarında onun 1830-cu 
ildə Qarabağa Şıxımlı kəndinə, 1838-ci ildə Gencəyə köçməsi, orada məktəbdarlıqla məşğul olması, 
yenidən Şıxımlıya geri qayıtması və 1859-cu ildə Qarabağa Tuğ kəndinə köçməsi haqqında məlumat 
verir
2

Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün 
Azərbaycan dilində  mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdir
3
. O təxminən 1894-cü ildə 
vəfat etmişdir. 
Mir Mehdi Xəzaninin yaradıcılığında  ən  əsas yeri onun “Kitabi-tarixi-Qarabağ” tutur. Müəllif 
özünün müqəddimədə qeyd etdiyinə görə  əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşirin 
“Qarabağ tarix”lərindən  əlavə “təvarixi-qədimlər”dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi 
Məhəmmədbəy Cavanşirin xahişi ilə “xalis türki” (Azərbaycan-A.F.) dilində yazmışdır.  Əsər 
müqəddimə, 24 fəsil və xatimədən (nəticə) ibarətdir
4

Azərbaycan SSR EA Əlyazmaları  İnstitutunda “Kitabi-tarixi-Qarabağ”ın beş  əlyazma nüsxəsi 
saxlanılır. 
Keyfiyyət etibarı ilə başqa nüsxələrdən fərqlənən B-518 şifrəli  əlyazmanı transliterasiya üçün 
etibarlı saydığımızdan bu əlyazmanı çapa hazırlamağı lazım bildik. Fikrimizcə; bu nüsxədə müəllif 
tərəfindən düzəlişlər aparılmış və redaktə olunmuşdur. Əlyazma XIX əsrin ikinci yarısında naməlum 
katib tərəfindən Platunovun 7 №-li fabrikində hazırlanmış kağıza nəstəliq xətti ilə köçürülmüş, 105 
vərəqdən ibarətdir. 
“Kitabi-tarixi-Qarabağ”ın B-2044 şifrə altında saxlanılan  əlyazma nüsxəsi 1298/1880-ci ildə 
naməlum katib tərəfindən nəstəliqtəlin xətti ilə köçürülmüşdür. Əsər 147 vərəqədə yerləşdirilmişdir. 
Kitabın üçüncü - B-3158 şifrəli əlyazma nüsxəsi Həsənəli Qaradaği tərəfinden 1298/1880-ci ilin 
avqust ayında  Şuşada üzü köçürülmüşdür. Bu nüsxədə  əsərin adı  səhv olaraq “Asar ul-Camal” 
(“Camalın əsəri”) kimi qələmə alınmışdır. 
Yuxarıda qeyd etdiyimiz bu üç nüsxə dil və üslubuna görə bir-birindən fərqlənməyən 
nüsxələrdir. Yerdə qalan “Kitabi-tarixi-Qarabağ”ın iki nüsxəsi isə yuxarıdakı üç nüsxədən bir qədər 
dil və üslub cəhətdən fərqlənirlər. Bunlar B-1917 və M-195 (I) şifrə altında saxlanılan  əlyazma 
nüsxələridir. M-195 (I) nüsxəsi  şikəstə-nəstəliq xətti ilə 1 məhərrəm 1294/16 yanvar 1877-ci ildə 
Hacı  oğlu Çələbi tərəfındən köçürülmüşdür. B-1917 şifrəli nüsxə isə naməlum katib tərəfındən 
1322/1906-cı ildə nəstəliq xətti ilə köçürülmüş və digər nüsxələrlə tutuşdurulmuşdur. 
Mir Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ”  əsəri digər “Qarabağnamə”lər içərisində 
özünəməxsus yer tutduğuna baxmayaraq, ilk dəfədir ki, çap olunur. Əsərin dili və üslubu olduğu kimi 
saxlanılmışdır. 
 
