MÜQƏDDİMƏ
Mirzə Adıgözəl bəyin "Qarabağnamə" əsərində Qarabağın 1736-cı ildən
1828-ci ilə kimi siyasi tarixi göstərilir.
Bu illər ərzində siyasət aləmində bir çox böyük hadisələr olmuşdur. 1747-ci
ilə kimi, yəni Nadir şah öldürülənə kimi Qarabağ İran dövlətinin hakimiyyəti
altında idi. Nadir şahın ölümündən sonra İranda hərc-mərclik və şahın taxt-tacına
sahib olmaq istəyənlər arasında mübarizə başlandı. Mərkəzi siyasi hakimiyyət
əldən-ələ keçərək çox zəifləmişdi və yerli feodal zadəganları və hakimləri özünə
tabe etməyə qadir deyildi. Bu illərdə Azərbaycan İran dövlətinin hakimiyyəti
altından çıxdı və onda iyirmiyə yaxın müstəqil xanlıqlar əmələ gəldi. Xanlıqların
hər biri bir şəhərdən və iqtisadi cəhətdən onunla əlaqədar olan kəndlərdən ibarət
idi. Məsələn, Quba xanlığı Quba şəhərindən və onun mahalına daxil olan
təqribən iki yüz kənddən ibarət idi. Bakı xanlığı Bakı şəhərindən və Abşeron
yarımadasında yerləşən otuz kənddən, Qarabağ xanlığı isə Şuşa şəhərindən və
təqribən 250 kənddən ibarət idi. Qalan xanlıqlar da belə idi. Kənd əhalisi natural
təsərrüfat formalarının hakim olduğu şəraitdə yaşayırdı və şəhər ilə əlaqəsi zəif
idi. Şəhərlərin özünün əhalisi az idi (adətən üç mindən beş minə kimi) və
sənətkarların hazırladıqları məmulat əsasən bu şəhərlərlə əlaqədar olan kəndlərin
tələblərini təmin edirdi. Şəhərlərlə ölkənin ayrı-ayrı hissələri arasında təsərrüfat
rabitəsi isə çox zəif idi.
Xanlıqların başında yerli feodal dairələrinin ən güclü nümayəndələri dururdu.
Zəngin və güclü Cavanşir tayfasına mənsub olan Pənah bəyin Qarabağ üzərində
öz hakimiyyətini necə möhkəmlətdiyi "Qarabağnamə"də müfəssəl surətdə təsvir
olunur.
Pənah xan Cavanşir və "Otuziki" tayfalarını özünə tabe etmək üçün, habelə
Qarabağın feodal sahiblərinə - məliklərə qarşı gərgin mübarizə aparmağa məcbur
oldu.
Pənah xan tipik feodal bir hakim kimi özünə Bayat, sonra da Şahbulaq adlı
möhkəmləndirilmiş qəsrlər tikdirir, ətraf hakimlərin onu özlərinə tabe etmək
cəhdlərini dəf edirdi. Bir qədər gücləndikdən sonra Pənah xan Pənahabad qalasını
(Şuşanı) tikdirir və Qarabağ üzərində öz hakimiyyətini və istiqlaliyyətini,
Azərbaycanın cənub hissəsinin güclü xanlarından - Məhəmmədhəsən xan
Qacardan və Fətəli xan Əfşardan silah gücü ilə qoruyur. Eyni zamanda o, öz
hakimiyyəti altında olan ərazini cənub-qərbə - Naxçıvan tərəfə və cənub-şərqə -
Təbriz tərəfə genişləndirməyə çalışır.
Xanların hər biri xanlığa məxsus olan torpaqların miqdarını, həmçinin ona
tabe olan əhalinin sayını artırmağa çalışırdı. Bu meyil böyük feodal torpaq
sahibləri olan xanların sinfi mənafeyindən irəli gəlirdi.
22
Məskun torpaqdan xanlar vergi və ya renta şəklində mədaxil alırdılar.
Əhalinin çox olması böyük xalq ordusu yaratmağa imkan verirdi. Beləliklə,
xanlar özlərinə tabe olan ərazini böyütmək və təbəələrin sayını artırmaq yolu ilə
öz iqtisadi və siyasi qüvvələrini artırır, öz hakimiyyətlərini möhkəmləndirirdilər.
Pənah xanın və İbrahim xanın siyasəti göstərdiyimiz sinfi mənafedən irəli
gəlirdi.
Xanların, o cümlədən də Qarabağ xanlarının xarici siyasəti öz hakimiyyətini,
öz hakim mövqeyini saxlamaq və möhkəmlətmək təmayülü ilə təyin edilirdi.
Buna görə, mürəkkəb beynəlxalq vəziyyətdə, İran, Türkiyə və Rusiyanın
Azərbaycanı özünə tabe etmək uğrunda mübarizəsi şəraitində xanlar tərəddüd
edir və vəziyyətdən asılı olaraq, öz sinfi mənafelərini təmin edən tərəfə meyil
edirdilər.
XVIII əsrin 90-cı illərinin başlanğıcında Azərbaycanın cənub hissəsinin
xanlıqları Ağa Məhəmməd şahın hakimiyyəti altına düşdükdən sonra, Qarabağ
xanları qarşısında İrana tabe olmaq kimi həqiqi bir təhlükə meydana çıxdı. Ağa
Məhəmməd şahın 1795-ci ildəki hərbi səfəri zamanı xüsusən dəhşətli olan belə
bir vəziyyətdə qarabağlı İbrahim xan Rusiyadan himayə gözləməyə başladı.
O zamankı Rusiya şah idarəsi altında olan İrandan və ya sultan
Türkiyəsindən daha yüksək iqtisadi inkişaf səviyyəsi və beynəlxalq vəziyyəti
onun bir dövlət kimi müstəqil yaşamasına və inkişaf etməsinə imkan vermirdi.
Azərbaycanın Rusiyaya birləşdirilməsi rus və Azərbaycan xalqları arasında
iqtisadi və mədəni münasibətlərin daha geniş inkişaf etməsi üçün imkanlar
açırdı. Mirzə Adıgözəl bəy "Qarabağnamə"də Azərbaycanın şimal hissələrinin
Rusiyaya birləşdirilməsi əhəmiyyətinin qiymətləndirilməsi üzərində dayanmırsa
da, lakin onun bu fakta çox müsbət yanaşdığı əsərin mətnindən görünür.