__________________________ 
1
Mir Mehdi Xəzani. Əsərləri (tərtib edənlər N.Quliyev, R.Kərimov), Bakı, 1989. 
2Yenə orada, səh.5; N.Quliyev. Xəzani, “Elm və həyat” jurnalı, №2, 1977. 
3
Əli Hüseynzadə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı, Bakı, 1967, səh.114. 
4
Bizim istifadə etdiyimiz B-518 şifrəli əlyazmasında 25 fəsil var. 
 110

BİSMİLLAH ƏR-RƏHMAN ƏR-RƏHİM 
 
Hemdü sənayi-bihədd və  ədəd ol maliki-külli-məmalik və xaliqi-külli-
xəlayiqi-xüdavənde şayistə və layiqdir ki, taci-dövlət və şərafəti və külahi-izzət 
və səadəti hər kimin başına layiq bilsə qoyar və hər kimsədən nəz edib soyar ki, 
filhəqiqə dövlət və bəxtiyarlıq və sultan və sərdarlıq və hər növ sahibi-ixtiyarlıq 
məhz onun kərəmi-əmim və lütfi-qədimindər ki, xaliqi aləm və aləmiyan və 
saneyi-zəminü asiman və müğəllibi-övzai-zaman və  xəbər-dari-cəmii-aşikarü 
nəhandır cəllət  əzəmətəhü ve əmmət nemetehu. Və bedə çün sahibani-əql və 
bəsirətə  və hüşməndani-əhli-fərasətə bu əmr vazeh və  məlumdur ki, keçən 
güzarişat və  vəqayeyi-qədim  əhval və  təvarixi bilib və  xəbərdar olmaq və  hər 
vilayətin keyfıyyət və övzaina mülahizə qılmaq insan üçün baisi-ibrət və bəsirət 
və əz cümlə səyahət və mərifi və ziyadəti fəzl və mənfəətdir
1*

 
Bəsirəti-əhli-ibrət sanma hər cahildən əxz eylər,  
Süluki-əhli-təriqi mürşidi-kamildən əxz eylər.  
Seyahəti-bəhrü bərr seyri deyil ərbabi-ürfanə,  
Ki, talibi-rəsmi-hikmət arifı-aqildən əxz eylər. 
 
Bu mənalara görə  bəzi məxadimi-cani və  əxlan-ruhani, o cümlədən sər-
dəftəri-ərbabi-məani və mehri-sipehri-izzət və rüfət və nüktədani-alicahi-
nicabəti-iktibah ki, səramədi-ərbabi-bəsirət və növnəhali-riyazi-nəcabət idi, 
səvabiqi-irtibat və  təzayidi-iltifatları  səbəbinə bu mühibbi-xeyirxah və raciyi-
iləllah Axund Seyid Mir Mehdi ibn mərhum Mirhaşım bəy ibn Mirzə Məhəm-
mədbağır-əl-Musəvi-ər-Rəzəvi, vəziri-vilayəti-sülseyi-Məşhədül-müqəddəssiyül-
əsl və Qarabağiül-məskən, mütəxəllis be-Xəzanidən xahişmənd oldular 
 
 
 
 
 
                                                 
*
 
1
 Bütün məmləkətlərin maliki və bütün xilqətlərin xaliqi olan Tanrıya həmd və duamız 
layiqdir. Hər kimin başına layiq bilsə dövlət tacı, izzət, səadət və  şərafət papağı qoyar. Həqiqətdə 
dövlət və  bəxtiyarlıq və sultan və  sərdarlıq, hər növ sahibi-ixtiyarlıq məhz onun böyük kərəmi və 
qədim lütfundədir ki, xaliqi-aləm və aləmlər və yeri-göyü yaradan, zamamn vəziyyətini dəyişən, 
bütün aşkar və gizli şeylərdən xəbərdar olan odur. Onun əzəməti daha cah-calallı və nemətləri daha 
bol olsun. Və sonra çün əql və  bəsirət sahibləri, fərasət huşməndləri üçün bu məsələ aydın və 
məlumdur ki, keçmiş hadisələr və əhvalatlar, qədim əhval və tarixləri bilib xəbərdar olmaq və hər bir 
vilayətin keyfıyyət və  vəziyyətini mülahizə etmək insan üçün baisi-ibrət və  bəsirət, həm-çinin 
səyahət və mərifət, fəzl və mənfəəti artırar.  
 
 111

ki, bir kitabi-məcmueyi-müxtəsər tərtib və  təsnif edib və vazeh türki lisanına 
tərcümə  qılıb yazam ki, Qarabağ vilayətinin qədim və  cədid övza və keyfiy-
yətləri və  xəvanini-sabiqeyn-mərhumin Pənah xan və  İbrahim xan və Mehdi-
qulu xanın  ənsab və  əhval və  bəzi vəqaye və hekayətləri və Rusiya dövləti ilə 
İran dövlətinin təlaqiyi-əvaillərdə vaqe olan pareyi-cəng və ədavətləri onda cəm 
və mündərəc ola ki, həm mütaliə edənlər əhvali-vilayətə müttələ olub bəsirət qıla 
və  həm bu duaguyi-müxlisdən mütəzzəkkir xatir olunmaq üçün yadigar qala. 
Əgərçi mən özümdə o ləyaqəti görməz idim və bu cür hadisələri yazıb qələmə 
almağı ömrünü sərf edib kağız üzərinə qeyd etməz idim. Bununla belə  zəbani-
türki, xüsusən istilahati-əhaliyi-Qarabağ tamam adi, bərbəzəksiz və çox sadə 
olduğu səbəbə heç cür yazı ki, mərifət sahiblərinə təqdim etməyə layiq ola əmələ 
gəlməz idi və əgər sözlər dəyişilib qanun-qayda çərçivəsinə sığışsaydı və başqa 
ifadələrlə yazılsaydı, təmiz türk dilində olmazdı. Lakin şul məxdumi-əzizin 
xatiri-şərifləri ziyadə  əziz olmaq üçün əmrindən təcavüz etmək  əmri-müşkül 
olurdu və bu mətalib tələbkarı olan bu nüsxə  təlif və  tərğimini həmin bu türki 
istilahati-Qarabaği ilə  təmenna qılardı. Fehəza təhriri mavəcə  əhvalı lazım bir 
zəmmə bilib tərğiminə  şüur etdim. Ümid ki, mütaliə edənlər müayibi üçün 
bəndəni müatib etməyib məsadiqinə görə  həqiri məfuz və  məzur buyuracaqlar, 
minallah tovfıq. Bu kitabça bir müqəddimə və iyirmi dörd fəsil və bir xatimə ilə 
itmamə yetişdi. 
Ya rəbb, nə olur qəbuli-dərgah ola bu,  
Hər məcməi-xassü amə həmrah ola bu.  
Lütfün bu səvadə bir şərafət verə kim,  
Ərbabi-vəfa görəndə dilxah ola bu. 
 
  
 112

AMMA MÜQƏDDİMƏ. BU HEKAYƏTLƏRİN 
ƏSİL ƏVVƏL RAQİM VƏ RAVİLƏRİN 
BƏYAN EDƏR 
 
Çün mərhum Mirzə Camal qalabəyi Məhəmməd xan bəy oğlu Cavanşir 
Dizaği
1
  əlli il qədri mərhumeyi-İbrahim xan və Mehdiqulu xan xidmətlərində 
mirzəlik edib və Qarabağ vilayətində  dəxi vəzarət  əmrində olub və xanların 
hökumət  əyyamı münqəzi olandan sonra müddəti-mütəmadi yenə Rusiya 
dövlətində xidmətkar və kargüzar olub qocalmışdı
2
 və özü dəxi ülumi-ərəbiyyə 
və farsiyyə və türkiyyədən xəbərdar və təvarix kitablarında və müsini və kardan 
kəslərdən təfəhhüs qılmaqda və  hər gunə  işlərdə kamil və huşyar idi və 
Qarabağın cəmi  əhvalatına və  hər növ nağıl və hekayətinə dürüst müttələ  və 
xəbərdar idi. 1847 tarixi-məsihiyyədə ondan sərdari-sabiqi-məmaliki-səneyi-
Qafqaziyyə general-adyunfanter sahibi-ənvayi-həmayilat knyaz qraf Mixail 
Semyonoviç Voronsov əhvalati-xəvanini-sabiqəni xahiş buyurmuşdu. Mirzə 
Camal dəxi onun fərmayişinə görə  əhvalati-Qarabağı  və parəyi-vəqayei-
xəvanini-mərhumani-mütəfərri-qədən müfəssəl edib ona mərğum və  mərsul 
qılmışdı. Onun köhnə  və faris nüsxəcatı mütəfərriqə  mənim yanımda hazır idi. 
Həmçinin kapitan Mirzə Adıgözəl Göranlı Haqverdi bəy oğlu, Qazaxi-ül-əsl dəxi 
özü bir zirək və kamil adam idi ki, o da mərhum Mehdiqulu xanın hökuməti-
əyyamında onun hüzurunda hörmət və ixtiyar sahibi olmuşdu və ondan sonra 
sərhədlərdə nayiblik edib və sabiq komendantlar və naçalniklər yanında kargüzar 
olmuşdu və özü dəxi erməni və rus və gürcü dillərin və ərəbi və farsi istilahatın 
yaxşı bilirdi
3
. Haman Mirzə Adıgözəl dəxi, Rusiya hakimlərinin 
 