Fransa və İngiltərə hökumətlərindən pul borcları, silah və hərbi təlimatçılarla
kömək alan İran hökuməti iki dəfə Azərbaycanın şimal hissəsini silah gücü ilə
Rusiyadan ayırmağa və onu öz hakimiyyəti altına almağa təşəbbüs etdi. Lakin
1805-1813 və 1826-1828-ci illərin müharibələrində İran məğlubiyyətə uğradı.
Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müahidənamələrinə görə, İran
hökuməti Azərbaycanın şimal hissəsinə olan iddialarından əl çəkməyə məcbur
oldu və onların Rusiyaya birləşdirilməsini təsdiq etdi.
Mirzə Adıgözəl bəy Qarabağın tarixini Türkmənçay sülh müahidənaməsinin
bağlanması ilə bitirir. Beləliklə, Mirzə Adıgözəl bəy Qarabağın bütün sonrakı
tarixini və bu tarixin gedişində çarizmin Azərbaycanda qurduğu istibdadın
şiddətləndiyi dövrü təsvir etmir.
23
Əsərin müəllifi böyük həyat yolu keçmiş, təcrübə və bilik sahibidir. XIX
əsrin birinci sülsündə Rusiya-İran və Rusiya-Türkiyə müharibələri dövründə
Azərbaycanda və Zaqafqaziyada siyasi vəziyyət, bu müharibələrin gedişi və
nəticəsi, Mirzə Adıgözəl bəyin xidmət fəaliyyəti onun görüşlərinə böyük təsir
etmişdir. Bu dövrün tarixi hadisələrini görən və onları dərindən təhlil edən Mirzə
Adıgözəl bəy, Rusiya tərəfdarları yoluna keçmiş və öz şəxsi taleyindəki
dəyişikliklərə baxmayaraq, bu yoldan dönməmişdir. Mirzə Adıgözəl bəyin
tərcümeyi-halında elə bir fakt yoxdur ki, bu fakta əsaslanaraq onun Rusiyaya
tərəfdar olmaq xəttindən geri çəkilməsini və ya ondan üz döndərdiyini göstərsin.
Çox vaxt 1826-1828-ci illərin Rusiya-İran müharibəsinin çətin şəraitində,
bəylərin çox hissəsi hakimiyyətini itirmiş Azərbaycan xanlarının ardınca gedərək,
İran qoşunlarının silahı gücünə Zaqafqaziyada xan hakimiyyətini və xanlara
yaxınlıqdan irəli gələn imtiyazlarını bərpa etməyə çalışdıqları bir zamanda Mirzə
Adıgözəl bəy tutduğu yol ilə möhkəm addımlayır və təhlükə üz verdikdə
qorxmadan ölümlə qarşılaşırdı.
Mirzə Adıgözəl bəyin Rusiya tərəfdarçılığında bu qədər ardıcıl olmasında
müxtəlif vəziyyətlərin təsiri vardır. Burada Mirzə Adıgözəl bəyin uşaqlıq
təəssürati müəyyən rol oynamışdır. Mirzə Adıgözəl bəy Ağa Məhəmməd şahın
başçılığı altında İran qoşunlarının Zaqafqaziya xalqlarına gətirdikləri fəlakətlərin
şahidi olmuşdur. O zaman Mirzə Adıgözəl bəy öz ailəsi ilə bərabər doğma
Qarabağı tərk edib, yad yerlərə getməyə məcbur olmuşdu.
Mirzə Adıgözəl bəy hələ çox gənc ikən, rus dövlət və hərbi inzibati
idarələrində xidmət etməyə başlamışdı. Bu xidmət və müvafiq dairələrə mənsub
şəxslərlə mədəni münasibət Mirzə Adıgözəl bəyə böyük təsir etmişdir.
Bütün göstərdiklərimiz, şübhəsiz, "Qarabağnamə"də əks olunmuşdur. Bu əsər
feodal torpaq sahiblərinə mənsub bir adam tərəfindən yazılmışdır. Bunların
hamısı hadisələrin işıqlandırılması xarakterinə müəyyən təsir göstərmişdir.
Beləliklə, "Qarabağnamə"nin tarixi mətai ona tənqidi və çox diqqətlə
yanaşmağı tələb edir.
O, bu əsərin Qafqaz canişini knyaz Mixail Semyonoviç Voronsova təqdim
ediləcəyini nəzərə almışdı. Buna görə, Mirzə Adıgözəl bəy hadisələri Qafqazda rus
komandanlığının rəhbər dairələrində qəbul edilmiş rəsmi dillə ifadə edir.
Yuxarıda qeyd edildiyi kimi, tarixi hadisələrin şərhi 1736-cı ildə Muğanda İran
feodal zadəganları qurultayının təsvirindən və Nadirin İran şahlığına
"seçilməsindən" başlanır.
Mirzə Adıgözəl bəy Nadir şahı idealizə edir.
İranın feodal dairələri Nadir şahın şəxsində öz mənafelərinin ifadəçisini
tapmışdılar. Nadir şah onların mövqeyini möhkəmlətmiş, onların torpaqlarını
24
və hakimiyyətini Türkiyənin işğalçılıq cəhdlərindən qorumaq üçün çox işlər
görmüşdü. Lakin Nadir şah əhalinin zəhmətkeş kütlələrinə qarşı amansız bir
zalım idi, Azərbaycana isə saysız-hesabsız fəlakətlər gətirmişdi. Azərbaycan
xalqı Nadir şahın hakimiyyətinə qarşı inadla mübarizə edirdi. Nadir şah xalqı
tamamilə tabe etməyə çalışaraq Azərbaycanın şimal hissəsi üzərində İranın
hakimiyyətini möhkəmlətmək məqsədilə Şirvana dörd dəfə yürüş etmişdir. Bu
yürüşlərin və Nadir şahın göndərdiyi cəza dəstələrinin hərəkətləri nəticəsində
Şirvan dağıdılmış, əhalisi talan edilmişdi. Əhali öz yurdlarını tərk edərək
dağlarda gizlənirdi. Tarlalar becərilmirdi, ölkədə aclıq başlanmışdı. Mirzə
Adıgözəl bəy bütün bu hadisələrdən yəqin ki, xəbərdar idi, lakin bu barədə susur
və Şərq tarixçilərinin köhnə ənənələrinə tabe olaraq Nadir şahı mədh edirdi.
Mirzə Adıgözəl bəy Nadir şahdan danışdıqda yalnız bir yerdə həqiqəti doğru
göstərmişdir (Ziyad oğlanları nəslindən olan Gəncə bəylərinin Nadirin şahlığa
"seçilməsinə" necə müqavimət göstərdikləri nəzərdə tutulur). Nadir şahın öz
siyasi düşmənləri olan Ziyad oğlanlarına qarşı gördüyü tədbirlər haqqında Mirzə
Adıgözəl bəyin göstərdikləri çox qiymətlidir.
Mirzə Adıgözəl bəyin əsərini diqqətlə oxuduqda ilk Qarabağ xanı Pənah
xanın taleyinin onu çox həyəcanlandırdığını görmək çətin deyildir. Mirzə Adıgözəl
bəy Pənah xanı yalnız müsbət cəhətdən göstərmişdir. O, igid, cəsarətli, müdrik
dövlət xadimi, Qarabağ xanlığının banisidir. Mirzə Adıgözəl bəy Pənah xanın
xasiyyətində şöhrətpərəstlik olduğunu qeyd edirsə də, lakin elə hesab edir ki, bu
şöhrətpərəstlik Qarabağda dövlət qurulmasının xeyrinə yönəldilmişdir.
Mirzə Adıgözəl bəy Pənah xanı, görünür, Qarabağda müstəqil dövlət
yaratdığına görə idealizə edir. Pənah xanın ona tabe olan ərazini genişləndirmək
cəhətdən qazandığı hər bir müvəffəqiyyət Mirzə Adıgözəl bəy tərəfindən
şübhəsiz bəyənilir. Hətta məhz onun sayəsində Mirzə Adıgözəl bəy Pənah xanın
Qarabağ məlikləri ilə mübarizəsini tamamilə düzgün təsvir etmişdir.
Mirzə Adıgözəl bəy Cənubi Azərbaycanda özünə yer eləmiş Fətəli xan
Əfşarın Pənah xanı özünə tabe etmək cəhdləri haqqında, həmçinin Fətəli xanın
Pənah xanın oğlu İbrahimxəlil ağanı xəyanət və aldatmaq yolu ilə əsir tutması
haqqında qəzəblə yazır. Müəllif bunu etiraf etmək istəmir ki, Pənah xan
həqiqətən məğlub olmuşdu və Fətəli xan Əfşara tabe olmağa məcbur idi
1
.
Qarabağ tarixinin bu hissəsinin süni qurulmasını və tarixi görüş dairəsinin bir
qədər məhdudluğunu hələ ondan görmək olur ki, Mirzə Adıgözəl bəy
1 A.Bakıxanov "Gülüstani-İrəm"də yazır: "Pənah xan zahirən ona (Fətəli xan Əfşara - V.L.) itaet göstərdi və öz oğlu
İbrahimxəlil ağanı ona girov verdi". B a x: A.Bakıxanov. Göstərilən əsər. Bakı, 1926, səh. 130.
25
XVIII əsrin ikinci yarısında Azərbaycanın ən böyük dövlət xadimi olan qubalı
Fətəli xan və onun birləşdirici fəaliyyəti haqqında heç bir kəlmə də olsun
danışmır. Mirzə Adıgözəl bəy İbrahim xandan asılı olan hakimlər arasında Quba
hakimini göstərmir. Hətta ondan bir kəlmə belə danışmır. Halbuki, Fətəli xan
İbrahim xanın ən ciddi düşməni idi və səksəninci illərdə onların arasında böyük
toqquşmalar olmuşdu.
Mirzə Adıgözəl bəy Şuşanın müdafiəyə hazırlığını, onu mühasirə etmiş Ağa
Məhəmməd şahın qoşunlarından özünü qəhrəmancasına müdafiə etməsini təsvir
edir. Bu hadisələrdən danışdıqda Mirzə Adıgözəl bəy XVIII əsrin ən böyük şairi
olan Molla Pənah Vaqifin adını çəkir.
1796-cı il yürüşündə rus ordusunun baş komandanı qraf V.A.Zubovun
qoşunları Kür və Araz çayı yanındakı kənddə qış düşərgəsində olduğu zaman
İbrahim xanın oğlu Əbülfət ağanın vasitəsilə Vaqifə qiymətli daşlarla bəzədilmiş
bir əlağacı göndərməsi kimi çox mühüm bir fakta yalnız "Qarabağnamə"də rast
gəlirik. Adətən belə hallarda olduğu kimi bu hədiyyə, görünür, Şuşanın İran
qoşunlarından müdafiəsini təşkil etməkdə fəal iştirak etmək və Rusiyaya meyil
göstərmək üçün bir iltifat əlaməti olaraq, imperatriçənin adından göndərilmişdi.
Bununla Mirzə Adıgözəl bəy İbrahim xan haqqında rəvayətini bitirir. İbrahim
xanın faciəli sonu haqqında o, bir kəlmə belə danışmır. Məlum olduğu kimi, rəsmi
məlumat İbrahim xanı xəyanət etməkdə, 1806-cı ildə knyaz Sisianovu
öldürdükdən sonra Abbas Mirzənin qoşunları
tərəfinə keçməkdə
təqsirləndirilirdi
1
. Mirzə Camal bu hadisələri belə təsvir edir:
"Gələn 1806-cı ildə, yazda iranlılar yenidən Arazdan Qarabağa keçərək
İbrahim xanın yanına casuslar göndərdilər ki, onu Rusiyadan ayrılmağa və
onlarla ittifaq bağlamağa razı etsinlər.