 
 
_________________________________ 
1
Azərbaycan tarixçisi, “Qarabağ tarixi” müəllifi Mirzə Camal Cavanşir (1773-1853) nəzərdə 
tutulmuşdur. 
2
Mirzə Camal 1840-cı ildə qocalığı ilə əlaqədar olaraq istefaya çıxmışdır. 
3
Söhbət ilk dəfə “Qarabağnamə” yazmış görkəmli Azərbaycan tarixçisi Mirzə 
Adıgözəl bəydən (1780-1848) gedir. 
 
  
 113

bəziləri ondan xahiş etməyinə görə, o da yenə bir para güzarişaş və vəqayei ki, 
məzkur xanların  əsrlərində Qarabağda və  Gəncə  və Tiflis və  Şirvanatda vaqe 
olmuşdu, bir kitabça tərtib edib yazmışdı. Onun həm surəti yanımda var idi və 
bunlardan əlavə təvarixi-qədimlər həm mövcud idi. Bu kitabı onlardan məxuz və 
mərqum edib tərcümə və təlif etdim. Ümid ki, xilafı olmaya. İnşallah təala. 
 
ƏVVƏLİNCİ  FƏSİL 
 
QARABAĞ VİLAYƏTİNİN ƏSİL ABADLIĞINI 
VƏ SINUR-SƏRHƏDİNİ VƏ ONDA OLAN 
QƏDİM ŞƏHƏRLƏR VƏ NƏFLİ KÖHNƏ 
ARX VƏ NƏHİRLƏRİ BƏYAN EDƏR 
 
O ki qədim təvarixə görə Qarabağ vilayətinin sınur və sərhədi budur: Cənub 
və qiblə tərəfi Araz çayıdır ki, Xudafərin körpüsündən gedir ta Sınıq körpüyə ki, 
Dəmirçi-Həsənli və Qazax əhlinin içində vaqedir ki, əmnayi-dövləti-Rusiya ona 
Krasmy most adı qoyublar, yəni Qızıl körpü derlər. Şimal tərəfi Kür çayıdır və 
məşriq tərəfi Cavad qəryəsidir ki, orada Araz ilə Kür suyu bir-birinə mülhəq olub 
gedib dəryayi-Xəzəriyə müttəsil olurlar və  məğrib tərəfi böyük dağlardır ki, 
Qarabağın və  Gəncənin və Qazax Şəmsəddin xalqının yaylaqlarıdır. Amma 
keçən  əsrlərdə  bəzi zamanlar iğtişaşlıq çox olub, bəzi övqat İran və Rum və 
Türküstan padşahları bu vilayətlərə təsəllüt tapıblar. Övzai-zəmanə mütəğəyyar 
olduğu səbəbə  bəzi məkanlarda qalalar salıb və qeyri-sayaq abadanlıq edib, 
əlahəddə sərhədlər qoyublar və qeyri-ismlər ilə mövsüm ediblər. 
 
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar, 
Daim təğyir ilə təbdil qılıb şüar. 
 
Bundan qiyas eylə ki, gör gahi yay olur, 
Gahi xəzanü, gahi zimistanü, gahi bahar. 
 
Gah səfavü eyşü təravətdə gülü çəmən
Məcmu səbzü xürrəm olur bağu laləzar. 
 
  
 114

Gah fəsürdəxatir üşşaq tək zəmin, 
Fəsli-xərif cümlə nəhifü fükarü qar. 
 
Güldən gedər o ətrü səfa gördüyün tamam,  
Biçarə əndəlib olur bağdan kənar. 
 
Gəh bir zəlili qaldırırbən dəhr edər əziz,  
Eylər cəhanə xosrovi-sultani-tafdar. 
 
Gəh bir əzizi sərvərü sultanü xan ikən, - 
Eylər bu ruzigari-cahanda zəlilü xar. 
 