İbrahim xanın bütün müdafiəsi mayor Lisaneviçin başçılığı altında olan bir
batalyon soldatdan ibarət idi; qəhətlik olduğuna görə, bərk aclıq qorxusu altında
olan əhaliyə güvənmək olmazdı; iranlılar görünən kimi onlar qaçıb
dağılacaqdılar. Müqayisə edilməyəcək dərəcədə güclü olan düşmənə qarşı demək
olar ki, hər bir müdafiə vasitələrindən məhrum olan Qarabağın bu vəziyyətini
görən və hər barədə İbrahim xan tərəfindən xəbərdar edilmiş mayor Lisaneviç
ona bildirmişdi ki, tezliklə rus qoşunları köməyə gələcək və düşmən tərəfindən
ola biləcək hər bir təhlükə aradan qaldırılacaqdır. Lakin yeni qoşunların gəlməsi
təxirə düşdü və İbrahim xan iranlıların onun mülklərinə qarşı sürətli
təcavüzlərinin bir qədər qarşısını almaq üçün onlarla münasibətə girişdi, iranlılar
Şuşanın 14 verstliyinə yaxınlaşdıqda isə ailəsilə
1
Podpolkovntk Lisaneviçin general-mayor Nesvetayevə yazdığı 4 sentyabr 1806-cı il tarixli raportu (Qafqaz
Arxeoqrafıya Komissiyası aktları, c. III, sənəd 610, səh. 334).
26
bərabər Xan bağından çıxıb ondan bir qədər məsafədə düşərgə etdi. Bu,
İbrahim xanın bizim hökumətə xəyanət etdiyinə dair bir çoxlarında şübhə oyatdı
və onlar mayor Lisaneviçin qarşısında ona böhtan atdılar. O da İbrahim xana qarşı
silah işlətməyə məcbur oldu. Beləliklə, İbrahim xan öz kiçik oğlanları və bəzi
yaxın adamları ilə birlikdə öz ehtiyatsızlığının qurbam oldu"
1
.
Mirzə Adıgözəl bəy öz kitabında İbrahim xana bəraət qazandıra bilməzdi;
çünki bu bəraət İbrahim xanın öldürülməsinə yol vermiş rus hakim dairələrini
təqsirləndirmək olardı. O, İbrahim xanın öldürülməsini xəyanətlə izah edən rəsmi
məlumata da tərəfdar ola bilməzdi. Buna görə, İbrahim xanın həyat və fəaliyyətini
təsvir etmiş Mirzə Adıgözəl bəy onun öldürülməsinə dair öz sözünü
söyləməkdən boyun qaçırmağa və bu barədə susmağa məcbur olmuşdu.
İbrahim xanın xələfi, öz müasiri olan qarabağlı Mehdiqulu xana Mirzə
Adıgözəl bəy çox laqeyd yanaşır, onu böyük işlərə qadir olan adam kimi görmür,
yalnız onun adına hörmət edirdi. Eyni zamanda Mirzə Adıgözəl bəy 1805-1813
və 1826-1828-ci illərin Rusiya-İran müharibələri dövründə rus təbəəliyindən
çıxıb İranın tərəfinə keçən bəyləri dərindən təqsirləndirir. Rusiyaya istinad
etməsində ardıcıl olan Mirzə Adıgözəl bəy hətta şəxsən ona yaxın olan qarabağlı
Mehdiqulu xanı müharibədə İran qoşunları tərəfində iştirak etməsi üçün
təqsirləndirirdi.
Mirzə Adıgözəl bəyin tərcümeyi-halından bilirik ki, qarabağlı Mehdiqulu xan
əslən onun vasitəsilə İrandan Qarabağa qayıtmışdır. Qarabağın tarixi ilə əlaqədar
olan məsələlər bunlardır.
Mirzə Adıgözəl bəy Qarabağın tarixini o zaman Zaqafqaziyada vaqe olan
geniş hadisələr zəminində təsvir edir. Buna görə, "Qarabağnamə"də Gürcüstanın
və başqa Azərbaycan xanlıqlarının tarixinə dair bir çox məlumat vardır.
Mirzə Adıgözəl bəy 1751-ci ildə II İraklinin Gəncə üzərinə hücum etdiyi
zaman Gəncə, Qarabağ, Şəki xanlıqları və s. ilə qəbilə müharibəsi faktlarını bir
epos kimi təsvir etmişdir.
Tiflisi Ağa Məhəmməd şahın qoşunlarından müdafiə edən zaman II İraklinin
vəziyyətinə dair Mirzə Adıgözəl bəyin yazdıqları çox qiymətlidir. Gürcüstan
padşahları sülaləsinin üzvləri arasında ixtilaf və münaqişələrdən, şahzadələrin və
knyazların İrakliyə tabe olmamasından, Tiflisin müdafiəsi işinə onların qayğısız
yanaşmasından danışılan bu təsvirdə bizim üçün əhəmiyyətli cəhət burasıdır ki,
bunları hadisələrin müasiri olan bir adam təsvir edir. Bu təsvirdə həmin
hadisələrin gedişində və onlardan sonra keçən ilk illərdə onlara xalq tərəfindən
verilən qiymət verilmişdir. Bu sətirlərdən biz görürük ki,
1
Camal Cavanşir Qarabaği. "Qarabağ" (farscadan tərcüməsi A.Berjenindir). "Kavkaz" qəzeti, 1855-ci il, N° 69.
27
Mirzə Adıgözəl bəydə vətənpərvərlik hissi çox inkişaf etmişdir, o öz
müasirlərindən vətənə sədaqət və məhəbbət bəsləməyi tələb edir.
O, Gürcüstan dövlətinin yaxşı qurulmadığından, bunun nəticəsində onun
zəifləməsindən və İran qoşunlarının paytaxta basqın etdiyi zaman xalqın başına
gelən dəhşət və fəlakətlərdən dərin bir təəssüflə danışır. Mirzə Adıgözəl bəy
Gürcüstanın axırıncı padşahı XII Georginin rus təbəəliyinə qəbul edilməyi xahiş
etməyə məcbur edən səbəbləri qısa, lakin dərindən təsvir edir.
Mirzə Adıgözəl bəy II İraklinin ikinci arvadının - Darya Georgiyevnanın rus
dövləti tərəfindən təyin edilmiş hakimlərə qarşı üsyan qaldıran və İran ya
Türkiyə vasitəsilə Gürcüstanın hakimiyyətini öz əllərinə almağa çalışan
oğlanlarını təqsirləndirir. Mirzə Adıgözəl bəy bu şahzadələrin hakimiyyət və
şəxsi rifah arzusunda olduqlarını və ölkənin taleyinə laqeyd yanaşdıqlarını görür.
Onun zənnincə bunlar ölkəyə nə əmin-amanlıq, nə dövlət qayğısı verməyə qadir
deyildirlər, buna görə bu şahzadələri və onların anası Darya Georgiyevnanı
Rusiyaya sürgün etmiş rus hakimlərinin hərəkətlərini bəyənir.
Mirzə Adıgözəl bəy rus qoşunlarının Gəncə xanlığı üzərinə yürüşü ilə
əlaqədar olan hadisələrə müstəqil surətdə qiymət verir. Əsərin mətnindən
görünür ki, Mirzə Adıgözəl bəy gəncəli Cavad xanı dinc yol ilə gedib rus
təbəəliyinə daxil olmadığına görə təqsirləndirir. Mirzə Adıgözəl bəy Cavad xanın
Gəncəni rus qoşunlarından müdafiə etməsini və əldə silah olaraq vuruşma zamanı
qala divarı üstündə həlak olduğunu qəhrəmanlıq hesab etmir, hətta Cavad xanı
qan tökülməsində təqsirləndirir. Qalan hadisələrin işıqlandırılmasında o, bir
zaman verilən rəsmi təsvirə riayət edir. Rus ordusu zabiti kimi o, öz mövqeyinə
görə belə etməlidir, lakin buna baxmayaraq, müəllifin təsvir etdiyi hadisələrə öz
şəxsi münasibətini yenə də görmək olur.
XIX əsrin rus dvoryan-burjua tarixçilərindən bəziləri bakılı Hüseynqulu xanı
doğrultmağa çalışaraq göstərirlər ki, yaşlı adamların rəvayətlərinə görə
Hüseynqulu xanın hiyləgərlik və xəyanət fikri olmamışdır və knyaz Sisianovun
öldürülməsi aktı onun xəbəri olmadan Bakı xanlığının saray dairələrində çox
güclü nümayəndələri olan İran tərəfdarları tərəfindən hazırlanmışdı
1
. İran
tərəfdarları dairələrinin nümayəndələri Hüseynqulu xanı İran tərəfdarlarının
siyasi xətt-hərəkətinə tabe etmək istəyərək, knyaz Sisianovu öldürdülər ki,
Zaqafqaziyada rusların işlərinə qarışıqlıq salsınlar və İran qoşunlarının
Azərbaycanın şimal hissəsinə soxulmasına yardım etsinlər, həmçinin Hüseynqulu
xanı Rusiya hökuməti ilə sazişə girmək imkanından məhrum etsinlər.
Bakılı Hüseynqulu xanın fikir və məqsədləri haqqında inamla mühakimə
etməyə imkan verən lazımınca məlumat olmadığından bu məsələləri həll
1
Qafqazda rus hakimiyyətinin qurulması (general-mayor Pottonun redaktəsilə), I c, Tiflis, 1901, səh. 231-233.
28
etmək, əlbəttə, çətindir
1
. Buna görə də, Mirzə Adıgözəl bəyin verdiyi məlumatın
tarix üçün daha çox əhəmiyyəti vardır. Mirzə Adıgözəl bəy yazır ki, knyaz
Sisianov ilə münasibəfiərində Hüseynqulu xan ikiüzlülük edir və pis fikir
daşıyırdı. Öz fikirlərini isbat etmək üçün Mirzə Adıgözəl bəy göstərir ki, knyaz
Sisianov öldürüldükdən sonra onun başı Fətəli xana göndərildi, Bakının çölləri
isə İran qoşunları ilə doldu.
Sonrakı illərdə, xüsusən 1826-cı ildə Rusiya-İran müharibəsi zamanı
Hüseynqulu xan özünü ən qəddar İran tərəfdarı kimi göstərdi. O, öz kinində elə
amansız idi ki, 1826-cı ildə keçmiş tabeləri olan Abşeron kəndləri əhalisini Bakı
qalasını almaq təşəbbüslərində ona yardım göstərmədikləri üçün talan etmişdi.
Mirzə Adıgözəl bəy İran dövlətinə qarşı düşmənçiliyində tamamilə ardıcıllıq
göstərir. Əgər "Qarabağnamə" yazılan zaman Nadir şahın tarixi uzaq keçmişə aid
olub heç bir gündəlik siyasi əhəmiyyətə malik deyil idisə, rus dövlətinin
düşmənləri olan Ağa Məhəmməd şah və Qacarlar haqqında Mirzə Adıgözəl bəy heç
bir kəlmə belə yaxşılığa danışmır. Bir neçə yerdə o, Ağa Məhəmməd şahın
amansızlığından və qəddarlığından danışır və onun öldürülməsi faktını onun
amansızlığı ilə əlaqədar edir. Halbuki, "Qarabağnamə"nin mətni qətl aktının sui-
qəsd nəticəsi olduğunu güman etməyə imkan verir, bu sui-qəsddə isə həllədici və
rəhbər rolu çox nüfuzlu Azərbaycan xanlarından biri Sadıq xan Şəqaqi
oynamışdır. Buna görə də, Ağa Məhəmməd şahın yerində oturmuş Fətəli şah,
Sadıq xanı öldürməyəcəyinə dair and içmişdisə də, Sadıq xan onun əlinə keçən
kimi onu boş otağa salmış və ac saxlayaraq öldürmüşdü.