Ari Xəzani dəhrdə bu rəsmdir qədim,  
Əlbəttə bu fənayə könül vermə zinhar. 
 
Şimdi Qarabağda sərhəd budur: Cənubiyyən rudi-Arazdır, Xudafərin 
körpüsünün ta Cavad, Əlvənd və  Zərdab kəndlərinin müqabilinə (kimi). 
Şərqiyyən Kür suyudur. Qərbiyyən kühüstanatü-əzimi-Qarabağdır ki, Köşbək və 
Salvartı  və  Ərikli dağlarıdır.  Şimaliki, Gəncə ilə Qarabağın sərhədidir, Göran 
çayıdır. Bu Qarabağ vilayəti Aran məmləkəti cümləsindədir. Ol zaman ki, Nuh 
peyğəmbər  əleyhissəlam  əsrində tufan oldu, tufan keçəndən bir müddəti-
mütəmadi keçəndən sonra Nuh peyğəmbərin övlad və əhfatından bir kimsə Aran 
adlı gəlib bu vilayətlərdə malik və hökmran olub, bu məkanları abad edibdir və 
Kür suyu ilə Araz çayının arasında vaqe olan şəhərlərə və vilayətlərə ki, ibarət 
ola Tiflis və İrəvan və Naxçıvan və Gəncə ki, imdi Yelizavetpol ad qoyulubdur 
və Qarabağ vilayətində vaqe olan Bərdə  və Beyləğan  şəhərlərinə ki, imdi hər 
ikisi də xarabalardır, tamam bunlara öz ismini qoyub Aran müsəmma edibdir. 
Buna görə ki, onun öz adı Aran imiş və dəxi əvvəl şəhər və qala ki, Qarabağda 
bina olunub Bərdə  şəhəridir ki, Tərtər çayının üstə  və Kür suyunun üç 
ağaclığında və qiblə tərəfində vaqedir və ol şəhərin əhli qədim sabiqdə xaçpərəst 
imişlər. Xulafayi-sabiqi bəni Abbasiyyə ki, şəhri-Bağdadı bina və abad edib və 
darül xəlafə  qılıb  əyləşdilər. Həmin  əsrdə ki, tarixi-islamiyyə  sənə 306 hicridə 
mütabiqi-sənəyi-məsihiyyə 889 sənədə o şəhərin əhli müsəlman 
 
  
 115

oldular
1
  və ondan sonra Beyləğan  şəhəri Qarabağda səmti-Araz da bina olub. 
Onu da Qubad padşah ki, İran və fars padşahlarının cümləsindəndir o, bina 
edibdir ki, təxminən min beş yüz il olur və  bəlkə daha dəxi ziyad ki, haman 
Qubad padşah rudi-Arazdan
2
 bir əzim arx götürüb səhrayi-vəsiül-fəzayi 
Beyləğanda şəhər bina eyləyib Köndələn çayı ilə Qarqar çayının arasında yaxşı 
kəndlər salıb, əmlak və məzrəələr rəiyyətlərə təyin və təqsim etdirib, abadlıq və 
məmurəlik qaldırıbdır ki, hamı o aralıq bağ, ziraətgah və abadlıq imiş  və 
qədimül-əyyamda o arxın adı Bərlasdır ki, imdi Govur arxı kimi məşhur olubdur. 
Dəxi haman şəhər və  nəhr və  kəndlər abad idilər, tainki islam tarixi 695-ci 
hicridə Çingiz xanın qoşunu
3
 gəlib o şəhəri mühasirə eylədilər və bir neçə aydan 
sonra oranı təsəllüt tapıb, o şəhəri qətliam buyurub şul arxı və şəhəri viran və xak 
ilə yeksan etdilər.  Əhaliyi-Qarabağ  dəxi təmamən mütəfərrin olub dağlara və 
Şirvanat vilayətlərinə dağıldılar və Çingiz xanın əhvalı budur ki, yazıblar: Çingiz 
xan ibn Yəsukay Bahadur ibn Bərtan ibn Fil - əvvəl adı Temuçin idi. Səneyi 649-
cu tarixdə Zilqədə ayının 26-cı günündə anadan mütəvəllüd olub
4
 ta otuz yaşına 
yetişənədək işi çox tənəzzüldə idi. Elə ki (yaşı) otuzdan təcavüz eylədi, 
günbəgün əhvalı və bəxti-dövləti və calalı qəvi olub ismi Çingiz xanı ona itlaq 
olundu.  Əzəmət və  şövkəti qayətdə  tərəqqi bulub, tamam məmaliki-Quran və 
Xatay və Xubən və Çin və Maçin və Dəşti-Xəra və Seqestin və Bulqar və Valan 
və Rusiya, dəxi qeyri müsəxxər edib sahib oldu. Dəxi şul zamanda İran padşahı 
Sultan Məhəmməd Xarəzmşah idi
5
. Müddətlər Çingiz xan ilə mabeynlərində 
ülfət və saziş və dostluq var idi, tainki 
 
 
 
 
 
 
 
 
 
_____________________________________ 
1
Miladi tarixi düzgün göstərilməmişdir. Hicri 306-cı il - 14/VI - 918-3/VI - 919 ili əhatə edir. 
Müəllif burada Mirzə Camalın səhvini təkrar etmişdir. Bax: Mirzə Camal.Qarabağ tarixi, Bakı, 1959, 
səh.12. 
2
Mirzə Camal “Araz” əvəzinə “Kür” yazmışdır (Qarabağ tarixi, səh.12). 
3
Xəzani Çingiz xanın qoşunlarını Azərbaycana gəlməsini səhv olaraq 695 hicri göstərir, bu da 
miladi tarixi ilə 1295/1296-cı illəri əhatə edir. Məlumdur ki, monqol dəstələri Beyləğanı 618-1221-ci 
ildə qarət edib dağıtmışlar. 
4
Müellif burada da tarixi düzgün göstərmir. Çingiz xan 649/1251-ci ildə yox, təqribən 550/1155-
ci ildə anadan olmuşdur. 
5
Sultan Məhəmməd Xarəzmşah  İranın yox, Xarəzm dövlətinin padşahı idi. İranın ancaq bir 
hissəsi 1194-cü ildə Xarəzmşahlar tərəfindən zəbt edilmişdir. 
 116

Xorasan hakimi Sultan Məhəmməd Xarəzmşahın ittilai və izni ilə beş yüz nəfər 
tüccadi Türküstani Çingiz xanın tabelərindən olalar, Xorasan diyarında qətlə 
yetirib çox əmval və  əcnas və  nəfanelərini qarət və  təsərrüf etdilər. Bu səbəbə 
Çingiz xan əzim qeyznak olub, bihədd olan qoşun çəkib  İran məmalikinə 
mütəvəcceh oldu. Dəxi hər tərəfdən əsakiri-naməhsur İran hüduduna məmur və 
müqərrər özü dəxi Muğan və Mazandaran səmtindən hərəkət eləyib  əsgəri-
məmaliki-İrana qalib oldu və  qətli-am eylədi. Yazıblar ki, məcmui  İranı 
müsəxxər qılıb, bir növ qətlü-am eylədi ki, heç bir təvarixdə belə  iş 
görülməmişdi. Həmin ildə adı çəkilən Beyləğan şəhərini dəxi şöylə qətlü-am və 
şəhər və arxını viran və yer ilə yeksan etdi. 711-ci ildə yenə Turana müraciət 
qılıb müddəti-iyirmi beş il tamam məmalikə padşahlıq edib axır ki, 724-cü 
tarixdə Ramazan ayında dari-qüruri-fənanı vida edib vəfat etdi
1

 
Beyt: 
Bəli, belədir rəsmü-ayini-dəhr  
Nə lütfu olur paydar, və nə qəhr. 
 
Əlqissə, çox müddətlər Qarabağın Beyləğan  şəhəri və o nəhri-əzim xaraba 
qaldı. Tainki Teymur padşahi-Qurqani ki, məmaliki-Türküstandan Rum 
məmləkətinə ləşkər çəkib və Rum məmalikinin sultanı İldırım Bəyazid ilə cəng 
və davalar eylədi və sultani-Ruma qalib olub
2
 oradan müraciət edən zamanda bu 
sərzəmin cənibindən qayıdıb gəlib bu vilayətlərə. Güzarı Muğan və Beyləğan 
şəhərinə düşüb bir neçə müddət Arazbar səmtində  əylənib təfərrür və tamaşa 
edərkən o məkan qayətdə xoşuna gəlib, dübarə onun abad olmağına əmr eylədi 
və dəxi ətraf və cəvanibdən rüaya və xalqları cəm etdirib, yenə Beyləğan şəhərini 
abad qılıb və haman arxı  təmir edib suyun o şəhərə cari eylədi və ondan bir 
müddət abad olub. Pəs Səfəviyyə padşahları əsrlərinə yavuq, İran əsgərləri Rum 
və Gürcüstan 
 