Mirzə Adıgözəl bəy əsərinin bəzi yerlərində xalq kütlələrinin İran dövlətinə
münasibəti məsələsi üzərində dayanır. Məsələn, knyaz Sisianov öldürüldükdən,
İran qoşunları isə Qarabağa və Bakı düzlərinə doluşduqdan sonra Mirzə
Adıgözəl bəy yazır: "Bu vilayətlərdə İran qanunları həyata keçirildi və (ölkə)
onların əsassız qaydalarına tabe edildi. Bunun nəticəsində az qalmışdı ki, bu
vilayətlərə qarışıqlıq düşsün". Bu, şübhəsiz ki, xalq kütləsi rəyinin düzgün
qiymətidir. Təəssüf ki, Mirzə Adıgözəl bəy 1826-1828-ci illərin Rusiya-İran
müharibəsi dövründə Qarabağ əhalisinin Rusiya və İran qoşunlarına
münasibətini tamamilə yanlış işıqlandırmışdır. Bu müharibə hadisələrinin
iştirakçısı olan Mirzə Adıgözəl bəy bir çox ayrı-ayrı faktların arxasında hərbi
hərəkatın nə kimi ümumi bir şəraitdə keçdiyini görməmişdir.
1 A.Bakıxanov "Gülüstani-İrəm"də yazır: "1806-cı il fevralın 8-də Bakı darvazası yanında Hüseynqulu xan ilə
görüşən zaman, gözlənilmədən və bütün xalq hüquqlarının əksinə olaraq, iranlıların təhrikinə görəmi, ya xanın özünün əmri
iləmi baş komandan xanın dayısı oğlu İbrahim bəy tərəfindən öldürüldü" (B a
x: A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı,
1926, səh. 155).
29
Abbas Mirzənin ordusu Gəncə yaxınlığında məğlub olduqdan sonra
Yermolov Qarabağ haqqında belə yazır:
"Güman etmirəm ki, Abbas Mirzə Qarabağda bir daha vuruşmağa cəsarət
etsin; çünki mənim zənnimcə buranın əhalisi nəinki heç bir ərzaq verməz, hətta
onun pərakəndə qoşunlarını qırmağa çalışar, dəhşət bu qoşunlardakı
intizamsızlığı qat-qat artırır"
1
.
Abbas Mirzə bilirdi ki, əgər rus qoşunları onlara qarşı xalq müharibəsi
alovuna tutulmasalar, İran qoşunlarına nisbətən sayca az olmalarına baxmayaraq,
yenə də onlara qalib gələcəklər. Abbas Mirzənin planı bundan ibarət idi ki, yerli
üsyanlar qaldırsın, rus qoşunlarının qüvvələrini xırdalayıb parçalasın və onları
hissə-hissə məhv etsin. Bu planı hər şeydən əvvəl ona görə həyata keçirmək
mümkün olmadı ki, Azərbaycan kəndlilərinin əsas kütləsi rus qoşunlarına qarşı
silah qaldırmaq istəmədi.
Mirzə Adıgözəl bəy öz əsərində rus ordusunda xidmət edən bəzi bəylərin
xəyanət etməsi faktlarını qeyd edir, həm də rus qoşunlarının düçar olduqları
böyük müvəffəqiyyətsizlik və məğlubiyyətləri bu faktlarla əlaqələndirir. 1826-cı
ilin yayında İran qoşunlarının böyük qüvvələri Qarabağa soxulduqdan sonra,
Gorasdan Şuşaya gedən 42-ci əgər alayının üç rotasının taleyi buna bir misaldır.
Bu dəstə kapitan Hacı Ağalar bəyin xəyanəti nəticəsində məhv edilmişdi. O,
Abbas Mirzənin tərəfinə keçmiş bəylərlə və kürd dəstəsi ilə birlikdə geri çəkilən
rotaları təqib etmək və onları qırmaq işində İran qoşunlarına kömək etmişdi.
Əgər 1826-cı il müharibəsinin necə başlandığını və bu zaman İran sərhədində
ayrı-ayrı qarovul dəstələrinin dayandığını nəzərə alsaq, asanlıqla görmək olar ki,
yerli əhali qoşunlara qarşı silah qaldırıb onların yolunu kəssə idi, Yermolov
böyük məsafədə səpələnmiş hərbi qüvvələri Tiflisə tərəf çəkib toplaya bilməzdi.
Rus ordusunun zabiti kimi Mirzə Adıgözəl bəy rus qoşunlarının qüdrət və
qüvvətindən böyük bir fəxr ilə danışır. Demək lazımdır ki, bu qiymət
əksəriyyətlə düzgündür; çünki İranla müharibədə rus soldatları həqiqətən səbat,
mərdlik, igidlik göstərir və ölümə həqarətlə baxırdılar. Onlar dəfələrlə özlərindən
sayca çox olan düşmənlə vuruşmalı olmuş və bununla belə parlaq qələbələrə nail
olmuşdular.
Mirzə Adıgözəl bəyin əsərini Qarabağın tarixini və ya 1805-1813 və 1826-
1828-ci illərin Rusiya-İran müharibələri tarixini öyrənmək üçün əsas olan bir
kitab kimi qiymətləndirmək olmaz. Bu kitabda hadisələr lazımınca tam təsvir
edilməmişdir, onların səbəbləri lazımınca dolğun izah edilməmiş,
1 General Yermolovun 1826-cı il sentyabrın 17-də padşahın hüzuruna yazdığı raport (AKAK, c. VI, h. II, sənəd 686,
səh. 378).
30
həmçinin onların əhəmiyyəti qiymətləndirilməmişdir. Hələ yalnız bunu
göstərmək kifayət edər ki, İran ordusunun 1812-ci ilin payızında və 1813-cü ilin
əvvəlində düçar olduğu böyük hərbi məğlubiyyətlər haqqında, məsələn, Aslan
düzündə İran ordusunun məğlub olması
1
, həmçinin Lənkəranın rus qoşunları
tərəfindən mühasirə edilməsi və alınması
2
haqqında heç bir şey yazmır.
Mirzə Adıgözəl bəy Napoleon ordusunun Rusiyada məğlub olması
əhəmiyyətinin qiymətləndirilməsindən və bu faktın 1905-1913-cü illərin Rusiya-
İran müharibəsinə təsirindən də danışmır.
Müəllif Gülüstan və Türkmənçay sülh müahidənamələrinin Azərbaycan
tarixindəki əhəmiyyəti haqqında da heç bir şey yazmır. Müəllifin diqqət
vermədiyi daha bir çox hadisələri və mühüm məsələləri də qeyd etmək olardı.
Beləliklə, hadisələri tamamilə dolğun işıqlandırmaq cəhətdən "Qarabağnamə" bu
və ya qeyri dövrün tarixini öyrənmək üçün vəsait ola bilməz. Həmçinin tamamilə
aydındır ki, bu əsərin müəllifi çox vaxt hadisələrin səbəbləri arasındakı rabitəni
izah etmir və onların əhəmiyyətini qiymətləndirmir.
Beləliklə, "Qarabağnamə"nin XVIII əsr hadisələrini təsvir edən hissəsi
hekayə xarakteri daşıyır; çünki müəllif onlar barəsindəki məlumatı əsas etibarilə
qocaların danışıqlarından almışdır; müəllifin öz dövründə olan hadisələri təsvir
etdiyi hissədə isə (XIX əsrin tarixi) bu mənbə məhz həmin tarixin təsvir edildiyi
dövrdə tərtib edilmiş bir sənəd kimi qiymətli və doğrudur.
Mirzə Adıgözəl bəy özü "Qarabağnamə"ni yazmaq üçün istifadə etdiyi
mənbələr haqqında əsərinin girişində belə yazır: "Çünki mən bundan əvvəl
keçmiş Gürcüstan sərdar və əmirlərinin hüzuranda xidmət etmişdim, bir-birindən
fərqli olan dilləri və müxtəlif ləhcələri bilirdim. Mən bu əhvalatın bir hissəsini
erməni, bir qismini də gürcü və müsəlmanların yaşlı adamlarından soruşub
öyrənmiş və çoxlu məlumat yığmışdım. Buna görə, o böyük cənabın
3
əmrinə
itaət edərək, işə başladım. Mirzə Hüseyn Məmmədağa oğlu Salari təxəllüsdən
xahiş etdim ki, mənim söylədiklərimi dediyim kimi, gözəl bir ifadə ilə yazsın".
Qeyd etmək lazımdır ki, Mirzə Adıgözəl bəy istifadə etdiyi mənbələrin
hamısını göstərməmişdir. Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin
1
General Rtişşevin həqiqi stats-sovetnik Malinskiyə 1812-ci il 26 oktyabr tarixində yazdığı 488 nömrəli əmr
(AKAK, c. V, sənəd 841, səh. 683). General Rtişşevin 1812-ci il 31 oktyabr tarixində padşahın hüzuruna yazdığı raportla
müqayisə edin (AKAK, c. V, sənəd 843, səh. 684).
2
Həqiqi stats-sovetnik Malinskinin 1813-cü il 26 yanvar tarixində general-mayor Portnyakinə yazdığı 61 nömrəli
təliqə (AKAK, c. V, sənəd 853, səh. 699). Bu xüsusda general Rtişşevin 1813-cü il 28 yanvar tarixində padşahın hüzuruna
yazdığı 31 nömrəli raporta da baxın (AKAK, c. I, sənəd 854, səh. 700)
3
Tiflis vitse-qubernatoru podpolkovnik Mixail Petroviç Kolyubakinin.
31
mətnini Mirzə Camalın "Qarabağ tarixi" əsərinin mətni ilə tutuşdursaq, asanlıqla
görərik ki, hər iki əsərdə hadisələr eyni plan üzrə verilir. Hər ikisində əsasən,
eyni faktlar təsvir edilir.
Mirzə Adıgözəl bəy "Qarabağnamə"nin heç bir yerində Mirzə Camalın əsəri
ilə tanış olduğu və öz əsərini yazdıqda ondan istifadə etdiyinə dair heç bir şey
yazmır. Lakin Mirzə Adıgözəl beyin özgə sələfinin əsəri ilə tanış olduğuna heç
bir şübhə ola bilməz.
Molla Pənah Vaqifin ölümündən sonra Mirzə Camal qarabağlı İbrahim xanın
vəziri idi. Mirzə Camal yaşca Mirzə Adıgözəl bəydən böyükdür. O, XVIII əsrin
son ori illərində baş vermiş hadisələrin şahidi və öz mövqeyinə görə, Qarabağ
tarixinə yaxşı bələd olan bir adam olmuşdur. O, öz əsərini Mirzə Adıgözəl
bəydən qabaq yazmışdı və əlbəttə, Mirzə Adıgözəl bəy bu əsərdən xəbərdar
olmaya bilməzdi.
Lakin bu elə başa düşülməməlidir ki, Mirzə Adıgözəl bəy sadəcə Mirzə
Camalın əsərlərinin mətnini təkrar etmişdir. Mirzə Adıgözəl bəyin
"Qarabağnamə"sində bir çox faktlar vardır ki, Mirzə Camal onlardan heç
danışmır. Mirzə Adıgözəl bəyin təsvir etdiyi tarixi hadisələrin dairəsi Mirzə
Camalın təsvir etdiklərindən daha genişdir. Mirzə Adıgözəl bəyin öz əsərində
aşağıdakı məsələlərə: Qarabağ məliklərinin haradan əmələ gəlməsinə, Vaqifin
dövlət fəaliyyətinə, Şuşanın Ağa Məhəmməd şahın qoşunlarından müdafiəsinin
nisbətən müfəssəl təsvirinə, Ağa Məhəmməd şahın basqını ərəfəsində
Gürcüstanın siyasi vəziyyətinə, Tiflisin İran qoşunlarından müdafiə olunmasına,
İran qoşunlarının Tiflisi dağıtmasına və talan etməsinə, XII Georginin taxta
çıxmasına, Gürcüstanın Rusiya imperatorluğu təbəəliyinə keçməsinə, XII
Georgiyə qarşı şahzadələrin qaldırdıqları üsyanlara və Gürcüstanın tarixinə aid
bir çox başqa məsələlərə xüsusi diqqət verdiyini söyləmək kifayət edər.
Bunlardan başqa, Mirzə Adıgözəl bəy çar qoşunlarının Car vilayətinə
yürüşlərini, Bakıya hərbi səfəri, knyaz Sisianovun öldürülməsini, 1805-1813-cü
illərin müharibəsindən bir sıra hadisələri və nəhayət, 1826-1828-ci illərin
Rusiya-İran müharibəsini təsvir edir.
Saydığımız məsələlərin çoxu haqqında Mirzə Camalın əsərində heç bir
məlumat yoxdur. Mirzə Adıgözəl bəylə Mirzə Camalın əsərlərinin mətninin
müqayisə edilməsi göstərir ki, Mirzə Adıgözəl bəy Mirzə hadisələri Camaldan
daha geniş təsvir etmişdir.
Mirzə Camal Qarabağın tarixini 1813-cü ilə qədər, Gülüstan sülh
müahidənaməsi bağlanana qədər təsvir edir. Mirzə Adıgözəl bəy isə hadisələri
1828-ci ilə, Türkmənçay sülhü bağlanana kimi təsvir edir. Beləliklə, Mirzə
Adıgözəl bəy 1826-1828-ci illərin Rusiya-İran müharibəsini Azərbaycan
tarixində ilk dəfə olaraq təsvir etmişdir.
Əsərin XII fəslini təşkil edən bu dövrün hadisələrinin təsviri ifadəsinin
qısalığına baxmayaraq, lazımınca dolğun verilmişdir. Demək olar ki,
32
1826-1828-ci illərin Rusiya-İran müharibəsi hadisələrindən Mirzə Adıgözəl bəy
ən mühüm olanlarını ayırmış və onları ciddi xronoloji qayda ilə təsvir etmişdir.
Mehdiqulu xanın yanında, sonra isə Şuşa şəhər məhkəməsində xidmət etmiş
bir qarabağlı kimi, Mirzə Adıgözəl bəy Qarabağın mahallara bölünməsi, hər
mahalın təbii sərvətləri və təsərrüfatının tarixi xüsusiyyətləri, Qarabağın köçəri və
oturaq əhalisinin cəlb edildiyi vergi və mükəlləfiyyətlər, xanlar zamanı Qarabağın
idarə edilməsi haqqında bir çox qiymətli məlumat verə bilərdi. Mirzə Adıgözəl
bəyin əsərinin mətnində göstərdiyimiz məsələlərə xüsusi fəsillər həsr
edilməmişdir. Yuxarıda göstərilən məsələlər üzrə bu əsərdən yalnız Qarabağın
siyasi tarixinin şərhində verilmiş ayrı-ayrı məlumat əldə etmək olar.
Mirzə Adıgözəl bəydən sonra Qarabağın tarixini yazmış Mir Mehdi Xəzani öz
əsərinin birinci fəslini Qarabağın coğrafiyasının təsvirinə həsr etmiş və bununla
da Mirzə Adıgözəl bəyin əsərində boş qalmış yeri qismən doldurmuşdur.
"Qarabağnamə"nin on ikinci fəslinin son sətirlərindən göründüyü kimi,
müəllif Dağıstan müharibəsinin təsvirini bitirdikdən sonra 1828-1829-cu illərin
rus-türk müharibəsindəki hadisələri, bəlkə də Dağıstandakı müharibənin
hadisələrini təsvir etmək fikrində imiş. Lakin onun bu fikri həyata keçirilməmiş
qaldı. Məlum olduğu üzrə, Dağıstanda müharibə yalnız 1859-cu ildə, yeni Mirzə
Adıgözəl bəyin ölümündən azı on il sonra qurtardı.
Mirzə Adıgözəl bəyin əsəri konkret tarixi məzmunla zəngindir. Bu əsərin
müəllifi böyük bir səy və məhəbbətlə Qarabağın və qismən Zaqafqaziyanın
tarixinə aid bir çox material toplamışdır. O öz vətəninin gələcək tarixi taleyini
irəlicədən təyin edən hadisələrə böyük bir diqqətlə yanaşmışdır. Mətnin böyük
bir hissəsi ya hadisələrin şahidi və hər halda onların müasiri tərəfindən
yazılmışdır.
"Qarabağnamə" XIX əsrin qırxıncı illərinin Azərbaycan tarixnəvisliyində ən
qiymətli əsərlərdən biridir.
Bu əsər, şübhəsiz, bəhs edilən dövrün tarixi öyrənildikdə geniş surətdə
istifadə ediləcəkdir.
V.N.Leviatov
33
...
1
(Qarabağ mahalında Rusiya hakimiyyəti bərpa olandan bir qədər sonra)
buraya təyin olunan hakimlərdən biri də... general Kolyubakinin oğlu cənab
podpolkovnik Mixail Petroviç idi. Onun keçmiş hadisələri bilməyə həmişə
həvəsi vardı. Podpolkovnik xüsusilə Qarabağ xanlarının və (Şuşa) şəhərini bina
edən şəxsin əhvalatını öyrənmək istəyirdi. Buna görə, məndən - kapitan Mirzə
Adıgözəl bəydən xahiş etdi ki, bu əhvalatı qısa və müxtəsər bir surətdə bəyan
edim. Çünki, mən bundan əvvəl keçmiş Gürcüstan sərdar və əmirlərinin
hüzurunda xidmət etmişdim, bir-birindən fərqli olan dilləri və müxtəlif ləhcələri
bilirdim. Mən bu əhvalatın bir hissəsini erməni, bir qismini də gürcü və
müsəlmanların yaşlı adamlarından soruşub öyrənmiş və çoxlu məlumat
yığmışdım. Buna görə, o böyük cənabın əmrinə itaət edərək, işə başladım. Mirzə
Hüseyn Məmmədağa oğlu Salari təxəllüsdən xahiş etdim ki, mənim
söylədiklərimin hamısını eynən gözəl bir ifadə ilə yazsın. Ümid edirəm ki,
(tarixə aid) bu müxtəsər hekayət və bu nöqsanlı rəvayət... Xalqın ürəyinin
aynasına səfa verər, xas adamların və avam camaatın bəsirət gözünün sürməsi
olar. Bu cüzi məlumat bir müqəddiməyə və bir neçə fəslə bölündü.
MÜQƏDDİMƏ
Dostları ilə paylaş: |