 
 
 
 
 
________________________ 
1
 Bu tarixlər də səhvdir. Çingiz xan 724/1328-1329-cu ildə deyil, 624/1227-ci ildə vəfat etmişdir. 
Görünür bu səhvlər müəllifin yox, əsərin üzü köçürülərkən buraxılmışdır. 
2
Teymur 1402-ci ilin 28 iyulunda Ankara yanındakı döyüşdə  İldırım Bayazidin (1389-1402) 
osmanlı qoşunlarını məğlubiyyətə uğratdı. 
 
  
 117

və  Şirvanat tərəfinə  gəlib-getməkdən və  tərəddüd etməkdən yenə oralar xarab 
olub, sakinləri dağılıb pərakəndə oldular; ondan ta indiyədək o şəhər və  nəhr 
bərbad və viranə olub, hənuz qalıbdır. Fil həqiqətə o arx çox böyük və  əzim 
arxdır və çox mənfəətli və mədaxilli arxdır. Əgər təmir oluna, onun altında hər 
qəsmi ziraat və məhsulat əmələ gələndir. Bağ və əbrişəm, çəltik, taxıl, pambıq, 
bostan, maş, küncüt və hər növ məhsul yaxşı əmələ gəlir. Əgər bir çetvert buğda 
ziraət olunsa otuz çetvert
1
, bəlkə ziyadə əmələ gəlir və  cəmin-əqsami-məhsulat 
və hübubat orada olandır. Xüsusən darı  və  çəltik ki, təxminən  əgər bir çetvert 
əksələr olur ki, bəlkə əlli çetvert ya ziyadə əmələ gələ və ziraət olunmağı dəxi 
asandır ki, iki öküz ilə yaxşı  əkmək olur, əgər bu arx yaxşı  təmir olub yaxşı 
nizam və zabitə ilə ola, əlbəttə ki, əqəllən altı, yeddi min ev dəxi ziyadə orada 
rifahallıq ilə və fəraqəti-tamam ilə güzəran və təiş edə bilərlər ki, kəndlər salıb və 
bağ və ziraət qaytarıb ənva və əksam mədaxillər hasil edib nəfbərdar olarlar və 
vüsət ilə güzəran qılalar. Dəxi bu Govur arxı məşhur və məzkur olandan əlavə 
yenə neçə arxlar vardır ki, Arazdan Beyləğan  şəhərinə  və  səhrasına qədim 
zamanlarda çıxarıblar ki, hər bir arxın üstündə yaxşı böyük kəndlər abad olub 
mərğub güzəran edə bilərlər ki, hər birisi yüz, iki yüz ev ola. Qəllədən və 
çəltikdən və bağdan və ipəkdən və pambıqdan və sair ənva mədaxilatdan gəlirlər 
hasil edib, çox yaxşı kamil vüsət ilə  məişət və güzəran edərlər.  Əgərçi  şəhri-
Beyləğan təxminən dörd-beş yüz ildən ziyadə olur ki, xarab olubdur, amma o 
qeyri kiçik arxlardan mərğumeyi-Pənah xanın və  İbrahim xanın  əvail 
hökumətlərində abad olanı var idi ki, xanlar həm nəfbərdar olardılar. Haman 
kiçik arxların adları bu təfsil ilədir: Kürək arxı, Meymənə arxı, Luvar arxı, 
Gəmiçi arxı, Sarı arx, Ayaz arxı, Xan arxı, Taşqay arxı. 
 
 
 
 
 
 
 
 
 
 
________________ 
1
 Bir çetvert 250 puda bərabərdir. Bu hissəni Xəzani Mirzə Camaldan istifadə edərək yazmışdır. 
Müqayisə üçün bax: Mirzə Camal Qarabaği, Qarabağ tarixi, səh.12. 
 
  
 118

İKİNCİ FƏSİL 
Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin